Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1810/2024 07.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(041)-411/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y YƏ N E T D İ : Kürdəmir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(041)-411/2024 saylı qətnaməsi ilə (hаkim Müseyib Bayramov) İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh uşağın onun himayəsinə və tərbiyəsinə qaytarılması və aliment tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Bayramov Emin atasından alınaraq anasına verildiyi vaxtdan başlayaraq, Bayramova Mehinin saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İDDİANİNDƏLİLLƏRİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onların rəsmi nikahlarından olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 onun himayəsinə və tərbiyəsinə qaytarılması, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Cavabdeh iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş və övladları Emin və Mehinin yetkinlik yaşlarına çatana kimi İddiaçı hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılmasını istəyir. Ona görə də, X4 onun himayəsinə və tərbiyəsinə verilməklə yanında qalması, övladlarının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən olunmuş alimentin həcminin artırılmaqla hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İşdə olan: xx.xx.2019-cu il tarixli AZ-İİ 283987 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından X8 xx.xx.2018-ci il tarixdə, X5 isə xx.xx.2020-ci il tarixdə doğulmuşlar. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-757/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından X4 və X2 anaları Cavabdeh yanında saxlanılması, X4 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-157/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-757/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, qətnamənin tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı alimentin tutulması və qətnamənin həmin hissəsinin dərhal icraya yönəldilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X8 atasından alınaraq anası Cavabdeh verilməsi və alimentin tutulmasının X4 anası Cavabdeh verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Bayramov İddiaçı Aysel Saməli qızı ilə 2017-ci ildə el adəti ilə evlənmiş, nikahlarını isə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Onların rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Onlar bir müddət mehriban yaşadıqdan sonra Cavabdeh yaşadıqları evi valideyninin iştirakı ilə tərk edib çıxıb getmiş və gedərkən X5 və X6 özü ilə aparmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-757/2023 nömrəli qətnaməsi ilə İddiaçı arasında olan nikah pozulmuş, X8 və X5 onun himayəsində saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı oğlu Emini qaçıraraq özü ilə saxlayır. Cavabdeh Eminin onun yanında saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq İddiaçı Emini ona qaytarmasını dəfələrlə tələb etsə də, sonuncu Emini qaytarmaqdan imtina etmiş, ümumiyyətlə onun Eminlə görüşməsinə imkan verməmişdir. Cavabdeh oğlu X4 onun himayəsinə və tərbiyəsinə qaytarılması, X4 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən olunmuş alimentin həcminin artırılmaqla hər uşağa görə sabit pul məbləği ilə 235 manat, cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bayramov İddiaçı Aysel Saməli qızı ilə rəsmi nikahdan olan X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Böyükkiş oğlu ilə Cavabdeh birgə nikahından doğulmuş X4 anası Cavabdeh yanında saxlanılması barədə məhkəmənnin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq, İddiaçı Emin Bayramovu xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı özü ilə aparıb saxlamaqla onu anasına qaytarmamasını qanuni qüvvəyə minmiş qətnamə üzrə təyin edilmiş alimenti ödəməkdən boyun qaçırması kimi qiymətləndirmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən X4 və X1 üçün Cavabdeh hər uşağa görə sabit pul məbləğində ödənilən 120 manat alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alaraq onların saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-757/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Emin və Mehin adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədəmüvafiq hesab etmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş X4 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 atası İddiaçı alınaraq anası Cavabdeh verildiyi vaxtdan başlayaraq, X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat aliment tutularaq Cavabdeh verilməsi məqsədə müvafiqdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olmasını qeyd etsə də, bu halı heç bir sübutla əsaslandırılmamışdır. Göstərilən şərtə görə onun maddi vəziyyətinin yaxşı olmasını sübut edən hər hansı bir hal mövcud olmalı və ya məşğuliyyəti, yəni əmək fəaliyyəti olmalı idi. Əvvəllər və hazırda rəsmi və ya qeyri-rəsmi əmək haqqı alması barədə iş materiallarında hər hansı sənəd olmamışdır. Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi sübutlar iş materiallarına əlavə edilməmiş və ya məhkəmə qətnaməsindən bunu görmək olmur. Halhazırda xx.xx.2018-ci il təvəllüdlü X8 uzun müddətdir ki, onun himayəsində yaşayır və anası Cavabdeh himayəsində yaşamaq istəmir. Cavabdeh onun maddi imkanının yaxşı olmasını iddia etmiş, lakin buna dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə bu hissədə iddiaçının istinad etdiyi halları sübut etməsini tələb etməmişdir. Onun məhkəməyə təqdim etdiyi sübutlara heç bir hüquqi qiymət verilmədən tələbi rədd edilmişdir. Məhkəmə işdə olan sübutlara heç bir hüquqi qiymət vermədən, formal mülahizələrə əsaslanaraq düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Onun maddi durumunda dəyişikliyin olmadığı, əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandığı halda işə baxılma təxirə salınmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı apellyasiya icraatı zamanı şikayətinin dəlillərinə uyğun çıxış edərək iddianın təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(041)- 411/2024 saylı qətnaməsinin ləğv edilərək, öz iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə bildirdi ki, oğlu Emin iki ildir ki, onunla yaşayır, anası ilə qalmaq istəmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, həmçinin oğlu Eminin atasından alınaraq ona verilməsini xahiş etdi. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə - alimentə dair hissədə yoxlanılmasını düzgün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 22.2-ci maddəsinə əsasən Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə kollegiyası işin faktiki hallarını qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı münasibətləri və iş materiallarında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Qətnamənin mübahisələndirilən – alimentin tutulmasına dair hissəsinə münasibətdə qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi aliment təyin edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq ağlabatan məbləğdə aliment təyin etmişdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləcə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iş üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər dəlil və sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(041)-411/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vəli Abdullayev Hakimlər: Aytən Novruzova Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1810/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1810/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver