Məhkəmə qərarları › İş №2(106)-1869/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1869/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1869/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X9 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi (azaldılması)” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğinin (indeksasiyadan sonra olan 1.15 misli miqdarında olanı) azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Hüseynala qızı ilə xx.xx.2004-cü il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından 07 fevral 2006-cı il təvəllüdlü X6 və 31 avqust 2009-cu il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 07 fevral 2006-cı il təvəllüdlü X4 və 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra iş üzrə həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsində olduğu bir vaxtda iş üzrə Cavabdeh həmin aliment məbləğinin indeksasiyası barədə ərizəsi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşıma çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan verdiyi şikayət Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)19/2025 saylı qərardadı ilə təmin edilməmişdir, şikayətə baxılması üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(106)-23/2025 saylı qərardadı ilə şikayəti təmin edilməmişdir. Hal-hazırda onların rəsmi nikahlarından olan 07 fevral 2006-cı il təvəllüdlü X6 2024-cü ilin fevral ayında yetkinlik yaşına çatmış, 31 avqust 2009-cu il təvəlldlü X7 isə iş üzrə cavabdehin himayəsində olmaqla 15 yaşındadır. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində 460 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi onu həddindən artıq çətin vəziyyətə salmışdır. Səhhətinə görə işləyə bilmir. İş üzrə cavabdeh isə işləməsi ilə aylıq yaxşı qazanc əldə edir. İş üzrə Cavabdeh himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməkdən boyun qaçırmır, amma 460 manat, bu alimenti ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda üzərinə xeyli borc yığılmışdır. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində alimentin indeksinin dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(106)- 23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 12 fevral 2025- ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ildən etibarən minimum aylıq əmək haqqı 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat olaraq müəyyən edilmişdir. Bu göstəricilərdən göründüyü kimi, hər bir uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş təminat həddi 246 manat təşkil edir. Alimentin də məhz bu həddə müəyyən edilməsi uşağın minimum ehtiyaclarının təmin olunmasına xidmət edir. Hazırda qüvvədə olan qərardadla alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli (460 manat) olaraq müəyyən edilmişdir ki, bu da iddiaçının mövcud vəziyyətini ağırlaşdırır. Məhkəmə hesab etmişdir ki, uşağın mənafeyi təmin edilməklə yanaşı, iddiaçının da maddi vəziyyəti nəzərə alınmalıdır. Belə olan halda, alimentin miqdarı minimum əmək haqqının 280/400 nisbəti əsasında 0.7 misli həddində müəyyən edilməlidir. Bu məbləğ bir tərəfdən uşağın saxlanılması üçün dövlət tərəfindən təsbit edilmiş minimum təminat həddinə uyğun gəlir, digər tərəfdən iddiaçının ağır sağlamlıq və maliyyə vəziyyətini nəzərə almaqla ədalətli tarazlığı təmin edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, 31 avqust 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,7 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 112.1-ci maddələri, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 5-ci maddələri, Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarı, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq işləmir. Xəstədir və hazırda üzərinə xeyli borc yığılmış və əlverişsiz vəziyyətə düşmüşdür. Göründüyü kimi birinci instansiya məhkəməsi yaşayış minimumu haqqında qanunu nəzərə almış, Şirvan Şəhər Məhkəməsi üzrə bir uşaq üçün 150-180 manat aliment kəsildiyi halda, ona 240 manat aliment kəsilməsi qət edilmişdir. İş üzrə cavabdeh rəsmi olaraq işləyir və aylıq yaxşı qazancı var. Ailə Məcəlləsində ata təkcə uşaqları saxlamaqa borclu deyil, valideynlər uşaqları saxlamaq borcudur. Odur ki, iş üzrə cavabdeh bu borcdan kənarda qala bilməz. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Hal-hazırda özü dərnək müəllimi işləyir. Dərnək müəllimi işləsə də tam ştat deyil, yarımştat işləyir. Hal-hazırda övladı X2 problemləri olduğu üçün dərman xərclərini özü qarşılayır. İddiaçı isə gəliri də vardır və bərbərlik fəaliyyəti ilə məşğuldur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı; «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə alimentin müəyyən edilməsi hissəsində işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğinin (indeksasiyadan sonra olan 1.15 misli miqdarında olanı) azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alimentin də məhz bu həddə müəyyən edilməsi uşağın minimum ehtiyaclarının təmin olunmasına xidmət edir. Hazırda qüvvədə olan qərardadla alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli (460 manat) olaraq müəyyən edilmişdir ki, bu da iddiaçının mövcud vəziyyətini ağırlaşdırır. Məhkəmə hesab etmişdir ki, uşağın mənafeyi təmin edilməklə yanaşı, iddiaçının da maddi vəziyyəti nəzərə alınmalıdır. Belə olan halda, alimentin miqdarı minimum əmək haqqının 280/400 nisbəti əsasında 0.7 misli həddində müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğinin azaldılması barədə qərar qəbul edərkən iddiaçının maddi vəziyyətini nəzərə aldığını göstərsə də, bu vəziyyətə lazımi dərəcədə və real təsir gücü olan ölçüdə hüquqi qiymət verməmişdir. Belə ki, alimentin məbləği formal olaraq azaldılsa da, müəyyən edilmiş yeni məbləğ iddiaçının gəlirləri, sosial vəziyyəti və digər zəruri xərcləri ilə müqayisədə faktiki olaraq onun maliyyə yükünü əhəmiyyətli dərəcədə azaltmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da görünür ki, valideynlərin öz uşaqları qarşısında olan hüquq və vəzifələri uşaqların üstün mənafeyini qorunmağa yönəldiyindən, məhkəmə uşaqların saxlanması üçün alimentin təyin edilməsi ilə bağlı halları araşdırarkən ilk növbədə uşaqların zəruri həyat şəraitini, onların ehtiyacını nəzərə almalı, daha sonra valideynin alimenti ödəmək iqtidarında olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Məhkəmə tərkibi alimentin təyin edilməsi barədə gəlinən nəticəni qanuni və əsaslı hesab etsə də təyin edilmiş aliment miqdarı ilə razılaşmır. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilməlidir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi zərurəti onun faktiki hallar və tərəflərin maddi vəziyyətini tam qiymətləndirməməsindən irəli gəlmişdir. Alimentin miqdarı uşağın ehtiyacları və hüquqlarını qoruyarkən, eyni zamanda cavabdehin ödəmə imkanlarını nəzərə almalıdır. Lakin birinci instansiya məhkəməsi bu tarazlığı təmin etməmiş, nəticədə uşağın təminatı ilə iddiaçının hüquq və mənafeləri arasında uyğunluq pozulmuşdur. İş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, müəyyən edilmiş aliment məbləği iddiaçının faktiki gəlir imkanlarını və real maddi vəziyyətini tam şəkildə üstələyir, bu isə aliment öhdəliyinin ağlabatanlıq və mütənasiblik prinsiplərinə açıq şəkildə ziddir. Belə bir şəraitdə aliment öhdəliyi ailə-hüquqi təminat mexanizmi olmaqdan çıxaraq, faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan, iddiaçının maddi vəziyyətini davamlı şəkildə ağırlaşdıran maliyyə yükünə çevrilir ki, bu da aliment institutunun sosial və hüquqi mahiyyəti ilə uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində açıq şəkildə göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxılarkən məhkəmə aliment müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin baş verdiyini müəyyən etməli və alimentin miqdarının dəyişdirilməsinin uşağın maddi vəziyyətinə təsirini qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi isə bu hüquqi mövqeyi nəzərə almadan, alimentin mövcud məbləğinin iddiaçının faktiki ödəmə imkanları ilə uyğunluğunu araşdırmamış, nəticədə uşağın mənafeyi ilə iddiaçının real maddi vəziyyəti arasında tələb olunan balansı təmin etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, aliment məbləğinin real imkanlardan kənar müəyyən edilməsi gələcəkdə aliment borcunun yığılmasına, icra tədbirlərinin tətbiqinə, inzibati və ya cinayət məsuliyyəti risklərinin yaranmasına səbəb ola bilər ki, bu da nə valideynin, nə də uşağın uzunmüddətli mənafeyinə uyğundur. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 0,6 mislinə endirilməsi uşaqların minimum maddi tələbatlarını təmin etməklə yanaşı, cavabdehin faktiki maddi vəziyyəti ilə mütənasibdir və ailə hüququnun balans prinsipinə uyğundur. 2025-ci il üçün minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq, alimentin bir uşağa münasibətdə 400 x 0,60 = 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməsi və sonrakı artımlar nəzərə alınmaqla tutulması əsaslı və ədalətli hesab edilir Məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində alimentin indeksinin dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində alimentin tutulmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində alimentin indeksi dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1398/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində alimentin indeksi dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar