Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1909/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Salyan Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı 2011-ci ildən faktiki, xx.xx.2020-ci il tarixdən rəsmi nikahda olmuşlar. Bu nikahdan 2 uşaq- xx.xx.2015-ci il təvəllüdlü Nəzrin və xx.xx.2017-ci il təvəllüdlü Rövşanə doğulmuşdur. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş 22 iyul 2015-ci il təvəllüdlü X4 və 12 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, o, cavabdeh X5 ilə nikahını xx.xx.2020ci il tarixdə rəsmi olaraq, Salyan rayon qeydiyyat şöbəsində 128 nömrə ilə qeyd etdirmiş olsa da, faktiki olaraq 30 sentyabr 2011-ci il tarixdə cavabdehlə ailə quraraq onunla bir ailədə yaşamışdır. Cavabdehlə birgə nikahdan iki uşağı doğulmuşdur: xx.xx.2015-ci il tarixdə X4 xx.xx.2017-ci il tarixdə X2. Cavabdehlə ailə qurduqdan sonra az müddət mehriban yaşamışlar. 2020-ci ilin dekabrından 2 uşağı ilə birlikdə valideynlərin yanına gəlmişdir. Həmin vaxtdan da o, 2 uşağı ilə birlikdə atasının himayəsində və onun maddi dəstəyi ilə yaşayır. Cavabdehlə ayrı yaşadıqları bu 4 ilə yaxın müddətdə üs-üstə götürsə cavabdeh heç 500 manat uşaqlara pul verməyib. Cavabdeh maddi cəhətdən uşaqların saxlanılması üçün ona heç bir yardım göstərmir. Cavabdehin rəsmi iş yeri olmasa da, fərdi işlərdə çalışır, usta kimi işləyib ayda yaxşı pul qazanır, özünə məxsus avtomobili də var. Lakin son 4 ilə yaxın müddətdə onu və uşaqlarını valideynləri saxlayıb. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22 iyul 2015-ci il təvəllüdlü X4 və 12 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 31 iyul 2024-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 56 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəməyə teleqram göndərmiş, teleqramında iddiaçı ilə razılığa gəldikləri üçün Salyan Rayon Məhkəməsinin 02 oktyabr 2024cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Cavabdeh apellyasiya şikayətindən imtina etdiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Salyan Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1909/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1909/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver