Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1982/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X27 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı anası X7 birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək verilməsi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X18 və X8) tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə mərhum anası X7 birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 50 m2 olan mübahisəli 21 saylı fərdi yaşayış 1 sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında mülkiyyətçisidir. Hazırda həyat yoldaşı X9, 2012-ci il təvəllüdlü qızı X16, 2014-ci il təvəllüdlü qızı X14 və 2015-ci il təvəllüdlü oğlu X15 ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında aldıqdan sonra o və digər ailə üzvləri birlikdə həmin evə köçmüşlər. Həmin tarixdən hal-hazıradək ailəsilə birlikdə orada yaşayır və bu müddət ərzində öz vəsaiti ilə evin təmir işlərinə küllü miqdar maddi vəsait xərcləmişdir . Cavabdeh adı çəkilən evi anası X19 birgə nikah dövründə almışdır. Anası xx.xx.2018-cı ildə ölmüşdür. Anası yaşadığı müddətdə cavabdeh onun və ailəsinin evdən çıxmasını tələb etməmiş, həmin vaxtadək onun onlarla olan münasibəti olduqca yaxşı olmuşdur. Lakin o, anası vəfat etdiyindən ikinci dəfə ailə həyatı qurduqdan sonra onunla olan mehriban münasibətini kəsərək evdən çıxmaqlarını tələb etmişdir. Qeyd olunduğu kimi mübahisəli ev mərhum anası X13 cavabdehlə birgə nikahda olduğu dövrdə alınmışdır. Ev alındıqdan sonra mülkiyyət hüququ əsası ilə rəsmiləşdirilməmiş, lakin mərhum anamın ölümündən sonra cavabdeh öz adına rəsmiləşdirmişdir. Ancaq mübahisəli ev anasının ölümündən sonra mülkiyyət hüququ əsası ilə cavabdehin adına rəsmiləşdirilmiş olsa da belə, mərhum anası X19 ilə birgə nikah müddətində və həmin dövürdə əldə olunmuş vəsaitlə alınmışdır. Bu səbəbdən də mərhum anası mübahisəli ev üzrə pay sahibidir. Qanunvericiliyə əsasən mərhum anasının vərəsələri ondan miras qalmış əmlak üzrə pay sahibi hesab olunurlar. Mübahisə məhkəmədən kənar qaydada həll olunmadığından cavabdehə qarşı “Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum X10 miras qalmış hissədən vərəsə olaraq ona çatan pay tələbi“ ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. İş üzrə Cavabdeh iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh olaraq onlar İddiaçı və X4 qarşı cavabdeh İddiaçı: Həsənbala oğluna 5000 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması, digər cavabdeh X3 mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək cavabdeh X20 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması X3 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlə mərhum anası X7 birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək ona verilməsi və həmin evin mülkiyyət hüququ əsası ilə cavabdehin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi ilə (hakim A.Məmmədli) iddia qismən təmin edilmiş, İddiaçı Şirvan şəhəri, Ərəblinski küçəsində 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehlə iddiaçın mərhum anası xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X21 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X17 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mülki iş materiallarına əlavə edilmiş sənədləri və qanunvericiliyin normalarını nəzərə alaraq hesab etmişdir ki, İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X21 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə bu hissədə hesab etmişdir ki, birgə nikah dövründə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi nəticəsində (əvəzli olaraq) əldə edildiyindən tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Həmin əmlakın bölünməsi zamanı payların müəyyən edilməsinə gəldikdə, məhkəmə hesab etmişdir ki, Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evinin bölünməsi zamanı tərəflərin bu əmlakdakı payları bərabər hesab olunmalı, X7 və Cavabdeh hər birisinin 1/2 payı müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsinə əsasən İddiaçı və həyat yoldaşı cavabdeh X1 ödənilməklə onların istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət olunsa da, bu onun qanuni vərəsə olaraq həmin mənzildən pay əldə etmək hüququna təsir etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci, 1133.1-ci, 1159.1.1-ci, 1243.2-ci, 1243.3-cü, 1246-cı, 1255-ci, 646.1ci, 394-cü, 144.1-ci maddələri, Azərbaycan Respublikası Ailə məcəlləsinin 32.2.2-ci, 32.3cü, 37.1-ci maddələri və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə baglı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, iddiaçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilmişdir. İş hazırda icra şöbəsində icra olunmaqdadır. Bununla yanaşı iddiaçının anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X21 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və sair aid edilə bilər. Cavabdeh mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. X19 xx.xx.2018-cı il tarixdə vəfat etmişdir. İddiaçı anası vəfat etdikdən sonra mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, o, mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idi, lakin etməmişdir. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişdir. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir. Digər tərəfdən İddiaçı Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi dair qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Qeyd edilən əsaslara görə müəyyən edilmişdir ki, iddiaçı miras açılan müddətə paylarının müəyyən edilməsi üçün müraciət etməmiş, istifadə hüququna xitam verilməsi ilə hüquqlarının məhdudlaşdırılmasından sonra məhkəməyə müraciət edərək payının müəyyən edilməsini xahiş etmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə etirazla müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və qətnamənin təmin edilən hissədə qüvvədə qalmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir. Apellyasiya şikayətində cavabdeh 3 arqumenti qeyd edir: birincisi, Nigar xanımın həmin mənzili cavabdehlə birgə nikah dövründə 1998-ci ildə alqı-satqı əsasında aldığını bildirir, lakin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın cavabdehin adına 2022-ci ildə verildiyini, həmin zaman mərhum Nigar xanımın həyatda olmadığını bildirir. Qeyd edir ki, hazırkı məsələ mübahisə predmeti deyil və çıxarışın cavabdehin adına qeydə alınması iddiaçını miras əmlakdan pay almaq hüququndan məhrum etmir. Eyni zamanda, cavabdeh bildirir ki, iddiaçıya kompensasiya verilməklə həmin mənzildən istifadə hüquqlarına xitam verilməsini təsdiq edən məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilməlidir ki, iddiaçının həmin əmlakda məcburi payı var və onun istifadə hüquqlarına xitam verilməsi pay əldə etmək imkanından məhrum etmir. Digər tərəfdən, cavabdeh qeyd edir ki, iddiaçı miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Lakin mirası elə faktiki iddiaçı qəbul etmiş, həmin mənzildə ailəsi ilə birlikdə uzun müddət yaşamışdır. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmiş X18 və X8 özlərinə düşən məcburi payın müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırmışlar. Hazırkı iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ancaq xəstə olmasına dair ərizəsinə hər hansı bir sübut növü əlavə etməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbut etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarı; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçının mərhum anası xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh olan atası Cavabdeh ilə X24 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X17 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İddiaçı mübahisəli evdə yaşamaqla anasının ölümündən sonra mirası faktiki qəbul etməklə orada yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 5000 manat kompensasiya məbləği verilməklə ünvan 2 ünvanında qeydiyyatda olan yalnız cavabdeh İddiaçı verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı və digər cavabdehlər X9, 2012-ci il təvəllüdlü qızı X16, 2014-cü il təvəllüdlü qızı X14 və 2015-ci il təvəllüdlü oğlu X5 ünvan 2 ünvanında məcburi çıxarılması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək cavabdeh X20 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması X3 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1950/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1621/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X21 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və sair aid edilə bilər. Bununla yanaşı iddiaçının anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Məhkəmə tərkibi şikayətin həmin dəlili ilə razılaşmır. Ailə məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının atası Cavabdeh ilə iddiaçının mərhum anası X17 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh ilə X24 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmışdır. X17 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Alqı-satqı müqaviləsi əsasında alınmış əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərkibinin qənaətinə görə mübahisəli ev cavabdehin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, həmin ev Cavabdeh ilə mərhum X7 birgə nikahı dövründə qazanılmış əmlakdır. Qeyd edilməlidir ki, Cavabdeh ilə mərhum X17 1980-ci ildən xx.xx.1998-ci il tarixə kimi birgə təsərrüfat aparmış, müəyyən ailə büdcəsi formalaşdırmış, birgə nikaha daxil olduqları müddətdən 18 il sonra mübahisəli evi almışlar. İşin bu halı onu deməyə əsas verir ki, mübahisəli ev onların birgə vəsaiti hesabına alınmışdır. Məhkəmə tərkibi qeyd edir ki, Mənzilin tərəflərdən kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq həmin mənzil birgə nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Daha sonra məhkəmə tərkibi qeyd edir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, hətta “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada məhkəmə tərkibinin qənaətinə görə, cavabdehlə 40 ilə yaxın müddətdə nikahda olmuş və bunun təxminən son 20 ilini mübahisəli mənzildə yaşayaraq, orada uşaqlarına qulluq etmiş mərhum X7 məhz nikah dövründə alınmış həmin mənzilin dəyərini artıran vəsait qoyuluşunda, habelə mənzilin təmirində bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə tərkibi bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Eyni zamanda “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası 5 Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi də xatırladaraq qeyd edir ki, həmin Qərarında Konstitusiya Məhkəməsi ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətlərinin çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından birinin müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi olduğunu, ər-arvadın hər hansı birinin birgə nikah dövründə əldə edilmiş əmlaka fərqli rejim müəyyən edilməsi üçün əsas şərtin hər hansı sazişin, nikah müqaviləsinin və ya digər formada razılaşmanın mövcud olması olduğunu, bu zaman birgə nikah dövründə əldə edilmiş əmlakın tərəflərdən hər hansı birinin nikahdan əvvəl əldə edilmiş gəlirlər hesabına əldə edilməsinin heç bir əhəmiyyət daşımadığını vurğulamışdır. Həmçinin Məhkəmə tərkibinin gəldiyi bu hüquqi nəticə Mülki Məcəllənin 225.4, Ailə Məcəlləsinin 35, 36, 37.2, 37.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərardakı hüquqi mövqeyə uyğundur. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Beləliklə məhkəmə tərkibi apellyasiya şikayətinin mübahisəli evin birgə nikahda qazanılmadığına dair dəlillərini əsassız sayır. Şikayətin digər dəlili ondan ibarətdir ki, X17 xx.xx.2018-cı il tarixdə vəfat etmişdir. İddiaçıHüseyn oğlu anası vəfat etdikdən sonra mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, o, mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idi, lakin etməmişdir. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişdir. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə də razılaşmır. Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. İş materialları və tərflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli ev alındığı vaxtdan bu günə kimi orada yaşayır. Yəni iddiaçı mübahisəli evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Üç ay ərzində mirasın qəbulundan imtina etməyib. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi onun mülkiyyətində olub və mirasdan özünə düşən miras payını almaqda israrlıdır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi apellyasiya şikayətinin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edilməməsi, eləcə də, mənzilə sahiblik etməməsi və ya idarə etməyə faktiki başlamaması barədə dəlilləri öz təsdiqini tapmır. Apellyasiya Şikayətinin digər dəlillər ondan ibarətdir ki, İddiaçı Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Qeyd edilən əsaslara görə müəyyən edilmişdir ki, iddiaçı miras açılan müddətə paylarının müəyyən edilməsi üçün müraciət etməmiş, istifadə hüququna xitam verilməsi ilə hüquqlarının məhdudlaşdırılmasından sonra məhkəməyə müraciət edərək payının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İş materiallarında olan qətnamələrdən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 7500 manat kompensasiya məbləği verilməklə ünvan 2 ünvanında onun istifadə hüququna xitam verilməsi barədə qətnaə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci aydınlıq gətirilməli məsələ Alqı-satqı müqaviləsi əsasında alınmış mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022ci il tarixdə qeydiyyata alınması anı ilə bağlıdır. Məyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmışdır. X17 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Alqı-satqı müqaviləsi əsasında alınmış mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Şikayətin dəlilləri istiqamətində araşdırma aparan məhkəmə tərkibi qeyd edir ki, şikayət verənin qənaətinə görə əgər mübahisəli mənzil şəxsin adına tam mülkiyyət hüququ ilə qeydə alınan anda mirasda payı olan digər şəxslər ona etiraz etməyərək onu qəbul edirlərsə və susurlarsa bu anda onlar mirasa dair olan hüquqlarını itirirlər. Həmin andan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi qüvvədə olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisədə mübahisəli mənzilə dair Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan anda iş üzrə İddiaçı həmin qeydiyyata etiraz etməməsi onun mərhum anasına münasibətdə vərəsəlik hüququnun itirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə tərkibi mövqeyini onunla əsaslandırır ki, əvvala Cavabdeh Mərhum arvadı X7 xx.xx.2018-ci il tarixdə ölümündən sonra ondan qalan miras payına münasibətdə (xatırladılır ki, mübahisəli mənzildə X7 ½ hissədə payı mövcuddur) vərəsəlik şəhadətnaməsi almamış, o da iddiaçı kimi miras əmlakı faktiki qəbul etmişdir. Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar kimi aşağıdakılar qeyd edilmişdir: Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamədir. Hazırkı işdə isə Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında deyil, məhz xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, hazırkı mübahisədə mübahisəli mənzilə dair Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan anda iş üzrə İddiaçı həmin qeydiyyata etiraz etməməsi, susması onun mərhum anasına münasibətdə vərəsəlik hüququnun itirilməsi üçün əsas hesab edilə bilməz. Çünki həmin vaxt vərəsəliyə dair hər hansı bir mübahisə olmamış, Cavabdeh mirasın qəbulu ilə bağlı notariat orqanına və ya məhkəməyə müraciət etməmişdir ki, hazırkı iş üzrə iddiaçı da ona etiraz etmiş olsun. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlilləri qətnamənin ləğvinə və iddianın rədd edilməsinə əsas ola bilməz. Şikayətin son dəlili ondan ibarətdir ki, İddiaçı Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Ona görə də İddiaçı Həsənbala oğlu mübahisəli mənzilə dair mülkiyyət hüququnu itirmişdir. Məhkəmə tərkibi şikayətin bu hissəsini də əsassız hesab edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İstifadə hüququ isə adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən, şəxsin yaşayış sahəsindən istifadə etmək hüququ olmaqla mənzil hüququnun bir elementi qismində çıxış edir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi mülkiyyətdən istifadə hüququ ilə mülkiyyət hüququ fərqli-fərqli institutlardır. Qanunverici istifadə hüququna münasibətdə mülkiyyət hüququnu özündə daha geniş imkanları və səlahiyyətləri birləşdirən daha üstün hüquq kimi tanımışdır. İddiaçı kompensasiyanın verilməsi onun mübahisəli mənzilə dair istifadə hüququnu ehtiva etmişdir. Hazırkı halda isə mübahisə iddiaçının miras payına münasibətdə mülkiyyət hüququ ilə bağlıdır. Mülkiyyətçi mülkiyyət hüquqlarını həyata keçirərkən onunla birlikdə yaşayan, mülkiyyətçiyə məxsus evdə istifadə hüququları olan şəxslər mülkiyyətçinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozduqda, Mənzildəki yaşayış münasibətləri çərçivəsində hüquq və vəzifələrin yerinə yetirilməməsi nəticəsində onların məsuliyyəti yaranır. Bu məsuliyyət mülki-hüquqi xarakter kəsb etməklə, hüquq münasibətləri üzrə: əvvəlki vəziyyətin bərpa edilməsində - mənzildən istifadə hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılmasında; mövcud hüququn həyata keçirilməsində; kompensasiya ödənilməsində və s. ifadə olunur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Belə olan halda evdə istifadə hüquqları olan şəxslər mülkiyyətçinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozduqda mülkiyyətçi istənilən vaxt mülkiyyətində olan evdə istifadə hüququ olan şəxslərə müəyyən məbləğdə kompensasiya verməklə onların istifadə hüququna xitam verməklə evdən çıxara bilər. Hazırkı halda isə İddiaçı Həsənbala oğlu mübahisəli evə dair mirası qəbul etdiyindən birgə mülkiyyətçi statusu daşıyır. Birgə mülkiyyətçiyə münasibətdə isə bir mülkiyyətçinin yuxarıda qeyd edilən qaydada digər mülkiyyətçiyə kompensasiya verməklə onun mülkiyyət hüuquna xitam vermək kimi hər hansı bir üstün hüququ mövcud deyildir. Yəni tərəflər bərabər hüquqlu şəxslərdir. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Məhkəmə tərkibinin qənaətinə görə İddiaçı Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması onun mərhum anası X6 qalan miras əmlaka dair vərəsəlik hüuqunun itirilməsi ilə nəticələnə bilməz. Belə ki, Cavabdeh əvvəlki tələbində İddiaçı Həsənbala oğluna 7500 manat kompensasiya verilməklə onun istifadə hüququnun itirilməsi idisə, hazırkı halda isə İddiaçı Həsənbala oğlunun tələbi mərhum anası X6 qalan miras əmlaka dair vərəsəlik hüququnun tanınmasıdır. Göründüyü kimi qeyd edilən tələblər fərqli fərqli anlayışlardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə tərkibinin qənaətinə görə İddiaçı Həsənbala oğlunun vərəsəlik hüququ Konstitusiyanın 29-cu maddəsinə əsasən Dövlətin təminatı altında olduğundan, o qanunla müəyyən edilmiş müddətdə miras əmlaka faktiki sahiblik etdiyindən və miras əmlakdan imtina etmədiyindən onun iddiası əsaslıdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1982/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1982/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver