Məhkəmə qərarları › İş №2(106)-193/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-193/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-193/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mayılov Samir İlham oğlundan və Əsədov İlham Qoşunəli oğlundan, ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)-868/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)-868/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Hacıyev) iddia tələbi qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı İsayeva X2 Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)-868/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməməsi hissəssində ləğv edilməsini və onun tam təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, tərəflər rəsmi olaraq Sabirabad rayon Poladtuğay kəndində qeydiyyatdadır, lakin özü uşaqları ilə birlikdə cavabdehdən ayrıldıqdan sonra Hacıqabul rayonunda yerləşən atasına məxsus evə köçmüş və orada yaşamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)-868/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı və Cavabdeh şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflər rəsmi olaraq Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatdadırlar. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Məhkəmə mülki işin materiallarını hərtərəfli və tam tədqiq edərək, iddiaçının izahatını dinləyərək, qanunvericilik normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən qanunverciliyin tələblərini pozmuş, tətbiq edilməli prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işi icraata götürmüşdür. Belə ki, işdə olan tərəflərin şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı və Cavabdeh rəsmi olaraq Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsindən görünür ki, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar və Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Həmin maddənin tələbinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, işdə olan Cavabdeh Hacıqabul Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, o, hazırkı mülki işə həmin məhkəmədə baxılmasına etiraz edərək mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ancaq birinci instansiya məhkəməsi cavabdehiun qeyd edilən ərizəsinə münasibət bildirməmişdir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə tərəflər Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olduğu üçün onların rəsmi yaşayış yeri üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)- 868/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 35.1, 36.2, 40.1, 45.2-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(071)-868/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar