Məhkəmə qərarları › İş №2(106)-3/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-3/2024

05.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-3/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh5 vəkili, "xxxx" MMC-nin, Cavabdeh2, Abdullayeva (Nəzərova) Yeganə Əli qızının və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* və onun nümayəndəsi və vəkili Vəkil4, ikinci iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil6 iştirakı ilə, Birinci iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci iş üzrə Cavabdeh* qarşı “tərəflər arasında bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi və pul vəsaitinin tutulması tələbinə dair” iddiası, ikinci iş üzrə iddiaçı Cavabdeh* ikinci iş üzrə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın, əldən çıxmış faydanın və mənəvi zərərin tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil*, ikinci iş üzrə Cavabdeh3, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Ozon” klinikası Cavabdeh* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və “Ozon” klinikası ilə Cavabdeh* arasında **.06.20*5-ci ildə bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, klinikanın əvvəlki vəziyyətə gətirilməsi və 420000 manat icarə haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə və “Ozon” klinikasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar birinci iş üzrə iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh* iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 448000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Lakin sonradan sənədlər ona qaytarılmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh*lə **.06.20*5-ci ildə müqavilə bağlanmışdır və iddiaçı müqavilənin icrası ilə əlaqədar “Ozon” klinikasının digər şöbələrinin yaradılması və klinikanın işlədilməsi məqsədilə obyektə 448000 ABŞ dolları xərcləmişdir. Müqaviləyə əsasən Cavabdeh* klinikanı 5 il müddətinə icarəyə götürür və hər ay 7000 manat icarə haqqı ödəməlidir. Lakin Cavabdeh* müqavilə şərtlərini pozaraq klinikaya sərf olunmuş pulun ona ödənilməsini tələb edir. Müqavilə şərtlərinə zidd olaraq işləri başa çatdırmamış, fəhlələrə və müxtəlif təşkilatlara *37683 manat borclu qalmışdır. Cavabdehin müqavilə şərtlərini pozaraq işləri dayandırmasının səbəbi "xxxx" MMC və “Ozon” klinikasının onun adına rəsmiləşdirilməməsi ilə bağlı olmuşdur. Müqavilədə nəzərdə tutulmadığı üçün onun təklifi rədd olunmuşdur. Razılaşmaya əsasən Cavabdeh* klinikanı 5 il müddətinə işlətməklə sərf etdiyi xərci qarşılamalı və yuxarıda göstərildiyi kimi 5 il müddətinə hər ay 7000 manat icarə haqqı ödəməli idi. Müqavilədən kənar razılaşmalarına əsasən 5 il ərzində sərf etdiyi xərci əldə edə bilməyəcəyi təqdirdə ona əlavə vaxt veriləcəkdi. Belə vəziyyətdə 5 il müddətinə icarə haqqı ödəməli olduğu 420000 manat məbləğində iddiaçılara ziyan vurulur. Buna görə də Cavabdeh* 420000 manat icarə haqqını və 30 manat dövlət rüsumunu iddiaçılara ödəməlidir. Müqavilənin etibarlı tərəfdaşı olaraq mübahisənin sülh yolu ilə həllinə çalışsalar da, Cavabdeh* təkliflərini qəbul etməmişdir. 25.05.20*6-cı ildə Cavabdeh* mübahisənin sülh yolu ilə həll edilməsi üçün təklif göndərmiş, cavabdehin nəzərinə çatdırmışlar ki, öhdəliyi icra etmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Etibarlı tərəfdaş olaraq ona təklif olunmuşdur ki, təmir-tikinti işlərini qısa müddət ərzində yekunlaşdırıb müqavilə öhdəliklərinə əməl etsin. Etirazlarına *0 gün müddətində cavab vermədiyi təqdirdə təkliflərini qəbul etməmək kimi qəbul edərək vurduğu ziyanın aradan qaldırılması barədə tədbirlər görəcəklərini bildirmişlər. Təkliflərinə cavab verilməmişdir. Müqavilə şərtlərinə əməl etməyərək təmir işlərini dayandırmışdır. Beləliklə, klinikanın 2-ci və 3-cü mərtəbələri istifadə olunmaz hala salınmışdır. Son nəticədə 2-ci və 3-cü mərtəbələri iddiaçılar istifadə edə bilmirlər. Hansı ki həmin mərtəbələrin istifadəyə verilməsindən iddiaçılar hər ay 7000 manat icarə haqqı əldə edəcəkdilər. İkinci iş üzrə iddiaçı Cavabdeh* cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ona vurmuş olduğu 448000 ABŞ dolları əmlakından məhrum olması ilə bağlı ziyana və 70000 manat əldən çıxmış fayda formasında maddi ziyana görə həmin vəsaitin, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə iddiaçı Cavabdeh* tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini Cavabdeh3 vasitəsilə “Ozon” klinikasının, həmçinin "xxxx" MMC-nin təsisçisi və icraçı direktoru Cavabdeh2 ilə danışıb razılaşmışlar ki, hal-hazırda fəaliyyət göstərən “Ozon” klinikasının digər şöbələrinin yaradılması üçün klinikanın 2-ci və 3-cü mərtəbələrini təmir etdirərək icarəyə götürüb işləsinlər, təmir işlərini isə Cavabdeh* göndərdiyi pul vəsaiti hesabına "xxxx" MMC və “Ozon” klinikasının icraçı direktoru Cavabdeh2 həyata keçirəcəkdi. **.06.20*5-ci il tarixdə "xxxx" MMC-nin və “Ozon” klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 ilə Cavabdeh3 arasında razılaşma müqaviləsi bağlanmışdır. Sonradan həmin müqavilə Cavabdeh* adına dəyişdirilmişdir. Bununla bağlı Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Qeyd olunan pul vəsaitini verməkdən ötrü Moskva şəhərində olan *, Bakı şəhərində olan 2 mənzili dəyərindən xeyli ucuz satmalı olmuşdur. 20*5-ci ilin oktyabr ayının axırlarında Cavabdeh2 ilə görüş zamanı ona 330000 ABŞ dollarının verilməsini etiraf edərək, mənzillərinin ucuz satılması nəticəsində Cavabdeh* dəyən ziyanı da **8000 ABŞ dolları qəbul edərək akt tərtib edib 448000 ABŞ dolları xərclədiklərini öz imzası və möhürü ilə təsdiqləmiş və Cavabdeh* görülən işlər barədə arayışlar da vermişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 verdiyi arayışlar saxtadır. "xxxx" MMC bu və digər təmir-tikinti işləri barədə bəyannamələr verməmiş, vergidən yayınmışdır. Cavabdeh* obyektə baxanda isə görmüşdür ki, onu aldatmışlar, binanın 2-ci və 3-cü mərtəbəsinin təmirinə verilən məbləğdə pul xərcləməmişlər. Cavabdeh* məlum olmuşdur ki, “Ozon” klinikasının və "xxxx" MMC-nin fəaliyyət göstərdiyi, guya Cavabdeh* pulları ilə təmir edilən Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən bina faktiki olaraq Rusiya Federasiyasının Moskva şəhərində meyvə alveri ilə məşğul olan Cavabdeh5 adlı şəxsə məxsusdur. Amma binanı anasının adına rəsmiləşdirmiş və anasının adından bütün proseslərdə iştirak etmək üçün qardaşı Cavabdeh6 mülki etibarnamə vermişdir. Binadan istifadə etmək üçün isə Cavabdeh2la uzun müddətli icarə müqaviləsi bağlanmışdır. Hətta sonuncu icarə müqaviləsinə görə binanın yalnız *-ci mərtəbəsini icarəyə götürmüşdür. Belə olan vəziyyətdə onun binanın 2-ci və 3-cü mərtəbələri üzrə ümumiyyətlə əqd bağlamaq hüququ yoxdur. Bundan əlavə, həmin bina “AFS” Kredit İttifaqında girovdadır. Cavabdeh2 binanı girov qoyub 200000 dollar kredit götürmüş, krediti təyinatı üzrə sərf etməmiş, Moskvaya Cavabdeh5 meyvə alverində istifadəsi üçün göndərmişdir. "xxxx" MMC-nin direktoru və “Ozon” klinikasının icraçı direktoru olan Cavabdeh2 tərtib etdiyi hesabatlarda Cavabdeh* onu aldatmaq və işin faktiki halından duyuq salmamaq üçün obyektə istifadə olunan tikinti materiallarının miqdarını, sayını göstərməmiş, təkcə guya ödənilən pulun məbləğini qeyd etmişdir. 2 ədəd liftdən savayı, alınmış tikinti materiallarını hansı qiymətdən almasını göstərməmişdir. 30 iyun 20*5-ci il tarixli alğı-satqı müqaviləsinin 5.*-ci bəndində liftin dəyərinin ödəniş qaydası qeyd olunmuşdur. Həmin bəndə əsasən liftin dəyəri hissə-hissə ödənilməli, yekun məbləğ lift quraşdırılıb təhvil verildikdən sonra 4900 ABŞ dolları ödənilməli idi. Hal-hazırda lift quraşdırılmamış, təhvil verilmədiyi halda Cavabdeh2 hesabatlardan bir dəfə 8400 ABŞ dolları, ikinci dəfə isə 80000 ABŞ dollarının “Əhməd” adlı şəxsə ödənildiyini qeyd etmişdir. Yekun arayışda isə liftin dəyərinin *07900 ABŞ dolları ödənilməsini göstərmişdir. Sonradan Cavabdeh* göndərilən rəsmi məktubda isə qalıq 60000 manat göstərilmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin Cavabdeh* aldatmaqla sonuncunun vəsaiti hesabına əsassız varlanması qanuna zidd olmaqla bununla bağlı əmlakından məhrum olması iddiaçıya vurulmuş ziyan hesab edilir və həmin ziyanı cavabdeh ona ödəməlidir. Bu ziyana isə nağd ödədiyi 330000 ABŞ dolları, həmin pulu vermək üçün mənzillərini real qiymətindən **8000 ABŞ dolları ucuz satması, həmçinin həmin pulun Cavabdeh* olmaması nəticəsində bir il ərzində əldə edə biləcəyi 70000 manat məhrum olduğu gəlir daxildir. Belə ki, cavabdehə tələb etdiyi pulu vermək üçün mənzillərini real dəyərindən aşağı satması nəticəsində **8000 ABŞ dolları zərərə məruz qalmasını cavabdeh özü də etiraf edir. Həmin pul vəsaiti isə iddiaçının özündə olsaydı, kənd təsərrüfatı ilə bağlı minimum 70000 manat gəlir əldə edə bilərdi. Bundan ötrü torpağı, tikililəri və bütün zəruri şəraiti var. Bu barədə olan biznes planını gerçəkləşdirə bilməməsinin tək səbəbi isə cavabdehə nağd verdiyi 330000 ABŞ dolları pul vəsaitinin özündə olmaması olmuşdur. Bu da cavabdehin ona 70000 manat əldən çıxmış fayda formasında ziyan vurmasını göstərir. Həmçinin, cavabdehin bu hərəkətləri, yəni aldatmaqla 448000 ABŞ dolları dəyərində əmlakından məhrum olması, 70000 manat adi dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olması nəticəsində ötən müddət ərzində sarsıntı və iztirab keçirməklə Cavabdeh* mənəvi zərər də dəymişdir. Belə ki, bu hərəkətlər onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatlıq hissləri keçirməsinə səbəb olmuşdur. Qeyd olunan hərəkətin, yəni aldadılmaqla pulunun mənimsənilməsinin sistematik olaraq davam etməsi mənəviyyatını sarsıtmış, iddiaçıya dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyil. Lakin ədaləti bərpa etmək və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə, həmçinin * il ərzində reallaşdıra bilmədiyi biznes plana görə məhrum olduğu gəlirə uyğun özünə vurulan mənəvi zərəri də 70000 manat civarında qiymətləndirir. Birinci iş üzrə iddiaçı "xxxx" MMC sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının adı "xxxx" MMC və “Ozon” klinikası olaraq göstərilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddia ərizəsindəki “Ozon” klinikası sözü "xxxx" MMC-yə, yəni hüquqi şəxsin yerləşdiyi binaya verilən addır. Ona görə də iddia ərizəsindən “Ozon” klinikası sözləri çıxarılaraq iddiaçının adı "xxxx" MMC kimi oxunmalıdır. Ərizədə göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Masallı Rayon Məhkəməsinin *3 fevral 20*7-ci il tarixli, 2(050)-58*/20*7 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh* qarşı pul tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh* cavabdeh "xxxx" MMC-yə qarşı ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair tələbləri bir-biri ilə əlaqəli və tərəflər eyni olduqları üçün mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birgə baxılması qərara alınmışdır. İkinci iş üzrə iddiaçı Cavabdeh* sonradan əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Masallı şəhər sakinləri Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Masallı rayon Ərkivan qəsəbə sakinləri Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilməsini, vurulmuş 448000 ABŞ dolları məbləğində əmlakından məhrum olması ilə bağlı ziyana və 70000 manat əldən çıxmış fayda formasında maddi ziyana görə həmin vəsaitin, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pulun "xxxx" MMC ilə yanaşı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını “Ozon” klinikasının təmiri ilə bağlı "xxxx" MMC-nin ondan pul alması təşkil edir. Həmin pul vəsaiti Cavabdeh3 vasitəsilə "xxxx" MMC-nin direktoru olan Cavabdeh2 verilmiş və pulun bir hissəsi Cavabdeh4 mülkiyyətində olan binanın təmirinə sərf edilmişdir. Həmin bina Cavabdeh4 mülkiyyətində olsa da, faktiki olaraq oğlanları Cavabdeh5 və Cavabdeh6 idarəçiliyində olmuş, onların razılığı ilə pul vəsaiti binanın təmirinə sərf edilmişdir. Bu isə Cavabdeh* vurulmuş ziyanda adları çəkilən şəxslərin də rolunun olmasını, yəni həmin şəxslərin də hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməsinin zəruri olmasını göstərir. Sonradan ikinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbinin həcminin artırılmasına və əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmələrini, vurulmuş 448000 ABŞ dolları məbləğində əmlakından məhrum olması ilə bağlı ziyana və **367* manat əldən çıxmış fayda formasında maddi ziyana görə həmin vəsaitin, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pulun "xxxx" MMC ilə yanaşı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* iddia tələbinin həcminin artırılmasına və əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını “Ozon” klinikasının təmiri ilə bağlı "xxxx" MMC-nin ondan pul alması təşkil edir. Masallı rayonu, Ərkivan qəsəbəsində həm şəxsi mülkiyyətində, həm də icarə əsasında torpaq sahələri və həmin torpaq sahələrində heyvandarlığın inkişafından ötrü müvafiq tikililəri var. 20*5-ci ilin iyun ayının əvvəllərində biznes plan tərtib etdirməklə həmin torpaq sahələri və fermadan istifadə edib heyvandarlıqla məşğul olmaq qərarına gəlmişdir. Bununla bağlı biznes planına əsasən orta illik qazanc 68742 manat, gündəlik qazanc isə *88,33 manat təşkil edəcəkdi. Həmin ərəfədə Cavabdeh3 təklifi ilə Masallı şəhərində yerləşən “Ozon” klinikasının gələcəkdə işlədilməsindən ötrü onun 2-ci və 3-cü mərtəbələrinin təmirinə görə Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları vermişdir. Həmin pul təcili lazım olduğundan adları çəkilən şəxslərin təkidi ilə bir sıra əmlaklarını dəyər-dəyməzinə satıb pulu əldə edərək vermişdir. O cümlədən, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən mənzilini ******* rubla sataraq əldə etdiyi pulu ABŞ dollarına dəyişib adları çəkilən şəxslərə vermişdir. Halbuki, həmin dövrdə qeyd olunan mənzilin orta bazar qiyməti *245*000 rubl olmuşdur. Bu isə mənzilin ona 465*000 rubl ucuz satdırılması deməkdir ki, həmin dövrdə Rusiya Federasiyasının Mərkəzi Bankının məlumatına əsasən * ABŞ dolları 54,60 rubl olduğundan həmin məbləğ 85*83 ABŞ dollarıdır. Yəni “Ozon” klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü mənzilini real dəyərindən 85*83 ABŞ dolları ucuz satmaqla, həmçinin Bakı şəhərində olan mənzillərini də real dəyərindən 23000 ABŞ dolları ucuz satdığından həmin məbləğ ona vurulmuş ziyandır. Sonradan isə məlum olmuşdur ki, ondan alınmış pul vəsaitləri heç də tamamilə təmirə sərf olunmamış, “Ozon” klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 və Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, əksinə pul vəsaitinin müəyyən hissəsinin Cavabdeh2 verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında isə pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, Cavabdeh6 təmiri ilə bağlı pul vəsaiti alınmış binanı girov qoymaqla kənd təsərrüfatı təyinatından ötrü kredit almasını bildirmişdir. Bütün bunlar adları çəkilən şəxslərin müştərək qaydada ona ziyan vurmasını göstərir. Halbuki, pul vəsaiti özündə olsaydı, yuxarıda göstərilən biznes plana əsasən orta illik qazanc kimi 68472 manat gəlir əldə edərdi ki, bu da bir günlük qazancın *88,33 manat olmasını göstərir. Biznes planın tərtibindən * il 8 aydan çox vaxt keçməsini, aylarla hesablanan müddətin 30 gün müəyyən edilməsini nəzərə alsaq, 68472+(*88,33×8×30)=**367* manat təşkil edir. Bu, əldən çıxmış fayda formasında ona vurulmuş ziyandır. Bundan sonra, "xxxx" MMC-nin, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 nümayəndəsi vəkil Həsənov X8 Rayon Məhkəməsinin sədri Hilal Xəlilova və bütün məhkəmə tərkibinə etiraz etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 20*7-ci il tarixli, 2(*06)-*449/20*7 saylı qərardadı ilə etiraz təmin olunmuş, mülki işin baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qərardadı ilə “Ozon” klinikasının ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* "xxxx" MMC-nin və “Ozon” klinikasının xeyrinə tutulması barədə iddiası hissəsində mülki işin icraatına xitam verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəfayil Əliyev) "xxxx" MMC-nin Cavabdeh* qarşı tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmiş, Cavabdeh* iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Cavabdeh* xeyrinə vurulmuş ziyanın əvəzi qismində *63978,*0 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulması, Cavabdeh4 Cavabdeh* xeyrinə vurulmuş zərərin bir hissəsinin əvəzi qismində *60830,50 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh* iddiasının qalan hissədə rədd edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Cavabdeh* ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ekspertiza xərcinin əvəzi qismində 200 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı xüsusi qərardadı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 əməllərində Cavabdeh* *63978,*0 ABŞ dolları pul vəsaitinin aldatma və ya mənimsəmə yolu ilə ələ keçirilməsi, habelə “AFS” Kredit İttifaqından heyvandarlığın inkişafı məqsədilə götürülmüş kreditin təyinatı üzrə istifadə edilməməsi xüsusatlarının araşdırılması məqsədi ilə xüsusi qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Vəkil*, ikinci iş üzrə Cavabdeh3 və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi Vəkil4 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Vəkil* apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsi "xxxx" MMC-nin iddiasını rədd edərkən qətnaməni əsaslandırmamış, iddianın rədd olunmasının səbəblərini qətnamədə göstərməmişdir. Müqavilə öhdəliklərinə Cavabdeh* tərəfindən əməl edilməməsinə qiymət verilməmişdir. İşin hallarından görünür ki, ilkin müqavilə "xxxx" MMC ilə Cavabdeh* arasında deyil, onun dayısı Cavabdeh3 arasında bağlanmışdır. Sonradan Cavabdeh* tələbinə əsasən **.06.20*5-ci il tarixli müqavilə dayısı Cavabdeh3 adından onun adına dəyişdirilmişdir. Müqavilə Cavabdeh* adına dəyişdirildikdən sonra Cavabdeh* "xxxx" MMC-yə verilmiş tibbi lisenziyanın onun adına keçirilməsini tələb etmişdir. Tələb təmin olunmadığı üçün müqavilə öhdəliklərinə əməl etməsini dayandıraraq təmir işlərini yarımçıq qoymuşdur. Cavabdeh* müqavilə öhdəliklərinə əməl etməsindən imtinasını onunla əsaslandırmışdır ki, verdiyi vəsaitin hamısı təmir işlərinə xərclənməyib. Məhkəmə də bu imtinanı əsaslı saymışdır. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, müqavilə öhdəliklərinə əməl olunmasından imtina edilməsinə qədər olan dövr ərzində "xxxx" MMC-yə pretenziya verilməmişdir. Bu da ona dəlalət edir ki, Cavabdeh* müqavilə öhdəliklərinə sonadək əməl etmək niyyətində olmamışdır. Verilmiş vəsaitin müqavilə üzrə xərclənməməsini də əsassız hesab edir. Məhkəmə texniki ekspertizasının 22.0*.20*8-ci il tarixli, 2*009 saylı rəyi ilə "xxxx" MMC-nin 05.04.20*8-ci il tarixli hesabatı arasındakı ziddiyyəti müzakirə edib qiymətləndirməmişdir. Hansı ki, məhkəmə texniki ekspertizasının 22.0*.20*8-ci il tarixli rəyində bir sıra işlərin nəzərə alınmaması aşkardır. Məhkəmə texniki ekspertizasının rəyinə əsasən təmir tikinti işlərinin dəyəri *60830,5 manat müəyyən edilmişdir. Lakin "xxxx" MMC-nin hesabatına əsasən təmir tikintinin qiyməti 335032 manatdır. MEM-in rəyində 2 ədəd liftin karkasının hazırlanmasına dair çəkilən xərclər ümumiyyətlə qiymətləndirilməmişdir. Hansı ki, həmin işlərə 24640 manat xərclənmişdir. 2 ədəd lift şaxtasının materiallarının qiyməti də MEM-in rəyində qiymətləndirilməmişdir. Hansı ki, 2 ədəd lift şaxtasının materiallarının qiyməti 7500 manat müəyyən olunmuşdur. MEM-in rəyində əlavə xərclər 2000 manat qiymətləndirildiyi halda, MMC-nin hesabatında 7350 manat qiymətləndirilmişdir. MEM-in rəyində mərkəzi oksigen sisteminin quraşdırılmasına çəkilən xərclər ümumiyyətlə nəzərə alınmamışdır. Hansı ki, MMC-nin hesabatından görünür ki, mərkəzi oksigen sisteminin quraşdırılmasına *5000 manat pul xərclənmişdir. MEM-in rəyində fotosel qapılarının alınmasına və quraşdırılmasına çəkilən xərclər nəzərə alınmamışdır. Hansı ki, MMC-nin hesabatında bu işlərə **000 manat sərf olunduğu göstərilmişdir. MEM-in rəyində otaqlarda və sanitar qovşaqlarda istifadə olunan aksessuarlar qiymətləndirilməmişdir. 2 ədəd aksessuar su qızdırıcısının dəyəri 200 manat qiymətləndirilmişdir. MMC-nin hesabatında isə rəqəm 330 manat müəyyən olunmuşdur. Şərh olunanlar onu deməyə əsas verir ki, MEM tərəfindən ekspertiza aparılarkən subyektivliyə yol verilmiş və yuxarıda göstərilən işlərin dəyəri müəyyən olunmamışdır. Təkcə onu demək kifayətdir ki, MEM-in mütəxəssisi obyektdə cəmi *5 dəqiqə olmuş və yuxarıda sadalananlar bir-bir onun diqqətinə çatdırılmışdır. Rəylər arasındakı fərq *74*02 manatdır. Təkcə liftin alınmasına *09900 manat xərcləndiyi nəzərə alınsa, MEM-in iş üzrə verdiyi rəyin obyektiv həqiqəti əks etdirmədiyi şübhə doğurmur. Şərh olunanlara əsasən təmir-tikinti işlərinə cəmi *60830,5 manat sərf olunması barədə nəticə reallıqdan çox uzaqdır. Məhkəmə yuxarıda sadalanan halları müzakirə etməmişdir. Tərəflər arasındakı müqavilənin Cavabdeh* tərəfindən pozulması işin mübahisəsiz halıdır. Cavabdeh* irəli sürdüyü tələbin yalnız puldan ibarət olması da bu halı təsdiq edir. Tərəflər arasında müqavilə faktiki olaraq pozulduğu halda məhkəmənin "xxxx" MMC-nin müqavilənin pozulması tələbinin təmin olunmaması nəticəsinə gəlməsi işin hallarına uyğun deyil. Eyni zamanda, obyektin əvvəlki vəziyyətə gətirilməsi və icarə haqqı tələbinə dair hissəsinin təmin edilməməsi də yuxarıda sadalananlara əsasən etibarsızdır. Məhkəmə Cavabdeh* iddiasını qismən təmin etməsini də əsaslandıra bilməmiş, işə aid olmayan etibarnaməyə və Cavabdeh2 icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmasına əsaslanmışdır. Məhkəmə "xxxx" MMC-nin iddiasını rədd edərkən istinad etdiyi hallardan biri odur ki, "xxxx" MMC adından müqavilə bağlamağa səlahiyyəti olmamışdır. Qarşı tərəfin iddiasını təmin edərkən isə Cavabdeh2 müqavilə bağlamaq səlahiyyətinə malik olmasını əsas göstərmişdir. Eyni zamanda, Cavabdeh4 üzərinə vəzifə qoyarkən Cavabdeh2 etibarnamə əsasında Cavabdeh4 təmsil etmək səlahiyyətinə malik olduğuna istinad etmişdir. Göründüyü kimi, məhkəmə ziddiyyətli nəticələrə gəlmişdir. Cavabdeh2 **.06.20*5-ci il tarixli müqaviləni hüquqi şəxsin adından bağlamış və həmin hüquqi şəxsin direktoru olduğu üçün müqaviləni imzalamağa səlahiyyətli olmuşdur. Müqavilə bağlamağa səlahiyyətli olub həm də ona görə ki, onunla Cavabdeh4 arasında 25 il müddətinə 20*3-cü ildə icarə müqaviləsi bağlanılmışdır. Belə vəziyyətdə məhkəmənin Cavabdeh2 üzərinə fiziki şəxs kimi məsuliyyət müəyyən etməsi anlaşılmazdır. Əgər məhkəmə gəldiyi nəticəni düzgün hesab edirdisə, məsuliyyəti Cavabdeh2 üzərinə deyil, "xxxx" MMC-nin üzərinə qoymalı idi. Cavabdeh4 münasibətdə də məhkəmə səhvə yol vermişdir. Öhdəliyin müqavilədən, ziyan vurmadan və qanundan yarandığı nəzərə alınsa, Cavabdeh4 ilə müqavilə bağlanmamışdır. Qanunla da belə bir hal müəyyən olunmamışdır. Hər hansı bir münasibətdə olmadıqları üçün ziyan vurmadan da söhbət gedə bilməz. Cavabdeh4 Cavabdeh* tanımır, aralarında razılaşma olmamışdır. Məhkəmə belə qənaətə gələrkən ona əsaslanmışdır ki, Cavabdeh4 05.06.20*4-cü ildə Cavabdeh2 adına etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh2 kredit götürmüş və krediti ödəmişdir. Bu etibarnamənin **.06.20*5-ci ildə bağlanmış razılaşma ilə əlaqəsi yoxdur. **.06.20*5-ci ildə bağlanan razılaşmanı Cavabdeh2 öz adından deyil, "xxxx" MMC-nin adından bağlamışdır. Cavabdeh4 ilə icarə müqaviləsi 20*3-cü ildə bağlanılmışdır. Razılaşma müqaviləsi isə 20*5-ci ildə bağlanılmışdır. Bu müqavilələr arasında əlaqə yoxdur. Belə vəziyyətdə Cavabdeh4 üzərinə məsuliyyət qoyulması əsassızdır. Cavabdeh4 üzərinə məsuliyyət qoyarkən məhkəmə Mülki Məcəllənin əsassız varlanmaya dair normalarına istinad etmişdir. Mülki Məcəllənin *09*.*-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Obyektdə aparılan yenidən qurma və təmir işləri isə **.06.20*5-ci il tarixli müqaviləyə əsasən aparılmışdır. Göründüyü kimi, məhkəmənin gəldiyinin nəticənin nə qanunla, nə də məntiqlə əlaqəsi yoxdur. Cavabdeh2la Cavabdeh* arasında fiziki şəxs olaraq müqavilə yoxdur. Bu səbəbdən də Cavabdeh2 üzərinə fiziki şəxs olaraq məsuliyyət qoyulması tamamilə əsassızdır. Məhkəmə Cavabdeh* iddiasını qismən təmin edərkən istinad etdiyi maddi hüquq normaları Cavabdeh4 və Cavabdeh2 münasibətdə qanunsuzdur. Qanunsuzdur, ona görə ki, Cavabdeh* Cavabdeh4 və Cavabdeh2la hər hansı bir müqaviləsi olmamışdır. Qətnamənin 2-ci səhifəsinin aşağıdan yuxarı birinci abzasında göstərilir ki, binaya nəzarəti və real sahibliyi Cavabdeh4 oğlu Cavabdeh5 həyata keçirmişdir. O, belə bir izahat verməmişdir. Bundan əlavə də bəzi təhriflərə yol verilmişdir. Lakin həmin təhriflərin işin mahiyyətinə təsiri olmadığı üçün məhkəmə iclas protokoluna qeydlər verməyə zərurət görmür. Cavabdeh* 2*.*2.20*6-cı il tarixli ərizəsində cavabdeh "xxxx" MMC göstərilmişdir. İddia ərizəsinin mətnində göstərilir ki, MMC müqavilə bağlamağa səlahiyyətli olmamışdır. Bununla belə, pulun alınması "xxxx" MMC-dən tələb olunmuşdur. *3 mart 20*7-ci il tarixli ərizədə isə pulun "xxxx" MMC ilə yanaşı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınması tələbi qoyulmuşdur. Qətnamədə "xxxx" MMC-yə dair hissədə tələb təmin olunmamış, təmin olunmamanın səbəbləri göstərilməmişdir. Hansı ki, yuxarıda göstərildiyi kimi, müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Müqavilə MMC ilə bağlandığı halda, pulun Cavabdeh2 və Cavabdeh3 tutulması barədə gəlinən nəticə əsaslandırılmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, Cavabdeh* "xxxx" MMC-nin müqavilə bağlamağa səlahiyyətli olmamasını bildirsə də, özü həmin müqaviləni mübahisələndirməmiş və "xxxx" MMC-nin müqavilənin ləğvi tələbini qəbul etməmişdir. Müqavilənin ləğvi tələbini qəbul etmədiyi halda müqavilə üzrə verdiklərini geri tələb etməsi və məhkəmənin bu tələbi təmin etməsi hüquqi müstəvidən kənara çıxır. Qətnamənin *2-ci səhifəsinin aşağıdan yuxarı birinci abzasında göstərilir ki, **.06.20*5-ci il tarixli müqavilənin ləğvi tələb olunsa da, həmin müqavilənin ləğvi barədə Cavabdeh* təklif verilməsi barədə sənəd məhkəməyə təqdim olunmamışdır və buna görə də müqavilənin ləğvi tələbi təmin oluna bilməz. İstinad olunan bu hallar əsassızdır. İstinad olunan məsələ iş Masallı Rayon Məhkəməsinin icraatında olan zaman müzakirə edilmiş və müqavilənin ləğvi təklifinə dair 25.05.20*6-cı il tarixli məktub və məktubun Cavabdeh* çatdırılmasına dair "xxxx" MMC-nin Masallı Poçt filialının *4.**.20*6cı il tarixli, 02/202 saylı məktubu məhkəməyə təqdim olunmuşdur. Əks təqdirdə müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməzdi. Həmin sənədlər təkrarən şikayətə əlavə edilir. Məhkəmənin müqavilənin ləğvi tələbindən imtinası yuxarıda göstərildiyi kimi tamamilə qanunsuzdur. Məhkəmə iddianı qismən təmin edərkən və rədd edərkən istinad etdiyi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 386.*-ci maddəsinin məzmunundan görünür ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə var və bu müqavilənin icrasından Cavabdeh* imtina etmişdir, bu da işin mübahisəsiz halıdır. Müqavilədən imtina nəticəsində "xxxx" MMC-yə ziyan dəyməsinin əlavə sübuta ehtiyacı yoxdur. İki ildən artıqdır ki, məhkəmə mübahisələri davam edir və "xxxx" MMC icarəyə götürdüyü obyektdən istifadə edə bilmir. Apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsinin ləğv edilməsi, "xxxx" MMC-nin iddiasının təmin olunması, Cavabdeh* iddiasının isə təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi Vəkil4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsində həm şəxsi mülkiyyətində, həm də icarə əsasında torpaq sahələri və həmin torpaq sahələrində heyvandarlığın inkişafından ötrü müvafiq tikililəri var. 20*5-ci ilin iyun ayının əvvəllərində biznes plan tərtib etdirməklə həmin torpaq sahələri və fermadan istifadə edib heyvandarlıqla məşğul olmaq qərarına gəlmişdir. Bununla bağlı biznes planına əsasən orta illik qazanc 68742 manat, gündəlik qazanc isə *88,33 manat təşkil edəcəkdi. Həmin ərəfədə Cavabdeh3 təklifi ilə Masallı şəhərində yerləşən “Ozon” klinikasının gələcəkdə işlədilməsindən ötrü onun 2-ci və 3-cü mərtəbələrinin təmirinə görə Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları vermişdir. Həmin pul təcili lazım olduğundan adları çəkilən şəxslərin təkidi ilə bir sıra əmlaklarını dəyər-dəyməzinə satıb pulu əldə edərək vermişdir. O cümlədən, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən mənzilini ******* rubla sataraq əldə etdiyi pulu ABŞ dollarına dəyişib adları çəkilən şəxslərə vermişdir. Halbuki, həmin dövrdə qeyd olunan mənzilin orta bazar qiyməti *245*000 rubl olmuşdur. Bu isə mənzilin ona 465*000 rubl ucuz satdırılması deməkdir ki, həmin dövrdə Rusiya Federasiyasının Mərkəzi Bankının məlumatına əsasən * ABŞ dolları 54,60 rubl olduğundan həmin məbləğ 85*83 ABŞ dollarıdır. Yəni “Ozon” klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü mənzilini real dəyərindən 85*83 ABŞ dolları ucuz satmaqla, həmçinin Bakı şəhərində olan mənzillərini də real dəyərindən 23000 ABŞ dolları ucuz satdığından həmin məbləğ ona vurulmuş ziyandır. Sonradan isə məlum olmuşdur ki, ondan alınmış pul vəsaitləri heç də tamamilə təmirə sərf olunmamış, “Ozon” klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 və Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, əksinə pul vəsaitinin müəyyən hissəsinin Cavabdeh2 verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında isə pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, Cavabdeh6 təmiri ilə bağlı pul vəsaiti alınmış binanı girov qoymaqla kənd təsərrüfatı təyinatından ötrü kredit almasını bildirmişdir. Bütün bunlar adları çəkilən şəxslərin müştərək qaydada ona ziyan vurmasını göstərir. Halbuki, pul vəsaiti özündə olsaydı, yuxarıda göstərilən biznes plana əsasən orta illik qazanc kimi 68472 manat gəlir əldə edərdi ki, bu da bir günlük qazancın *88,33 manat olmasını göstərir. Biznes planın tərtibindən * il 8 aydan çox vaxt keçməsini, aylarla hesablanan müddətin 30 gün müəyyən edilməsini nəzərə alsaq, 68472+(*88,33×8×30)=**367* manat təşkil edir. Bu, əldən çıxmış fayda formasında ona vurulmuş ziyandır. Həmçinin, Cavabdeh* mənəvi zərər də vurulmuşdur. Belə ki, bu hərəkətlər onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatlıq hissləri keçirməsinə səbəb olmuşdur. Qeyd olunan hərəkətin, yəni aldadılmaqla pulunun mənimsənilməsinin sistematik olaraq davam etməsi mənəviyyatını sarsıtmış, iddiaçıya dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi zərər dəymişdir. Cavabdeh* hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyil. Lakin ədaləti bərpa etmək və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə, həmçinin * il ərzində reallaşdıra bilmədiyi biznes plana görə məhrum olduğu gəlirə uyğun özünə vurulan mənəvi zərəri də 70000 manat civarında qiymətləndirmişdir. Bununla bağlı sübut kimi məhkəməyə investisiya layihəsi, həmin layihənin qısa xülasəsi, əmlak kompleksinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport, torpaq sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 5 ədəd çıxarış, torpağa icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 4 ədəd çıxarış, torpaq icarəsinə dair 3 ədəd müqavilə, mənzilin alğı-satqısına dair müqavilə, daşınmaz əmlakın ekspert qiyməti, Rusiya Federasiyası Mərkəzi Bankının məlumatı, razılaşma müqaviləsi, alğı-satqı müqaviləsi, 5 ədəd hesabat, 28.*0.20*5-ci il tarixli aktın surətləri, arayış, iltizam, icarə müqaviləsinin surətləri, 6 saylı Ərazi Vergilər İdarəsinin məktublarını təqdim etsə də, nəzərə alınmamış, həmin hissədə iddiası əsassız olaraq təmin edilməmişdir. Apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsinin qismən, yəni Cavabdeh* iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və Cavabdeh* iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İkinci iş üzrə Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ondan *63978,*0 ABŞ dollarının alınaraq Cavabdeh* verilməsi hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli və Cavabdeh* iddia tələbi ona aid hissədə təmin edilməməlidir. İddiaçı Cavabdeh* iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh3 vasitəsilə "xxxx" MMCnin təsisçisi və direktoru Cavabdeh2 ilə tanış olmuş və “Ozon” klinikasının digər şöbələrinin yaradılması üçün klinikanın 2-ci və 3-cü mərtəbələrini təmir etdirərək icarəyə götürüb işlətmək barədə razılaşmışlar. Cavabdeh*lə Cavabdeh2 arasındakı razılaşmaya əsasən təmir işləri Cavabdeh* göndərəcəyi pul vəsaiti hesabına həyata keçirilməli idi. Cavabdeh* Cavabdeh2 verilməsi üçün Cavabdeh3 330000 ABŞ dolları pul göndərmiş və həmin vəsait tam şəkildə Cavabdeh2 ödənilmişdir. Cavabdeh2 hər ay gördüyü işlər barədə şəxsən Cavabdeh* məlumat vermişdir. Cavabdeh3 aparılan işlərin vəziyyəti barədə və Cavabdeh2 verilmiş pulların hara və necə xərclənməsi barədə heç bir məlumatı olmamışdır. 330000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 verilməsini Cavabdeh2 da öz izahatında təsdiq etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin hansı əsasla Cavabdeh2la Cavabdeh3 müştərək qaydada *63978,*0 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh* ödənilməsini qət etməsi başa düşülən deyil. Belə ki, Cavabdeh2 aldığı pulun müqabilində lazımi təmir işlərini yerinə yetirməmişsə və Cavabdeh* aldatmışsa, bu, Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməməsi kimi başa düşülməlidir. Cavabdeh3 isə ona həvalə olunmuş öhdəliyi, yəni pulun Cavabdeh2 çatdırılmasını tam şəkildə yerinə yetirmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh3 təqsirinin nədən ibarət olmasını əsaslandırmadan, qətnamədə yalnız Cavabdeh2 tərəfindən tərtib edilmiş hesabatlara, iş üzrə təyin edilmiş ekspert rəylərinə istinad edərək, böyük məbləğdə pulun ondan alınaraq Cavabdeh* verilməsini qət etmişdir. Halbuki, Cavabdeh2 tərəfindən tərtib edilmiş hesabatların hazırlanmasında, tikinti işlərinin həyata keçirilməsində Cavabdeh3 iştirakı olmamışdır. Onun qeyd etdiyi bu məsələlərə aidiyyətinin olmamasını həm Cavabdeh*, həm də Cavabdeh2 öz izahatlarında təsdiq etmişlər. Mülki Məcəllənin 442-ci və 443.*-ci maddələrində qanunverici hansı halların öhdəliyin icra edilməməsinə əsas verdiyini sadalamış və yalnız öhdəliyi icra etməyən borclunun zərərin əvəzini ödəməyə borclu olduğunu göstərmişdir. Bundan əlavə, Cavabdeh* iddia ərizəsində qeyd etmişdir ki, guya Cavabdeh3 təkidi ilə Cavabdeh2 330000 ABŞ dolları məbləğində pulun tez verilməsi üçün Cavabdeh* özünə məxsus mənzilləri dəyərindən ucuz qiymətə satmışdır. Cavabdeh* bu göstərdikləri də əsassızdır. Belə ki, Cavabdeh3 Cavabdeh*lə Cavabdeh2 arasında aparılmış danışıqlardan və əldə edilmiş razılıqdan məlumatsız olmuş və yalnız ona pul göndərilən zaman onu tez bir zamanda Cavabdeh2 çatdırmışdır. Cavabdeh* qeyd edilən pulu necə əldə etməsi barədə isə ümumiyyətlə məlumatı olmamışdır. Həmçinin, qətnamədə qeyd edilmişdir ki, guya Cavabdeh3 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və heç bir izahat verməmişdir. Ümumiyyətlə, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmişdir. Apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsinin qismən ləğv edilməsi və *63978,*0 ABŞ dolları məbləğində pulun Cavabdeh3 alınaraq Cavabdeh* verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *3 may 20*9-cu il tarixli, 2(*06)-*34*/20*9 saylı qətnaməsi ilə "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil*, Cavabdeh3 və Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, "xxxx" MMC-nin Cavabdeh* qarşı tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi ləğv edilmiş, "xxxx" MMC-nin iddia tələbləri qalan hissələrdə təmin edilməmiş, Cavabdeh* iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən Cavabdeh* xeyrinə 287450 ABŞ dolları pul vəsaitinin 20*5-ci ilin iyun-oktyabr aylarında ABŞ dollarının manata münasibətdə məzənnəsinin nəzərə alınaraq tutulması, Cavabdeh3 Cavabdeh* xeyrinə 30000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulması, Cavabdeh* iddiasının qalan hissədə təmin edilməməsi, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada Cavabdeh* tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 24 manat məbləğində pul vəsaitinin tutulması, "xxxx" MMC-dən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ekspertiza xərcinin əvəzi qismində 200 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *3 may 20*9-cu il tarixli, 2(*06)-*34*/20*9 saylı xüsusi qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli qətnaməsi ləğv edildiyindən, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli xüsusi qərardadının da qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 20*9cu il tarixli, 2(*02)-6665/20*9 saylı qərarı ilə Cavabdeh* kassasiya şikayətinin tam, "xxxx" MMC-nin kassasiya şikayətinin qismən təmin olunması, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(*06)-*34*/20*9 saylı, *3 may 20*9-cu il tarixli qətnaməsinin və bununla bağlı xüsusi qərardadın qüvvədən düşmüş hesab edilməsinə dair 2(*06)- *34*/20*9 saylı, *3 may 20*9-cu il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 29 oktyabr 20*9-cu il tarixli, 2(*02)-6665/20*9 saylı qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddia tələblərinin müxtəlifliyini, iş üzrə 3 apellyasiya şikayətinin olmasını nəzərə alaraq hesab etmişdir ki, kollegiyanın hüquqi mövqeyinin daha aydın başa düşülməsi üçün mübahisəyə apellyasiya şikayətlərinin dəlilləri də nəzərə alınmaqla hər iki mülki işin iddia tələbləri üzrə hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında ** iyun 20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsi qanunvericilik baxımından ilkin müqavilə, niyyət müqaviləsidir. "xxxx" MMC-nin bu müqaviləni bağlamaq səlahiyyəti olmuşdur. Ona görə ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 adına Cavabdeh4 etibarnaməsi olduğu və işin həqiqi hallarından Cavabdeh4 gələcəkdə (hətta məhkəmə gedişində belə) bu müqavilənin bağlanmasına etirazı olmadığı üçün "xxxx" MMC-nin bu müqaviləni həmin dövrdə bağlamaqda tam səlahiyyəti olmuşdur. Lakin bununla belə gələcəkdə etibarnamənin ləğv ediləcəyi ehtimalını nəzərə almayan "xxxx" MMC digər tərəfi əhəmiyyətli dərəcədə risk altında qoymuşdur. Hal-hazırda Cavabdeh4 müqavilə münasibətlərini davam etdirmək niyyətinin olmasını bildirməsi "xxxx" MMC-ni mülki məsuliyyətdən azad etmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh4 adından 25 il müddətinə mübahisəli obyektin "xxxx" MMC-yə icarəyə verilməsi barədə 22 iyul 20*3-cü il tarixli müqavilədə subicarəyə vermək səlahiyyəti nəzərdə tutulmasa da, Cavabdeh2 adına etibarnamənin olması və Cavabdeh4 görülən işlərə etiraz etməməsi ilkin müqavilənin bağlanmasının qanuniliyini istisna etməmişdir. Lakin "xxxx" MMC-nin (direktoru Cavabdeh2) hazırkı mübahisədə təqsiri etibarnaməyə əsaslanaraq, gələcəkdə ləğv edilmə ehtimalını nəzərə alıb üçtərəfli müqavilənin bağlanmasını təklif etməyərək qarşı tərəfi riskdə qoyması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflərin heç biri müqavilənin etibarsızlığı (əhəmiyyətsizliyi) ilə bağlı hala istinad edərək, müqaviləni mübahisələndirmir. Belə olan halda məhkəmələrin MM-in 402.2-ci maddəsindən ilkin müqaviləyə hüquqi qiymət verməsi əsasızdır. Halbuki, işdən görünür ki, ilkin müqavilə gələcəkdə tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə verilməsinə yönəlib, mülki qanunvericilik baxımından bu cür müqavilə notarial qaydada bağlanmalıdır. Lakin ilkin müqavilə notarial qaydada bağlanmasa da, tərəflər bu əsasa istinad edərək müqaviləni mübahisələndirmirlər. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, belə olan halda müqavilə şərtlərinin kimin tərəfindən pozulmasının müəyyən edilməsi bütün iddia tələblərinə hüquqi qiymət verilməsi baxımından əhmiyyətlidir. İşin həqiqi hallarından isə müəyyən edilir ki, "xxxx" MMC müqavilə münasibətlərinin bugün də davam etdirilməsi niyyətindədir. Bu niyyətini də açıq şəkildə işi barışıqla bitirmək təklifini etməkdə göstərir. Bu hallar birinci instansiya məhkəməsi zamanı da müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Cavabdeh4 da vəkili və nümayəndəsi olan Vəkil2 dəfələrlə Cavabdeh4 özünə məxsus obyekti Cavabdeh* icarəyə verməyə hazır olduğunu bildirərək barışıq təklif etməsi də göstərir ki, müqavilə münasibətlərinin davam etdirilməsində Cavabdeh* maraqlı deyil. O, bunun səbəbi kimi obyektin ipoteka ilə yüklü olmasını göstərsə də, qanunvericilik baxımından obyektin yüklü olması icarə münasibətlərinin qarşısını alan hal olmadığı üçün məhkəmə kollegiyası bu etirazı bəhanə kimi dəyərləndirir, bununla yanaşı, ipoteka yüklü edilmiş öhdəliyin artıq icra edildiyi barədə iş materiallarında sübut – kredit borcunun ödənilməsi barədə arayış mövcuddur. Cavabdeh* bu arayışı mübahisələndirsə də, etirazlarını sübut edə bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hazırkı mübahisədə "xxxx" MMC-nin də təqsirini əhəmiyyətli pozuntu kimi qəbul edir, ona görə ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 mülkiyyətçinin adından etibarnaməsinin olmasına güvənərək qarşı tərəflə yalnız MMC-nin adından müqavilə bağlamaqla, etibarnamənin birtərəfli qaydada ləğv edilmə ehtimalını, mülkiyyətçinin gələcəkdə niyyət razılaşması-müqaviləsi ilə razılaşmama ehtimalını gözardı edərək qarşı tərəfi əhəmiyyətli dərəcədə riskdə qoymuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda hazırkı mübahisəyə müqavilənin ləğvi ilə bağlı qanunvericilik müddəaları - AR MM-nin 42*.*-ci, 42*.2-ci, 424.2ci, 424.3-cü, 424.4-cü, 424.5-ci maddələri tətbiq edilməlidir. Göstərilənlərə əsasən mülki işin birinci tələbi ilə bağlı məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən maddi hüquq normaları hazırkı mübahisəyə tətbiq edilərək tərəflər arasında ** iyun 20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsi hər iki tərəfin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması əsası ilə ləğv edilməlidir. Birinci mülki işin ikinci tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh* müqavilə münasibətlərini əhəmiyyətli dərəcədə pozduğu üçün ondan müqavilədən irəli gələn ziyanın tələb edilməsi MM-in 424.5-ci maddəsi baxımından yolveriləndir. Bu zaman nəzərə alınmalıdır ki, mübahisəli ilkin (niyyət) müqavilə "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış olsa da, əsas müqavilə “tibbi müəssisənin avadanlıqları ilə birlikdə icarəyə verilməsi” barədə icarə müqaviləsi üçtərəfli, həm də Cavabdeh4 ilə bağlanmalı idi. Bu halda isə icarə müqaviləsi üzrə haqq "xxxx" MMC-yə deyil, Cavabdeh4 ödənməli olacaqdı. Belə olan halda "xxxx" MMC-nin icarə haqları üzrə pulun Cavabdeh* tutulması ilə bağlı tələb üzrə subyektiv hüququ müəyyən edilmir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ilkin niyyət müqaviləsində icarə haqlarının ödənilməsi yeni müqavilənin bağlanması, təhviltəslim aktının imzalanması və 2 aylıq müddətlə şərtləndirilmişdir. Bu şərtlərə görə də Cavabdeh* icarə haqqının tutulması tələbi əsassız və qanunsuzdur. Ona görə ki, MM-in 424.5-ci maddəsi müqavilənin şərtlərindən irəli gələn ziyanı deyil, ləğvi nəticəsindən irəli gələn ziyanı tələb etmək hüququnu müəyyən etmişdir. Yəni, Cavabdeh4 MM-in 424.5-ci maddəsindən irəli gələn ziyanı tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, İ mülki işin ikinci tələbi üzrə "xxxx" MMC-nin 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* tutulması barədə tələbi iddiaçının subyektiv hüququnun olmaması və tərəflər arasındakı müqavilə şərtlərinə zidd olması əsasları ilə təmin edilməməlidir. İİ mülki işin birinci tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh* iddia tələbinin həcmini artıraraq cavabdehlər "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 448000 ABŞ dolları maddi ziyan, əldən çıxmış faydanın əvəzi qismində **367* manat və mənəvi zərərin əvəzi qismində 70000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İİ mülki işin hüquqi dəyərləndirilməsi İ mülki işin yuxarıda şərh edilən hüquqi dəyərləndirilməsindən birbaşa asılıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, işin həqiqi hallarından müəyyən edilmişdir ki, hazırkı mübahisədə Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 heç bir hüquqi bağlılığı yoxdur. Onlar hər hansı tələbə cavab verməli olan şəxs deyillər. Birinci instansiya məhkəməsi ziyanın bir hissəsini Cavabdeh4 yönəltsə də, bu hüquqi nəticəsini əsaslandıra bilməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, Cavabdeh4 obyektin mülkiyyətçisi olmaqla müqavilə tərəfi olmamış, hər hansı formada işlərin gedişatına maneə törətməmişdir. Bununla yanaşı, Cavabdeh4 "xxxx" MMC ilə qüvvədə olan illik icarə müqaviləsi var, birinci instansiya məhkəməsinin yaxşılaşdırma ilə bağlı qanunvericilik müddəalarına istinad edərək ona qarşı iddianı qismən təmin etməsi tamamilə absurd və qanunsuzdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsinin səhvi həmçinin onda olmuşdur ki, müqavilənin hüquqi qüvvəsini saxlamaqla, dəymiş ziyan tələblərini qismən təmin etmiş, nəticədə bir-birini təkzib edən nəticələrə gəlmişdir. Bu hal da haqlı olaraq apellyasiya şikayətlərində qeyd edilərək vurğulanmışdır ki, məhkəmənin gəldiyi nəticənin qanunla əlaqəsi yoxdur. Cavabdeh* Cavabdeh4 və Cavabdeh2la hər hansı bir müqaviləsinin olmaması məhkəmə qətnaməsinin qanunsuz olması üçün başlıca əsasdır. Qətnamədə qeyd olunur ki, binaya nəzarəti və real sahibliyi Cavabdeh4 oğlu Cavabdeh5 həyata keçirmişdir. Lakin o, belə bir izahat verməmişdir. Cavabdeh* 2*.*2.20*6-cı il tarixli ərizəsində cavabdeh "xxxx" MMC göstərilib. İddia ərizəsinin mətnində göstərilir ki, MMC müqavilə bağlamağa səlahiyyətli olmayıb. Bununla belə pulun alınması MMC-dən tələb olunur. *3.03.20*7-ci ildə ərizədə pulun MMC ilə yanaşı Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınması tələbi qoyulub. Qətnamədə pulun MMC-yə dair tələb təmin olunmayıb və təmin olunmamasının səbəbləri göstərilməyib. Cavabdeh* "xxxx" MMC-nin müqavilə bağlamağa səlahiyyətli olmamasını bildirsə də, özü həmin müqaviləni mübahisələndirməmiş və MMC-nin müqavilənin ləğvi tələbini qəbul etməmişdir. Müqavilənin ləğvi tələbini qəbul etmədiyi halda müqavilə üzrə verdiklərini geri tələb etməsi və məhkəmənin bu tələbi təmin etməsi hüquqi müstəvidən kənara çıxmadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini tamamilə əsaslı hesab edərək vurgulamışdır ki, mübahisəli müqavilə münasibətləri "xxxx" MMC ilə olduğundan dəymiş ziyan tələbi də yalnız MMC-yə aid hissədə qismən əsaslıdır və aşağıdakı sübutlarla təsdiq olunur: 28 oktyabr 20*5-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh* ilə "xxxx" MMC arasındakı razılaşma müqaviləsinə əsasən “Ozon” klinikasının 2-ci və 3-cü mərtəbələrinin yenidən qurularaq, həmin mərtəbələrdə “cərrahiyə və stasionar” sahələrin yaradılmasına 448270 ABŞ dolları vəsait xərclənmişdir. Masallı “Ozon” klinikasının 2-ci və 3-cü mərtəbələrinin yenidən qurulmasında görülən əsas işlərin yerinə yetirilməsi üzrə arayışın surətindən görünür ki, “Ozon” kilinikasının 2-ci və 3-cü mərtəbələrinin yenidən qurulmasına 3*7*50 ABŞ dolları vəsait sərf edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, AR MM-nin 424.5-ci maddəsinə əsasən Cavabdeh* yalnız iyun-oktyabr 20*5-ci il tarixlərdə obyektə qoyduğu pulu tələb etməkdə haqlıdır ki, işin mübahisəsiz halı kimi bu məbləğ 3*7450 ABŞ dolları təşkil edir. Bu məbləğin 30000 dolları Cavabdeh* dayısı Cavabdeh3 tərəfindən "xxxx" MMC-yə rentgen aparatının alınması üçün borc verilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, rentgen aparatı alınmış, Cavabdeh3 tərəfindən istifadə edilmişdir. Lakin Cavabdeh3 rentgen aparatına görə 30000 ABŞ dollarını borc verərkən Cavabdeh* razılığını almasını bildirsə də, bu halı sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası İİ mülki işin birinci tələbi ilə bağlı qeyd etmişdir ki, MM-nin 424.5-ci maddəsinə əsasən "xxxx" MMC-dən Cavabdeh* xeyrinə 287450 ABŞ dolları pul vəsaiti 20*5-ci ilin iyun-oktyabr aylarında ABŞ dollarının manata münasibətdə məzənnəsi nəzərə alınaraq tutulmalı, 30000 ABŞ dolları isə Cavabdeh3 ödəniş gününə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla tutulmalı, iddia tələbi qalan hissədə sübut olunmadığı üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası İİ mülki işin ikinci tələbləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı Cavabdeh* cavabdehlərdən müştərək qaydada əldən çıxmış faydanın əvəzi qismində **367* manat və mənəvi zərərin əvəzi qismində 70000 manat məbləğində pul vəsaiti tələb edir və bununla əlaqədar göstərir ki, bölgədə maldarlıq təsərrüfat sahəsinin təşkili üzrə investisiya layhisəsindən görünür ki, həmin investisiya layihəsinə uyğun olaraq o, *25000 manat sərf etməklə orta illik 68742 manat mənfəət əldə etməsi planlaşdırılmışdır. Bunlarla yanaşı, iş materiallarında müxtəlif torpaq mülkiyyət sənədləri və alğı-satqı müqavilələri əlavə edilmişdir. Məhkəmə kollegiyası AR MM-nin 2*ci, 23-cü maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2* və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3*,05.2002-ci il tarixli Qərarına, habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 4-cü bəndinə istinad etmiş və qeyd etmişdir ki, Cavabdeh* əldən çıxmış faydanın əvəzi qismində **367* manat, mənəvi zərərin əvəzi qismində isə 70000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi sübutları, habelə hüququnu bərpa etməsinə və ya əmlakından məhrum edilməsi nəticəsində **367* manat gəlirdən məhrum olmasını, habelə ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, işdə olan sübutlarla Cavabdeh* tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş pul vəsaitinin məhz həmin şəxslərin təkidi ilə Cavabdeh* məxsus mənzillərin satışından əldə olunmuş pul vəsaiti olduğu öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası AR MPM-nin 77.*-ci, *4.*-ci maddələrinə əsasən hesab etmişdir ki, Cavabdeh* iddiası həmin hissələrdə əsassızdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası yuxarıda şərh olunan işin hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətləri qismən əsaslı hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri qismən təmin olunmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə kifayət qədər araşdırılmamış işin faktiki hallarına əsaslandığından, maddi hüquq normalarının tələblərinə düzgün hüquqi qiymət verilmədiyindən və kifayət qədər əsaslandırılmadığından qüvvədə qala bilməz, ləğv edilməli və iş yenidən araşdırılıb hüquqi dəyərləndirilməsi üçün apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Cavabdeh* iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin onun tərəfindən vicdanla icrasına başlanılmış, bununla əlaqədar Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları vermiş, “Ozon” klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü mənzillərini real dəyərindən ucuz satmışdır. Sonradan ona məlum olmuşdur ki, ondan alınmış pul vəsaiti heç də tamamilə təmirə sərf olunmamış, “Ozon” klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 ilə Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, pul vəsaitinin müəyyən hissəsinin Cavabdeh2 verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, binanın girov qoyulmaqla kənd təsərrüfatı təyinatından ötrü kredit alındığını bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı Cavabdeh* iddia tələblərinin dəlillərinə maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməməklə, yalnız onun iddia tələbində müqavilənin etibarsızlığı və ya ləğvi ilə əlaqədar tələblərin qoyulmamasına əsaslanmaqla formal mülahizələrə əsasən ziddiyyətli nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələbləri baxımından iddiaçı Cavabdeh* iddia tələblərinin dəlillərinə hüquqi qiymət verməmiş, əksinə "xxxx" MMC-nin iddiasını müqavilənin ləğv edilməsi hissəsində formal mülahizələrə əsasən təmin etməklə, onun digər iddia tələbinin təmin olunmamasına dair ziddiyyətli nəticəyə gəlmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üçün mühüm əhəmiyyət kəsb etməsi ilə bağlı 23 aprel 20*9-cu il tarixli məktubla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin materiallarını tələb etsə də, həmin sorğunun cavabını gözləmədən iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən işin faktiki hallarına əsasən xüsusi qərardad çıxarmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hüquqi əsas olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini səbəb göstərməklə həmin xüsusi qərardadı qüvvədən düşmüş hesab etmişdir. Təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ikinci iş üzrə Cavabdeh4 05 oktyabr 2020-ci ildə vəfat etmişdir. İşdəki Masallı rayon Mənzil İstismar Sahəsinin 24 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhum Cavabdeh4 05.*0.2020-ci ildə vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: *) Cavabdeh5; 2) Cavabdeh6; 3) X6. X*2 “ASAN Xidmət” Mərkəzində notariat ofisinin *6 noyabr 2023-cü il tarixli, *470 nömrəli məktubundan görünür ki, Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində 05 oktyabr 2020-ci il tarixdə ölmüş Cavabdeh4 barəsində vərəsəlik işi açılmamışdır. Apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızı ikinci iş üzrə Cavabdeh4 hüquqi varisi qismində işə cəlb edilmişlər. Bu zaman qeyd edilməlidir ki, Cavabdeh5 və Cavabdeh6 həm də ikinci iş üzrə cavabdeh qismində çıxış edirlər. *8 dekabr 2023-cü il tarixində ikinci iş üzrə Cavabdeh3 nümayəndəsi Vəkil6 tərəfindən imzalanmış Cavabdeh3 ərizəsi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh3 ərizədə bildirmişdir ki, onun 67 yaşı var, İİ qrup əlilliyi var və 42 ildir, həkim işləyir. Cavabdeh* 20*5-ci ildə “Ozon” klinikasını 2-ci və 3-cü mərtəbədə cərrahi şöbə yaratmaqla icarəyə götürmüşdür. Cavabdeh2la bağlanmış müqaviləyə əsasən yenidənqurma və tibbi avadanlıqların alınmasını Cavabdeh* ödəməli, işləri isə Cavabdeh2 görməli idi. Cavabdeh* Bakıda yaşadığından ondan (Cavabdeh3) xahiş etmişdir ki, pulları hissə-hissə versin və işlərə nəzarət etsin. Cavabdeh2 aylıq hesabatlarından da məlum olur ki, Cavabdeh* verdiyi 3*7000 dolları tam olaraq vermişdir, 5000+5000 dolları isə Cavabdeh2 hesabatlarından da göründüyü kimi, Cavabdeh* Bakıda müvafiq olaraq “Medex” firmasına və mərkəzi oksigen sistemini çəkən Cəlal Mahmudova özü vermişdir. Cəlalın bu barədə Lənkəranda verdiyi izahatdan bunu görmək olar, hansı ki X*3 Məhkəməsində gəlib izahat versə də, məhkəmə aktında bu barədə məlumat yoxdur. 20*5ci ilin oktyabr ayında Cavabdeh2 Cavabdeh* arayış vermişdir ki, işlərin başa çatması və tibbi avadanlıqların alınmasına (bağlanan müqavilələrlə birgə) 448000 dollar pul xərclənmişdir. Bu arayışı alan Cavabdeh* Cavabdeh3 demişdir ki, dolların məzənnəsi qalxacaq, üstəlik, Cavabdeh2 bu arayışı almışdır, Cavabdeh3 da bu arayışa qol çəksin ki, Cavabdeh* alıb Cavabdeh2 vermişdir, bundan sonra Cavabdeh* tikintini dayandırsın və bu məbləği onlardan alsın. Cavabdeh3 bunu rədd etmişdir. Bundan sonra doğma dayısı olmasına baxmayaraq, Cavabdeh* şikayətlərinə onun adını da daxil edib pulları Cavabdeh3 da tələb etməyə başlamışdır. Əslində Cavabdeh* “Ozon” klinikasını ələ keçirmək planını beyninə salmışdı və bunu Cavabdeh3la söhbətlərində gizlətmirdi. Cavabdeh* Biləsuvar Rayon Məhkəməsinə verdiyi izahatda göstərir ki, pulları dayısına Rusiya Federasiyasından göndərmiş, oktyabr ayında gəldiyində görmüşdür ki, lazımi qaydada xərclənməmişdir. Lakin istintaq materiallarından aydın olur ki, onun Azərbaycana girişi 20*5-ci ilin iyun ayının əvvəlində, çıxışı isə 20*5-ci ilin noyabr ayında olmuşdur. Nəticə o çıxır ki, Cavabdeh* Moskvada ev satması “Ozon” klinikasında iş gördüyü vaxtda olmamışdır. İddiasına görə Moskva və Bakıda satdığı evlərdən **8000 dollar zərərə düşmüşdür. Guya Moskvadakı evini 85000 dollar zərərə, Bakıdakını isə 23000 dollara zərərə satmışdır, cəmi *08000 dollar. Cavabdeh* işləri dayandıranda işlər yekunlaşmamışdı. Yarımçıq tikintinin ekspertiza olunması isə qeyri-qanunidir. *2 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri olan Cavabdeh6 və X7 həm nümayəndəsi, həm də vəkili, Cavabdeh5 isə vəkili olan Vəkil2 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə yazılı qaydada etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2* dekabr 2023-cü il tarixli iclasda Cavabdeh* əsaslandırmağa çalımışdır ki, guya ona dəymiş ziyanı həm də Cavabdeh4 ödəməlidir. Bu mülahizəsini onunla əsaslandırmağa çalışmışdır ki, guya "xxxx" MMC Masallı şəhəri, H.Əliyev prospektində yerləşən binanın 3 mərtəbəsini deyil, yalnız *-ci mərtəbəsini icarəyə götürmüşdür. Cavabdeh* dedikləri tamamilə formal mülahizədir. Çünki RX ******* seriya nömrəli çıxarışla Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 3 mərtəbəli, *66*,5 kv.m qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 8050*3004*65-0630* reyestr nömrəsi ilə Cavabdeh4 məxsusdur. 22 iyul 20*3-cü il tarixli müqavilə ilə Masallı şəhəri, H.Əliyev prospektində inşa edilən 2 mərtəbəli qeyri-yaşayış obyekti ayda 2650 manat vəsait ödənilməsi şərti ilə "xxxx" MMC-yə 25 il müddətinə icarəyə verilmişdir. 2* dekabr 2023-cü il tarixli məhkəmə iclasında sonra müvafiq vergi orqanına bu barədə sorğu verilərək cavab alınmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.0*.2024-cü il tarixli müraciətə baxılması nəticəsi haqqında məktubundan görünür ki, “04.*2.2024-cü il tarixdə ümumi sahəsi *65*,5 kv.m olan aylıq icarə müqaviləsi 2650 manat, *0.05.20*6-cı il tarixdə ümumi sahəsi 25 kv.m olan aylıq icarə müqaviləsi 20 manat olan obyekt qeydiyyatla vergi orqanında uçota alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş ödəmə mənbəyinə tutulan vergi bəyannamələri üzrə aylıq 2670 manat icarə məbləği göstərilməklə 373,8 manat icarə haqqı ödənişi hesablanmışdır...”. Göründüyü kimi, vergi orqanının məktubu və digər sənədlərlə təsdiqlənir ki, Cavabdeh4 məxsus olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 3 mərtəbəli, *66*,5 kv.m qeyri-yaşayış binası tam olaraq "xxxx" MMC tərəfindən tam olaraq icarəyə götürülmüş, bugünə qədər də onların icarəsindədir. Bununla yanaşı, Cavabdeh* ilə nə Cavabdeh4, nə də övladları Cavabdeh6, Cavabdeh5 və Yeganə Nəzərovanın cərrahiyyə blokunun yaradılması ilə bağlı heç bir razılaşması olmamışdır. Sadəcə Cavabdeh* dəfələrlə binanın ona təhvil verilməsi ilə bağlı hədə-qorxuları olmuş, bunun da cavabında Cavabdeh4 ona heç bir borcunun olmadığı xatırladılmışdır. Təsadüfi deyil ki, kassasiya instansiyası məhkəməsinin qərarı ilə qanuni qüvvəsini almış cinayət işinin hallarından da görünür ki, Cavabdeh4 cinayət işinə heç bir aidiyyəti yoxdur. Cinayət işi ilə tam təsdiqini tapmışdır ki, təqsirləndirilən şəxs Cavabdeh2 hüquqi ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsi kimi göstərilmiş və 09 iyul 20*2-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-nin balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasının icraçı direktoru vəzifəsində işləyərkən həmin klinika özü ilə Masallı rayonu, Ərkivan qəsəbə sakini Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli və eyni tarixli özü ilə “Ozon” klinikasında həkim-rentgenoloq və baş həkim vəzifəsində işləmiş Cavabdeh3 arasında bağlanmış razılaşma müqavilə əsasında istifadə etmək, qazanc əldə etmək məqsədilə ümumi sahəsi *047 kv.m olan 2-ci və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə maliyyə vəsaiti almışdır. Göründüyü kimi, qüvvədə olan hökmə əsasən Cavabdeh4 hazırkı mülki işdəki hadisələrə heç bir aidiyyətinin olmaması sübut edilir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 0* oktyabr 20*4-cü il tarixli, *3** qeydiyyat nömrəli lisenziyadan görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 3 mərtəbəli qeyriyaşayış binasında tibbi fəaliyyətlə məşğul olmaq üçün "xxxx" MMC-yə icazə verilmişdir. Yəni Cavabdeh4 hər hansı tibbi fəaliyyətlə bağlı heç bir lisenziyası olmamış, o, yalnız özünə məxsus əmlakı uzunmüddətli "xxxx" MMC-yə icarəyə vermiş, həmin münasibətlər bugün də davam edir. O, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3* yanvar 2024-cü ildə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi Vəkil4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli 2(022)-22/20*8 saylı qətnaməsi ilə "xxxx" MMCnin Cavabdeh* qarşı tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin ondan "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmiş, Cavabdeh* iddiası isə qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə vurulmuş ziyanın əvəzi qismində *63978,*0 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, tutulması, Cavabdeh4 onun xeyrinə vurulmuş zərərin bir hissəsinin əvəzi qismində *60830,50 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ekspertiza xərcinin əvəzi qismində 200 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən həm Cavabdeh*, həm də İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, həm Cavabdeh*, həm də İddiaçı-nin iddia tələbləri vardır. Aşağıdakılara görə hesab edir ki, İddiaçı-nin iddia tələbi təmin edilə bilməz. *) Subyektiv hüququn olmaması barədə: İşdə olan müqavilə Cavabdeh*lə İddiaçı arasında bağlanmış olsa da, məzmunundan da göründüyü kimi həmin müqavilə gələcəkdə bağlanılması nəzərdə tutulan tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə verilməsinə dair tərəflərin niyyətinin olmasını göstərir. Belə müqaviləni isə binanın mülkiyyətçisi bağlaya bilərdi. Bina ilə bağlı subicarəyə verilmə hüququnun olmamasını və Cavabdeh2 öz adına binanın mülkiyyətçisi tərəfindən etibarnamə verilməsini nəzərə alsaq, belə çıxır ki, icarə müqaviləsini ya mülkiyyətçi, ya da onun verdiyi etibarnamə əsasında Cavabdeh2 bağlayacaqdı. Sonuncu halda Cavabdeh2 öz adından çıxış etmədiyindən, binanın mülkiyyətçisini təmsil etdiyindən icarə haqqı da binanın mülkiyyətçisinə ödəniləcəkdi. Bununla bağlı pulu da binanın mülkiyyətçisi tələb edə bilərdi. Lakin işdən görünür ki, Cavabdeh* qarşı tələbi binanın mülkiyyətçisi deyil, İddiaçı irəli sürmüşdür. Onun Cavabdeh* pul tələbi heç bir hüquq normasına da uyğun deyildir. 2) Tələbin müqavilə şərtlərinə zidd olması barədə: İddiaçı Cavabdeh* qarşı ziyan tələbini irəli sürərkən aralarında olan ** iyun 20*5-ci il tarixli müqaviləyə istinad etmiş, həmin müqavilə üzrə binanı icarəyə götürüb hər ay 7000 manat pul ödəməli olmağını göstərmişdir. Halbuki həmin müqaviləyə əsasən bina təmir edilib fəaliyyyətə başladıqdan 2 ay sonra icarəyə götürməli idi. Lakin binanın hansı vaxt ərzində təmir ediləcəyi qeyd edilməmişdir. Bina isə hazırkı vaxta kimi təmir edilməmiş və birinci mərtəbədə əvvəldən də fəaliyyət göstərən “Ozon” klinikasından başqa fəaliyyyət yoxdur. Bu isə Cavabdeh* pul tələbinin müqaviləyə zidd olmasını göstərir. 3) Münasibətin davam etdirilməməsi qarşı tərəfin təqsiri üzündən olmuşdur. İş materialından görünür ki, binanın 2-ci və 3-cü mərtəbələrini Cavabdeh* təmir etməli olsa da, bununla bağlı pul vəsaitlərini Cavabdeh3 ilə İddiaçı-nin direktoru Cavabdeh2 vermiş və onlar tikinti materialları alaraq binada təmir işlərini icra etmişlər. Lakin Cavabdeh* aldıqları pulun hamısını buna sərf etməmiş və həmin pulun bir hissəsini mənimsəmişlər. Buna görə onların barələrində hökm çıxmışdır. Cavabdeh* iddia tələbinə gəlincə isə birinci instansiya məhkəməsində ona vurulmuş ziyanı cavabdehlərdən müştərək qaydada tələb etsə də, cinayət işi üzrə qanuni qüvvədə olan hökmlə müəyyən edilir ki, Cavabdeh4 mülkiyyətində olan binanın təmiri ilə bağlı ondan alınmış pulun 50249,4 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 5276* manat 50 qəpik) Cavabdeh2 ilə Cavabdeh3 tərəfindən mənimsənildiyindən həmin vəsait onlardan alınıb Cavabdeh* verilməlidir ki, bununla bağlı müvafiq hökmdə göstərilmiş və hazırda icra işi vardır. Bundan başqa, iş materialında olan müvafiq sənədlərə əsasən binaya quraşdırılması üçün Cavabdeh* pulunun hesabına 57000 ABŞ dollarına alınmış liftlərdən biri sonradan 45000 manata satılaraq başqa binaya quraşdırılmışdır. Bu prosesləri Cavabdeh2la Cavabdeh3 etsələr də, binanın mülkiyyətçisi olan Cavabdeh4 Cavabdeh2 etibarnaməsi olduğundan və bu proseslərə etiraz etmədiyindən hesab edir ki, həmin liftin dəyəri olan 45000 manat Cavabdeh4 hüquqi varisləri ilə birlikdə Cavabdeh2la Cavabdeh3 alınıb Cavabdeh* verilməlidir. Liftlə bağlı müqavilə İddiaçı ilə bağlansa da, həmin liftin alınması üçün Cavabdeh* pulu Cavabdeh3la Cavabdeh2 aldıqlarından, pul İddiaçı-nin hesabına köçürülmədiyindən, lift alınarkən pul İddiaçı-nin hesabından alıcının hesabına köçürülmədiyindən bu məsələdə İddiaçı-nin heç bir rolu yoxdur. Cavabdeh2 ittiham verilərkən də ona İddiaçı-nin direktoru olmasına görə verilməmişdir. Əgər belə olsaydı, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.2.3-cü maddəsi ilə ittiham verilərdi. Ancaq ona CM-in yalnız *79.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Binada olan rentgen aparatının alınması ilə bağlı xərclənmiş 30000 ABŞ dollarını isə Cavabdeh3la Cavabdeh2 Cavabdeh* borc aldıqlarını bildirmişlər. Rentgen aparatının Cavabdeh4 məxsus binada quraşdırılmasını, onun bu məsələyə etiraz etməməsini nəzərə alsaq, həmin aparatın dəyəri də Cavabdeh3 və Cavabdeh2la yanaşı, Cavabdeh4 hüquqi varislərindən alınaraq Cavabdeh* verilməlidir. Cavabdeh3la Cavabdeh2 Cavabdeh* aldıqları pullardan mənimsədikləri 50249,4 ABŞ dolları, satdıqları liftin dəyəri olan 45000 manat, rentgen aparatının dəyəri olan 30000 ABŞ dolları çıxılmaqla yerdə qalan pul binanın təmirinə sərf edilmişdir ki, həmin pul da binanın mülkiyyətçisi olan Cavabdeh4 hüquqi varislərindən alınaraq Cavabdeh* verilməlidir. İşdə tərəf kimi "xxxx" MMC çıxış etsə də, iş materiallarından görünür və uzun illər aparılan məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, nə Cavabdeh* alınmış pullar həmin Cəmiyyətin hesabına mədaxil edilməmiş, nə də binanın təmiri ilə, eləcə də yuxarıda göstərilən liftlərin və rentgen aparatının alınmasında Cəmiyyətin hesabından pul məxaric edilməmiş, qeyd olunan pul vəsaitləri üzrərində Cavabdeh2la Cavabdeh3 özləri sərəncam vermiş və bu proseslərə binanın sahibi etiraz etməmiş, əksinə şərait yaratmışdır. Bu isə adıçəkilən Cəmiyyətdən sadəcə vasitə kimi istifadə edilməsini göstərir. “Ozon” klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü Moskva şəhərində olan mənzilini real dəyərindən 85*83 ABŞ dolları ucuz satmaqla, həmçinin Bakı şəhərində olan mənzillərini də real dəyərindən 23000 ABŞ dolları ucuz satdığından həmin məbləğ Cavabdeh* vurulmuş ziyandır. Hesab edir ki, bu məbləği də Cavabdeh3la Cavabdeh2 Cavabdeh4 hüquqi varisləri ilə birgə Cavabdeh* ödəməlidir. Cavabdeh* alınmış pul vəsaitləri heç də tamamilə təmirə sərf olunmamış, “Ozon” klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 ilə Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, əksinə pul vəsaitinin müəyyən hisəssinin Cavabdeh2 verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında isə pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, Cavabdeh6 təmiri ilə bağlı pul vəsaiti alınmış binanı girov qoymaqla kənd təsərrüfatı təyinatından ötrü kredit almasını bildirmişdir. Bütün bunlar adları çəkilən şəxslərin müştərək qaydada Cavabdeh* ziyan vurmalarını göstərir. Halbuki pul vəsaiti özündə olsaydı, biznes plana əsasən orta illik qazanc kimi 68472 manat gəlir əldə edərdi ki, bu da bir günlük qazancın *88,33 manat olmasını göstərir. Biznes planın tərtibindən məhkəmədə iddia qaldırılanadək * il 8 aydan çox vaxt keçməsini, aylarla hesablanan müddətin 30 gün müəyyən edilməsini nəzərə alsaq, 68472+(*88,33x8x30)=**367* manat təşkil edir. Bu əldən çıxmış fayda formasında Cavabdeh* vurulmuş ziyandır. Həmin vəsait, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pul Cavabdeh4 hüquqi varisləri olan Cavabdeh5, Cavabdeh6, X6, Masallı rayonu, Ərkivan qəsəbə sakinləri Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Cavabdeh* ödənilməlidir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh5 vəkili, "xxxx" MMCnin, Cavabdeh2, Abdullayeva (Nəzərova) Yeganə Əli qızının və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək bildirmişdir ki, onun təmsilçisi olduğu "xxxx" MMC birinci iş üzrə iddiaçı kimi çıxış edir və ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasının təmin edilməsi isə "xxxx" MMC-nin iddiasının təmin edilməməsinə səbəb olur. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ilə "xxxx" MMCdən pul tutulmasa da, o, qətnaməni həm də Cavabdeh* iddiasının təmin olunmuş hissəsində mübahisələndirir və hesab edir ki, Cavabdeh* xeyrinə hər hansı pul tutulması əsassızdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi üzrə öhdəliklər məhz Cavabdeh* özü tərəfindən pozulmuşdur. Cavabdeh* üzərinə götürdüyü təmir öhdəliyini icra etməməsi səbəbindən "xxxx" MMC mübahisə predmeti olan klinikanın 2-ci və 3-cü mərtəbələrindən istifadə edə bilməmiş, razılaşmaya əsasən hər ay icarə haqqı olaraq almalı olduğu 7000 manatdan məhrum olmuşdur. Ona görə də hesab edir ki, "xxxx" MMC-nin iddia tələbi təmin edilməlidir. Həmçinin qeyd etdi ki, ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış olsa da, birinci instansiya məhkəməsi həmin müqavilə üzrə məsuliyyəti Cavabdeh4 və Cavabdeh2 da üzərinə qoymaqla səhvə yol vermişdir. Cavabdeh2 həmin müqaviləni öz adından fiziki şəxs olaraq deyil, "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq imzalamışdır. Cavabdeh4 isə qanuni qüvvəsini almış cinayət işi üzrə məhkəmə aktlarından da göründüyü kimi, tərəflər arasında müqavilə öhdəliklərinin pozulmasına və ya hər hansı məbləğdə pulun mənimsənilməsinə hər hansı aidiyyəti yoxdur. Həmçinin bildirdi ki, alınmış rentgen aparatı da hazırda "xxxx" MMC-nin istifadəsindədir. Apellyasiya məhkəməsinin *8 yanvar 2024-cü il tarixli iclasında Vəkil2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, klinika üçün 2 ədəd lift alınmış olsa da, cinayət işi üzrə ittiham irəli sürülərkən klinikaya baxış keçirilmiş, həmin vaxt binada liftin birinin quraşdırıldığı, digərinin isə quraşdırılmadan həyətdə saxlanıldığı müəyyən edilmişdir. Lakin sonradan "xxxx" MMC tərəfindən həmin quraşdırılmamış lift 45000 manat müqabilində satılmışdır. Liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Apellyasiya məhkəməsinin 05 fevral 2024-cü il tarixli iclasında isə Vəkil2 bildirmişdir ki, o, məhkəmənin *8 yanvar 2024-cü il tarixli iclasında "xxxx" MMC tərəfindən liftin satılması ilə bağlı izahat verərkən Cavabdeh2 adını ümumiyyətlə çəkməmiş, həmin lift "xxxx" MMC tərəfindən 45000 manata satılmışdır. Hesab edir ki, həmin liftin satılması ilə bağlı "xxxx" MMC-də yazılı hər hansısa sənəd mövcud ola bilər, ona görə də həmin sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* 3* yanvar 2024-cü ildə nümayəndəsi Vəkil4 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş ərizədə göstərilənlərə uyğun çıxış etdi. O, özünün apellyasiya şikayətinin təmin edilərək, iddiasının tam təmin edilməsini, digər apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Cavabdeh3 və Cavabdeh2 Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə onlar tərəfindən mənimsənilməsi məhkəmə hökmü ilə təsdiq olunmuş pul məbləğləri ilə bağlı hazırda hər hansı problem mövcud deyil. Onlar tərəfindən mənimsənilmiş pulun artıq bir hissəsi onun özünə geri qaytarılmış, qalan hissəsi ilə bağlı isə icra tədbirləri davam etdirilir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh* nümayəndəsi Vəkil4 3* yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verdiyi ərizənin məzmununa uyğun çıxış etdi və bildirdi ki, öz izahatını yazılı qaydada məhkəməyə təqdim etmişdir. O, özünün apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh* iddiasının tam təmin edilməsini, digər apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ikinci iş üzrə Cavabdeh3 nümayəndəsi Vəkil6 *8 dekabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş ərizəsinin məzmununa uyğun çıxış etdi və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinin Cavabdeh3 aid hissədə ləğv edilərək, Cavabdeh* iddiasının Cavabdeh3 aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, ikinci iş üzrə Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Vəkil* apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsinin ləğv edilməsini, "xxxx" MMC-nin iddiasının təmin olunmasını, Cavabdeh* iddiasının isə təmin olunmaması barədə qətnamə çıxarılmasını; birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi Vəkil4 apellyasiya şikayətində qətnamənin qismən, yəni Cavabdeh* iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və Cavabdeh* iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini; ikinci iş üzrə Cavabdeh3 isə apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və *63978,*0 ABŞ dolları məbləğində pulun ondan alınaraq Cavabdeh* verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri əsasında tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh* iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh* iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki RX ******* seriya nömrəli, 23*4003373 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında 0,08* ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi *66*,5 kv.m, tikintialtı sahəsi 666,2 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası (klinika) *8 iyul 20*4-cü ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki 08*293 nömrəli, 0* oktyabr 20*4-cü il tarixli, *3** qeydiyyat nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasında tibb fəaliyyətini həyata keçirməyə 5 il müddətinə icazə verilmişdir. İşdəki Cavabdeh4 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 22 iyul 20*3-cü il tarixli, 0*/02.A nömrəli müqavilənin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən Masallı şəhəri, H.Əliyev prospektində Cavabdeh4 adına inşa edilən iki mərtəbəli qeyri-yaşayış obyektini hüquqi şəxs "xxxx" MMC-nin direktoru Cavabdeh2 25 il müddətinə icarəyə verir, "xxxx" MMC-nin direktoru Cavabdeh2 obyektin icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürür. Hazırkı müqaviləyə əsasən Cavabdeh4 adına Masallı şəhəri, H.Əliyev prospektində inşa edilən (Masallı RİHB-nin *3 iyun 20*3-cü il tarixdə təsdiq edilmiş qəbul aktı əlavə olunur) iki mərtəbəli qeyri-yaşayış obyektinin 25 il müddətinə "xxxx" MMC tərəfindən ayda 2650 manat vəsait ödəniləcək. Bütün kommunal xərclərin ödənilməsini "xxxx" MMC öz öhdəsinə götürür. Masallı şəhəri, H.Əliyev prospektində Cavabdeh4 adına inşa edilmiş iki mərtəbəli, qeyri-yaşayış obyekti tam istifadəyə hazır şəkildə "xxxx" MMC-yə təhvil verilir. "xxxx" MMC obyekti tam istifadəyə hazır şəkildə təhvil götürür. Gələcəkdə bütün əlavə inşaat işlərinin aparılmasını öz öhdəsinə götürür. İşdəki Cavabdeh4 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 20 iyul 20*4-cü il tarixli, 0*/02.A nömrəli icarə müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən Masallı şəhəri, H.Əliyev prospektində ümumi sahəsi *66*,5 kv.m olan seriya RX ******* saylı əmlakdan çıxarışa əsasən Cavabdeh4 məxsus 3 mərtəbəli əmlak hüquqi şəxs "xxxx" MMC-nin direktoru Cavabdeh2 5 il müddətinə icarəyə verilir. "xxxx" MMC-nin direktoru Cavabdeh2 əmlakın icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürür. Hazırkı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən H.Əliyev prospektində ümumi sahəsi *66*,5 kv.m olan əmlakın icarəyə götürülməsinə görə fiziki şəxs Cavabdeh4 ayda 2650 manat ödəniləcəkdir. Bütün kommunal xərclərin ödənilməsini "xxxx" MMC öz üzərinə götürür. Masallı şəhəri, H.Əliyev prospektində Cavabdeh4 adına inşa edilmiş 3 mərtəbəli ümumi sahəsi *66*,5 kv.m obyekt tam istifadəyə hazır şəkildə "xxxx" MMC-yə təhvil verilir. "xxxx" MMC obyekti tam istifadəyə hazır şəkildə təhvil götürür. Gələcəkdə bütün əlavə inşaat işlərinin aparılmasını öz öhdəsinə götürür. İşdəki Cavabdeh4 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 04 yanvar 20*6-cı il tarixli, 0*/02.A nömrəli icra müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən Masallı şəhəri, H.Əliyev prospektində ümumi sahəsi *66*,5 kv.m olan seriya RX ******* saylı əmlakdan çıxarışa əsasən Cavabdeh4 məxsus 3 mərtəbəli əmlakın (binanın) *-ci mərtəbəsi hüquqi şəxs "xxxx" MMC-nin direktoru Cavabdeh2 5 il müddətinə icarəyə verilir. "xxxx" MMC-nin direktoru Cavabdeh2 əmlakın icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürür. Hazırkı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən H.Əliyev prospektində ümumi sahəsi *66*,5 kv.m olan əmlakın (binanın) 553 kv.m sahəsinin icarəyə götürülməsinə görə fiziki şəxs Cavabdeh4 ayda 300 manat ödəniləcəkdir. Bütün kommunal xərclərin ödənilməsini "xxxx" MMC öz üzərinə götürür. Masallı şəhəri, H.Əliyev prospektində Cavabdeh4 adına inşa edilmiş 3 mərtəbəli ümumi sahəsi *66*,5 kv.m obyektin 553 kv.m sahəsi tam istifadəyə hazır şəkildə "xxxx" MMC-yə təhvil verilir. "xxxx" MMC obyekti tam istifadəyə hazır şəkildə təhvil götürür. Gələcəkdə bütün əlavə inşaat işlərinin aparılmasını öz öhdəsinə götürür. İşdəki "xxxx" MMC tərəfindən Cavabdeh* ünvanlanmış 25.05.20*6-cı il tarixli məktubda qeyd edilmişdir ki, onunla **.06.20*5-ci ildə bağlanılan müqaviləyə əsasən “Ozon” klinikasının digər şöbəsinin yaradılması və klinikanın işlədilməsi barədə razılıq əldə etmişlər. Müqaviləyə əsasən Cavabdeh* klinikanı 5 il müddətinə icarəyə götürməklə hər ay 7000 manat icarə haqqı ödəməlidir. Lakin o, müqavilə öhdəliklərinə əməl etməyərək heç bir səbəb göstərmədən işləri dayandırmışdır. Nəticədə hər ay onlara 7000 manat ziyan vurur. İşləri başa çatdırmamağı ilə yanaşı, fəhlələrin zəhmət haqqını ödəmir və müxtəlif təşkilatlara *37683 manat borcu qalıb. Zəhmət haqqını ödəmədiyi fəhlələr və borclu qaldığı təşkilatlar tez-tez "xxxx" MMC-yə müraciət edərək narazılıqlarını bildirirlər. 28 oktyabr 20*5-ci il tarixdə tərtib edilmiş akta əsasən Cavabdeh* binanın 2-ci və 3-cü mərtəbələrinin yenidən qurulmasına ümumilikdə 448270 ABŞ dolları xərc çəkmişdir. 470683 manat göstərildiyi halda Cavabdeh* bugünə kimi mal və materialların alındığı şirkətlərə, fiziki şəxslərə həmin məbləğin *37683 manatını borcludur. Cavabdeh* öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Etibarlı tərəfdar olaraq ona təklif edilir ki, təmir-tikinti işlərini qısa müddət ərzində yekunlaşdırıb müqavilə öhdəliklərinə əməl etsin. Əks təqdirdə, MMC tərəfindən 2-ci və 3-cü mərtəbənin yenidən qurulması üçün alınmış mal və inventarlardan *37683 manat məbləğində aidiyyəti şirkət və fiziki şəxslərə qaytarılaraq onun borcu ödəniləcəkdir. Etiraza *0 gün müddətində cavab verilmədiyi təqdirdə təklifi qəbul etməmək kimi başa düşülərək "xxxx" MMC-yə vurduğu ziyanın aradan qaldırılması barədə tədbirlər görüləcək. Klinikanın əvvəlki vəziyyətə gətirilməsi ondan tələb ediləcək. İşdəki 30 iyun 20*5-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC lift avadanlıqlarının çatdırılma və quraşdırma işlərini hazırkı müqavilənin şərtlərinə uyğun olaraq vaxtında təmin etməyi və alıcı "xxxx" MMC tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmiş ödənişi qəbul etməyi öhdəsinə götürür. Hazırkı müqavilənin *.*-ci bəndində göstərilən avadanlıq və aksessuarlara görə alıcı satıcıya *09900 ABŞ dolları ödəyəcəkdir. İşdəki 22 yanvar 20*8-ci il tarixli, 2*009 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC və “Ozon” klinikası ilə cavabdeh, 2-ci iddia tələbi üzrə iddiaçı Cavabdeh* arasında **.06.20*5-ci il tarixdə müqavilənin bağlanmasından sonra qeyri-yaşayış sahəsinin 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən *60830,5 manat məbləğində müəyyən olunur. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən STAR-İ Company tərəfindən təqdim olunmuş sənədlərə əsasən təklif olunmuş lift 2 ədəd olmaqla ümumi dəyəri *09900 manat məbləğində müəyyən olunur. Lakin həmin liftlər quraşdırılmadığı və başqa yerdə saxlandığı üçün liftlərin son nəticədə dəyəri məhkəmə tərəfindən müəyyən oluna bilər. Tədqiq olunan qeyri-yaşayış sahəsinin müqavilənin bağlanmasınadək olan vəziyyətə qaytarılması üçün həmin qeyri-yaşayış sahəsində müqavilədən sonra yerinə yetirilən bütün tikinti işləri sökülməlidir. Lakin tədqiq olunan qeyri-yaşayış sahəsinin ilkin vəziyyətə qaytarılması üçün aparılmalı söküntü və bərpa işlərinin həcmi və dəyəri müxtəlif səbəblərdən həmin işlər yerinə yetirildikdən sonra müəyyən edilə bilər. Aparılmış tədqiqatların dəyəri *00 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin 05.04.20*8-ci il tarixli, 37 nömrəli hesabatından görünür ki, Masallı şəhəri, Heydər Əliyev prospektində "xxxx" MMC-nin yerləşdiyi qeyri-yaşayış binasının 2-ci və 3-cü mərtəbəsində 20*5-ci ilə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərcin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 335032 manat təşkil edir. İşdəki 2* sentyabr 20*8-ci il tarixli, *4846 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən (“Ozon” klinikası) qeyri-yaşayış binasının sahəsinin 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işlərinin 20*5-ci ildə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən *60830,5 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri *00 manat təşkil edir. İşdəki AR-İ 360455 seriya nömrəli, 05 noyabr 20*4-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh4 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətləri 5 il müddətinə 05 noyabr 20*9-cu il tarixədək Cavabdeh2 etibar etmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 05 dekabr 20*9-cu il tarixli məktubundan görünür ki, Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən məktubda qeyd edilmiş Cavabdeh4 adına olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binası *2.*2.20*4-cü il tarixdə 27.**.20*4-cü il tarixli, KT-0*0 və 27.**.20*4-cü il tarixli, KT-0** nömrəli kredit müqaviləsinə əsasən *2.*2.20*9-cu il tarixə kimi AFC Kredit İttifaqı MMC-nin xeyrinə yüklü edilmişdir. Əmlak halhazırda AFC Kredit İttifaqı MMC-nin xeyrinə yüklüdür. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 20 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh4 adına Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən *8 iyul 20*4-cü il tarixdə qeydiyyata alınmış onun xüsusi mülkiyyətində olan Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binası hal-hazırda AFS Kredit İttifaqının girovudur. MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.**.2005-ci il tarixli 4 saylı Qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda baxılan mülki iş üzrə 2 ayrıca iddia tələbi ilə bağlı iş bir icraatda birləşdirilmişdir və həmin iddia tələbləri ilə əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsinin ayrıca yoxlanılması zəruridir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətlərinin dəlilləri əsasında "xxxx" MMC-nin iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır: "xxxx" MMC-nin iddia tələbi aşağıdakı 3 hissədən ibarətdir: *) onunla Cavabdeh* arasında **.06.20*5-ci ildə bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi; 2) klinikanın əvvəlki vəziyyətə gətirilməsi; 3) 420000 manat icarə haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi. Məhkəmə kollegiyası əvvəlcə ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi tələbinə dair aşağıdakıları qeyd edir: İşdəki "xxxx" MMC-nin, həmçinin “Ozon” klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 ilə Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, hazırda fəaliyyət göstərən “Ozon” klinikasında digər şöbələrin yaradılması, klinikanı geniş şəkildə işlətmək üçün fiziki şəxs Cavabdeh* 5 il müddətinə klinikanı icarəyə götürür, fiziki şəxs Cavabdeh* obyektin icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürür. Hazırkı müqaviləyə əsasən fiziki şəxs Cavabdeh* “Ozon” klinikasında əlavə şöbələri yaratdıqdan sonra Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra fəaliyyətə başlayacaq. Fəaliyyətə başladıqdan 2 ay sonra hüquqi şəxs “Ozon” klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 7000 manat icarə haqqı ödəyəcək. İcarə haqqı ödənildikdən sonra klinikanın bütün xərcləri Cavabdeh* tərəfindən ödəniləcəkdir. Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Ozon” klinikasının Ambulator-müayinə şöbəsi və ümumilikdə bütün şöbələr (fiziki şəxs Cavabdeh* tərəfindən yaradılmış şöbələr) fəaliyyətə başladığı aydan fiziki şəxs Cavabdeh* tərtib edilmiş akt əsasında təhvil veriləcək. Hər iki tərəfin razılığı əsasında “Ozon” klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 obyekt icarəyə verildikdən sonra 5 il müddətində də icarəçinin bütün hüquqlarını dövlət orqanlarında müdafiə etməyi və direktor kimi “Ozon” klinikasında öhdəsinə düşən vəzifələri yerinə yetirməyi öz üzərinə götürür. Müqavilə şərtləri yerinə yetirilərsə, müqavilə birtərəfli qaydada ləğv edilə bilməz. Əks təqdirdə qarşı tərəfə dəyən ziyan ödənilməlidir. Hazırkı müqavilə nəzərə alınmış digər şöbələr tam hazır olduqdan sonra qüvvəyə minir. Tərəflər hazırkı müqavilə ilə üzərlərinə götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyırlar. Növbəti 5 ildə klinikanın ümumilikdə icazəsi icarədar Cavabdeh2 tərəfindən Səhiyyə Nazirliyindən alındıqdan sonra fiziki şəxs Cavabdeh* müqavilə əsasında razılaşma yolu ilə icarəyə veriləcək. Məhkəmə kollegiyası qeyd edilən müqavilənin məzmununu təhlil edərək belə nəticəyə gəlir ki, tərəflər razılaşma müqaviləsi adı altında ilkin müqavilə bağlamışlar. Həmin müqavilənin məzmunundan da göründüyü kimi, ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi tibb müəssisəsinin avadanlıqları ilə birgə Cavabdeh* icarəsinə verilməsinə yönəlmişdir, həmin müqavilədə klinikanın müvafiq hissələrinin Cavabdeh* akt əsasında təhvil veriləcəyi, Cavabdeh* klinikada əlavə şöbələri yaratdıqdan sonra fəaliyyətə başlayacağı, növbəti 5 ildə klinikanın ümumilikdə icazəsinin Cavabdeh2 tərəfindən Səhiyyə Nazirliyindən alındıqdan sonra fiziki şəxs Cavabdeh* müqavilə əsasında razılaşma yolu ilə icarəyə veriləcəyi qeyd olunmuşdur. Bundan başqa, "xxxx" MMC-nin adından verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, ilkin müqavilə "xxxx" MMC ilə Cavabdeh* arasında deyil, onun dayısı Cavabdeh3 arasında bağlanmış, sonradan Cavabdeh* tələbinə əsasən **.06.20*5-ci il tarixli müqavilə dayısı Cavabdeh3 adından onun adına dəyişdirilmişdir. 3* yanvar 2024-cü il tarixində birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi Vəkil4 tərəfindən elektron kabinet yerləşdirilmiş ərizədə də qeyd edilmişdir ki, məzmunundan da göründüyü kimi ** iyun 20*5-ci il tarixli müqavilə gələcəkdə bağlanılması nəzərdə tutulan tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə verilməsinə dair tərəflərin niyyətinin olmasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.*-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qeyd edilən normalara uyğun olaraq müqavilənin məzmununu təfsir edən məhkəmə kollegiyası ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ilkin müqavilə olduğunu bildirir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, müqavilə azadlığı prinsipi çərçivəsində tərəflərin bağladıqları müqaviləyə istədikləri adı qoya bilməsi istisna edilməsə də, həmin müqaviləyə Mülki Məcəllənin hansı müqaviləyə dair normalarının tətbiq ediləcəyi məsələsi müqavilənin məzmununun təfsir edilməsi ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 402.*-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. MM-in 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi gələcəkdə daşınmaz əmlakın icarə müqaviləsinin bağlanmasına yönəlmiş olduğundan, MM-in 402.2-ci maddəsinə əsasən onun da MM-in *44-cü maddəsinə uyğun olaraq yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi zəruri olsa da, müqavilə yazılı formada bağlanılmış, lakin notariat qaydasında təsdiqlənməmişdir. Bununla belə, tərəflərin ilkin hərəkətləri onların ilkin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin icrasında maraqlı olduqlarını göstərən bir haldır. Belə olan halda ilkin müqavilənin formasına dair qaydaya əməl edilməməsinin onun əhəmiyyətsizliyinə səbəb olması nəticəsinə gəlinməsi mülki hüquq subyektlərinin hüquqlarının və maraqlarının müdafiə olunmasına uyğun gəlməyəcək və tərəflərin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ilkin hərəkətlərindəki vicdanlılıq amilinin nəzərə alınmamasına səbəb olacaqdır. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflər də həmin razılaşmanın etibarlılığını mübahisələndirməmişlər. Mülki Məcəllənin 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi ilə gələcəkdə bağlanılması nəzərdə tutulan icarə müqaviləsinin predmetini, onun icarə haqqı, icarə obyekti, icarə müddəti kimi şərtlərini müəyyənləşdirmək mümkün olur. MM-in 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsində tərəflər əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdüklərini göstərməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası MM-in 402.4-cü maddəsinə uyğun olaraq əsas icarə müqaviləsinin ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin bağlanmasından * il müddətində - ** iyun 20*6-cı ilədək bağlanmalı olduğunu qeyd edir. Lakin hazırkı iş materialları ilə tərəflər arasında sonradan əsas müqavilənin bağlanması halı müəyyən edilmir. Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İşin hallarından da göründüyü kimi, əsas icarə müqaviləsinin tərəflərin onu bağlamalı olduqları ** iyun 20*6-cı ilədək bağlanılmaması və ya həmin müqaviləni bağlamaq barədə tərəflərdən birinin digər tərəfə təklif göndərməməsi ilə yanaşı, həmin müddət başa çatanadək artıq tərəflər arasında mübahisələr meydana gəlmişdir, belə ki, birinci iş üzrə iddia ərizəsindən də göründüyü kimi, "xxxx" MMC 25 may 20*6-cı il tarixində Cavabdeh* mübahisənin sülh yolu ilə həll edilməsi üçün təklif göndərdiyini bildirmişdir. Mülki Məcəllənin 402.5-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, ** iyun 20*6-cı il tarixində ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda, ilkin müqavilə olan razılaşma müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verildiyindən, "xxxx" MMC-nin həmin razılaşma müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməkdə haqlı olmuşdur və həmin hissədə "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Bundan əlavə, "xxxx" MMC razılaşma müqaviləsinin ləğv edilməsinə dair tələbini əsaslandırarkən Mülki Məcəllənin 42*.2-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 42*.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 42*.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. "xxxx" MMC Cavabdeh* razılaşma müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri sonadək icra etməməsinə və təmir işlərini dayandırmasına istinad etmiş, bu əsasla müqavilənin ləğvini istəmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42*.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 42*.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 42*.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarından irəli gəlir. Bu isə onu göstərir ki, hətta tərəflər arasındakı ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ilkin müqavilə olmadığı qəbul edilsəydi belə, həmin müqavilənin ləğvinə dair "xxxx" MMC-nin Mülki Məcəllənin 42*.2-ci maddəsinə əsaslanmış tələbi məhkəmə qaydasında təmin edilə bilməzdi. Məhkəmə kollegiyası "xxxx" MMC-nin iddiasının 2-ci hissəsi olan klinikanın əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı tələbinə dair qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bununla bağlı olaraq məhkəmə kollegiyası bildirir ki, klinikada aparılmış təmir işləri ** iyun 20*5-ci il tarixli müqaviləyə əsaslanmış, klinikanın əvvəlki vəziyyətinə edilmiş dəyişikliklər əsassız olmamışdır. Bu səbəbdən də həmin klinikanın müqavilə üzrə dəyişməsinə görə Cavabdeh* məsuliyyət daşımır. Gələcəkdə bağlanılması qərarlaşdırılan əsas müqavilənin icarə müqaviləsi olması nəzərə alındıqda məhkəmə kollegiyası hazırkı mübahisəyə həm də MM-in 700.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 682-ci maddəsini tətbiq etməyi düzgün hesab edir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 682-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti olan bina Cavabdeh4 xüsusi mülkiyyətində olmuş, o, həmin 3 mərtəbəli binanı 20 iyul 20*4-cü il tarixli müqavilə üzrə "xxxx" MMC-nin direktoru Cavabdeh2 5 il müddətinə icarəyə vermiş, sonradan həmin binanın 2-ci və 3-cü mərtəbələrinin təmir etdirilməklə Cavabdeh* icarəsinə verilməsi ilə bağlı ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi bağlanmışdır. Göründüyü kimi, faktiki olaraq, binanın icarəçisi olan "xxxx" MMC-nin direktoru Cavabdeh2 həmin binanın bir hissəsini üçüncü şəxsin istifadəsinə vermək məqsədilə müqavilə bağlamışdır. Bu zaman binanın üçüncü şəxsin istifadəsinə verilməsi ilə bağlı mülkiyyətçinin icazə verməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməsə də, mülkiyyətçi Cavabdeh4 susması və üçüncü şəxsin icarəsinə etiraz etməməsi, eləcə də, təmir işlərinin aparılmasına dair hər hansı etiraz irəli sürməməsi onun həmin müqaviləni bəyəndiyini göstərir. Ona görə də klinikanın əvvəlki vəziyyətə gətirilməsinə dair hissədə MM-in 683.3-cü maddəsi də nəzərə alınmalıdır. Belə ki, klinikanın mülkiyyətçisi olmuş Cavabdeh4 klinikanın bir hissəsinin ikinci əldən icarəyə verilməsinə razılığı müəyyən edilmiş olsa belə, yenə də "xxxx" MMC üçüncü şəxs olan Cavabdeh* istifadə zamanı əmələ gələn təqsiri üçün də məsuliyyət daşımış olacaqdır. Mülki Məcəllənin 683.*-ci maddəsinə əsasən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. MM-in 683.3-cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası "xxxx" MMC-nin iddiasının sonuncu hissəsi olan 420000 manat icarə haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri sayır: "xxxx" MMC ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsində klinikanın bir hissəsinin 5 il müddətinə və hər ay 7000 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilməsi halına əsaslanaraq cəmi 420000 manat (5 il × *2 ay × 7000 manat) məbləğində icarə haqqının Cavabdeh* tutulmasını tələb etmişdir. ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsində icarə haqqının ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Həmin müqavilənin İİ hissəsinin *-ci bəndinə görə, hazırkı müqaviləyə əsasən fiziki şəxs Cavabdeh* “Ozon” klinikasında əlavə şöbələri yaratdıqdan sonra Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra fəaliyyətə başlayacaq, fəaliyyətə başladıqdan iki ay sonra hüquqi şəxs “Ozon” klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 7000 manat icarə haqqı ödəyəcəkdir. Müqavilənin İİİ hissəsində isə klinikanın bütün şöbələrinin fəaliyyətə başladığı aydan fiziki şəxs Cavabdeh* tərtib edilmiş akt əsasında təhvil veriləcəyi qeyd olunmuşdur. Lakin hazırda iş materialları ilə bu cür aktın tərtib edilərək klinikanın Cavabdeh* təhvil verilməsi halı müəyyən olunmur. Bu isə onu göstərir ki, həmin klinikada Cavabdeh* hər hansı fəaliyyətə başlamamışdır. Tərəflər isə ilkin müqavilədə icarə haqqının ödənilməsi ilə bağlı təxirəsalıcı şərt müəyyən etmişlər. Belə ki, Mülki Məcəllənin 328.6-cı maddəsinə əsasən, əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Göründüyü kimi, tərəflər icarə haqqının ödənilməsini təxirəsalıcı şərtdən asılı etmiş, icarə haqqının ödənilməsinə başlanılmasını klinikanın fəaliyyətə başlaması ilə əlaqələndirərək əlavə də 2 ay müddət müəyyən etmişlər. Lakin iş materiallarından da göründüyü kimi, həmin təxirəsalıcı şərt baş tutmamış, icarə haqqının ödənilməsini tələb etmək üçün subyektiv hüquq yaranmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi "xxxx" MMC-nin icarə haqqının ödənilməsinə dair hissədə də iddiasını təmin etməməkdə haqlı olmuşdur. Bundan başqa, "xxxx" MMC-nin iddiası təmin edilmədiyindən onun iddiasının verilməsinə görə 05 may 20*6-cı ildə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da haqlı olaraq "xxxx" MMC-nin özünə aid edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İndi isə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasına dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının da qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq, Cavabdeh3 və Cavabdeh2 barəsində aparılan cinayət işi üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək hazırkı mülki iş üzrə icraat dayandırılmış, sözügedən cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra isə hazırkı iş üzrə icraat təzələnərək məhkəmə baxışı davam etdirilmişdir. Cinayət işi üzrə artıq öz qanuni qüvvəsini almış məhkəmə aktları hazırkı iş üzrə Cavabdeh* iddia tələbinə qiymət verilməsi baxımından mühüm preyudisial əhəmiyyət kəsb edir. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını Cavabdeh* iddiasına aid hissədə tam və hərtərəfli araşdırmamış, ikinci iş üzrə cavabdehlərin məsuliyyətinin həcmini düzgün müəyyən etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ikinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh* iddia tələbi aşağıdakı hissələrdən ibarət olmuşdur: *) 448000 ABŞ dolları məbləğində əmlakından məhrum olması ilə bağlı vurulmuş ziyan; 2) **367* manat əldən çıxmış fayda formasında vurulmuş maddi ziyan, 3) 70000 manat məbləğində vurulmuş mənəvi zərər. İddiaçı Cavabdeh* 448000 ABŞ dolları məbləğində əmlakından məhrum olması ilə vurulmuş ziyanı bir neçə hissədən ibarət olmaqla əsaslandırır: *) klinikanın təmirinə 330000 ABŞ dolları pulun verilməsi; 2) Rusiya Federasiyasında olan mənzilinin orta bazar dəyərindən 85*83 ABŞ dolları ucuz satılması; 3) Bakı şəhərində olan mənzillərinin real dəyərindən 23000 ABŞ dolları ucuz satılması. Lakin göründüyü kimi, iddiaçı Cavabdeh* öz ərizəsində əsaslandırdığı qeyd edilən məbləğlərin cəmi 438*38 ABŞ dolları təşkil edir və 448000 ABŞ dollarının tam olaraq hansı məbləğləri əhatə etməsi Cavabdeh* tərəfindən tam həcmdə əsaslandırılmamışdır. Bununla yanaşı, o, iddiasına 28 oktyabr 20*5-ci il tarixli aktın surətini əlavə etmişdir. İşdəki “Ozon” klinikasının təsisçi direktoru, "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh* tərəfindən imzalanmış 28 oktyabr 20*5-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh* tərəfindən razılaşma müqaviləsinə əsasən “Ozon” klinikasının 2-ci və 3-cü mərtəbələrinin yenidən qurularaq həmin mərtəbələrdə “Cərrahiyyə və stasionar” sahələrinin yaradılmasına 448270 ABŞ dolları xərclənmişdir. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh* tərəfindən təmir üçün verildiyi qeyd edilən 330000 ABŞ dolları ilə bağlı aşağıdakıları qeyd edir: İşdəki Cavabdeh3 tərəfindən yazılmış 2*.05.20*6-cı il tarixli iltizamdan görünür ki, o, “Ozon” klinikasının təmiri ilə bağlı 20*5-ci ilin iyun ayından Cavabdeh* oktyabr ayının sonunadək aldığı 330000 ABŞ dolları pulu Cavabdeh2 vermişdir. Cavabdeh3 bu pulun 30000 ABŞ dollarını iyun ayının axırında qaytarmaq şərti ilə Cavabdeh2, Əliyev Şahin və Cavabdeh5 xahişi ilə onların rentgen aparatından qalma borclarının ödənilməsi üçün onlara borc vermişdir. Bugünə kimi borc qaytarılmamışdır. İş materiallarının 2-ci cildinin **3-cü vərəqində olan Cavabdeh3 tərəfindən yazılmış 05.08.20*6-cı il tarixli iltizamın surətindən görünür ki, o, razılaşma müqaviləsinə əsasən 2ci və 3-cü mərtəbənin rekonstruksiyasına görə Cavabdeh* ona verdiyi 333000 ABŞ dolları pulu 20*5-ci ilin iyun ayından Cavabdeh2 vermişdir. Hansı ki, aldığı və tikintiyə xərclədiyi bu pulun yazılı hesabatını Cavabdeh* vermişdir. 20*5-ci il iyun ayının əvvəlində bu məbləğin 30000 ABŞ dollarını həmin ayın axırında qaytarmaq şərti ilə borc götürmüş, halhazıra kimi qaytarmamışdır. X*6 Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 zərərçəkmiş şəxs Cavabdeh* xeyrinə tutularaq depozit hesabında saxlanılan 30822,25 manat məbləğində pulun, təqsirləndirilən şəxs Cavabdeh2 zərərçəkmiş şəxs Cavabdeh* xeyrinə tutularaq depozit hesabında saxlanılan *5000 manat məbləğində pulun, ümumilikdə 45822,25 manat məbləğində pulun depozitdən çıxarılaraq Cavabdeh* ödənilməsi, zərərçəkmiş şəxs Cavabdeh* dəymiş 6*644,50 manat məbləğində ziyandan qalıq qalmış *5822,25 manat məbləğində pulun təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh3 tutularaq Cavabdeh* ödənilməsi qərara alınmışdır. X9 Məhkəməsinin Cinayət Kollegiyasının 2* aprel 202*-ci il tarixli, *(*06)-253/202* saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh3 müdafiəçisi Vəkil6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(099)-66/2020 saylı, 20 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *3 avqust 202*-ci il tarixli, *(*02)-*3*4/202* saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh2, məhkum Cavabdeh3 müdafiəçiləri X*5 və X2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxs Cavabdeh* tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2* aprel 202*-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. X9 Məhkəməsinin Cinayət Kollegiyasının *9 sentyabr 2022-ci il tarixli, *(*06)- 35/2022 saylı qərarının surətindən görünür ki, məhkum edilmiş şəxs Cavabdeh3 müdafiəçisi Vəkil6 və məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü məhkum edilmiş şəxs Cavabdeh3 müdafiəçisi Vəkil6 və məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən aşağıdakı qaydada dəyişdirilmiş, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda əks olunmuş ümumi maddi ziyanın miqdarı dəqiqləşdirilməklə 8460 ABŞ dolları, yəni ** avqust 20*5-ci ildən 29 avqust 20*5-ci ilədək dövrün məzənnəsi ilə 8883 manat azaldılıb 50249,4 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 5276*,50 manat müəyyən edilmiş, hökm qalan hissələrdə məhkum edilmiş şəxs Cavabdeh3 müdafiəçisi Vəkil6 və məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ** aprel 2023-cü il tarixli, *(*02)-7*3/2023 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh3 müdafiəçisi X**, məhkum Cavabdeh2 müdafiəçisi Vəkil2 və zərərçəkmiş şəxs Cavabdeh* kassasiya şikayətləri təmin edilməmiş, Cavabdeh3 və Cavabdeh2, hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *9 sentyabr 2022-ci il tarixli qərarı həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdəki qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh3 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətli mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, hüquqi ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsi kimi göstərilmiş 09 iyul 20*2-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış Cavabdeh2 təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-nin balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasında 25 aprel 20*5-ci il tarixli, *0 nömrəli əmrlə həkim-rentgenoloq və ** iyun 20*5-ci il tarixli, *7 nömrəli əmrlə baş həkim vəzifəsinə təyin edilməklə 20*7-ci ilədək həmin vəzifədə işləyərkən, bacısı oğlu Cavabdeh* tərəfindən həmin klinika ** iyun 20*5-ci il tarixli özü ilə Cavabdeh2 aralarında eyni tarixdə bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə icarəyə götürüldükdən sonra ümumi sahəsi *047 kv.m olan 2-ci və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə ona Cavabdeh* tərəfindən 07 iyun 20*5-ci il tarixdən 04 avqust 20*5-ci il tarixədək olan müddət ərzində özünün yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və Masallı rayonunda yerləşən istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda verilmiş *500 manat və *46000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə *53030 manat məbləğində, ** avqust 20*5-ci il tarixdən 29 avqust 20*5-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 42460 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 44583 manat, 07 sentyabr 20*5-ci il tarixdən 28 sentyabr 20*5-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 4000 manat və 75000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 78750 manat, 0* oktyabr 20*5-ci il tarixdən 05 oktyabr 20*5-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 30000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3*500 manat, 20 oktyabr 20*5-ci il tarixdən *2 noyabr 20*5-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda isə 38050 manat məbləğində, yəni 07 iyun 20*5-ci il tarixdən *2 noyabr 20*5-ci il tarixədək olan müddət ərzində yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda ümumilikdə 35*4*3 manat, həmin dövrün məzənnəsi ilə 334679,04 ABŞ dolları məbləğində pulu Cavabdeh* şəxsən aldıqdan sonra, həmin vəsaitin sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə baş həkim işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla Masallı rayon sakini, "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin klinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri *29447,5 manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 2*000 manat, bundan başqa X20.LTD şirkətinə məxsus X*7 Elevator (yataq lifti), X3 Elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və quraşdırılması ilə bağlı 88898 manat, daha sonra fotosel qapıların alınması ilə bağlı *8923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3*500 manat Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289768,50 manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 35*4*3 manat vəsaitdən 58709,4 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6*644,50 manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh2 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. İşdəki qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, hüquqi ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsi kimi göstərilmiş və 09 iyul 20*2-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış və təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-nin balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasının icraçı direktoru vəzifəsində işləyərkən, həmin klinika özü ilə Masallı rayonu, Ərkivan qəsəbə sakini Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli tarixli və eyni tarixli özü ilə “Ozon” klinikasında həkim-rentgenoloq və baş həkim vəzifəsində işləmiş Cavabdeh3 arasında bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə Cavabdeh* tərəfindən icarəyə götürüldükdən sonra ümumi sahəsi *047 kv.m olan 2-ci və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə 07 iyun 20*5-ci il tarixdən *2 noyabr 20*5-ci il tarixədək olan müddət ərzində Cavabdeh3 yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda Cavabdeh* tərəfindən verilmiş ümumilikdə 35*4*3 manat, həmin dövrün məzənnəsi ilə 334679,04 ABŞ dolları məbləğində pulu Cavabdeh3 aldıqdan sonra, həmin vəsaitin Cavabdeh*lə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə icraçı direktoru işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla klinikada həkim-rentgenoloq və baş həkim işləyən Cavabdeh3 ilə vahid niyyətlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, həmin klinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri *29447,5 manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 2*000 manat, bundan başqa X20.LTD şirkətinə məxsus X*7 Elevator (yataq lifti), X3 Elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və quraşdırılması ilə bağlı 88898 manat, daha sonra fotosel qapıların alınması ilə bağlı *8923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3*500 manat Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289768,50 manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 35*4*3 manat vəsaitdən 58709,4 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6*644,50 manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh3 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Q.Məmmədovun şikayəti üzrə qəbul etdiyi ** fevral 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 82.4-cü maddəsi baxımından qeyd etmişdir ki, cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 20*5-ci il *5 iyul tarixli Qərarı). MPM-in 82.4-cü maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət kəsb edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmündə Cavabdeh* tərəfindən Cavabdeh3 və Cavabdeh2 ümumilikdə 35*4*3 manat, həmin dövrün məzənnəsi ilə 334679,04 ABŞ dolları məbləğində pulun təmir məqsədilə verildiyi, həmin vəsaitin cəmi 289768,50 manat hissəsinin təyinatı üzrə sərf edildiyi müəyyən edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə Cavabdeh3 və Cavabdeh2 tərəfindən mənimsəmə yolu ilə talanmış məbləğ 58709,4 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6*644,50 manat müəyyən edilsə də, sonradan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *9 sentyabr 2022-ci il tarixli, *(*06)-35/2022 saylı qərarı ilə həmin hökmlə müəyyən edilmiş maddi ziyanın miqdarı dəqiqləşdirilməklə 8460 ABŞ dolları, yəni ** avqust 20*5-ci ildən 29 avqust 20*5-ci ilədək dövrün məzənnəsi ilə 8883 manat azaldılıb 50294,4 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 5276*,50 manat müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmiş məbləğ təyinatı üzrə istifadə olunan məbləğə aid olmamış, yalnız mənimsənilmiş pulun məbləği ilə bağlı olmuş, həmin hissədə dəyişikliyin səbəbi isə eyni məbləğin 2 dəfə hesablanması olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında ikinci iş üzrə iddiaçı Cavabdeh* qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh2 Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə onlar tərəfindən mənimsənilməsi məhkəmə hökmü ilə təsdiq olunmuş pul məbləğləri ilə bağlı hazırda hər hansı problem mövcud deyil. Onlar tərəfindən mənimsənilmiş pulun artıq bir hissəsi onun özünə geri qaytarılmış, qalan hissəsi ilə bağlı isə icra tədbirləri davam etdirilir. Göründüyü kimi, Cavabdeh* hazırkı iş üzrə tələb irəli sürdüyü pulun bir hissəsi sözügedən mənimsənilmiş vəsaitlə bağlı olsa da, həmin hissəyə artıq hazırkı mülki işin icraatı başlandıqdan sonra açılan cinayət işi üzrə qəbul edilmiş hökmlə qiymət verilmiş, Cavabdeh* isə həmin məbləğə dair artıq hər hansı mübahisə olmadığını vurğulamışdır. Hazırda əsas mübahisə predmeti təyinatı üzrə sərf olunmuş 289768,50 manat ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə tutulmalı olan məbləğ üzrə bir sıra fərqləndirmələr aparılmalıdır. Cavabdeh* "xxxx" MMC ilə bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinə etibar edərək, həmin müqavilə üzrə klinikanın 2-ci və 3-cü mərtəbələrinin təmir edilməsi məqsədilə xərc çəkmiş, həmin xərcin ümumi həcmi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə 289768,50 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil* tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan təmir-tikinti xərclərinin miqdarı ilə bağlı ekspert rəyində və qiymətləndirmə hesabatında mühüm fərqlərin olmasına dair dəlili ilə bağlı bildirir ki, təyinatı üzrə sərf olunmuş məbləğ məhz cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən müəyyən edilir. Cavabdeh* müqavilə üzrə gələcəkdə üzərində sahibliyinin yaranacağına ümid etdiyi klinikada yaxşılaşdırmalar etməsi onun vicdanlı sahib kimi qiymətləndirilməsinə zərurət yaradır. Mülki Məcəllənin *57.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, klinikanın təmiri üçün təyinatı üzrə sərf olunmuş məbləğə dair hissədə Cavabdeh* tələbi əsaslıdır. Lakin bu zaman klinikada aparılmış yaxşılaşdırmaların ondan ayrıla bilən olub-olmaması məsələsi müəyyən edilməlidir. İşdəki qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmünün məzmunundan görünür ki, 2* sentyabr 20*9-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin balansındakı “Ozon” klinikası ünvan 3 ünvanında yerləşir. Qeyri-yaşayış sahəsi olaraq binanın 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işləri tam aparılmamış, binada * lift quraşdırılsa da, digər 2-ci lift quraşdırılmadan həyətdə saxlanılır. Göründüyü kimi, sözügedən hökmlə müəyyən olunmuşdur ki, klinikanın təmirtikintisi üçün alınmış 2 liftdən biri quraşdırılmış, digəri isə quraşdırılmadan həyətdə saxlanılmışdır. Apellyasiya məhkəməsinin *8 yanvar 2024-cü il tarixli iclasında "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili olan Vəkil2 da verilmiş suallara cavab olaraq bildirmişdir ki, klinika üçün 2 ədəd lift alınmış olsa da, cinayət işi üzrə ittiham irəli sürülərkən klinikaya baxış keçirilmiş, həmin vaxt binada liftin birinin quraşdırıldığı, digərinin isə quraşdırılmadan həyətdə saxlanıldığı müəyyən edilmişdir. Lakin o qeyd etmişdir ki, sonradan "xxxx" MMC tərəfindən həmin quraşdırılmamış lift 45000 manat müqabilində satılmışdır. Liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Bundan sonra apellyasiya məhkəməsinin 05 fevral 2024-cü il tarixli iclasında isə Vəkil2 bildirmişdir ki, o, məhkəmənin *8 yanvar 2024-cü il tarixli iclasında "xxxx" MMC tərəfindən liftin satılması ilə bağlı izahat verərkən Cavabdeh2 adını ümumiyyətlə çəkməmiş, həmin lift "xxxx" MMC tərəfindən 45000 manata satılmışdır. Hesab edir ki, həmin liftin satılması ilə bağlı "xxxx" MMC-də yazılı hər hansısa sənəd mövcud ola bilər, ona görə də həmin sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Məhkəmə kollegiyası Vəkil2 *8 yanvar 2024-cü il tarixli məhkəmə iclasındakı izahatını da nəzərə alaraq onun 05 fevral 2024-cü il tarixli iclasda bildirdiklərinə tənqidi yanaşır və belə hesab edir ki, bu yolla məhkəmə mübahisənin həllinin yubadılmasına çalışılır. Hazırda qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, X20.LTD şirkətinə məxsus X*7 Elevator (yataq lifti), X3 Elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və quraşdırılması ilə bağlı 88898 manat məbləğində pul xərclənmişdir. Belə olan halda isə * ədəd liftin qiyməti 44449 manat şəklində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin *8 yanvar 2024-cü il tarixli iclasında isə Vəkil2 həmin liftin 45000 manata satıldığını qeyd etmişdir. Ona görə də məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, Cavabdeh* vəsaiti hesabına alınmış, lakin quraşdırılmamış * ədəd lift sonradan "xxxx" MMC tərəfindən 45000 manat müqabilində satılmış, liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, həmin liftin satışından əldə olunmuş vəsait olan 45000 manat məbləğində pul vəsaiti ikinci iş üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir. Hazırda qanuni qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə həm də müəyyən olunmuşdur ki, 30000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3*500 manat Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına sərf olunmuşdur. İş materialları ilə də müəyyən olunur ki, Cavabdeh* Cavabdeh3 klinikanın təmiri üçün verdiyi vəsait hesabına Cavabdeh3 rentgen aparatının alınması üçün Cavabdeh2 30000 ABŞ dolları borc vermiş, bu zaman Cavabdeh* razılıq almasını təsdiq edə bilməmiş, sonradan həmin pul məbləği də geri qaytarılmamışdır. Sözügedən rentgen aparatı isə hazırda "xxxx" MMC-nin istifadəsindədir. Bu səbəbdən də həmin rentgen aparatının alınması üçün sərf olunmuş məbləğ olan 30000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə ikinci iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir. Məhkəmə kollegiyası bu zaman həm də qeyd etməyi zəruri sayır ki, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həqiqətən də qismən əsaslıdır. Belə ki, hazırda Cavabdeh3 məsuliyyəti məhz qeyd edilən rentgen aparatının alınması üçün sərf olunmuş 30000 ABŞ dollarına münasibətdə mövcuddur və birinci instansiya məhkəməsi isə onun məsuliyyətinin həcmini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə kollegiyası bildirir ki, klinikanın təmiri üçün sərf olunmuş 289768,50 manat pul vəsaitindən rentgen aparatının alınması üçün sərf olunmuş 30000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3*500 manat) və * ədəd liftin dəyəri kimi müəyyən edilmiş 44449 manat məbləğində pul vəsaiti çıxılmalıdır. Bu zaman yekunda əldə olunan məbləğ 2*38*9,50 manat (289768,50 manat – 3*500 manat – 44449 manat) təşkil edir. Qeyd olunan 2*38*9,50 manat isə klinikanın təmiri üçün vicdanlı sahib kimi Cavabdeh* tərəfindən xərclənmiş, lakin hazırda əmlaka zərər yetirmədən ondan ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyəridir. Cavabdeh* isə klinika üçün edilmiş və ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərini tələb etməkdə haqlıdır. Bu cür yaxşılaşdırmaların dəyəri həmin əmlakın mülkiyyətçisindən tutulmalıdır. İşdəki RX ******* seriya nömrəli, 23*4003373 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında 0,08* ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi *66*,5 kv.m, tikintialtı sahəsi 666,2 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası (klinika) *8 iyul 20*4-cü ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh4 05 oktyabr 2020-ci ildə vəfat etmiş, ondan miras qalmış əmlaka dair vərəsəlik işi isə açılmamışdır. Bununla belə, Masallı rayon Mənzil İstismar Sahəsinin 24 oktyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Cavabdeh4 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: *) Cavabdeh5; 2) Cavabdeh6; 3) X6. Bu səbəblə də, hər üç vərəsə ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri olaraq cəlb edilmişlər. Qeyd olunmalıdır ki, Cavabdeh5 və Cavabdeh6 ayrıca olaraq da ikinci iş üzrə cavabdeh qismində cəlb olunmuşlar. Məhkəmə kollegiyası hər üç vərəsənin hüquqi varis qismində cəlb edilməsi zamanı həm də onu nəzərə almışdır ki, onların heç biri mərhum anaları Cavabdeh4 miras qalmış əmlakda olan miras paylarından imtina etməmiş, beləliklə də, miras əmlakı qəbul etmiş sayılmışlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, klinikadan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 2*38*9,50 manat məbləğində pul vəsaiti ikinci iş üzrə Cavabdeh4 qalmış mirasdan imtina etməyən onun vərəsələri olan hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir. İkinci iş üzrə iddiaçı Cavabdeh* Rusiya Federasiyasında olan mənzilinin orta bazar dəyərindən 85*83 ABŞ dolları ucuz satılması və Bakı şəhərində olan mənzillərinin real dəyərindən 23000 ABŞ dolları ucuz satılması ilə əlaqədar həmin məbləğləri də vurulmuş ziyan olaraq cavabdehlərdən tələb etmişdir. Cavabdeh* Rusiya Federasiyasında yerləşən mənzilinin alğı-satqısına dair 26 iyun 20*5-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqavilədə mənzilin ******* rus rublu müqabilində satıldığı qeyd olunmuşdur. “Veqa” müstəqil ekspert qiymətləndirilməsinin 20 fevral 20*7-ci il tarixli hesabatından isə görünür ki, həmin mənzilin qiymətləndirmə tarixinə yuvarlaqlaşdırılmış bazar qiyməti *245*000 rubl təşkil edir. Lakin Cavabdeh* Bakı şəhərində olan mənzillərinin satılması və onların real dəyərinə dair hər hansı sənəd təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, müqavilə azadlığı prinsipi çərçivəsində satılan mənzilin mülkiyyətçisi kimi Cavabdeh* həmin mənzillərin satış qiymətinin müəyyənləşdirilməsində sərbəst olmuş, ona hər hansı hədə-qorxu, təsir, məcburetmənin olması barədə hər hansı hal müəyyən edilməmiş, sadəcə olaraq mənzillərin tələsik satılması səbəbindən onların dəyərindən ucuz satıldığını qeyd etmiş və bunun da cavabdehlərin ucbatından baş verdiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, real dəyərindən ucuz satıldığı iddia edilən mənzillərin satış qiyməti ilə real dəyəri arasındakı fərqin ona vurulmuş ziyan kimi ödənilməsi ilə bağlı Cavabdeh* tələbi əsaslı hesab edilə bilməz və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Cavabdeh* digər tələbi **367* manat əldən çıxmış fayda formasında vurulduğunu iddia etdiyi maddi ziyanla bağlıdır. Mülki Məcəllənin 2*.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh* əldən çıxmış fayda şəklində ona vurulduğunu iddia etdiyi maddi zərərin əvəzinin ödənilməsinə dair tələbini əsaslandırmaq üçün bölgədə maldarlıq (iri və xırda buynuzlu) təsərrüfatı sahəsinin təşkili üzrə investisiya layihəsini təqdim etmişdir. Həmin layihəyə əsasən, layihə üzrə orta illik mənfəət 68742 manat şəklində müəyyən edilmişdir. Cavabdeh* həmin rəqəmə istinad edərək orta günlük mənfəətin *88,33 manat olacağını, beləliklə, biznes planın tərtibindan keçmiş * il 8 ay ərzində cəmi **367* manat (68742 manat + (*88,33 manat × 30 gün × 8 ay)) əldən çıxmış fayda şəklində ona zərər vurulduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası əldən çıxmış fayda şəklində vurulmuş ziyanın ödənilməsinə dair hissədə də Cavabdeh* iddia tələbinin təmin edilməməli olduğunu bildirir və öz mövqeyini bununla əsaslandırır ki, MM-in 2*.2-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunverici əldən çıxmış faydanı şəxsin hüququnun pozulmayacağı təqdirdə onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəliri şəklində izah edir. Bu baxımdan Cavabdeh* onun hüququ pozulmasaydı və klinika fəaliyyətə başlasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri müvafiq sübutlar təqdim edərək tələb etməkdə haqlı olardı. Hazırkı halda o, klinikanın təmirinə müəyyən vəsait sərf etməklə həmin klinikadan sahibkarlıq fəaliyyətinə uyğun olaraq gəlir götürmək üçün istifadə etmək məqsədini güdmüşdür. Lakin Cavabdeh2 və Cavabdeh3 onun verdiyi pulun bir hissəsini mənimsəmələri nəticəsində hüququ pozulmuş, beləliklə də, müqavilə üzrə gələcəkdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhz bu əsasla o, həmin gəlirləri əldən çıxmış fayda şəklində tələb edə bilərdi. Lakin həmin halla əlaqədar Cavabdeh* hər hansı dəlil irəli sürməmiş, hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, Cavabdeh* əldən çıxmış fayda tələbini ümumiyyətlə ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi bağlanmasaydı, başqa fəaliyyətlə məşğul ola biləcəyinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh* iddia tələbinin digər hissəsi isə ona vurulduğunu iddia etdiyi 70000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Belə ki, Cavabdeh* qeyd edir ki, cavabdehlərin hərəkətləri onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatlıq hissləri keçirməsinə səbəb olmuşdur. Qeyd olunan hərəkətin, yəni aldadılmaqla pulunun mənimsənilməsinin sistematik olaraq davam etməsi mənəviyyatını sarsıtmış, iddiaçıya dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi zərər dəymişdir. Cavabdeh* hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyil. Lakin ədaləti bərpa etmək və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə, həmçinin * il ərzində reallaşdıra bilmədiyi biznes plana görə məhrum olduğu gəlirə uyğun özünə vurulan mənəvi zərəri də 70000 manat civarında qiymətləndirmişdir. Mülki Məcəllənin *096.*-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in *097.*-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İkinci iş üzrə iddiaçı Cavabdeh* isə fiziki və mənəvi sarsıntılar keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini özündə əks etdirən mötəbər sübutlar təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Cavabdeh* ona mənəvi zərərin vurulması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iş materialları ilə də bu cür zərərin vurulması faktı müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə də Cavabdeh* iddia tələbi təmin edilməməlidir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi birinci iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiasına aid hissədə dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasına aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh* iddia tələbi qismən təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.*-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **5-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in *07-ci və **9.*-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, ikinci iş üzrə iddia qismən təmin edildiyindən, onun verilməsinə görə Cavabdeh* tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manat hissəsi "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq Cavabdeh* ödənilməlidir. Məhkəmə kollegiyası MPM-in *07-ci, **5-ci və **9.*-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, 22 yanvar 20*8-ci il tarixli, 2*009 nömrəli və 2* sentyabr 20*8-ci il tarixli, *4846 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində ekspertiza xərci müştərək qaydada "xxxx" MMCdən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.*, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil*, ikinci iş üzrə Cavabdeh3, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi birinci iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasına aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İkinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbi qismən təmin edilsin. 2*38*9,50 manat məbləğində pul vəsaiti ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilsin. 30000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə ikinci iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilsin. 45000 manat məbləğində pul vəsaiti ikinci iş üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilsin. İkinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbi qalan hissələrdə təmin edilməsin. İkinci iş üzrə iddia ərizəsinin verilməsinə görə Cavabdeh* tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manat hissəsi "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq Cavabdeh* ödənilsin. 22 yanvar 20*8-ci il tarixli, 2*009 nömrəli və 2* sentyabr 20*8-ci il tarixli, *4846 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində ekspertiza xərci müştərək qaydada "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından tutularaq, X*, Kod 2*0005, VÖEN *40*55507*, müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN *70032662*, AZ34CTRE**********000208850* nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar