Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-195/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15 avqust 2023-cü il tarixdən başlayaraq 30 iyun 2012-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilərək bir uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiadan imtina etmiş, iddiadan imtinanın doğurduğu hüquqi nəticələr ona izah edilmiş və aydındır. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, iddiadan imtinaya və iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi İddiaçı iradə ifadəsi olmaqla, İddiaçı tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, işdə iştirak edən şəxslərə iddiadan imtinanın hüquqi nəticələri izah edilmiş, hazırkı imtina qanuna zidd deyil və tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbindən iş üzrə İddiaçı imtina ərizəsi qəbul edilsin. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(050)-3054/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-195/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-195/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver