Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2109/2023 27.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı iddiasının təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər uşaq üçün 150 manat olmaqla hər ay 300 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi X3 şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Cavabdeh nümayəndəsi X1 şikayətinin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 2(036)- 1054/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasını qanunla müəyyən edilmiş müddətin buraxılması ilə, habelə şikayətin qanunla müəyyən edilmiş qaydada elektron formada verilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surəti Cavabdeh və digər tərəfin ünvanına, xx.xx.2018-ci il tarixdə göndərilmişdir. MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 ay müddətində verilə bilər. Cavabdeh nümayəndəsi X3 qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüş, bu müddət keçdikdən 5 il sonra apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi şikayəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, Cavabdeh məhkəmə qətnaməsi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada göndərilmiş və həmin tarixdə də icraya yönləndirilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərin uyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti elektron qaydada verilməmişdir. Qeyd olunan hal apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1054/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2109/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2109/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver