Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1814/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X9 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 06 aprel 2018-ci il təvəllüdlü Ayla uşağın saxlanılması üçün cavabdehlər, babası Cavabdeh1 və nənəsi Cavabdeh2 müştərək qaydada hər ay bir uşaq üçün 300 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(020)-1144/2021 saylı qətnaməsi ilə cavabdeh X3 onun xeyrinə uşağın saxlanması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınması qət edilmiş, 17 iyul 2025-ci il tarixli, 2(020)-100/2025 saylı qərardadla aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.56 misli həddində müəyyən edilmişdir. Pərvin Hümbətov əvvəl Beyləqan Rayon Məhkəməsinin sonra isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən də uşağın saxlanılması üçün bu günə kimi 1 manat da olsa aliment verməmişdir. X6 hazırdada 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün aliment vermir. Tək qadın olaraq uşaqla birlikdə kirayədə yaşadığını, müəllimə kimi işləyib aldığı əmək haqqı ilə kirayə pulunu ödədikdən sonra uşağın saxlanılması üçün zəruri olan xərcləri ödəyə bilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsi ilə (hakim S.Səfərov) iddia qismən təmin edilmiş, 06 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 qarşı verilmiş iddia tələbinin rədd edilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı X6 ilə əvvəllər faktiki nikah münasibətlərində olmuş və bu nikahları 08 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon, İHB-nin 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın anasının yanında qalması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(020)-1144/2021 saylı qətnaməsi ilə cavabdeh X3 onun xeyrinə uşağın saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(020)-100/2025 saylı qərardadı ilə aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla 06 aprel 2018-ci il tarixdə anadan olmuş Ayla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.56 misli həddində sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(099)-63/2022 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ümumilikdə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş “e-sosial” onlayn portalından çıxarışdan görünür ki, Cavabdeh1 aylıq 767.12 manat məbləğində təqaüd alır. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 aylıq 244.63 manat məbləğində "xxxx" ASC-yə kredit ödəyir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edtmişdir ki, iddia qismən təmin edilməli, 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşağın saxlanması üçün Cavabdeh1 sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 10.1-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 78.2 , 89, 100.2-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2, 8.6-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 112.1.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsasladırılmışdır ki, valideyn kimi övladının konstitusion hüququnu həyata keçirməkdən ötrü əlindən gələni edir. Belə ki, övladının orta məktəbə icbari təhsil almasından hər ay 200-300 manat məbləğində maddi vəsait ödəyir. Hər bir tədris olunan fənn üzrə keçirilənlərin möhkəmləndirilməsindən ötrü orta məktəblərdə test üsulu tətbiq olunmaqdadır. Hər bir test kitabçasının alınmasını üçün maddi vəsait lazımdır. Qeyd olunanlarla əlaqədar bir qadın kimi təkbaşına övladının xərclərinin qarşılanmasında xeyli çətinliklər ilə üzləşir. Qanunvericiliyin tələblərinə irəli gələn hal ondan ibarətdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbimə əsasən 06 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər aybir uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Çünki, Ailə Məcəlləsində qeyd olunmuşdur ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan Respublikasının 38-ci maddəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Onun himayəsində olan yetkinlik yaşına çatmayan X2 üçün 150 manat maddi vəsaiti ilə mümkün deyildir. Bu da övladının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnəcəkdir. Cavabdeh1 aylıq 767.12 manat məbləğində təqaüd alır. Öz nəvəsinin saxlanılması üçün yardım etməsinə kifayət qədər imkanı olduğu halda, məhkəmə isə 150 manat sabit pul məbləğində alimentin ödənilməsini qət etmişdir. Bundan başqa, Cavabdeh2 qarşı olan iddia tələbi əsassız olaraq rədd edilmişdir. Halbuki, yetkinlik yaşına çatmayan X1 ötrü nənəsi Cavabdeh2 ona yardım etmək vəzifəsi olduğu halda isə məhkəmə həmin vəzifəni yerinə yetirməkdən azad etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə işə obyektiv baxmamış və bununla da iddiası qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 digər gəlirləri, eyni zamanda əmlakın olubolmaması barədə hər hansı araşdırılma aparılmamış və nəticədə cavabdehlərin aliment öhdəliyindən azad edilməsinə şərait yaratmışdır. Ona görə də Beyləqan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(020)-1502/2025 nömrəli, xx.xx.2025 tarixli qətnamə ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 06 aprel 2018-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası cavabdeh-X3 hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment müəyyən olunmuş və Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərardadına əsasən aliment indeksasiya olunaraq münimum əmək haqqının 0.56 misli həddində müəyyən olunmuşdur. Bu halın qətnamədə qeyd olunmasına baxmayaraq onun valideyn olmamağı, valideyn və baba məsələsi diqqətlə araşdırılmamışdır. Beyləqan Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsinin qəbul edildiyi vaxtı iddiaçı- X4 cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair məsələnin məhkəmədən kənar qaydada həll olunmalı olması məsələsi, 06 aprel 2018-ci təvəllüdlü X7 hər iki valideynin sağ olduğu, atasının uzağı bir il ərzində cəzadan olması, anasının isə rayon mərkəzində rus dili müəlliməsi işləməsi və uşaqların hazırlığı prosesində iştirakı nəticəsində maddi vəziyyətinin onun təqaüddə olan şəxsin maddi vəziyyətindən qat-qat yüksək səviyyədə olması halları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Ona görə də Beyləqan Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki,apellyasiya şikayətini müdafiə edir. O, müharibə veteranıdır. O, birinci instansiya məhkəməsində demişdir ki, 140 manat ödəməyə hazırdır. Amma ki, onu deyən zaman özündə olmamışdır. Çünki müharibədən sonra xəsarətlər ona pis təsir etmişdir. Onun yoldaşı gözdən əlildir, amma o da pensiya almır. Onun aldığı məvacib özünə güclə çatır. Əgər imkanı olsa köməklik edər, amma hal-hazırda da yoxdur. Bu vaxta kimi yanına heç gəlməyiblər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı Beyləqan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(020)-1502/2025 nömrəli, xx.xx.2025 tarixli qətnamə ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə Beyləqan Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı 06 aprel 2018-ci il təvəllüdlü Ayla uşağın saxlanılması üçün cavabdehlər babası Cavabdeh1 və nənəsi Cavabdeh2 müştərək qaydada hər ay bir uşaq üçün 300 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi uşağın mənafeyini nəzərə alaraq iddianı qismən təmin etmiş, 06 aprel 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir. Qətnamədən narazı qalan həm İddiaçı, həm Cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdirlər. İddiaçı apellyasiya şikayətində himayəsində olan yetkinlik yaşına çatmayan X2 üçün 150 manat maddi vəsaitinin aşağı olduğunu və Cavabdeh2 aliment tutulmamasının yanlış olduğunu bildirmiş, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə uşağın valideyni olmamadığı və uşaqların hazırlığı prosesində iştirakı nəticəsində xərclərin onun maddi vəziyyətindən qat-qat yüksək səviyyədə olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətlərini qarşılıqlı təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı X6 ilə əvvəllər faktiki nikah münasibətlərində olmuş və bu nikahları 08 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon, İHBnin 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın anasının yanında qalması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021ci il tarixli, 2(020)-1144/2021 saylı qətnaməsi ilə cavabdeh X3 onun xeyrinə uşağın saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınması qət edilmiş, Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(020)-100/2025 saylı qərardadı ilə aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla 06 aprel 2018ci il tarixdə anadan olmuş Ayla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.56 misli həddində sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1 (099)-63/2022 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ümumilikdə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, cavabdeh X5 azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onun barəsində çıxarılmış məhkəmə qətnamə və qərardadları ilə müəyyən edilmiş aliment öhdəliyi faktiki olaraq icrasız qalmışdır. Cavabdehin cəzaçəkmə müəssisəsində olması, müntəzəm gəlirinin olmaması və alimentin könüllü və ya icra qaydasında ödənilməməsi uşağın saxlanılması ilə bağlı məhkəmə aktlarının icrasını mümkünsüz etmiş, nəticədə yetkinlik yaşına çatmayan Ayla adlı uşağın maddi təminat hüquqları pozulmuşdur. Hal-hazırda iddiaçı babanı və nənəni cavabdeh qismində qoyaraq, aliment tələbi irəli sürmüşdür. İş materiallarına əlavə edilmiş “e-sosial” onlayn portalından çıxarışdan görünür ki, Cavabdeh1 aylıq 767.12 manat məbləğində təqaüd alır. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 aylıq 244.63 manat məbləğində "xxxx" ASC-yə kredit ödəyir. Məhkəmə tərkibi iddia tələbi və apellyasiya şikayətlərini münasibət bildirərək aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitsuiyasında cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması; uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması; uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olması kimi ailə hüququnun əsas prinsip normaları nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə uşağın üstün mənafeyinin təmin edilməsi baxımından, baba Cavabdeh1 aliment öhdəliyinə cəlb edilməsi qanuni və əsaslıdır. Valideynin alimenti faktiki olaraq təmin edə bilməməsi uşaq üçün zəruri maddi resursların yaranmamasına səbəb olmuşdur ki, bu da Ailə Məcəlləsinin 89-cu maddəsinin tətbiqini şərtləndirir. İş materialları ilə müəyyən edildiyi kimi, cavabdeh baba sabit gəlirə malikdir və onun maliyyə imkanları uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin ödənilməsinə kifayət edir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə nənə Cavabdeh2 aliment tutulması məqsədəuyğun və hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Belə ki, iş materialları ilə nənənin hər hansı rəsmi və ya qeyri-rəsmi gəlir mənbəyinə malik olması müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinin tələblərinə əsasən, baba və nənədən aliment yalnız onların zəruri vəsaitə malik olması şərti ilə tutula bilər. Hazırkı halda isə alimentin nənədən tutulması real icra mexanizminə malik deyil və faktiki nəticə etibarilə aliment öhdəliyinin babanın üzərinə düşməsinə gətirib çıxaracaqdır. Bu isə alimentin müəyyən edilməsində ədalət və mütənasiblik prinsiplərinə zidd olmaqla yanaşı, formal xarakter daşıyır və hüquqi nəticə doğurmur. Bundan əlavə, nənədən aliment tutulması babadan tutulacaq alimentin faktiki olaraq bölüşdürülməsinə deyil, eyni mənbədən ödənilməsinə səbəb olacaq ki, bu da məhkəmə müdafiəsinin səmərəliliyi prinsipinə uyğun gəlmir. Belə olan halda, aliment öhdəliyinin yalnız maddi imkanlara malik olan baba Cavabdeh1 üzərinə qoyulması uşağın üstün mənafeyi ilə cavabdehlərin hüquq və qanuni mənafeləri arasında daha ədalətli hüquqi tarazlıq yaradır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə babanı atanın yerinə tam əvəzçi kimi deyil, uşağın minimum təminatı üçün aliment ödəyən şəxs kimi cəlb edir. Digər tərəfdən, məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, alimentin məbləğinin həddən artıq yüksək müəyyən edilməsi cavabdehin faktiki maddi imkanlarına uyğun gəlmədiyi təqdirdə, qətnamənin icrasını çətinləşdirə və bunun nəticəsində uşaqların mənafeyinin təmin olunmasına da mənfi təsir göstərə bilər. Alimentin mahiyyəti maliyyə sanksiyası və ya valideynlər arasındakı mübahisənin nəticəsi olmayıb, uşağın davamlı və sabit maddi təminatının qorunmasına yönəlmiş hüquqi mexanizmdir. Bu səbəbdən, alimentin məbləği həm uşağın real tələbatlarını ödəməli, həm də aliment ödəyən şəxsin mövcud maddi vəziyyətinə proporsional olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ bu balansı təmin edir, real, icraolunan və ağlabatan xarakter daşımaqla uşaqların maddi təminatının fasiləsizliyinə xidmət edir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində uşağın babası olduğunu və bu halın nəzərə alınmadığını bildirsə də, bu dəlil Ailə Məcəlləsinin 89-cu maddəsinin tələblərinə ziddiyyət təşkil edir və əsassızdır. Bu baxımdan məhkəmə tərkibi, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək alimentin məbləği barədə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-1502/2025 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1814/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1814/2025
18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver