Məhkəmə qərarları › İş №2(106)-232/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-232/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-232/2023 10.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi, icra hərəkətlərinin dayandırılması və başqa tələblərə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin (hakim P.Əhmədov) 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment ödənişlərin əməl etdiyindən 1000 manat məbləğində ödədiyi aliment pulunun və aliment ödənilməsi məqsədilə 3330 manat xərclədiyi pulların aliment borcu hesabına silinməsinin məhkəmə qaydasında öyrənilməsi və araşdırılmasının təmin edilərək, aliment öhdəliyini icra etməklə borclu olmadığından aliment öhdəliyinə xitam verib, icra hərəkətlərinin dayandırılması tələbi barədə iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Biləsuvar Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmuna dair qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı və onun nümayəndəsi Xudaşirin Bədirov yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə vəsatət (ərizə) təmin olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün İddiaçı tərəfindən buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilmişdir. Sonuncu qərardaddan cavabdehin nümayəndəsi A.Quliyev şikayət vermiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməsi əsasları qərardadda göstərilməmişdir. Apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin buraxılmasının hansı üzrlü səbəbdən olmasını qarşı tərəfə izah etməmişdir. İddiaçının nümayəndəsi ali təhsilli hüquqşünasdır. O, qanunları daha yaxşı bilir. İddiaçı tərəf müddətin keçməsindən xəbərdardır, amma 3 aya yaxın vaxt keçmişdir. Buraxılmış müddət hansı əsasla bərpa edilib qərardaddan görünmür. Biləsuvar Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 26 dekabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş (iş səh. 41) məhkəmə qəbzindən müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsinin surəti iddiaçının nümayəndəsi Xudaşirin Bədirova 22 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Qətnamədən İddiaçı müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermiş, Biləsuvar Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmuna dair qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı tərəf nöqsanları aradan qaldırdıqdan sonra xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun tələbinə görə, məhkəmə qərardadında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. (MPM-in 363.4-cü maddəsi). Müəyyən edilir ki, iddiaçı apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra, qərardadda qeyd edilən nöqsanları arandan qaldırmış və apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti ağlabatan müddətdə təqdim edilmişdir. Kollegiyanın qənaətinə görə, prosessual müddətin ötürülməsi üzrlü hesab edilməklə müddətin bərpa edilməsi barədə qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 357-358, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar