Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1937/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: aliment tələbi X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(050)-1802/2024 saylı (hakim Ellara Abbasova) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 12 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşaq görə 235 manat, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində alimentin və 20 fevral 2014-cü il təvəllüdlü X3 böyrək xəstəliyinə görə onun müalicəsinə çəkilən xərclərin əvəzi kimi hər ay 200 manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan 12 oktyabr 2010-cu ildə X8, 14 aprel 2012-ci ildə X9 və 20 fevral 2014-cü ildə X7 adlı uşaqları olmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra uşaqlar onun yanında qalmağa qərar vermişlər, buna görə Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır. Uşaqlara o baxır, onların gündəlik tələbatlarını özü qarşılayır, lakin təkbaşına valideyn kimi üç nəfər uşağın tam istədikləri kimi saxlamasına maddi imkanı yetmir. İş üzrə cavabdeh isə əmək qabiliyyətli olmaqla Bakı şəhərində uşaq əyləncə mərkəzində uşaq nəzarətçisi olaraq çalışır və aylıq 500-600 manat əmək haqqı alır. O, isə heç bir yerdə işləmir və rəsmi olaraq heç bir yerdən gəliri yoxdur. Eyni zamanda bir nəfər Mühəmməd adlı oğlu böyrək xəstəliyindən əziyyət çəkir, onun bir böyrəyi böyük bir böyrəyi isə kiçikdir. Mütəmadi olaraq müalicə alır və onun müalicələrinin xərclərini təkbaşına qarşılayır. Artıq neçə ildir ki, Mühəmmədin müalicə olunmasına baxmayaraq onun daim müalicə və nəzarət altında qalmasını həkimlər bildirmişlər. Mühəmmədə "toksiki anemiya, xroniki böyrək xəstəliyi İİ-ci dərəcə” diaqnozu qoyulmuşdur. Eyni zamanda uşaqlar Masallı rayon Birinci Yeddioymaq kənd orta məktəbində təhsil alırlar, Mühəmməd məktəbin 4-cü sinifində, Məryam 6-cı sinifində və Xədicə isə məktəbin 7-ci sinifində təhsil alır. Uşaqların məktəb xərclərini o, təkbaşına və çətinliklə qarşılayır, cavabdeh isə uşaqların saxlanması üçün heç bir köməklik etmir. Alimentin və əlavə xərcin ödənilməsi ilə bağlı məhkəmədən əvvəl mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən prosesin davam etdirilməməsi barədə ona arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, xəstə olan uşaq Mühəmməd artıq sağalmışdır. Uşağın böyrəyində genişlənmə var, lakin ciddi problem yaratmır. Həmçinin uşaqlar ona qarşı öyrədilmiş və ondan soyumuşdur. Estetik həkiminin yanında köməkçi kimi işləyir. Portalda əmək haqqının məbləği 345 manat kimi göstərilsə də, 180 manat kartına köçür. Kirayədə qalır. Anası xəstə olduğu üçün ona baxır. Həmçinin banklara kredit borcu var. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbi ilə razı deyildir. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalan və cəfəngiyyatdır. Ona görə də iddia rədd olunmalıdır. Belə ki, o, 1 iyul 2024-cü il tarixə qədər “Bal Kimi” şirniyyat evində xadimə işləmişdir. Valideynləri xəstə olduğuna görə məcburiyyətdən yarım gün işləmişdir. Aylıq maaşı 160 manat olmuşdur. Halhazırda anasının vəziyyəti ağır olduğundan heç yerdə işləmir. Valideynləri ilə birgə kirayədə yaşayır. Atasının 6l yaşı var. Gözləri tor gördüyü üçün işləmir. Anası gəzə bilmədiyindən yataq xəstəsidir. Ona görə də anasının vəziyyəti ağırlaşmamış yarım gün işləmişdir. Valideynləri ilə birgə kirayədə qalır. Çox çətin şəraitdə yaşayırlar. Ailəli bir bacısı var, arada onlara yardım edir. Gəlir yerləri yoxdur. Ona görə də öz ehtiyaclarını, anasının müalicə xərclərini qarşılamaqda çox çətinlik çəkir. Oğlu Mühəmməd körpə olarkən müalicə alıb və hal-hazırda heç bir xəstəliyi yoxdur. Qeyd etmək istəyir ki, iddiaçının rəsmi iş yeri var və bundan başqa əlavə gəlirləri də mövcuddur. Belə ki, şəxsi avtomaşını ilə Masallı-Bakı taksi fəaliyyəti göstərir. Ata-anası da işləyir və təqaüd alırlar, eyni zamanda iddiaçı ilə birgə şəxsi mülklərində yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının ona qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Bunu yuxarıda qeyd olunanlar da açıq-aşkar sübut edir. Masallı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(050)-1802/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 aprel 2012ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının 20 may 2024-cü il tarixdən hesablanması, aliment tələbinə dair hissədə qətnamənin dərhal icra edilməsi, iddianın hər ay əlavə xərclər üçün 200 manat pul tələbinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, o, 1 iyul 2024-cü il tarixə qədər “Bal Kimi” şirniyyat evində xadimə işləmişdir. Valideynləri xəstə olduğuna görə məcburiyyətdən yarım gün işləmişdir. Aylıq maaşı 160 manat olmuşdur. Hal-hazırda anasının vəziyyəti ağır olduğundan heç yerdə işləmir. Valideynlərilə birgə kirayədə yaşayır. Atasının 61 yaşı var. Gözləri tor gördüyü üçün işləmir. Anası yeriyə bilmədiyindən yataq xəstəsidir. Ona görə də anasının vəziyyəti ağırlaşmamış işini yarım gün götürmüşdür. Çox çətin şəraitdə yaşayır. Bir bacısı var. Ailəlidir. Arada onlara yardım edir. Gəlir yerləri yoxdur. Ona görə də öz ehtiyaclarını, anasının müalicə xərclərini qarşılamaqda çox çətinlik çəkir. İddiaçı aliment verməsin deyə, 6 fevral 2023-cü il tarixdə uşaqları Binəqədi rayonu 267 saylı orta məktəbdən qaçırdı ki, aliment verməsin. Oğlu Mühəmməd körpə olarkən müalicə alıb və çox şükür ki, hal-hazırda heç bir xəstəliyi yoxdur. Qeyd etmək istəyir ki, iddiaçının rəsmi iş yeri var və bundan başqa əlavə gəlirləri də mövcuddur. Belə ki, şəxsi avtomaşını ilə Masallı-Bakı taksi fəaliyyəti göstərir. Ata-Anası da işləyir və təqaüd alırlar, eyni zamanda iddiaçı ilə birgə şəxsi mülklərində yaşayırlar. Onun yaşamaq üçün heç bir şəraiti və maddi-mənəvi ehtiyaclarının təmini olmadığı üçün uşaqların atanın himayəsində qalmasına məhkəmə qərar qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində aliment məbləğinin azaldılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, izahatı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Doğum haqqında arayışların surətlərindən görünür ki, 12 oktyabr 2010-cu ildə X8, 14 aprel 2012-ci ildə X9 və 20 fevral 2014-cü ildə X7 anadan olmuşlar. Uşaqların atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(106)-173/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "uşaq və aliment tələbinə dair” ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı "uşaq tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh və İddiaçı birgə nikahlarından doğulmuş 12 oktyabr 2010-cu il təvəllüdlü X5, 14 apəl 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və uşaqların ataları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 sentyabr 2023-cü il tarixli, 985 saylı arayışından görünür ki, 12 oktyabr 2010-cu il təvəllüdlü X8, 14 aprel 2012- ci il təvəllüdlü X9 və 20 fevral 2014-cü il təvəllüdlü X7, ataları İddiaçı ilə birlikdə anadan olduqları andan Masallı rayon Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Birinci Yeddioymaq kəndində, ona məxsus olan evdə yaşayırlar. İddiaçı hər üç övladı R.Əzizov adına Yeddioymaq 1 saylı kənd tam orta məktəbində təhsil alırlar. Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışından görünür ki, 20 fevral 2014-cü ildə X6 "sağ böyrəyin hipoplaziyası” diaqnozu qoyulmuşdur. 14 may 2024-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 20 may 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin əsas dəlili alimentin hər uşaq üçün 70 manat deyil, 50 manat müəyyən edilməsi barədədir. İşdən müəyyən edilir ki, cavabdeh işləyərək 345 manat əmək haqqı alır. İddiaçı isə heç bir yerdə işləmir və 3 uşağı təkbaşına böyüdür. Buna görə də kollegiya hesab edir ki, cavabdeh uşaqların saxlanmasında heç olmasa iddiaçıya maddi dəstək verməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hisəssində iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş həddən az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(050)-1802/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1937/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1937/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver