Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2031/2025 03.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X1 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, cavabdehin və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 04 avqut 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdən nikahda olmuş, bu nikahdan 2 uşaq - 04 mart 2008-ci il təvəllüdlü Nihat və 13 may 2009-cu il təvəllüdlü Gülay doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022- ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması müəyyən edilmiş, hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki tələbində İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş, hazırda himayəsində yaşayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yaşayış yerinin müəyyən edilməsi və hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 235 manat olmaqla, ayda cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Neftçala Rayon Məhkəməsində 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə nikahın pozulmasından sonra uşaqların anaları ilə qalmalarının müəyyən edilməsinə baxmayaraq, hazırda uşaqlar onun himayəsindədir. Cavabdeh Bakı şəhərində yaşamaqla həm də işləyir, uşaqlarına heç bir maraq göstərmir, köməklik etmir. Uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Uşaqlar anasının yanına getmək istəmirlər. Nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi yalnız nikahın pozulması hissəsində icra olunmuş, “uşaq tələbi və aliment” hissəsində isə tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar analarının yanına getmək istəmədikləri üçün icra olunmamışdır. Yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh keçən müddət ərzində ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Halbuki cavabdeh Bakı şəhərində yaşamaqla onun iş yeri var və ayda 2000 manatadək qazancı olur. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bu işlə bağlı müvafiq məhkəmə qətnaməsinin qəbul olduğunu, hazırki işlə bağlı keçirilmiş ekspertizanın rəyində qətnamənin icra olunub- olunmaması ilə bağlı heç bir məlumatın olmadığını, hər iki uşağın həm ata, həm də anaya bağlı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının məqsədi cavabdehdən pul almaqdır. Cavabdehin isə aliment ödəməyə maddi imkanı yoxdur. Neftçala Rayon Məhkəməsinin (hakim Ləman Qasımzadə) 04 avqut 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 68 manat tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunması və eyni zamanda iddianın yolverilməziliyi baxımından, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar qanunvericiliyin tələbləri pozulması baxımından icraata götürülüb baxıldığından və eyni zamanda iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinə görə, iddiaçı tələbində Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qüvvədə olan qətnamələrindən sonra yaranmış yeni əsasa istinad etməmişdir. Heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməli idi. Apellyasiya şikayətində qeyd edilir ki, Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022ci il tarixli qətnaməsinin icra edilməsi və bununla bağlı Neftçala rayon İcra və Probasiya şöbəsinin müvafiq qərarı məhkəməyə təqdim edilməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmiş, bildirmişdir ki, uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi vardır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra hər-hansı yeni əsas yaranmamışdır. İddiaçı yaranmış yeni əsasa istinad etməmiş, heç bir subut məhkəməyə təqdim etməmişdir. Belə olan halda eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməli idi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəl uşaqlar onun yanında qalırdı. 2022-ci ildə iddiaçı uşaqları aparıb sonra geri gətirməyib. Böyük oğlu məktəbi bitirib, qızı isə 10-cu sinifdə oxuyur. Atası onu təhsildən yayındırır. Məktəbə buraxmır. Qızı ilə yalnız telefon vasitəsilə əlaqə saxlaya bilir. İddiaçı məhkum olunub, belə ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o, 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 2025-ci ilin may ayında cəzasını bitmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən hazırki iddia üzrə icraata xitam verilməlidir. İşin hallarından görünür ki, tərəflər xx.xx.2005-ci il tarixdən nikahda olmuş, bu nikahdan 2 uşaq - 04 mart 2008-ci il təvəllüdlü Nihat və 13 may 2009-cu il təvəllüdlü Gülay doğulmuşdur. Tərəflər arasındakı nikah Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə uşaqların ananın yanında saxlanılması və hər uşağa görə hər ay 130 manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbində cavabdehlə birgə nikahdan doğulmuş, xx.xx.2008-ci il təvəllüdlü Nihat və xx.xx.2009-cu il təvəllüdlü Gülayın yaşayış yerinin müəyyən edilməsi və hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alimentin tutulmasını xahiş etmişdir. Müəyyən edilir ki, tərəflər arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulması ilə bağlı məhkəmə qətnamələri hazırda qüvvədədir. Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022- ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş Mənəǝfova Gülay Elçin qızının ataları İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcının qətnamənin «uşaq tələbi» hissəsinin icra olunduğu gündən hesablanması qət edilmişdir. Həmin işə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icraya yönəldilmişdir. Müəyyən edilir ki, Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022- ci il tarixli qətnaməsi nikahın pozulması hissəsində icra olunmuş, lakin uşaqların atadan alınıb anaya verilməsi və aliment hissəsində icra olunmamışdır. Qətnamə hazırda icra vəziyyətindədir. xx.xx.2026-cı il tarixdə Neftçala rayon İcra və Probasiya şöbəsindən Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsinin icra vəziyyəti barədə sorğu edilmiş, xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Neftçala Rayon Мəhkəməsiпiп 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 ataları İddiaçı alınaraq anaları Мənəfova Fаtimə Eynulla qızına vеrilməlidir. İcra sənədi xx.xx.2023-cü il tаriхdə şöbənin icraatına daxil olmuş, iş üzrə icraata başlanılmış, tərəflərə rəsmi qərar və bildiriş göndərilmişdir. İcra qurumu icra sənədinin hələlik icra edilməməsini onunla əsaslandırmışdır ki, uşaqlar anaları ilə getmək istəmədiklərini, ataları ilə qalmaq istədiklərini bildirmişlər və həmişə atalarının himayəsində yaşamışlar. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qəraında məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, doğrudur, uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia vermək istisna olunmur. Lakin müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yaşayış yerinin müəyyən edilməsi, uşaqların atadan alınıb anaya verilməsi barədə qətnamə hazırda icra vəziyyətindədir. Həmin icra sənədi üzrə icraata xitam verilməmiş, icra sənədi geri qaytarılmamışdır. Əvvəl də uşaqlar atanın yanında olmuşdur. Uşaqların atadan alınıb anaya verilməsi qət edilmişdir. Hazırki halda da vəziyyət eynidir. Bu baxımdan müvafiq məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsasın yaranması müəyyən edilmir. İcra sənədinin icrasının qeyri-mümkünlüyü barədə, yaxud icra üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi hazırki işə baxarkən işin həqiqi hallarını müəyyən etməmiş, MPM-in yuxarıda göstərilən tələbini nəzərə almamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yaşayış yeri üzrə məhkəmə aktının icra vəziyyətini öyrəndikdən sonra MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməli, icraata qəbul olunduğu halda isə həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli idi. MPM-in 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 387.3-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiaya baxarkən prosessual hüquq normalarını pozmuşdur. Qeyd edilən hissələrdə iş üzrə icraata xitam verilməsi üçün qanunvericilkdə müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxmışdır. Bu isə məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022- ci il tarixli, 2(053)-131/2022 saylı qanuni qüvvədə olan və icra olunmamış qətnaməsi üzrə icra sənədi geri qaytarılmadığından, yaxud icra üzrə icraata xitam verilmədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.5, 387.2.8-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 04 avqut 2025-ci il tarixli, 2(053)-15/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-2031/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2031/2025
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver