Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2049/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 mart 2006-cı il təvəllüdlü Əsli, 08 noyabr 2009-cu il təvəllüdlü Rahilə, 04 fevral 2012-ci il təvəllüdlü Rahidə, 10 mart 2013-cü il təvəllüdlü Yusif və 11 aprel 2015-ci il təvəllüdlü Aydan adlı uşaqlarının saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 1100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(020)-1607/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 manat, cəmi 950 manat sabit pul məbləğində alimentin tutulub 11 mart 2006-cı ildə anadan olan Əsli, 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi, Cavabdeh 125 manat dövlət rüsumuna görə pulun alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(020)-1607/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmiş, apellyasiya şikayətində aliment tələbi barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunun ödənilməsindən azad edildiyini qeyd etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından isə hazırda apellyasiya şikayəti vermiş Cavabdeh işdəki prosessual vəziyyətinin cavabdeh olması müəyyən edilir. Belə olan halda isə Cavabdeh hazırkı iş üzrə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsi tətbiq edilə bilməz. Çünki hazırkı iş üzrə iddia aliment alınması barədə olsa da, Cavabdeh iddiaçı kimi deyil, cavabdeh kimi çıxış edir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsində isə aliment alınması barədə iddialar üzrə sadəcə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad edildikləri qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi aylıq aliment məbləğinin cəmi 1100 manat təşkil edir, həmin aliment məbləğinin bir il ərzində ödənilməsi məcmusu isə 13200 (1100 manat × 12 ay) manat təşkil edəcəkdir. Beləliklə, hazırkı iş üzrə iddianın qiymətinin 13200 manat olması müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, cavabdeh Ağayeva X1 Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(020)-1607/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsinə görə 64,8 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, ümumiyyətlə dövlət rüsumu ödəməmişdir. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-2049/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2049/2023
19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver