Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-236/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı Malik qızının, iddiaçının nümayəndəsi X4, Cavabdeh, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil Zirdədin oğlunun iştirakları ilə, İddiaçı Malik qızının Cavabdeh qarşı "cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutulması" tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(018)-1185/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Malik qızı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmələri, cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, birgə yaşayış dövründə inşa etdikləri Astara rayonu, Tüləgüvan kəndində yerləşən fərdi yaşayış evinə 16 fevral 2014-cü il təvəllüdlü X16 və 19 iyun 2019-cu il təvəllüdlü X14 ilə birlikdə evə köçürülmələri, ümumi dəyəri 15159 manat olan cehiz əmlaklarının və yaxud dəyərinin, 12750 manat dəyərində olan qızıl-zinət əşyalarının və yaxud dəyərinin, 3700 manat dəyərində olan ümumi əmlakdan payın ayrılması, ödənilmiş 185 manat dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 50 manatın Cavabdeh alınaraq xeyrinə verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə 26 aprel 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Belə ki, 20 aprel 2013-cü il tarixdə qız toyu, 26 aprel 2013-cü il tarixdə oğlan toyu olmuşdur. Nikahlarını isə 15 yanvar 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətlərindən 16 fevral 2014-cü il təvəllüdlü X16 və 19 iyun 2019-cu il təvəllüdlü X14 adlı iki uşaqları olmuşdur. 08 aprel 2022-ci il tarixdə cavabdeh toyda ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını ondan alıb 19 iyun 2019-cu il təvəllüdlü uşağı ilə birlikdə evdən qovmuşdur. Yaşamağa başqa bir yeri olmadığından valideynlərinin yanına getmişdir. Ayrıldığı vaxt qızıl-zinət əşyaları və cehiz əmlakları cavabdehin evində qalmışdır. Həmin əmlakları cavabdehdən geri tələb etsə də, cavabeh könüllü olaraq həmin əmlakları qaytarmaqdan imtina etmişdir. Həmin əmlaklar bunlardır: servant - 2 ədəd qiyməti 800 manat, termo - 2 ədəd - 500 manat, şifoner - 1 ədəd - 400 manat, çarpayı 2 tumbası ilə - 500 manat, çarpayı - 1 ədəd - 200 manat, paltar tumbası uşaqlar üçün 2 ədəd - 300 manat, uşaq üçün çarpayı - 1 ədəd qiyməti - 150 manat, beşik - 1 ədəd - 100 manat, böyük stol - 1 ədəd - 250 manat, balaca stol jurnal üçün 1 ədəd - 100 manat, stul - 6 ədəd - 300 manat, xalça 4x5 2 ədəd - 1000 manat, xalça 2.5 x3 2 ədəd - 300 manat, döşək - 5 ədəd 1000 manat, yorğan 6 ədəd - 600 manat, balış 10 ədəd - 500 manat, balış 20 ədəd - 400 manat, böyük yorğan - 5 ədəd - 250 manat, kiçik yorğan 2 ədəd - 80 manat, örtük - 1 ədəd - 150 manat, çarpayı üzü - 2 ədəd - 150 manat, üz dəsmalı 2 ədəd 30 manat, qab dəsmalı - 9 ədəd - 27 manat, stol üstü - 2 ədəd - 30 manat, hamam dəsmalı 4 ədəd - 120 manat, soyuducu 1 - ədəd - 700 manat, paltaryuyan maşın 7 kq - 550 manat, soba - 1 ədəd - 40 manat, ətçəkən maşın - 1 ədəd - 50 manat, ütü - 1 ədəd - 50 manat, ütü masası - 1 ədəd - 50 manat, tozsoran - 1 ədəd - 100 manat, qarışdırıcı - 1 ədəd - 40 manat, tefal çaydan dəsti - 100 manat, DVD - 50 manat, televizor - LC - 700 manat, krosna aparatı ilə - 150 manat, divar saatı -2 ədəd - 80 manat, pərdə - 4 ədəd - 400 manat, karniz - 3 ədəd - 150 manat, çılçıraq- 1 ədəd - 100 manat, güldan gülləri ilə 2 ədəd - 80 manat, yemək dəsti - 1 dəst - 300 manat, çay servisi - 2 dəst - 100 manat, dolça stəkanı ilə 1 dəst - 80 manat, badə 5 dəst qiyməti - 100 manat, xrustal “vazlar” və xrustal güldan, dəsti 2 dəst qiyməti 100 manat, çay - çaydanı 2 ədəd balaca - 20 manat, paltar asmaq üçün alət- 1 ədəd - 30 manat, vedrə - 4 ədəd - 40 manat, ləyənlər - 3 ədəd - 30 manat, balaca çaydan - 4 ədəd - 40 manat, xəmir qabı - 2 ədəd - 20 manat, balaca xəmir qabı - 2 ədəd - 10 manat, xəmir açmaq üçün taxta və oxluq - 40 manat, “qozçəkən maşın” - 20 manat, salat doğramaq üçün alət 2 ədəd - 30 manat, qazan dəsti 4 ədəd - 150 manat, “parnis dəsti” - 2 dəst - 6 ədəd - 60 manat, fincan dəsti - 4 ədəd -200 manat, meyvə qabı - 2 ədəd - 40 manat, böyük konfet qabı - 3 ədəd - 60 manat, balaca konfet qabı - 3 ədəd - 20 manat, mürəbbə qabı 2 dəst - 12 ədəd - 40 manat, dolça -3 ədəd 10 ədəd stakan ilə - 80 manat, qaşıq dəsti (çamadan) - 50 manat, yemək boşqab dəsti (kasa, salat qabı) - 5 dəst, 12 ədəd, 60 ədəd 200 manat, “şiş” - 6 ədəd-18 manat, süzgəc- 1 ədəd - 10 manat, “un ələyən” - 1 ədəd - 10 manat, kül qabı 4 ədəd-12 manat, qənd qabı - 4 ədəd - 6 manat, duz qabı - 10 ədəd - 10 manat, stəkan - 70 ədəd - 70 manat, nəlbəki - 70 ədəd - 70 manat, nəlbəki 6 ədəd - 18 manat, kasa - 6 ədəd - 18 manat, çərəz qabı 2 ədəd – 20 manat, qab düzmək üçün setka - 10 manat, asılqan-10 ədəd-10 manat, telefon redmi markalı 8, çantalar-3 ədəd, fen 2 ədəd-60 manat, ətirlər və makiyaj ləvazimatları-100 manat, sənədlər, uşaqların sənədi, şəkillər albom ilə, suvenir gəmilər-2 ədəd-100 manat, suvenir-2 ədəd-100 manat, onluq qızıl qulplu 1 ədəd, əyyari 750, çəkisi 10 qram - qiyməti 900 manat, beşlik qızıl 1 ədəd, əyyari, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd əyyarı 750, qiyməti 500 manat çəkisi 5 qram, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi, 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 500 manat, qızıl üzük 1 ədəd, əyyarı 750, çəkisi 3 qram, qiyməti 200 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari, 750, çəkisi 5 qram, qiyməti 500 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 500 manat, komplekt brilyant qaşlı sırğa, üzük, qolbaq, klon əyyari 750, qiyməti 4500 manat, nişan üzüyü birliant qaşlı, əyyari 750 manat çəkisi 10 qram, qiyməti 2000 manat, uşaq üçün sırğa bir akt, çəkisi 2 qram, əyyari 750, qiyməti 150 manat. Bundan başqa birgə nikah dövründə cavabdehlə birgə 100 ədəd hinduşka qiyməti 3000 manat, 70 ədəd toyuq qiyməti 700 manat saxlamışlar. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, birincisi hesab edir ki, iddiaçının qaldırmış olduğu iddia predmetləri bir icraatda baxıla bilməz. İddiaçı məhkəmədə qaldırmışdır : 1) azyaşlı uşaq ilə mənzilə köçürülmə, 2) cehiz əmlakları, 3) qızıl-zinət əşyaları 4) ümumi əlakdan payın ayrılması. Qanunun tələbinə əsasən bu tələblərə bir icraatda baxıla bilməz. İkincisi iddiaçı iddia ərizəsinin başlığında qeyd edir ki, cavabdeh mənə el adət ənənəsi ilə elçi göndərmiş, nişan və toy etmişdir. Çox təəssüflər ki, iddiaçı el adəti, milli mental dəyərlərimizə və ənənələrimizə zidd olaraq mənə açıq-aşkar surətdə başqa kişilər ilə xəyanət etmişdir. Bunu iddiaçı və atası "nikahın pozulması və uşaq tələbinə" dair 08 avqust 2022-ci il tarixdə Astara Rayon Məhkəməsində hazırlıq iclası zamanı etiraf etmişlər və Astara rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının iclasında da şəxsən özü etiraf etmişdir. İddiaçı xəyanət etdikdən sonra ona qarşı nikahın pozulması və uşaq tələbinə dair iddia ərizəsində qeyd etdiyi kimi 08 aprel 2022-ci il tarixində evə gəlib görmüşdür ki, cavabdeh əşyalarını yığışdırıb, çantalara və selofanlara toplayaraq öz hərəkətlərinə görə birlikdə yaşamaqlarını mümkünsüz hesab edərək babasını, qardaşını, anasını yaşadıqları onun atasına məxsus evə çağırmış və evi tərk edərək "Toyota" markalı avtomobilə minərək getmişdirlər. Gedərkən bə bütün qızıl-zinət əşyalarını özü ilə aparmışdır. 2 gün sonra isə qardaşı öz həyat yoldaşı ilə evə gələrək onun bütün geyim və xırda əşyalarını aparmışlar. İddiaçının iddia etdiyi və köçürülmək istədiyi tikili atası Abbas Ağayevə faktiki məxsus olan tikilidir, onun və anasının birgə vəsaitləri hesabına tikilmişdir. Həmin evin iddiaçıya və ona heç-bir aidiyyəti yoxdur. İddiaçının həmin evin birgə tikdirməkləri ilə bağlı dəlilləri həqiqətə uyğun deyildir. Müvafiq sübutları məhkəməyə təqdim edəcək. İddiaçı gedərkən evdən qovulmayıb, öz xoşu ilə anası, qardaşı və babası ilə getmişdir. 2 gün sonra da, qardaşı və qardaşı arvadı evə qayıdaraq onun geyim və xırda əşyalarını aparmışlar. İddiaçının ona xəyanət etməsi səbəbindən stress yaşamış və onun heç-bir əşyası və əmlakının qeydində, fikrində və hayında olmamışdır. Əks halda 2 gün sonra onun qardaşı və qardaşı arvadını evə buraxmazdı. Bütün bunlar iddiaçının hərəkətlərinə qarşı etirazının əvəzində onu barışmağa məcbur etmək tələsidir. Çünki birinci dəfə telefonda onun yad kişilərlə əlaqəsini aşkara çıxardığı zaman qohumlarının təkidi və xahişi ilə onu bağışlamışdır. İkinci dəfə isə qəti olaraq onunla yaşamamaq qərarını vermişdir. Görün bu insanda nə üz-abır, həya varki, onu şərləyərək apardığı qızılzinət əşyalarını təzədən istəyir. Bununla bağlı şahidlərini də məhkəməyə gətirə bilər. Onun evdən əlidolu əşyalarla getməsini görən şahidlər də vardır. Ev quşlarına, toyuq və hinduşkalarla bağlı tələbi də, əsassızdır. Heç-bir vaxt onların həyətində o qədər toyuq, hinduşka olmamışdır. Olanlar da kəsilərək yeyilmişdir. Qalanları isə anası və atasının təsərrüfatına aiddir. Məhkəmə gəlib evdə yerli baxış keçirə bilər. Cehiz əmlaklarına gəlincə isə, evdə iddiaçının müəyyən əmlakları qalmışdır. Onlardan servant 2 ədəd, termo 2 ədəd, şifoner 1 ədəd, taxt iki tumboçkası ilə 2 ədəd, çarpayı, paltar şkafı uşaqlar üçün 2 ədəd, uşaqlar üçün çarpayı 1 ədəd, beşik 1 ədəd, stol böyük 1 ədəd, stol balaca jurnalnı 1 ədəd, stol 2 ədəd vardır, qalanları istifadə edilərək yararsız hala düşüb, xalça 2 ədəd böyük, 1 ədəd balaca olmuşdur. Döşəklər 3 ədəd, yorğan 4 ədəd, balınc 7 ədəd, balacası 10 ədəd olmuşdur. Ədyal 5 ədəd böyük, 2 ədəd kiçik olmuşdur, pakrıval 1 ədəd, taxt üzü 2 ədəd vardır, üz dəsmalı 2 ədəd, qab dəsmalı 5 ədəd vardır, stolüstü istifadə olunaraq yararsız olmuşdur. Süfrələr də istifadə olunaraq cırılmış və atılmışlar. Mələfələr 2 ədəd, hamam dəsmalı 2 ədəd, ət çəkən istimara yararsız olaraq atılmışdır. Paltaryuyan maşını, soyuducu, duxovka, tozsovuranı bir yerdə almışlar. Ütü və ütü masası vardır, mikser, DVD, krosna aparatı, televizor, tefal çaynik dəsti, divar saatı 2 vardır. Pərdə 3 ədəd gətirmişdir, karniz 3 ədəd vardır. Çılçıraq 1 ədəd gətirmişdir. Güldan gülləri ilə vardır. Qabqacaqdan da nə gətiribsə yerindədir, olmayanlar isə istifadə zamanı sıradan çıxmışdır. Asılqanlar vardır. İddia ərizəsində göstərilən telefon Redmi 8 ona məxsus olmuşdur, özünə isə Samsunq markalı telefon almışdır. Həmin telefonda başqa kişilərlə yazışmalar aparmışdır, telefon sönmüşdür, bildiyi qədər işləmir. Sumkalar 1 ədəd vardır, qalanlarını isə qardaşı və qardaşı arvadı aparmışlar. Fen olmamışdır, 1 ədəd özü almışdır, kosmetikaları aparmışdır, şəkillər vardır. Uşaqların sənədləri ondadır. Suvenir də gipsdən olduğunu nəzərdə tutmuşdursa-uşaqlar sındırmışdır. Qalan nəyi varsa xırda əşyalar və qızılları aparmışdır. Evin sahibi atası Abbas Ağayevdir, onun icazəsi ilə gəlib yığışdırıb apara bilər. İddia tələbləri mahiyyətcə əsassızdır, hamısı boş cəfəngiyyatdır. Bu cür əsassız, heç-bir mötəbər sübutlara söykənməyən iddia təmin oluna bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(018)-907/2022 saylı qərardadı ilə mülki işin “fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi” hissəsi ilə “cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud dəyərinin cavabdehdən alınaraq ona verilməsi, ümumi əmlakdan payın ayrılması, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin xeyrinə tutulması" hissədə tələblərə bir-birindən ayrı icraatda baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində İddiaçı Malik qızı, onun nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmamasını xahiş etmişlər. Astara Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(018)-1185/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı Malik qızına məxsus 2 ədəd servant qiyməti 800 manat, 2 ədəd termo qiyməti 500 manat, 1 ədəd şifoner qiyməti 400 manat, çarpayı 2 tumbası ilə qiyməti 500 manat, 1 ədəd çarpayı qiyməti 200 manat, 2 ədəd paltar tumbası uşaqlar üçün qiyməti 300 manat, 1 ədəd uşaq üçün çarpayı qiyməti 150 manat, 1 ədəd beşik qiyməti 100 manat, 1 ədəd böyük stol qiyməti 250 manat, 1 ədəd balaca stol jurnal üçün qiyməti 100 manat, 6 ədəd stul qiyməti 300 manat, 2 ədəd 4x5 ölçüdə xalça qiyməti 1000 manat, 2 ədəd 2.5x3 ölçüdə xalça qiyməti 300 manat, 5 ədəd döşək qiyməti 1000 manat, 6 ədəd yorğan qiyməti 600 manat, 10 ədəd balış qiyməti 500 manat, 20 ədəd balış qiyməti 400 manat, 5 ədəd böyük yorğan qiyməti 250 manat, 2 ədəd kiçik yorğan qiyməti 80 manat, 1 ədəd örtük qiyməti 150 manat, 2 ədəd çarpayı üzü qiyməti 150 manat, 2 ədəd üz dəsmalı qiyməti 30 manat, 9 ədəd qab dəsmalı qiyməti 27 manat, 2 ədəd stol üstü qiyməti 30 manat, 4 ədəd hamam dəsmalı qiyməti 120 manat, 1 ədəd soyuducu qiyməti 700 manat, paltaryuyan maşın 7 kq. qiyməti 550 manat, 1 ədəd soba qiyməti 40 manat, 1 ədəd ətçəkən maşın qiyməti 50 manat, 1 ədəd ütü qiyməti 50 manat, 1 ədəd ütü masası qiyməti 50 manat, 1 ədəd tozsoran qiyməti 100 manat, 1 ədəd qarışdırıcı qiyməti 40 manat, tefal çaydan dəsti qiyməti 100 manat, D V D qiyməti 50 manat, televizor LC qiyməti 700 manat, krosna aparatı ilə qiyməti 150 manat, 2 ədəd divar saatı qiyməti 80 manat, 4 ədəd pərdə qiyməti 400 manat, 3 ədəd karniz qiyməti 150 manat, 1 ədəd çılçıraq qiyməti 100 manat, 2 ədəd güldan gülləri ilə qiyməti 80 manat, 1 yemək dəsti qiyməti 300 manat, 2 dəst çay servisi qiyməti 100 manat, 1 dəst dolça stəkanı ilə qiyməti 80 manat, 5 dəst badə qiyməti-100 manat, 2 dəst xrustal vazlar və xrustal gülda qiyməti 100 manat, 2 ədəd çaydan balaca qiyməti 20 manat, 1 ədəd paltar asmaq üçün alət qiyməti 30 manat, 4 ədəd vedrə qiyməti 40 manat, 3 ədəd ləyən qiyməti 30 manat, 4 ədəd balaca çaydan qiyməti 40 manat, 2 ədəd xəmir qabı qiyməti 20 manat, 2 ədəd balaca xəmir qabı qiyməti 10 manat, xəmir açmaq üçün taxta və oxluq qiyməti 40 manat, qozçəkən maşın qiyməti 20 manat, 2 ədəd salat doğramaq üçün alət qiyməti 30 manat, 4 ədəd qazan dəsti qiyməti 150 manat, 6 ədəd parnis dəsti qiyməti 60 manat, 4 ədəd fincan dəsti qiyməti 200 manat, 2 ədəd meyvə qabı qiyməti 40 manat, 3 ədəd böyük konfet qabı qiyməti 60 manat, 3 ədəd balaca konfet qabı qiyməti manat, 12 ədəd mürəbbə qabı 2 dəst qiyməti 40 manat, 3 ədəd dolça 10 ədəd stəkanı ilə qiyməti 80 manat, qaşıq dəsti (çamadan) qiyməti 50 manat, yemək boşqab dəsti (kasa, salat qabı) 5 dəst 12 ədəd 60 ədəd qiyməti 200 manat, 6 ədəd şiş qiyməti 18 manat, 1 ədəd süzgəc qiyməti 10 manat, 1 ədəd un ələyən qiyməti 10 manat, 4 ədəd kül qabı qiyməti 12 manat, 4 ədəd qənd qabı qiyməti 6 manat, 10 ədəd duz qabı qiyməti 10 manat, 70 ədəd stəkan qiyməti 70 manat, 70 ədəd nəlbəki qiyməti 70 manat, 6 ədəd nəlbəki qiyməti 18 manat, 6 ədəd kasa qiyməti 18 manat, 2 ədəd çərəz qabı qiyməti 20 manat, qab düzmək üçün setka qiyməti 10 manat, 10 ədəd asılqan qiyməti 10 manat, "Redmi" markalı telefon, 3 ədəd çantalar, 2 ədəd fen qiyməti 60 manat, ətirlər və makiyaj ləvazimatları qiyməti 100 manat, sənədlər, uşaqların sənədi, şəkillər albomu, 2 ədəd suvenir gəmilər qiyməti 100 manat, 2 ədəd suvenir qiyməti 100 manat, 1 ədəd qızıl qulplu onluq əyyarı 750, çəkisi 10 qram, qiyməti 870 manat, 1 ədəd beşlik qızıl, əyyari 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyar 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl qulplu beşlik, əyyar 750, çəkisi 5 qram, qiyməti 480 manat, 1 ədəd qızıl üzük, əyyarı 750, çəkisi 3 qram, qiyməti 180 manat, komplekt brilyant qaşlı sırğa, üzük, qolbaq, klon əyyari 750, qiyməti 4350 manat, nişan üzüyü birlyant qaşlı, əyyarı 750 manat, çəkisi 10 qram, qiyməti 1900 manat, uşaq üçün sırğa çəkisi 2 qram, əyyarı 750, qiyməti 135 manat olan əmlakların və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin, həmçinin 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı Malik qızına verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qismən ləğv edilərək cehiz əmlaklar hissəsində yer almış 11-ci bənddə tələb edilən stulların 2 ədədinin, 14-cü bənddə tələb edilən döşəklərin 3 ədədinin, 15-ci bənddə qeyd edilən yorğanların 4 ədədinin, 16-cı bənddə qeyd ediln balışların 7 ədədinin, 17-ci bənddə qeyd edilən balışların 10 ədədinin, 18-ci bənddə qeyd edilən ədyalların 3 ədədinin, 23-cü bənddə qeyd edilən qab dəsmallarının 5 ədədinin, 26-cı bənddə qeyd edilən 4 ədəd mələfənin 2 ədədinin, 27-ci bənddə qeyd edilən hamam dəsmallarının 2 ədədinin, 41-ci bənddə qeyd edilən pərdələrin 3 ədədinin təmin edilməsi, 24, 25, 31-ci bənddə göstərilən əşyaların və qızıl-zinət əşyaları hissəsində təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədən qismən narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Bildirir ki, qətnamə qismən qanunsuz və əsassızdır. Qızıl-zinət tələbi hissəsində sübut olunmadığına görə iddia rədd edilməli idi. Necə ki, həyət heyvanları hissəsində sübut olunmadığı kimi. İşin məhkəmədə araşdırılmış hallarından, istər iddiaçının, istərsə cavabdehin şahidlərinin göstərdiklərindən məlum olmuşdur ki, iddiaçı öz atası, babası, qardaşı ilə birlikdə 08 aprel 2022-ci il tarixdə kiçik övladı qucağında qızıl-zinət əşyalarının bir qismi üzərində, digər hissəsi isə əynində geydiyi ev xalatının cibində dəsmala bükülmüş halda özü ilə apararaq getmişdir. İddiaçı məhkəmədə ona verilmiş suallara cavabında bildirmişdir ki, qızıl-zinət əşyalan iddiaçının onunla münasibətləri yaxşı olduğu vaxtlarda da onun sahibliyində olmuş və qızıl-zinət əşyaları özü saxlamış və daima bir qismini üzərində, yəni qulağında sırğaları, boynunda sepi və üzük barmağında gəzdirmişdir. Evi normal şəraitdə öz yaxın qohumlan ilə, dava-dalaş və hər hansı insident olmadan tərk etmişdir. Əgər belə bir hallar baş vermişdisə, iddiaçı sübutlar təqdim edərdi. Birincisi qızıllar tam şəkildə iddiaçı tərəfindən (5 ədəd qızıl 5-lik istisna edilməklə) hamısını özü ilə aparmışdır. İzahatlarda cavabdeh olaraq göstərmiş, iddiaçı isə təsdiq elmişdir ki, 3 ədəd qızıl 5-lik tərəflərindən qohumların toylarına hədiyyə olaraq qaytarılmışdır, ikincisi qızıl 5 lik və qızıl 10-lar hissəsini hansı əsasa-sübuta görə mövcud olmasını iddiaçı subuta yetirmədiyi halda, onları məhkəmə təmin edir, iddiaçı öz yaxın qohumları ilə özü əşyalarını yığışdıraraq evi tərk edirdisə, hansı bir məntiqə görə qızıllarını evdə saxlamalı idi? Məhkəmədə şahid qismində dindirilmiş şəxslərin (xüsusən də iddiaçının babası X1, X6, X8), ümumiyyətlə bütün proses iştirakçılarının izahatları məhkəmə protokllarında düzgün əks olunmamışdır. Bu barədə 01 noyabr 2022-ci il tarixdə vəkili və nümayəndəsi iş materialları ilə tanış olduqdan sonra dərhal protokola qeydlər vermişdir. Necə ola bilər ki, iddiaçının özü ilə apardığı qızıllar yenidən cavabdehdən alınaraq iddiaçıya verilsin. Bundan başqa cehiz əmlaklarının bir qismi ailə həyatı ərzində istismar olunduğuna görə sıradan çıxmış olması məhkəmə baxışı zamanı öz əksini tapsa belə, məhkəmə iddia ərizəsində göstərilən bütün cehiz əmlaklarının və yaxud onların dəyərinin alınaraq iddiaçıya verilməsini qət etmişdir. Bu halda tamamilə qanunsuzdur. Həmin əmlaklar böyük bir dəyər təşkil etməsədə, əhəmiyyətsiz sayılsa belə, nəyə görə təmin edilir? İddia ərizəsinin cehiz əşyalarının siyahısı hissəsində yer almış 11-ci bənddə tələb edilən 6 ədəd stulun sayının 2 ədəd qalması, 14-cü bənddə qeyd edilən 5 ədəd döşəkdən - 3 ədəd qalması, 15-ci bənddə qeyd edilən 6 ədəd yorğandan 4 ədəd qalması, 16-cı bənddə qeyd edilən 10 ədəd balışdan 7 ədəd qalması, 17-ci bənddə qeyd edilən 20 ədəd balışdan 10 ədəd qalması, 18-ci bənddə qeyd edilən 5 ədəd ədyaldan 3 ədədin qalması, 23-cü bənddə qeyd edilən 9 ədəd qab dəsmalından 5 ədədinin qalması, 24, 25-ci bənddə göstərilən əşyaların heç birinin qalmaması, 26-cı bənddə qeyd edilən 4 ədəd mələfədən 2 ədədin qalması, 27-ci bənddə qeyd edilən 4 ədəd hamam dəsmalının 2 ədədin qalması, 31-ci bənddə qeyd edilən ət çəkən maşının sıradan çıxması, 41-ci bənddə qeyd edilən 4 ədəd pərdədən 3 ədədin qalması müəyyən edilsə də, məhkəmə bu hallara düzgün qiymət vermədən həmin əmlakların hamısını iddiada göstərilən həcmdə tam olaraq qanunsuz təmin etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir. Yeni sübutları hələ ki, yoxdur. Bütün mötəbər sübutları və dəlilləri birinci instansiya məhkəməsində təqdim etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdil. Əlavə Olaraq bildirdi ki, iddia olunan qızıllardan sep, kulon və 3 ədəd beşlik hədiyyə olunub. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil Zirdədin oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdil. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən iddia etdiyi qızıllara dair birinci instansiya məhkəməsinə sübutlar verilməməsinə rəğmən, məhkəmə iddianı sübuta yetmiş hesab edərək təmin etmişdir. Məhkəmədə İddiaçı Malik qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdil. Əlavə olaraq bildirdi ki, hədiyyə olunan qızıllara dair tərəfindən birinci instansiya məhkəməsinə toy fotoşəkilləri verilmişdir. Toy kasetləri isə cavabdeh Arazda qalmışdır və orada iddia etdiyi qızılların ona hədiyyə olunmasına dair görüntülər vardır, lakin cavabdeh kaseti məhkəməyə təqdim etmir. Məhkəmədə iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqdaqəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X6 bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Cavabdehın İddiaçı ilə aralarındakı münasibətləri pozulduğundan, sonuncu uşağı ilə birlikdə evdən çıxıb getmişdir. Evdən çıxdığı zaman bacısı özü ilə heç bir əmlak aparmamış, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hamısı cavabdehdə qalmış, sonradan bacısının paltarlarını cavabdehin evindən gəlib aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X1 bildirmişdir ki, iddiaçının babasıdır. İddiaçının cavabdehlə münasibətləri pozulduğundan o, cavabdehin evinə gəlmiş və İddiaçı uşağı ilə birlikdə həmin evdən aparmışdır. İddiaçının evdən çıxdığı zaman onun üzərində qızıl-zinət əşyaları olmamış və özü ilə də gətirməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X13 bildirmişdir ki, o, tərəflərin qonşusu olmuşdur. İddiaçı evdən çıxdığı zaman yanında uşaq, əlində isə paketlər olmuşdur. İddiaçı Malik qızını yaşadığı evdən sonuncunun qohumları ağ rəngli avtomobillə apardıqlarını görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, cavabdeh onun əmisi oğludur. İddiaçının qohumları cavabdehin evinə gəlib İddiaçı həmin evdən aparmışlar. Evdən çıxdığı zaman İddiaçı əlindən beşlik qızıl düşmüşdür. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, iddiaçının özü ilə apardığı qızıl-zinət əşyaları onu maraqlandırmır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 bildirmişdiki, cavabdehin əmisi oğludur. Onun şəxsi bağı cavabdehin bağınının yanındadır. İddiaçının qohumları cavabdehin evinə gəlib İddiaçı həmin evdən aparmışlar. Evdən çıxdığı zaman İddiaçı əlindən qızıl düşmüşdür. Həmçinin, iddiaçının əlində paket olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə verilən arayışdan görünür ki, Cavabdeh ilə X11 arasında nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 yanvar 2014-cü ildə 04 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə verilən arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 16 fevral 2014-cü ildə X16, 19 iyun 2019-cu ildə isə X14 adlı iki uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Ojakəran kənd sakinləri İddiaçı Malik qızının və X5 müracitləri əsasında toplanmış HK-1/484 saylı material üzrə Astara rayon polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynovun 18 aprel 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə müəyyən edilmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində İddiaçı yaşadıqları evdə ailə daxili və qısqanclıq zəminində yaranan mübahisə nəticəsində əri Azad Ağayev tərəfindən qəsdən döyülmüş, dərəcəsi təyin olunmayan xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq" Astara kooperativ cəmiyyətinin sədri, ali təhsilli, 45 illik iş təcrübəsi olan əmtəəşünas X2 02 iyul 2022-ci il tarixli rəyindən görünür ki, qızıl-zinət əşyalarının dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: onluq qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 10 qram- qiyməti 870 manat, beşlik qızıl 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd əyyarı 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi, 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 480 manat, beşlik qızıl qulplu, 1 ədəd, əyyari 750, çəkisi 5 qram, qiyməti 480 manat, qızıl üzük 1 ədəd, əyyarı 750, çəkisi 3 qram, qiyməti 180 manat, komplekt brilyant qaşlı sırğa, üzük, qolbaq, klon əyyari 750, qiyməti 4350 manat, nişan üzüyü birliant qaşlı, əyyari 750 manat çəkisi 10 qram, qiyməti 1900 manat, uşaq üçün sırğa çəkisi 2 qram, əyyari 750, qiyməti 135 manat. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir, 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır, 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir, 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki,onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddia qarşı təqdim olunan yazılı etirazda və birinci instansiya məhkəməsində səsləndirilən fikirlərdə iddiaçının qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının çeşidi, əyarı, dəyəri mübahisələndirilməmiş, cavabdeh qızılların iddiaçı tərəfindən ər evini tərk edərkən özü ilə aparması arqumenti üzərində durmuşdur. Bu zaman cavabdeh məhkəməni inandırmağa çalışmışdır ki, iddiaçının ona xəyanət etməsi məsələsi aşkara çıxandan sonra iddiaçı onunla birlikdə yaşamaqlarının mümkünsüz olduğunu başa düşmüş, 08 aprel 2022-ci il tarixində əşyalarını yığışdırıb, çantalara və selofanlara toplayaraq babasını, qardaşını, anasını yaşadıqları evə çağırmış və evi tərk edərək "Toyota" markalı avtomobilə minərək getmişdir. Gedərkən bütün qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Lakin aparılan məhkəmə tədqiqatı nəticəsində iddia olunan qızıl-zinət əşyalarının tərəflərin ayrıldıqları vaxt cavabdeh tərəfindən heç-bir maneə yaradılmadan iddiaçının ər evini tərk edərkən özü ilə aparmasından ibarət apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmamışdır. Qeyd olunan hissədə tərəflərin gətirdikləri şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər vardır. Qüvvədə olan Astara rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynovun 18 aprel 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə müəyyən edilmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində İddiaçı yaşadıqları evdə qısqanclıq zəminində yaranan mübahisə nəticəsində əri Azad Ağayev tərəfindən qəsdən döyülmüş, dərəcəsi təyin olunmayan xəsarət almışdır. Qeyd edilən halın mövcudluğu heç-bir maneə yaradılmadan iddiaçının ər evini tərk etməsindən ibarət cavabdehin dəlilini inkar edir. Apellyasiya baxışı zamanı isə cavabdeh iddia olunan qızıllara dair iddiaçı tərəfindən sübutlar verilmədiyini, yalnız sep, kulon və 3 ədəd beşlik qızılın hədiyyə verildiyini, qalan hissədə qızılların mövcudluğuna dair sübutlar təqdim etmək öhdəliyinin iddiaçının üzərində olduğunu bildirmiş, qeyd olunan əsaslarla iddianın qızıl-zinət əşyalarının qaytarılması hissədə rədd olunmasını xahiş etmişdir. Nəqədər ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddiaçının qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının çeşidi, əyarı, dəyəri mübahisələndirilməmişdir, apellyasiya şikayətinin həmin dəlili müdafiə xarakterli olmaqla, inandırıcı qəbul edilə bilməz. Cehiz əşyaları ilə bağlı hissədə isə cavabdehin birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazı, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh tələb olunan cehiz əşyalarının gətirildiyini inkar etməsə də, istifadə nəticəsində bəzilərinin sıradan çıxdığını, iddiaçı isə belə halların olmadığını bildirmişlər, bununla bağlı cavabdeh dəlillərini təsdiq edəcək hər hansı bir sübutunu təqdim etməmişdir. Yuxarıda sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iddiaya ədalətli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(018)-1185/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-236/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-236/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver