Məhkəmə qərarları › İş №2(106)-202/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-202/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-202/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “istehsalat xəsarəti nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-986/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən istehsalat xəsarəti almış, himayəsində olduğu X5 öldüyünə görə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh iddiaçının ərinin xəsarət alması və müavinət verilməsi barədə sənədləri iddiaçıya vermədiyindən, həmin sənədlərin məhkəmə vasitəsilə tələb edilib alınmasını, zərurət olarsa, ərinin başından aldığı xəsarətlə ölümünün səbəbli əlaqəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun X5 1991-ci ildə Cavabdeh İmişli rayonunda yerləşən Muradxanlıneft NQÇİ-də işləyərkən baş nahiyəsindən ağır istehsalat xəsarəti almışdır. Ona istehsalat xəsarəti almasına görə müavinət təyin edilmişdi və cavabdeh təşkilat tərəfindən hər ay 1144 manat ödənilirdi. İddiaçı heç bir yerdə işləmir, o, əmək qabiliyyəti olmayan, İİ qrup əlil təqaüdçü olmaqla ərinin himayəsində idi. X4 da İİ qrup əlil və əmək qabiliyyətsiz olmaqla atası X6 himayəsində idi. Mərhumun xəsarətə görə aldığı müavinətin 1/3 hissəsi iddiaçıya, bir o qədər də qızının dolanışığına xərclənirdi. X5 09 avqust 2022-ci il tarixində vəfat etmişdir. Həmin vaxtdan etibarən Cavabdeh mərhum ərinə təyin edilmiş müavinəti dayandırmışdır. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edib ərinə təyin edilmiş müavinətdən ailə üzvü kimi ona çatmalı olan hissənin verilməsini xahiş etmişdir. Lakin Cavabdeh baş direktoru Şahmar Hüseynovun xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X10 ümumi xəstəlikdən vəfat etmişdir və baş vermiş ölümlə xəsarət arasında səbəbli əlaqə mövcud olmadığından xahişinin təmin olunmasına hüquqi əsas yoxdur. Cavabdehin həmin cavabı düz deyil. Əri istehsalatda baş nahiyəsindən xəsarət almaqla əmək qabiliyyətini itirmişdi. Onu dəfələrlə xəstəxanalarda müalicə və müayinə etdirsələr də, tam sağalmamışdı. Hətta onu xarici ölkəyə də müalicəyə aparmışlar. Lakin başındakı xəsarət onu incidirdi və nəticədə beyin ödemi, beyindaxili qansızma nəticəsində, yəni istehsalatda aldığı xəsarətlə tam səbəbli əlaqəli vəfat etmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-1125-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 25-ci maddəsinə və X14 “İstehsalatda bədbəxt hadisələr zamanı əvəzin ödənilməsi haqqında” Konvensiyasının 5-ci maddəsinə istinad edərək bildirmişdir ki, Cavabdeh istehsalat xəsarəti almış, himayəsində olduğu X5 öldüyünə görə iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Mərhum ərinin himayəsində iddiaçı və İİ qrup əlil olan qızı var idi. Ərinə təyin edilmiş müavinətin 1/3 hissəsi iddiaçıya çatırdı və həmin məbləğ iddiaçıya ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Telman Quliyev) iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməsini, İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci, 1122-ci və 1125-ci maddələrini düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə-tibb ekspertizasının rəyi natamamdır. Rəydə göstərilir ki, mərhum ərinin istehsalatda aldığı xəsarətlə ölümü arasında səbəbli əlaqənin olub-olmaması barədə fikir söyləmək mümkün olmamışdır. Məhkəmə ekspertizasının yekunu ekspert rəyidir ki, qanun onu müstəqil məhkəmə sübutlarına aid edir. Məhkəmə iclasında ekspert rəyi elan edildikdən sonra bu rəyi aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Bu ekspertin dindirilməsi çərçivəsində baş verir ki, bu zaman da dindirmə ekspert rəyinin yoxlanılmasının prosessual üsullarından biri kimi çıxış edir. Həmçinin, xahişi üzrə ekspertiza təyin edilən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri ekspertə suallar verirlər. İddiaçının iştirakı məhkəmə iclasında təmin edilmədiyindən ekspertin dindirilməsi, ona suallar verilməsi hüququndan məhrum edilmişdir. Prosessual doktrinada təkrar (eynilə də əlavə) ekspertiza haqqında məsələ ənənəvi olaraq ekspert rəyinin qiymətləndirilməsi baxımından nəzərdən keçirilmişdir. Əslində isə ekspert rəyinin əsaslı olmaması və ya natamamlığı haqqında nəticə onun qiymətləndirilməsindən sonra çıxarıla bilər. Digər tərəfdən, məhkəmə təkrar ekspertizanı məhz ilkin ekspert rəyinin yoxlanılması məqsədi ilə təyin edir. Hazırkı mülki iş üzrə ekspert rəyinin natamam olması əlavə məhkəmə ekspertizasının aparılmasını zəruri və mümkün edir. Qanuna görə ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmişdir. Məhkəmənin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir. Qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən tələbin əsassız olması sübut edilməmişdir. Qətnamədə göstərilmiş natamam ekspert rəyi işin hallarına uyğun gəlmir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh iddiaçının apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İmişli rayon X19 İdarəsinin (Muradxanlı sahəsi) mərhum işçisi X6 20 may 1991ci il tarixində iş yerində aldığı əmək xəsarətinə görə (beyin silkələnməsi, ənsə sümüyün çatlaması) 80 faiz əmək qabiliyyətini itirdiyi müəyyən olunmuş və ona istehsalat qəzası nəticəsində sağlamlığa dəyən zərərə görə ARDNŞ “Azneft” İB tərəfindən 1991-ci ildən 2022-ci ilədək müavinət ödənilmişdir. X20 “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 137793 seriya nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Ələskər Qənbərov 09 avqust 2022-ci il tarixində beyindaxili çoxlokalizasiyalı qansızma səbəbindən vəfat etmişdir. Odur ki, yuxarıda qeyd olunan sənədlərdən belə nəticəyə gəlinir ki, mərhumun istehsalatda aldığı xəsarətlə ölümünün arasında səbəbli əlaqə mövcud deyil. Buna görə də X9 təyin olunmuş zərərə görə ödənc onun istehsalatda aldığı xəsarətlə səbəbli əlaqəsi olmayan ümumi xəstəlikdən ölməsi səbəbindən dayandırılmalı idi. Belə ki, mərhumun ölüm haqqında şəhadətnamədə qeyd olunan ölüm səbəbi ilə 20 may 1991-ci il tarixində aldığı xəsarət arasında səbəbli əlaqə mövcud deyil. Ələskər Qənbərov aldığı xəsarətdən 31 il sonra 67 yaşında ümumi xəstəlikdən öldüyü halda, belə səbəbli əlaqənin olmasından söhbət gedə bilməz. İddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121ci maddəsinə (Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi), həmçinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 nömrəli, 9 yanvar 2003-cü il tarixli qərarına əsasən, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçinin himayəsindəki ailə üzvlərinə zərərə görə ödənc o halda ödənilir ki, işçi məhz istehsalatda aldığı xəsarət nəticəsində həlak olsun (ölmüş olsun). Yəni, istehsalatda alınan xəsarətlə ölüm arasında səbəbli əlaqə olmalıdır ki, zərərə görə ödənclər ölənin himayəsində olan şəxslərə təyin olunsun. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini qeyd etdi və bildirdi ki, iddiaçı onun anası, mərhum Ələskər Qənbərov isə atasıdır. Atası hələ sağlığında cavabdeh təşkilatda işləmiş, 1991-ci ildə istehsalat xəsarəti almış, bundan sonra ona aylıq müavinət ödənilməyə başlanılmışdır. Lakin atası Ələskər Qənbərov 09 avqust 2022-ci il tarixində vəfat etmişdir. O hesab edir ki, atasının ölümü məhz 1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar olmuşdur. Atasına verilən müavinətlə onun 3 ailə üzvü dolanırdı və bu səbəbdən də hesab edir ki, həmin aylıq müavinətin 1/3 hissəsi anasının haqqıdır və bu səbəbdən cavabdeh tərəfindən anasına ödənilməlidir. Həmçinin, bildirdi ki, ekspert rəyində atasının meyiti müayinə olunmadığı üçün onun ölüm səbəbi və 1991-ci ildə istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması barəsində fikir söylənilməsinin mümkün olmadığı qeyd edilsə də, bunun da səbəbkarı məhz cavabdeh təşkilat olmuşdur. Belə ki, atası ölərkən o, cavabdeh təşkilatın mühasibatlığına zəng vurmuş, telefona cavab verən bir xanıma atasının ölməsi barəsində məlumat vermiş və hansı prosedurların edilməsi lazımdırsa, cavabdeh təşkilat tərəfindən edilməsini tələb etmişdir. Lakin cavabdeh təşkilat zəruri hərəkətləri etməkdən yayınmış və atasının ölüm səbəbini ört-basdır etməyə çalışmışdır. Buna görə də o, atasının meyitini müayinə edilmədən dəfn etməli olmuşdur. Həmçinin, verilmiş suala cavab olaraq bildirdi ki, bacısının da bənzər iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş İmişli Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(036)-985/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. O, yekun olaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, “Azneft” İstehsalat X3 ölməsi barədə məlumat verilməmişdir. Hesab edir ki, İmişli Rayon Məhkəməsi düzgün, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, mərhum X6 ölümü ilə 1991-ci ildə istehsalatda aldığı xəsarət arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 8-ci vərəqində olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və İddiaçı 20 iyul 1977-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 iyul 1977ci ildə 76 nömrə ilə qeyd edilmişdir. İşdəki 24 may 1991-ci ildə təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında 2 nömrəli aktın surətindən görünür ki, Cavabdeh İmişli rayonunda yerləşən X19 İdarəsində buruq ustası işləyən 1955-ci il təvəllüdlü X10 20 may 1991-ci ildə istehsalatda bədbəxt hadisədən zərər çəkmişdir. Ələskər Qənbərovun bədbəxt hadisə baş verərkən yerinə yetirdiyi iş üzrə 8 il stajı olmuşdur. İş materiallarının 51-ci vərəqində olan 18 sentyabr 2008-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, həmin tarixə X6 əmək qabiliyyətini 80 faiz itirməsi müəyyən edilmişdir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialının 13 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, mənzil 26, ev 13 ünvanında qeydiyyatda olan İddiaçı həmin filialdan 2-ci dərəcəli əlil kimi “Ailə başçısını itirməyə görə” 276,14 manat məbləğində əmək pensiyası alır. İşdəki Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun müavinətin ödənilməsi ilə bağlı 09 dekabr 2022-ci il tarixində “Azneft” İB-yə daxil olmuş ərizəsi araşdırılarkən məlum olmuşdur ki, mərhum X10 1991-ci ildə istehsalat xəsarəti almış və üzərindən 31 ildən artıq müddət keçdikdən sonra ümumi xəstəlikdən vəfat etmişdir. Baş vermiş ölümlə xəsarət arasında səbəbli əlaqə mövcud olmadığından xahişin təmin edilməsinə hüquqi əsas yoxdur. İşdəki ARDNŞ Cavabdeh Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, istehsalat qəzası nəticəsində xəsarət alan X2 ödənilməsi üçün 2016-cı ilin avqust ayından xx.xx.2016-cı il tarixli təhviltəslim aktı əsasında Muradxanlı İNM tərəfindən Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir. 2016-cı ilin avqust ayından başlayaraq X9 2016-cı il üçün aylıq 830,30 manat olmaqla 4151,50 manat, 2017-ci il üçün aylıq 830,30 manat olmaqla 9963,60 manat, 2018-ci il üçün aylıq 830,30 manat olmaqla 9963,60 manat, 2019-cu ilin avqust ayı da daxil olmaqla 3303 manat, sentyabr ayından əmək haqqının kütləvi artımı ilə əlaqədar olaraq 915,23 manat olmaqla 2000,32 manat (cəmi 2019-cu il üçün 10303,32 manat), 2020-ci il üçün aylıq 915,23 manat olmaqla 10982,76 manat, 2021-ci il üçün aylıq 915,23 manat olmaqla 10982,76 manat, 2022-ci il üçün əmək haqqının kütləvi artımı ilə əlaqədar olaraq aylıq 1144,70 manat olmaqla xx.xx.2022-ci il tarixədək 8345,23 manat müavinət ödənilmişdir. Xəsarət almış şəxs xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün ödəniş dayandırılmışdır. Ödənişin aylar üzrə məbləği iki vərəq olmaqla arayışa əlavə olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, X10 və İddiaçı 20 iyul 1977-ci ildə nikahlarını bağlamışlar. Cavabdeh İmişli rayonunda yerləşən X19 İdarəsində buruq ustası işləyən 1955-ci il təvəllüdlü X10 20 may 1991-ci ildə istehsalatda bədbəxt hadisə nəticəsində istehsalat xəsarəti almış və əmək qabiliyyətini 80 faiz itirmişdir. Ələskər Qənbərova istehsalatda aldığı xəsarətə görə aylıq müavinət təyin edilmiş və ödənilmişdir. X10 09 avqust 2022-ci ildə ölmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, X6 ümumi xəstəlikdən vəfat etməsinə və onun ölümünün istehsalat xəsarəti ilə əlaqəsinin olmamasına görə iddiaçının ərinin ölməsi səbəbi ilə ona vurulmuş zərərin əvəzinin ödənilməsi xahişi təmin olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı həmin filialdan 2-ci dərəcəli əlil kimi “Ailə başçısını itirməyə görə” 276,14 manat məbləğində əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Əmək Məcəlləsinin 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə görə, bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. MM-in 1122.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1125.1-ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. İddiaçının hazırkı iş üzrə tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1121.1.1-ci maddəsi çıxış edir. Həmin maddəyə uyğun olaraq cavabdehdən zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün isə mərhum X6 ölümü ilə onun 1991-ci ildə istehsalat zamanı aldığı xəsarət arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarının 60-cı vərəqində olan X24 "xxxx" MMC-nin 200 nömrəli, 06 avqust 2022-ci il tarixli arayışından görünür ki, 1955-ci il təvəllüdlü X10 xx.xx.2022-ci ildə X22 reanimasiya şöbəsinə “Koma, hemorragik insult” diaqnozu ilə aqonal vəziyyətdə daxil olmuşdur. Anamnezindən məlumdur ki, xəstə 1991-ci il tarixində iş yerində kəllə-beyin travması almışdır. Xəstədə beyindaxili hematoma qeyd olunur. Uzun müddət xəstə yaşayış yerində posttravmatik ensefolotapiya diaqnozu ilə müalicə almışdır və sonrakı dövrlərdə xroniki baş ağrıları, beyin qan dövranının pozulması, hipertoniya xəstəliklərindən əziyyət çəkmişdir. Xəstə xx.xx.2022-ci il tarixində hipertonik kriz keçirmişdir. Diaqnoz: Xroniki posttravmatik ensefolopatiya, hemorragik insult. xx.xx.2022-ci il tarixdə səhər saat 6:45-də anidən ürək dayanması baş vermişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstənin ürək ritmini bərpa etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə 7:30-da bioloji ölüm qeyd olunmuşdur. İş materiallarının 54-cü vərəqində olan Baku City X1 adına tərtib edilərək 10 avqust 2022-ci ildə verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, 09 avqust 2022-ci il tarixdə ölmüş X6 ölümünün səbəbi kimi beyin ödemi (patoloji prosesin başlanması ilə ölüm arasında vaxt 2 gün) və beyindaxili çoxlokalizasiyalı qansızma (patoloji prosesin başlanması ilə ölüm arasında vaxt 3 gün) qeyd edilmişdir. İşdəki AZ-İİ 137793 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 avqust 2022-ci ildə ölmüşdür. Bu barədə İmişli Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 11 avqust 2022-ci ildə 721 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Beyin ödemi. Beyindaxili çoxlokalizasiyalı qansızma” göstərilmişdir. Göründüyü kimi, qeyd edilən sənədlərdə ölümün səbəbi göstərilmiş olsa da, həmin sənədlərlə mərhum Ələskər Qənbərovun ölümü ilə onun 1991-ci ildə istehsalat zamanı aldığı xəsarət arasında səbəbli əlaqənin mövcudluğu faktını müəyyən etmək mümkün deyil. Bu səbəbdən İmişli Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı məzmunda sual qoyulmuşdur: “xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 ölümünün 1991-ci ildə “Azneft” X8 NQÇİ-də istehsalat zamanı aldığı xəsarətlə səbəbli əlaqəsi vardırmı?”. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsi tərəfindən verilmiş 517/KEŞ saylı, 30 avqust 2023-cü il tarixli komisyon (Məhkəmə-tibb ekspert komissiyasının sədri Komisyon ekspertizalar şöbəsinin rəisi, məhkəmə-tibb eksperti Cavid Cahangirli, üzvlər ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının dosenti Fərid Məmmədbəyov və məhkəmə-tibb eksperti Rafik Nuriyevdən ibarət tərkibdə) ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “X24”da X6 adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə hospitalın reanimasiya şöbəsinə “Koma, hemorragik insult” diaqnozu ilə aqonal vəziyyətdə daxil olmuşdur. Anamnezində xəstənin 1991-ci il tarixində iş yerində kəllə-beyin travması alması, beyindaxili hematomanın olduğu, uzun müddət “Posttravmatik ensefolopatiya” diaqnozu ilə müalicə alması və sonrakı dövrlərdə xroniki baş ağrıları, beyin qan dövranının pozulması, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyi, xx.xx.2022-ci il tarixdə isə hipertonik kriz keçirdiyi qeyd edilmişdir. Xəstəyə “Xroniki posttravmatik ensefalopatiya, hemorragik insult” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müvafiq müalicələr aparılmışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə, saat 0730-da onda bioloji ölüm qeydə alınmışdır. Ələskər Qənbərovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və 1991-ci il tarixdə “Azneft” X8 NQÇİ-də istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması barəsində fikir söylənilməsi mümkün olmamışdır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsi tərəfindən verilmiş 517/KEŞ saylı, 30 avqust 2023-cü il tarixli komisyon ekspert rəyinin məzmunundan aydın olur ki, həmin ekspertiza zamanı “”X24”da X6 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 200 saylı tibbi arayış və “X24”da X6 adına tərtib edilmiş ölüm haqqında şəhadətnamə nəzərə alınmışdır. İddiaçı apellyasiya şikayətində ekspert rəyinin natamam olmasına istinad edərək onu mübahisələndirmiş və əlavə məhkəmə ekspertizasının aparılmasının zəruri olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 publik hüquqi şəxsi tərəfindən verilmiş 517/KEŞ saylı, 30 avqust 2023-cü il tarixli komisyon ekspert rəyini nəzərdən keçirərək həmin rəyin nəticə hissəsində qeyd edilmiş halların əlavə ekspertizanın keçirilməsi ilə aradan qaldırılmasının mümkün olmadığını bildirir. Belə ki, mübahisəli məsələ üzrə tam dəqiq nəticəni özündə əks etdirən rəyin verilməsi üçün mərhum Ələskər Qənbərovun meyitinin müayinə olunması zəruri olmuşdur. Lakin onun meyiti sonradan müayinə olunmadığına görə bu cür ekspertizanın yenidən keçirilməsinə hər hansı bir əsas yoxdur. Beləliklə, yuxarıda göstərilən tibbi sənədlərin də nəzərə alınması ilə verilmiş 517/KEŞ saylı, 30 avqust 2023-cü il tarixli komisyon ekspertizanın rəyindən göründüyü kimi, Ələskər Qənbərovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və 1991-ci il tarixdə “Azneft” X8 NQÇİ-də istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması barəsində fikir söylənilməsi mümkün olmamışdır. Bu səbəbdən ekspert rəyi ilə də mərhumun ölümü ilə onun 1991-ci ildə aldığı istehsalat xəsarəti arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmir. İddiaçı da ərinin ölüm səbəbinin istehsalatda aldığı xəsarətlə bağlı olmasını təsdiq edən heç bir sübut təqdim etməmiş, həmin halları sübuta yetirə bilməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçının nümayəndəsi apellyasiya məhkəməsinin iclasında ekspert rəyində atasının meyiti müayinə olunmadığı üçün onun ölüm səbəbi və 1991-ci ildə istehsalat zamanı aldığı xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması barəsində fikir söylənilməsinin mümkün olmamasının da səbəbkarının məhz cavabdeh təşkilat olduğunu, atası ölərkən cavabdeh təşkilatın mühasibatlığına zəng vurduğunu, telefona cavab verən bir xanıma atasının ölməsi barəsində məlumat verdiyini və hansı prosedurların edilməsi lazımdırsa, cavabdeh təşkilat tərəfindən edilməsini tələb etdiyini, lakin cavabdeh təşkilatın zəruri hərəkətləri etməkdən yayındığını, atasının ölüm səbəbini ört-basdır etməyə çalışdığını, buna görə də atasının meyitini müayinə edilmədən dəfn etməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və ya onun nümayəndəsi tərəfindən həqiqətən də cavabdeh təşkilata məlumat verilməsi halı iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, tələbin əsasını təşkil edən halın təsdiq edilməsi həmin halı irəli sürmüş şəxsin vəzifəsi olduğuna görə həmin halın sübuta yetirilməsi ilə bağlı lazımi sənədləri məhz iddiaçı tərəf təqdim etməli, sübutetmə yükünü öz üzərindən cavabdeh tərəfə atmamalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə müraciət edərkən həqiqətən də mərhum Ələskər Qənbərovun ölümü ilə onun 1991-ci ildə istehsalat zamanı aldığı xəsarət arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən sübutları təqdim etməli idi. Lakin iddiaçı məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan həmin halı təsdiq edən mötəbər sübutları təqdim etməmiş, mərhum əri Ələskər Qənbərovun ölümü ilə onun 1991-ci ildə istehsalat zamanı aldığı xəsarət arasında səbəbli əlaqənin mövcudluğu faktını sübut edə bilməmişdir. Həmin halın sübuta yetirilməməsi isə iddiaçının tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində məhkəmə iclasında iştirakının təmin edilmədiyini qeyd etsə də, iş materiallarında olan 2(036)-986/2023 saylı, 13 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan iddiaçının özünün, 05 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan iddiaçının nümayəndəsinin (oğlu Nümayəndə3), 26 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan həm iddiaçının, həm də nümayəndəsinin, 10 may 2023-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan yenə də həm iddiaçının, həm də nümayəndəsinin həmin məhkəmə iclaslarında iştirak etməsi müəyyən olunur. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı növbəti və sonuncu baxış iclası isə 26 sentyabr 2023-cü il tarixində keçirilmiş, həmin iclasın vaxtı və yeri barəsində iddiaçının ünvanına məhkəmə bildirişi göndərilmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində mesaj göndərilmişdir. Buna baxmayaraq, iddiaçı həmin sonuncu məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndə ilə təmsil olunmamışdır. İddiaçının məlumatlandırılmış olduğu məhkəmə iclasında iştirak etməməsi isə hazırkı iş üzrə məhkəmə tərəfindən onun iştirakının təmin edilməməsi kimi qiymətləndirilməməlidir. Həmçinin, işdə surəti olan İmişli Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(036)-985/2023 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X7 cavabdeh “Azneft” İB-yə qarşı “sağlamlığın pozulmasına və ölümə səbəb olan istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair” iddiasına baxılmış və iddia tələbi təmin olunmamışdır. Göründüyü kimi, iddiaçının qızı da bənzər tələblə əvvəllər məhkəməyə müraciət etmiş olsa da, onun da tələbi təmin edilməmişdir. İddiaçının nümayəndəsinin apellyasiya məhkəməsinin iclasında bildirdiklərindən isə aydın olur ki, həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı öz tələbində qeyri-müəyyən şəkildə Cavabdehndən istehsalat xəsarəti almış, himayəsində olduğu əri mərhum X10 öldüyünə görə ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini əsaslandırarkən iddia ərizəsinin məzmununda bildirmişdir ki, ərinə təyin edilmiş müavinətin 1/3 hissəsi ona çatırdı və həmin məbləğ iddiaçıya ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, mərhum Ələskər Qənbərov 2022-ci ildə vəfat etdiyi günədək ona həmin il ərzində aylıq 1144,70 manat məbləğində müavinət ödənilmişdir. MPM-in 112.1.5-ci maddəsinə əsasən, müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda iddianın qiyməti ödəmələrin 3 illik məcmusu ilə müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(036)-986/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar