Məhkəmə qərarları › İş №2(106)-1880/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1880/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1880/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia qaldıraraq, əri X3 ilə birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, uşaqların nənəsi Cavabdeh hər ay, hər uşaq üçün 150 (bir əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu X3 ilə 2010-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və 28 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X4 və 10 mart 2016-cı il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən X3 ilə aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızı, 14 fevral 2013-cü il təvəllüdlü X4 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 onun xeyrinə tutulması müəyyən edilmişdir. X3 onun xəbəri olmadan Rusiya Federasiyasına getmiş və aliment borcunu ödəməmişdir. Nəticədə onun 2150 (iki min bir yüz əlli) manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcələsinin 88- 93-cü maddələrinə əsasən baba və nənələr öz nəvələrinin saxlanmasında iştirak edə bilərlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx.xx.2024-cü il tarixli, 2(018)- 315/2024 saylı qətnaməsi ilə iddia rəddd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh oğlu X3 İddiaçı ilə 28 iyul 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)- 1350/2022 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşı olmasını, hər hansı bir gəlirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh oğlu X3 İddiaçı ilə 28 iyul 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(018)- 1350/2022 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşı olmasını, hər hansı bir gəlirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49,56,58,61,89-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,77-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbindən görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlamaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlamaq çünü valideynlərindən, yaxudda ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlardan eyni hüququna malikdirlər. Qeyd edilən hüquq normalarına istinad edərək nənəyə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir və tələbi təsdiq edən müəyyən sübutlar məhkməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlarla kifayətlənməyib və iddianırədd etmişdir. Cavabdeh ümumiyyətlə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yalnız izahatında qeyd edir ki, vəziyyəti ağırdır deyə aliment ödəyə bilməz. Məhkəmə cavabdehin mülahizəsizə inanır amma onun təqdim etdiyi sübutları kifayət hesab etmir. Məhkəmənin gəldiyi nəticə iş materiallarına uyğun deyildir. Qeyd edilən hüquq normasının tələblərinə görə Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlamaq üçün öz valiydenlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna mlikdirlər. Əmək qabilliyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlamaq üçün valideynlərdən yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Astara Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(018)- 315/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə dair etirazı xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətinə dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və oğlu Rauf Məmmədov xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 3 övladları anadan olmuşdur. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(018)- 1350/2022 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahdan olan uşaqları 29 aprel 2011ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında 500 manat iddiaçıya pul göndərilmişdir və ödənilmiş ümumi aliment məbləği 2800 manat təşkil edir. Həmin qəbzlər Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. Oğlu alimenti ödəməyə davam edir və iddiaçının ondan aliment tələb etməsi qanunsuzdur. Oğlu aliment ödəməkdən imtina etmir, borcundan boyun qaçırmır və hissə-hissə ödənişlər edir. Oğlu hazırda xəstədir və xəstəliklə bağlı müalicə olunur. Bunların nəzərə alınmasını xahiş edir. İddiaçı ondan o halda aliment almaq hüququna malik olardı ki, uşaqlar hər iki valideyndən də maddi yardım ala bilməsinlər. Qeyd edir ki, onun 74 yaşı var və pensiya alır. Xəstəlikdən əziyyət çəkir və aldığı pensiya dərmanlarına, kommunal xərclərə kifayət etmir. Oğlunun gəliri yüksək deyil. Bunlar da maddi imkanının məhdud olduğunu təsdiq edir. İddiaçının ondan aliment tələb etməsinin hüquqi əsası yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh oğlu X3 İddiaçı ilə 28 iyul 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbindən görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlamaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlamaq çünü valideynlərindən, yaxudda ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlardan eyni hüququna malikdirlər. Qeyd edilən hüquq normalarına istinad edərək nənəyə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir və tələbi təsdiq edən müəyyən sübutlar məhkməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlarla kifayətlənməyib və iddianırədd etmişdir. Cavabdeh ümumiyyətlə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yalnız izahatında qeyd edir ki, vəziyyəti ağırdır deyə aliment ödəyə bilməz. Məhkəmə cavabdehin mülahizəsizə inanır amma onun təqdim etdiyi sübutları kifayət hesab etmir. Məhkəmənin gəldiyi nəticə iş materiallarına uyğun deyildir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin bu əsala ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə keçmiş əri arasında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvədə olan qətnamə ilə 29 aprel 2011-ci il təvəllüdlü Cavabdeh Rauf qızının, 14 fevral 2013-cü il təvəllüdlü X2 və 10 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin X1 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş alimentə dair icra işi davam etdiyi müddətdə yenidən başqa bir qətnamə ilə nənədən alimentin tutulması yolverilməzdir. Yəni hazırkı halda o vaxt nənədən aliment tutula bilər ki, yuxarıda qeyd edilən Astara Rayon Məhkəməsinin 06 dekabr 2022-cu il tarixli, 2(018)-1350/2022 saylı qətnaməsi üzrə verilmiş icra işi üzrə icraata xitam verilmiş olsun və ya tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi kimi məhkəməyə qaytarılmış olsun. Hazırkı halda isə belə bir sübut iş materiallarından müəyyən edilmir. Beləliklə, məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-315/2024 saylı qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar