Məhkəmə qərarları › İş №2(106)-1961/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1961/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1961/2025 27.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Hacıyeva (Quliyeva) Səbinə Vaqif qızına qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(064)-1666/2025 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı X3 qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehə ödəməli olduğu sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə görə birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iki uşağa görə ümumilikdə 320 manat aliment təyin edilmişdir. X7 ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ərizəçi X2 xeyrinə, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunmuşdur. Aliment məbləği indeksasiya edilməzdən əvvəl çətinliklə də olsa, aliment məbləğini ödəyə bilirdi, lakin Abşeron Rayon Məhkəməsinin qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0,72 misli həddində indeksasiya edildikdən sonra hər uşaq üçün ödəməli olacağım aliment məbləği 288 manat edir ki, bu məbləği ödəmək çox çətin və mümkünsüzdür. Qeyd edilən məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan da çoxdur. Alimentin ödənilməsindən boyun qaçırmır, sadəcə olaraq hər uşaq üçün aylıq 288 manat alimenti ödəməyə imkanı çatmır. Bunun səbəbi əmək haqqının az olması və ikinci dəfə ailə qurması və həmin nikahdan da 1 uşağının olmasıdır. X7 iddia ərizəsinə etiraz etmiş, etiraz onunla əsaslandırılmışdır ki, hazırkı dövrdə ölkədə baş verən iqtisadi vəziyyət, xüsusilə də gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində müşahidə olunan ciddi artım, aliment məbləğinin azaldılması məsələsini mümkünsüz edir. İnflyasiya nəticəsində uşaqların saxlanması və təhsil xərclərinin ödənilməsi üçün tələb olunan məbləğ durmadan artır. İddiaçının ödədiyi aliment hazırkı vəziyyətdə uşağın əsas ehtiyaclarını qarşılamağa belə kifayət etmir. Qızı hazırda 10-cu sinifdə təhsil alır və ali məktəbə qəbul olmaq üçün 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır. O, 6 fənn üzrə hazırlıq dərslərinə gedir və bu dərslərin aylıq ödənişi ailə büdcəsi üçün böyük yük təşkil edir. Uşağın təhsilinə yönələn bu xərclərin böyük bir hissəsi yalnız onun tərəfindən qarşılanır. Ata isə alimentdən başqa heç bir əlavə maddi dəstək göstərmir və övladının digər xərcləri ilə maraqlanmır. Hal-hazırda o, Abşeron rayonunda kirayə mənzildə yaşayır və kirayə haqqı da ailə büdcəsinə əlavə maliyyə yükü yaradır. Bu şəraitdə alimentin azaldılması həm onun, həm də övladının yaşayış səviyyəsinə mənfi təsir edəcəkdir. İddiaçının sonradan ailə qurması və yeni övladının olması onun əvvəlki nikahdan olan övladına qarşı olan aliment öhdəliyini azaltmamalıdır. Ailə Məcəlləsinə əsasən valideyn hər bir övladına qarşı bərabər məsuliyyət daşıyır və bu məsuliyyət sonradan yaranan ailə vəziyyəti ilə məhdudlaşdırıla bilməz. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq, İddiaçı alimentin məbləğinin azaldılması ilə bağlı ərizəsinin təmin olunmaması və mövcud aliment məbləğinin saxlanılmasını xahiş edir. Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia tələbi qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2593/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 saylı qərardadına əsasən indeksasiya olunmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400 * 0,50 = 200 manat) həddində sabit pul məbləğdə alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan X7 şikayət verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iki uşağa görə ümumilikdə 320 manat aliment təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ərizəçi X2 xeyrinə, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunmuşdur. AZ-İİ seriyalı 332047 nömrəli nikah haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, İddiaçı ilə X8 arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 855 nömrə ilə nikah aktı qeydə alınmış, ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. AZ İV seriyalı 535249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X6r. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, həmin tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında İddiaçı tərəf iştirak etmiş, mediasiya xərci olaraq 60 manat vəsait ödəmiş, mediasiya sessiyasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh tərəf iştirak etməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə vaxtamuzd olaraq rəngsaz vəzifəsində işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. “AZEMİS”dən Çıxarış əsasında müəyyən olunur ki, İddiaçı 400 manat məbləğdə əmək haqqı alır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə uşaqların real ehtiyaclarını və iqtisadi vəziyyəti lazımi qaydada nəzərə almamışdır. Hazırkı dövrdə ölkədə ərzaq və xidmətlərin qiymətində ciddi artım müşahidə olunur, uşaqların təhsil və gündəlik təminat xərcləri ildən-ilə çoxalır. Qızı 10-cu sinifdə təhsil alır, ali məktəbə qəbul olmaq üçün 6 fənn üzrə hazırlıq kurslarına gedir və bu dərslərin aylıq ödənişi ailə büdcəsi üçün ciddi yükdür. Hazırda ödədiyi bu xərclər məhkəmə tərəfindən nə araşdırılmış, nə də nəzərə alınmışdır. Məhkəmə iddiaçının ailə və maddi vəziyyətini birtərəfli qiymətləndirmişdir. İddiaçının aylıq gəliri 400 manat kimi göstərilmiş, lakin onun əlavə gəlir mənbələrinin mövcudluğu araşdırılmamışdır. Eyni zamanda, onun əmək müqaviləsində göstərilən əməkhaqqı nominal xarakter daşıyır, yəni real gəlirləri daha yüksək ola bilər. İddiaçı həmçinin sağlam,əmək qabiliyyətli şəxsdir və əlavə qazanc imkanlarına malikdir, lakin məhkəmə bu halları araşdırmamışdır. Məhkəmə Ailə Məcəlləsinin 76.2 və 112.1-ci maddələrini yanlış tətbiq etmişdir. Bu maddələr alimentin dəyişdirilməsini “tərəflərin ailə və maddi vəziyyətindəki ciddi dəyişiklik” olduqda mümkün sayır. İddiaçının ikinci dəfə ailə həyatı qurması və yeni övladının olması, əvvəlki nikahdan olan övladına qarşı məsuliyyətini azaltmaq üçün əsas ola bilməz. Ailə Məcəlləsinə görə, valideynlər bütün uşaqlara qarşı bərabər məsuliyyət daşıyır, sonradan yaranan ailə münasibətləri bu öhdəliyi dəyişmir. Məhkəmə “uşağın mənafeyinin üstünlüyü” prinsipini düzgün tətbiq etməmişdir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, bütün hallarda uşağın mənafeyi üstün tutulmalıdır. Lakin qətnamədə uşağın mənafeyi deyil, ata tərəfin maddi rahatlığına üstünlük verilmişdir. Əgər aliment məbləği uşağın təhsil və yaşayış xərclərini qarşılamırsa, bu uşağın layiqli inkişaf hüququnun pozulması deməkdir. Uşaqlar arasında bərabərlik prinsipi pozulub. Qətnamə faktiki olaraq iddiaçının ikinci nikahdan olan uşağının hüquqlarını birinci nikahdan olan uşaqlarının hüquqları üzərində üstün tutmuşdur. Hər bir uşaq valideynlərindən bərabər dərəcədə maddi təminat almaq hüququna malikdir və məhkəmə bu prinsipi tətbiq etmədən qərar çıxarıb. Əgər bir ata iki uşağa malikdirsə, bu, əvvəlkindən alimentin azaldılması üçün əsas deyil, əksinə, onun maddi məsuliyyətini daha geniş edir. Valideynin övlad sayının artması, mövcud aliment öhdəliklərini kompensasiya etmək üçün deyil, əlavə öhdəlik kimi qiymətləndirilməlidir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmiş, cavabdeh tərəfin təqdim etdiyi yazılı etiraza faktiki qiymət verməmişdir. Əslində, təqdim olunan etiraz ərizəsində uşaqların xərcləri, təhsil ödənişləri və inflyasiya faktları əsaslandırılmışdır, lakin qərarda bunlara hüquqi qiymət verilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəflə hər hansı bir barışıq yoxdur. Məcburi kökçündür və 400 manat məbləğində əmək haqqı, 120 manat məbləğində isə müavinət alır. Yoldaşı isə 60 manat məbləğində müavinət alır. Maddi imkanları məhduddur, lakin 400 manat məbləğində aliment ödəməyə razıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hacıyeva (Quliyeva) Səbinə Vaqif qızı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini X2 apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitutsiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərkibi aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “AZEMİS” EİS-dən əldə olunmuş çıxarışa əsasən İddiaçı aylıq əmək haqqı 400 manat təşkil edir, halbuki iş materiallarından göründüyü kimi indeksasiya nəticəsində hesablanmış əvvəlki aliment məbləği 2 uşağa görə 576 manata çatmışdır ki, bu da onun real aylıq gəlirini əhəmiyyətli dərəcədə üstələyir və ödəmə qabiliyyəti ilə uzlaşmır. Bununla yanaşı, İddiaçı ikinci nikahından xx.xx.2020-ci il təvəllüdlü azyaşlı uşağının olması və həmin uşağın da onun himayəsində saxlanılması aliment öhdəliyinin müəyyən edilməsində nəzərə alınmalı mühüm haldır. Bu baxımdan, alimentin minimum əmək haqqının 0,50 misli kimi təyin olunması həm uşaqların təminat mənafeyinə, həm də cavabdehin real maddi imkanlarına uyğun olmaqla ədalət və mütənasiblik prinsiplərinə cavab verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, hazırkı tələb üzrə münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflərin eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(064)-1666/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar