Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1809/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1871/2025 saylı qətnaməsindən İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil və Cavabdeh tərəfindən verilmiş apellyasiyaların mümkünlüyünə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Əlimövsüm oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(041)-78/2025 nömrəli qərardadına əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlu X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.77 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, təyin edilmiş alimentin miqdarı azaldılaraq, qətnamə qanuni qüvvəsinə mindiyi gündən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X1 üçün İddiaçı Əlimövsüm oğlundan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi ilk öncə, Cavabdeh tərəfindən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən MPM-in 361-ci maddəsi ilə müəyyən edilmiş və yuxarıda sadalanan apellyasiya şikayətinin məzmununa dair göstərişlərə əməl etməmişdir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə tərkibi onu da mütləq diqqətə çatdırır ki, İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil tərəfindən iddia tələbi təmin edildiyi halda, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, MPM-in 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qızının apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə, İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayətləri geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil və Cavabdeh tərəfindən verilmiş apellyasiyalar qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1871/2025 saylı qətnaməsindən İddiaçı Əlimövsüm oğlunun nümayəndəsi Vəkil və Cavabdeh tərəfindən verilmiş apellyasiyalar qeyri-mümkün hesab edilsin. Mülki işin materialları apellyasiya şikayətlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1809/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1809/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver