Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-210/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X28 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı X8 vəkili və nümayəndəsi X11 və cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi (əri) Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia qaldıraraq, AR-İ 790804 saylı, 12 iyun 2019cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X2 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək iddia tələbini “Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi” hissəsində azaltmışdır. Tələb onunla əsaslandırmışdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (süd zavodu) mülkiyyət hüququ üzrə İddiaçı atası X5 məxsus olmuşdur. X9 2019-cu ildə ağır xəstə olmuşdur. Bundan istifadə edən oğlu Cavabdeh2 arvadı Cavabdeh1 adına etibarnamə alaraq, Himmətəli Hüseynovun mülkiyyətində olan həmin əmlak kompleksini bağışlama müqaviləsi bağlamaqla öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə aldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui-istifadə etməklə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəssində qeyd edilir ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Himmətəli Hüseynovun nümayəndəsi Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə razılaşmış, onun ağır xəstə olmasından istifadə edərək ona ağır şərtlərlə əqd imzalatmışlar. Bu hal əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.4-cü maddəsində qeyd edilir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvad (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqdin mübahisələndirilməsinə əsas verir. X22 nümayəndəsi, həm bağışlama müqaviləsində tərəf olmuş hədiyyə alan Cavabdeh2 xaraktercə əqdi bağlayana təsir göstərə biləcək, onun əmlakının real təhlükədə olmağını ona təlqin edə biləcək şəxslərdir ki, bu da məcburetmə kimi qiymətləndirilməlidir və bu zaman Himmətəli Hüseynovun həyat şəraiti, xəstə olması və artıq hərəkətlərinin nəticəsini başa düşməməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən mərhum X9 tərəfindən Cavabdeh1 verilmiş olan etibarnamədən cavabdehlər şəxsi mənafeləri üçün və qanunsuz olaraq istifadə etmişlər. Belə ki, həmin etibarnamə ilə Cavabdeh1 mərhum X6 üçüncü şəxslər qarşısında təmsil etməli olduğu halda etməmiş, həmin etibarnamə ilə mərhum X5 məxsus əmlakı öz adlarına, yəni əri Cavabdeh2 adına bağışlama yolu ilə ələ keçirmişdir. X9 həmin bağışlama müqaviləsi bağlanmasından bir ay iyirmi gün sonra, yəni 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlakla bağlı vərəsəlik məsələsi həll olunan zaman qeyd olunan etibarnamə və bağışlama müqaviləsi üzə çıxdığı üçün hazırki mülki mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili və nümayəndəsi X15 iddia tələbinin yuxarıda göstərilən məzmununa oxşar olan izahat vermiş və qeyd olunanları əsas gətirib, AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X10 nümayəndəsi (həyat yoldaşı) X25 da iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (həyat yoldaşı) və digər cavabdeh olan Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. X1 adına olan Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, daşınmaz əmlakın bağışlanma müqaviləsi qanuni əsaslarla aparılmış və heç bir pozuntuya yol verilməmişdir. Odur ki, İddiaçı Cavabdeh1 və ona qarşı AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olmasını bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3tariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq İbrahimov) iddianın qismən təmin edilməsi, X9 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Astara Rayon Məhkəməsinin 2(018)- 1162/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiya məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, A.Abbasov, E.Şamayev) 10 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilmişdir. ç) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq göstərmişdir ki, işə yenidən baxan məhkəmə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmalıdır. Qeyd etmişdir ki, iddiaçının bu hüququ vərəsəlik hüququndan əməl gəlir. Lakin onun bu hüququ yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş Hümmətəli Hüseynovun vərəsəsi kimi iddiaçının iddiasını təmin edərkən sonuncunun MMin 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. Çünki iddiaçı əgər qanunla müəyyən edilmiş müddətdə mərhumun mirasını qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdirsə, hazırkı mübahisənin predmetini təşkil edən əmlaka dair bağışlama müqaviləsi etibarsız hesab edilərək həmin əmlak miras kütləsinə daxil edilsə belə, həmin əmlakdan pay tələb etmək hüququ olmayacaqdır. Buna görə də miras əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmasını göstərmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: d) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, işin müəyyən edilmiş hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, tədqiq olunan sübutlara obyektiv qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Astara Rayon Məhkəməsinin 17 noyabr 2021cu il tarixli, 2(018)-1162/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 vəkili və nümayəndəsi X15 izahatında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı çıxarılan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı qəbul edilməmiş olmuşdur. Lakin qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarının məzmununa əsasən iddiaçı X14 hazırda mübahisələndirilən iddianı qaldırmaqda subyektuv hüquqa malik olmuşdur. Buna görə də apelyasiya şikayətinin təmin edilmədən, Astara Rayon Məhkəməsinin 17 noyabr 2021-cu il tarixli, 2(018)-1162/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X13 arasında 03 mart 1962-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 12 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və arayışdan görünür ki, X9 ilə X7 08 iyun 1967-ci il təvvəllüdlü Cavabdeh2 və İddiaçı adlı övladları var. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X16 arasında 02 oktyabr 1992-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 117 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 06 sentyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, mərhum X9 onu üçüncü şəxslər qarşısında təmsil etmək üçün Cavabdeh1 etiabrnamə – vəkalət vermişdir. Etibarnamə 12 iyun 2029-cu il tarixədək verilmişdir. İş materiallarında olan Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, həmin tarixdə X9 ilə Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmışdır. Həmin müqavilə bağlanılarkən X6 etibarnamə əsasında Cavabdeh2 arvadı Cavabdeh1 təmsil etmişdir. İş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, X9 xüsusi mülkiyyətlərinə aid Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi etibarnamə əsasında Cavabdeh2 bağışlamışlar. Həmin bağışlama müqaviləsinə X6 etibarnamə əsasında nümayəndə, əmlak bağışlanan şəxsin arvadı, hazırki iş üzrə Cavabdeh1 imza etmiş, müqavilə Astara rayon Dövlət notariat kontoru tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X9 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsini nəzərdən keçirilməsini zəruri hesab edir. Aydındır ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarının məzmununda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlaknın bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 667.1-ci maddəsinin tələbinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmasın. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Qərarında göstərmişdir ki, bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İşin yuxarıda qeyd olunan faktiki hallarından görünür ki, Cavabdeh1 mərhum qaynatası X3 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər olan ər və arvad etibarnamə əsasında öz aralarında bağışlama müqaviləsi bağlamaqla məhrum X4 əmlakına əvəzsiz olaraq yiyələnmiş, bu isə mərhum X4 birinci növbə vərəsələrindən olan qızı İddiaçı atasından miras qalmış əmlakdan pay almaqı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin X9 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 17 noyabr 2021-cu il tarixli, 2(018)-1162/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-210/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-210/2023
16.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver