Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1833/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak saxlanc haqqı tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı əmlak saxlanc haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona saxlanc üçün xx.xx.2023-cü il tarixdən etibarən ödənilməli olan, cavabdehin əmlakının saxlancda yerləşdirilməsi ilə əlaqədar 4 ay 28 günlük aylıq saxlanc haqqının, yəni 986 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X1 ilə 04 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Cavabdehlə qardaşı Sərxan arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(021)-398/2020 saylı qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh hal-hazırda Tərtər rayonu Şıxlar kəndində valideynləri ilə birgə yaşayır. Cavabdeh nikahın pozulmasından sonra qardaşı Sərxana qarşı qızıl-zinət və cehiz əmlakı tələbi vermiş və həmin iddiası Bərdə Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(021)-3756/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdehin onun evində qalan və çıxarılmasını tələb etdiyi məişət cehiz əşayaları-mebel qonaq-1dəst, yataq dsəti, lüstur-1ədəd, mətbəx mebeli-1 dəst, ağ qara Lg televizor-1ədəd, televizor altı-1ədəd, stolüstü qaz-1ədəd, duxovka-1 ədəd, soyuducu-1 ədəd, tefal çaydan 1 ədəd, mikser-1 ədəd, qazan dəsti-3 ədəd, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd elektrik ət maşını, karniz, pərdədən və Bərdə Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(021)-3756/2019 saylı qətnaməsinin “qət etdi” hissəsində adları keçən digər xırda məişət cehiz əşyalarından ibarətdir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 2(021)-170 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin qeyd edilən əmlaklarının götürülməsi onun xeyrinə qət edilmişdir. Təəssüf ki, cavabdehin özbaşınalığı, dövlət adından çıxarılmış qətnaməyə qarşı laqeyd və qərəzli münasibəti, icra məmurlarının isə cavabdehə qarşı ciddi tədbirlər görməməsi uzun müddət cavabdehin əmlakının onun evini qanunsuz olaraq zəbtdə saxlamasına səbəb olmuşdur. Bundan sonra Bərdə rayon icra və probasiya şöbəsi xx.xx.2023-cü il tarixdə cavabdehə 160532/4 saylı xəbərdarlıq məktubu göndərərək cavabdehə bildirmişdir ki, əmlaklar götürülmədiyi halda, iddiaçı tərəfindən aylıq 200 manat məbləğində icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə yerləşdiriləcəkdir. Qeyd edir ki, cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat cərimə də edilmişdir. Davamlı aparılan şikayət xarakterli yazışmalarının sonunda nəhayət ki, qətnaməni icra edən dövlət qurumu tərəfindən cavabdehin onun evində qalmış, qəsdən və qərəzli olaraq cavabdeh tərəfindən götürülməyən əmlaklarının, evinin həyətində yerləşən saxlanc yerinə cavabdehdən aylıq saxlanc haqqı almaq şərti ilə yerləşdirilməsi qərara alınmışdır. Çünki qurumun nə özünün, nə də regional ədliyyə idarəsinin xüsusi saxlanc yeri yox idi. Prosedurun həyata keçirilməsi üçün Bərdə rayon icra və probasya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə, Bərdə rayon Kələntərli İƏD nümayəndəliyinə və Bərdə rayon Körpüqıran kənd bələdiyyəsinə 80-100 kvadrat metr olan qeyri-yaşayış binaların icarə qiymətləri barədə məlumat əldə olunması ilə əlaqədar rəsmi məktub göndərilmiş, adları keçən inzibati qurumlar özlərinin rəsmi cavab məktubunda icarə haqqının 200-300 manat arasında olduğunu məktubla bildirmişlər. xx.xx.2023-cü il tarixdə icra şöbəsinin əmkdaşlarının iştirakı ilə akt tərtib edilərək və çəkilişlə cavabdehin onun evini zəbt etdiyi əmlakı evinin həyətindəki 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir. Üzərindən artıq dörd ay iyirmi səkkiz gün keçməsinə baxmayaraq cavabdeh əmlak icarə haqqını ödəmir. Odur ki, Cavabdeh tərəfindən ona saxlanc üçün xx.xx.2023-cü il tarixdən etibarən ödənilməli olan, cavabdehin əmlakının saxlancda yerləşdirlməsi ilə əlaqədar 4 ay 28 günlük aylıq saxlanc haqqının, yəni 986 (doqquz yüz səksən altı) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 28 avqust 2024-cü il tarixli 2(047)- 582/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 325 (üç yüz iyirmi beş) manat məbləğində saxlama haqqının alınıb İddiaçı verilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının hesabına aid edilməsi, iddia tələbinin qalan hissədə isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170/2022 saylı qətnəməsinə əsasən Cavabdeh məxsus əmlakların İddiaçı mülkiyyətində olan Bərdə rayonu Körpüsındıran kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan sonra Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş əmlaklar İddiaçı məxsus olan Bərdə rayon Körpüsındıran kəndində yerləşən 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinə (əl damına) yerləşdirilmişdir. Daha sonra İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmiş və Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170 saylı icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hal-hazırda İddiaçı Cavabdeh tərəfindən ona saxlanc üçün xx.xx.2023-cü il tarixdən etibarən ödənməli olan, cavabdehin əmlakının saxlancda yerləşdirlməsi ilə əlaqədar 4 ay 28 günlük aylıq saxlanc haqqının, yəni 986 manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və bununla əlaqadar olaraq məhkəmə tərəfindən Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinə və Bərdə rayon Körpüsındıran bələdiyyəsinə müraciət olunaraq iddiaçının məhkəməyə verdiyi izahatına əsasən Bərdə rayon Körpüsındıran kəndi ərazisində yerləşən 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiymətinin nə qədər olması barədə məlumat istənilmiş və həmin inzibati orqanlardan məhkəməyə daxil olmuş məktublara əsasən qeyd edilən qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiymətinin 60-70 manat olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh hər ay üçün 65 manat olmaqla, ümumilikdə 4 ay 28 gün üçün 325 manat məbləğində saxlama haqqının alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi sübutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 325 manat məbləğində saxlama haqqı alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 827, 830.1, 830.2 və 830.3-cü maddələri, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 52.1 və 52.2-ci maddələri, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 32 saylı və Bərdə rayon Körpüsındıran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 saylı məktubuna istinad edərək, Bərdə rayon Körpüsındıran kəndi ərazisində 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiyməti 60-70 manat dəyərində olması ilə əlaqədar iddia tələbinin qismən təmin edilməsinə qərar vermişdir. Məhkəmə mülkiyyət hüququ ilə bağlı tələbləri diqqətə almamışdır. Cavabdehin əşyalarının yerləşdiyi əmlak onun şəxəsi mülkiyyətindədir və bir mülkiyətçi olaraq mülkiyyətinin icarə haqqını müəyyənləşdirmək haqqı birinci dərəcəli ona aiddir. Mülki Məcəllənin 700.1-ci maddəsinin tələbindən də müəyyən edilir ki, icarə haqqı əmlakı icarəyə vermiş şəxsin müəyyən etdiyi ödəniş məbləğidir və əmlak icarəyə verənin mülkiyyətində olduğu üçün həmin əmlakın mülkiyyət hüququ əsasında icarəyə verilməsi zamanı əmlakın yerləşdiyi şəhərin, rayonun ya kəndin hökümət orqanlarının müəyyən etdiyi deyil, mülkiyyətçinin təyin etdiyi haqq üstün tutulmalıdır. Qeyd edir ki, birinci instansiya məhkəməsinin kənd icra nümayəndəsinin məktubu əsasında onun əmlakına kirayə haqqı təyin etmək kimi bir səlahiyyəti yox idi. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə elektron formada ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 827-ci maddəsinin tələbinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Həmin Məcəllənin 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Həmin Məcəllənin 830.3-cü maddəsinə görə saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə görə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Qanunun 52.2-ci maddəsinə görə saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin 28 avqust 2024cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170/2022 saylı qətnəməsinə əsasən Cavabdeh məxsus əmlakların İddiaçı mülkiyyətində olan Bərdə rayonu Körpüsındıran kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan sonra Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş əmlaklar İddiaçı məxsus olan Bərdə rayon Körpüsındıran kəndində yerləşən 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinə (əl damına) yerləşdirilmişdir. Daha sonra İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmiş və Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170 saylı icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Apellyasiya şikayətin dəlili ondan ibarətdir ki, cavabdehin əşyalarının yerləşdiyi əmlak iddiaçının şəxsi mülkiyyətində olduğundan, bir mülkiyətçi kimi mülkiyyətinin icarə haqqını müəyyənləşdirmək iddiaçıya aid olmalı olduğu halda, məhkəmə mülkiyyət hüququ ilə bağlı tələbləri diqqətə almamış, kirayə haqqının məbləğini kənd icra nümayəndəsinin məktubu əsasında müəyyən etmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır və şikayətdə qeyd edilən dəlil qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işin hallarından da görünür ki, cavabdeh ona məxsus əşyaları iddiaçıya məxsus evdən çıxarmadığı üçün barəsində müvafiq icra sənədi əsasında icraata başlamaq haqqında qərar çıxarılmış, həmin qərarın icrası qismində qanunvericiliyin tələblərinə əsasən ona məxsus əşyalar saxlanılması üçün iddiaçının fərdi yaşayış evindəki əl damına yerləşdirilmişdir. İddiaçı (saxlayıcı) onun ailə üzvü deyil və əmlakın saxlanılması üçün müvafiq haqq almaq hüququna malikdir. Lakin bu haqqın (saxlanc haqqı) məbləği tərəflər arasında hər hansı bir razılaşmada öz əksini tapmadığı üçün məhkəmə tərəfindən ağlabatan məbləğdə müəyyənləşdirilmişdir. Eyni zamanda iş materiallarında olan müvafiq məhkəmə sorğusu əsasında əldə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 32 saylı və Bərdə rayon Körpüsındıran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 saylı məktublarının surətindən görünür ki, Bərdə rayon Körpüsındıran kəndi ərazisində 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiyməti 60-70 manat dəyərindədir. Birinci instansiya məhkəməsi həmin məbləği yuvarlaqlaşdırıb 65 manat olaraq 4 ay 28 gün saxlama haqqı kimi yekunda 325 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 827-ci maddəsinin tələbinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. İş materialları və iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçının anbar sahibi olaraq sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcı deyildir. Eyni zamanda iddiaçının cavabdeh ilə cavabdehə məxsus əmlakın saxlanılması üçün hər hansı bir razılaşması müəyyən edilmir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 52.2-ci maddəsinə görə saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Göründüyü kimi yuxarıda qeyd edilən normada da qeyd edilmişdir ki, saxlayıcı borclunun özü və ya onun ailə üzvü deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Ancaq həmin haqqın hansı qaydada verilməsi barədə (məsələn tərəflərin razılaşması və ya əmlakı saxlayan şəxslə icra şöbəsi arasında olmuş razılıq əsasında) hər hansı bir konkret halın olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(047)-582/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1833/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1833/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver