Məhkəmə qərarları › İş №2(106)-2118/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2118/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2118/2023 28.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğluna qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiyanın mümkünlüyünü məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğlundan mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətinə həm də həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Mülki Prosessual Məcəllənin tələblərindən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizələrə birinci instansiya məhkəməsi tərəfindən baxılır və bundan sonra, onun nəticəsinə uyğun olaraq sonrakı prosessual hərəkətlər həyata keçirilir. Lakin hazırkı iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxmadan apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı 2(106)-2118/2023 saylı mülki iş apellyasiya baxışından çıxarılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 133, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı 2(106)-2118/2023 saylı mülki iş apellyasiya baxışından çıxarılsın və qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar