Məhkəmə qərarları › İş №2(106)-1958/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1958/2025

25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1958/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli 2(032)-812/2024 saylı qərardadından ərizəçi İddiaçı nümayəndəsi vəkil X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə mərhum anası X2 birgə nikah dövründə alğı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)812/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş ünvan 2 ünvanında yerləşən miras əmlakın bölünməsi ilə bağlı olmuşdur. Şirvan Şəhər Məhkəmənin xx.xx.2024-cü il tarixində qətnaməsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən evdə 1/8 payının olduğu müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh razı qalmayaraq bunun əsasında apellyasiya şikayəti ilə müraciət etmişdir. İddiaçı qismində İddiaçı olduğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X1 iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclası keçirilmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin müvafiq qərarı üzrə Şirvan Apellyasiya Məhkəməsinin hazırkı iddiaçının xeyrinə qət edilmiş qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz əmlakın tikili hissəsi nəzərə alınmış, torpaq hissəsi isə nəzərə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan şəhər ərazi idarəsinə bu səhvi düzəltməklə bağlı müraciət etmişlər və şifahi qaydada məhkəmənin qətnaməsinin nəticəsində qət edilmiş qərara istinad verir ki, məhkəmə ünvan 4 ünvanında yerləşən evdə 1/8 payı olduğu müəyyən edilmişdir. Hesab edir ki, iddiaçının ünvan 4 ünvanında yerləşən evdə 1/8 payı olduğu müəyyən edilərkən yalnız ev sahəsinin yoxsa torpaq sahəsi ilə birgə 1/8 payının olduğu qərarı hal-hazırda qeyri-müəyyən qalır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin izah edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusatın mövcud olmaması, buna görə də izah verilməsi yolu ilə həmin qətnamənin icrasına münasibət bildirilməsi yolverilməz hesab edilmiş və qətnaməyə izah verilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair qərardad qəbul olunmuşdur. ünvan 4 ünvanında həyat yoldaşı X3, 2012-ci il təvəllüdlü qızı X7, 2014-ci il təvəllüdlü qızı X5 və 2015-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. Mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alğı-satqı müqaviləsi əsasında aldıqdan sonra o və digər ailə üzvləri ilə birlikdə həmin evə köçmüşlər. Həmin tarixdən hal-hazıradək ailəsi ilə birlikdə orada yaşayır və bu müddət ərzində öz vəsaiti ilə evin təmir işlərinə külli miqdarda vəsait xərcləmişdir. Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 50 m2 olan 21 saylı fərdi yaşayış sahəsi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən bölünmüş və 1/8 pay hissəsinin olduğu müəyyən edilmişdir. Beləcə, yalnız ev bölünmüş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mərhum anası X9 ilə birgə nikah dövründə əldə olunan vəsait hesabına tikilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin torpaq sahəsi mübahisələndirilmiş evin ayrılmaz hissəsidir və məhkəmə ərizəni rədd edərkən iddiaçıların iddia tələbinin ev sözündən ibarət olduğunu və ev sözü dedikdə yalnız tikilinin nəzərə alınmalı olduğunu bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin qərardadı ilə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. İş materiallarından görünür ki, iddiaçı Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Şirvan Şəhər Məhkəməsinin 2xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilməsi qət edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, hazırda İddiaçı ərizəsinin təmin edilməsi və qətnaməyə izah verilməsi yolu ilə torpaq sahəsi üzrə payının müəyyən edilməsi qətnamənin məzmununun dəyişdirilməsinə yönəlmiş ola bilər. Bundan başqa, diqqətə çatdırılmalıdır ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərkibi hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində gəlinən nəticə aydın göstərildiyindən izahın verilməsinə zərurət və qanuni imkan yoxdur. Şərh edilənlərə əsasən və MPM-in 230, 263, 264, 400, 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar