Məhkəmə qərarları › İş №2(106)-194/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-194/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-194/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin (hakim Habil Bəhmənov) 18 sentyabr 2023-cü il tarixli, 2(050)-2737/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı 16 avqust 2007-ci il təvəllüdlü X3, 10 may 2009-cu il təvəllüdlü X4 və 27 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh nikahlarını rəsmi qeyd etdirərək ailə həyatı qurmuşlar. 2022-ci ilin sentyabr ayında evdə olmadığı vaxt Cavabdeh bir sıra əşyaları və uşaqları da götürüb evdən getmişdir. Ailənin bərpası üçün bütün lazımi cəhdləri etməsimə baxmayaraq o, geri qaytmamışdır. Uşaqlar Cavabdeh boşanmaq fikrinin qəti olmasını görüb, həmçinin onlarla yola getmədiyindən onlardan Şaddıq, Qənirə və Zeynəb geri qayıtmışdır. Yalnız Gülcan adlı uşaqları Cavabdeh yanında qalmışdır. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahlarının pozulması və uşaqlara görə onun xeyrinə aliment tutulması, həmçinin uşaqların ondan alınması barədə qətnmə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(050)- 60/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.20023-cü il tarixli 17 saylı nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlardan xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009cu il təvəllüdlü X7 və 27.03.20l7-ci il təvəllüdlü X1 onun yanında, xx.xx.2010-cu il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması, Gülcan Qəniyevanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, iddianın Şaddıq Qəniyev, Qənirə Qəniyeva və Zeynəb Qəniyevanın ondan alınması tələbinə münasibətdə təmin edilməməsi qət edilmişdir. 2022-ci ilin sentyabr ayından uşaqları Şaddıq Qəniyev, Qənirə Qəniyeva və Zeynəb Qəniyevanı təkbaşına böyüdür. Cavabdeh isə onların saxlanılmasına köməklik etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir, o, cavabdehə onlarla birlikdə yaşması üçün təklif etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Uşaqları saxlamağa maddi imkanı var, lakin cavabdehin atası ilə olan prinsipinə görə iddia qaldırmışdır. Həmçinin qanunvericiliyə əsasən onun aliment almaq hüququ vardır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Heç bir yerdə işləmir. Həmçinin ayaqlarından əməliyyat olunmuşdur. İddiaçının maddi imkanının yaxşı olmasına baxmayaraq, məhkəmə qətnaməsi ilə müəyyən olunan 150 manat alimenti ödəmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(050)-2737/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsi Plеnumunun «Аzərbаycаn Rеspublikаsı Аilə Məcəlləsinin 76,78 və 112-ci mаddələrinin şərh еdilməsinə dаir» 27 iyun 2016-cı il tаriхli Qərаrının 2- ci bəndində göstərilmişdir ki, «Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.» Lаkin birinci instаnsiyа məhkəməsi аliment tələbi bаrədə iddiаnı rədd еtməklə uşаqlаrın bu hüquqlаrını pоzmuşdur. Аzərbаycаn Rеspublikаsı Аilə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.1-ci mаddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün əsas tutularaq müəyyən edilir. Qаnunvеriciliyin tələbinə əsаsən hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi təlabatını ödəməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi təlabatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. İşdən görünür ki, cаvаbdеhlə birgə nikаhlarından оlаn 4 uşаqdаn 1-i cavabdehin, 3-ü isə iddiaçının yаnındа qаlmışdır. O, cаvаbdеhin yаnındа qаlаn 1 uşаq üçün аlimеnt ödəsə də, cаvаbdеh onun yаnındа оlаn 3 uşаq üçün nə аliment ödəmir, nə də ümumiyyətlə оnlаrın sахlаnılmаsındа, təlim və tərbiyəsində iştirаk еtmir. Nəticədə yаnındа qаlаn 3 uşаğın dа bütün tələbаtını ödəmək onun üzərimə düşür. Hаlbuki qаnunvеricilik bu vəzifəni hər iki vаlidеynə аid еtmişdir. Cаvаbdеh isə uşаqlаra münаsibətdə qаnunvеriciliyin оnun üzərinə qоymuş olduğu vəzifələrini könüllü оlаrаq icrа еtmir. Hаzırkı iş üzrə birinci instаnsiyа məhkəməsi bunları nəzərə аlmаmаqlа qеyd оlunаn mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərmişdir. Etirazda qeyd edilir ki, İddiaçı ona qarşı məhkəmədə aliment tələbi barədə iddia qaldırmışdır. İddia tələbini qəbul etmir. İddia əsassızdır və rədd olunmağa məhkumdur. İddiaçı ilə rəsmi nikahlarından 4 övladları olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş, Masallı Rayon Məhkəməsinin hakimi cənab Zeynal Zeynalov ədalətsizcəsinə 3 uşağı iddiaçının himayəsində saxlamış, qızı Gülcanı iddiaçının himayəsinə vermiş, cavabdehdə qalan uşağın saxlanılması üçün iddiaçıdan 150 manat aliment tutulmasını qət edilmişdir. Hər ikisi qətnamədən narazı olmuş və apellyasiya şikayəti vermişlər. Onun apellyasiya şikayətinin əsası qızı Zeynəbin onun himayəsinə verilməsi və iki uşağa görə cavabdehdən alimentin tutulması olmuşdur. İddiaçının apellyasiya şikayətinin əsası isə cavabdehin himayəsinə verilmiş qızı Gülcanın iddiaçının himayəsinə verilməsi və 4 uşağa görə alimentin iddiaçının xeyrinə tutulması olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov tərəfindən apellyasiya şikayəti qismən təmin olunmuş, iddiaçının himayəsində olan qızı Zeynəb iddiaçıdan alınaraq cavabdehin himayəsinə verilmiş, iki uşağın saxlanılması üçün iddiaçıdan cəmi 300 manat alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə rədd edilmişdir. Yəni hörmətli məhkəmə iddiaçının tələbinə 3 ay bundan əvvəl apellyasiya məhkəməsində baxılmış və əsassız olduğundan rədd edilmişdir. Hal-hazırda da iddiaçının cavabdehə 2000 manata yaxın aliment borcu vardır. İddiaçı cavabdehə aliment borcunu vermək istəmədiyindən belə oyunlara əl atır. Cavabdehin xəstəliyi ilə əlaqədar işləyə bilmir. Ağır əməliyyatlar keçirmişdir və əməliyyatların nəticəsində ona işləmək olmaz. Hal-hazırda da mütəmadi olaraq müalicə alır və dərmanlardan istifadə edir. Əməliyyat olunmağı barədə sənədləri etiraz ərizəsinə əlavə etmişdir. İddia tələbini və apellyasiya şikayətini qəbul etmir. Hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Habil Bəhmənov qanuni və ədalətli qətnamə qəbul etmişdir. Qətnamənin ləğv olunması üçün əsaslar yoxdur. Göstərilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə oxşar məzmunda izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilən suallara cavabında əlavə olaraq göstərmişdir ki, hazırkı iddianı cavabdehin atası ilə arasında olan prinsipə görə qaldırmışdır. Göstərmişdir ki, uşaqların 3-ü hazırda onun yanındadırlar və onlara baxmağa yetərli maddi imkanı var. Həmçinin düşünür ki, cavabdeh ona aliment ödəməlidir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddiaçı tərəfindən tam olaraq mübahisələndirildiyindən, əsaslılığı da iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 16 avqust 2007-ci ildə, X7 10 may 2009-cu ildə, X8 04 oktyabr 2010-cu ildə, X9 27 mart 2017-ci ildə doğulmuşlar. Uşaqların atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-60/2023 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlardan xx.xx.2007ci il təvəllüdlü X10, xx.xx.2009- cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun yanında, xx.xx.2010-cu il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması, Gülcan Qəniyevanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi, alimentin tutulmasının xx.xx.2022ci il tarixdən hesablanması, iddianın Şaddıq Qəniyev, Qənirə Qəniyeva və Zeynəb Qəniyevanın İddiaçı alınması tələbinə münasibətdə təmin edilməməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştitrak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. Baxılan işdə tərəflər arasında yaranan münasibətə hüquqi qiymət verilməsi üçün alimentin mahiyyətini izah etmək vacibdir. Belə ki, valideyinlərin uşaqlarını saxlamaq vəzifəsi həm hüquqi həm də sosial əhəmiyyət kəsb edir. Uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin vəzifəsidir. Aliment – uşaqların saxlanılması üçün ödənilən vəsaitdir. Aliment bunu ödəmək üçün zəruri imkana malik olan tərəfdən (valideynlər, baba, nənə və s) tutulur. Göründüyü kimi aliment tələb edən valideyn onun yanında qalan uşağının zəruri ehtiyaclarını qarşılamaq üçün məhkəməyə müraciət edir. Yəni alimentlə bağlı məhkəmələrdə qaldırılan iddiaların əsasını yanında qalmış uşağın zəruri ehtiyacları və bu ehtiyacların ödənilməsi durur. Burdan belə nəticəyə gəlmək olur ki, aliment uşağı saxlamağa maddi imkanı olmayan tərəfin iddiası əsasında, maddi imkanı olan tərəfdən tutulur. Lakin hazırkı iş üzrə iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu izahatlarından müəyyən edilir ki, onun uşaqları saxlamağa maddi imkanı vardır, lakin cavabdehin atası ilə aralarında olan prinsipinə görə iddia qaldırmışdır. Həmçinin qanunvericiliyə əsasən onun aliment almaq hüququ vardır. Eyni zamanda iddiaçı apellyasiya şikayətində də, cavabdehin aliment ödəməli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi də, məhz iddiaçının hüquqdan sui-istifadə edərək, maddi imkanı olduğu halda aliment tələb etdiyi qənaətinə gələrək, iddianı rədd etmişdir. Məhkəmə kollegiyası buna əsasən də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh apellyasiya baxışına etirazını apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, etirazında heç bir yerdə işləmədiyini, xəstə olduğunu bildirmişdir. Etirazına buna dair müvafiq sənədləri əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təqdim etdiyi sənədlərdən də, görünür ki, cavabdeh faktiki işsizdir, xəstəliyi vardır. Belə olan halda da, apellyasiya şikayəti əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Göründüyü kimi iddianın dəyəri 5000 manatdan çoxdur. Belə olan halda qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(050)-2737/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar