Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1853/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2098/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 fevral 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki evlənmişlər, nikahlarını isə 14 mart 2016-cı ildə rəsmləşdirmişlər. Birgə nikahlarından 05 fevral 2016-cı il tarixdə X5 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-280/2023 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar və uşağları onun yanında qalmışdır. Özü işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. Cavabdeh uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Cavabdeh ərizə göndərərək iddianı qismən etiraf etdiyini, hazırda 2-ci qrup əlil olduğunu, 363 manat müavinət aldığını və səhhətində olan problemlərlə əlaqədar olaraq heç bir yerdə işləyə bilmədiyini, lakin buna baxmayaraq hər ay bir uşaq üçün 50 manat aliment ödəməyə razı olduğunu bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2098/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Osman Vəliyev) iddia qismən təmin edilərək 17 iyul 2024-cü ildən başlayaraq 05 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə ilə iddianın 90 manat və ya daha az miqdarda təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan Gəncə şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 05 fevral 2016-cı ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-280/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 14 mart 2016-cı il tarixli 42 saylı nikah aktı məhkəmə qaydasında pozulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə faktik nikah üzrə bir ailədə yaşayıb, nikahı xx.xx.2016-cı ildə, yəni xx.xx.2016-cı il təvəllüdlü övladı Məhəmməd doğulduqdan 3 ay sonra rəsmiləşdirmişlər. Bir neçə ildən sonra ailə dağılmış, nikah məhkəmə qərarı ilə xx.xx.2023-cü il tarixdə pozulmuşdur. O, 2-ci dərəcəli əlildir, bir ayağı olmadığı üçün işləyə bilmir, yalnız dövlətin əlil kimi verdiyi 360 manat pensiya ilə yaşayır. Məhkəmə uşağının saxlanılması üçün qanuna zidd olaraq pensiyanın yarısını, yəni 180 manatını alimentə tutmuşdur. Bu o deməkdir ki, qanuna əsasən ondan uşağının saxlanılması üçün 90 manat tutula bilərdi. Lakin 60 yaşı və qıçsız olmağı əlavə qazanc əldə etməyini istisna etdiyi üçün məhkəmə vəziyyətini nəzərə alıb, alimentin miqdarını 90 manatdan da aşağı etməli idi. Bu qayda qanunun məhkəmənin üzərinə qoyduğu vəzifədir. Lakin məhkəmə yaşını nəzərə almamış, hətta ondam ən çox halda tutumalı olan alimentin miqdarını 2 dəfə artırıb, 180 manata çatdırılmış, amma çıxardığı qətnaməni əsaslandırmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o İİ dərəcəli əlildir və 363 manat pensiya alır. Birinci instansiya məhkəməsi 180 manat aliment təyin etmişdir. Həmin məbləğ onun pensiyasının yarısı deməkdir. O əlil olduğu üçün başqa yerdə işləyib gəlir əldə edə bilmir. Hazırda onun başqa xəstəlikləri də vardır. Lakin maddi imkanı olmadığından hələ ki, səhhəti ilə bağlı problemlər qalmaqdadır. Maddi imkanı olsaydı, 180 manatdan da artıq köməklik göstərərdi. Hazırda iddiaçıya 50 manat aliment ödəyə bilər. Bununla yanaşı, qarşı tərəf uşağın saxlanılması ilə bağlı etirazı olarsa, uşağın onun yanında qalmasına etiraz etmir. Adına heç bir əmlakı və ya torpaq sahəsi yoxdur. Onun gəlir yeri yalnız əlilliyə görə aldığı pensiyadır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, cavabdehin əlil olması o, demək deyil ki, başqa işdə işləyib gəlir əldə edə bilməz. Cavabdeh gedib nəzarətçi və s. işləyib alimentin ödəsin. Bununla yanaşı, 100 kv.m sahəyə malik evi var və həmin evin bir hissəsini kirayə verməklə alimenti ödəyə bilər. Cavabdeh tərəfin təklif etdiyi 50 manat aliment məbləği ilə razı deyillər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə 14 mart 2016-cı il tarixdə rəsmləşdiriblər. Faktiki nikahlarından 05 fevral 2016-cı il tarixdə X6 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-280/2023 sayılı qətnaməsi ilə nikah pozulmuşdur. Tərəflər ayrılmışlar və birgə nikahlarından doğulmuş uşaq iddiaçının yanında qalmışdır. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti üzrə iş üzrə müəyyən edilmiş aliment miqdarı ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissədə dəyişdirilməli, uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği azaldılmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə görə hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Bundan əlavə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşağa təyin edilmiş alimentin miqdarı 180 manat miqdarında təyin edilmiş, lakin alimentin miqdarı cavabdehin gəlir və əmlak vəziyyəti ilə mütənasib və uyğun deyil, buna görə də, cavabdehin də ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment miqdarı azaldılmalıdır. Məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq 05 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin 150 manat müəyyən edilməsini qanuni, əsaslı və eyni zamanda ağlabatan hesab edir. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin vəzifələrinin olması, 2024-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissədə dəyişdirilməli, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-2098/2024 saylı qətnaməsi alimentin tutulması hissədə dəyişdirilərək Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1853/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1853/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver