Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-324/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə baxan Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun öz-özünə etirazına açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, mülki iş üzrə məhkəmə iclasına sədrlik edən hakim Füzuli Pənahov öz-özünə etiraz edərək, qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin ailə üzvlərinin, yaxın qohumlarının birinin digərinə qarşı, nikahın pozulması, əmlak tələbi barədə onun sədrliyi ilə əvvəllər işlərə baxılmış və işlər üzrə qanuni qərarlar qəbul edilsə də, hər bir halda tərəfindən qanunsuz qərarlar çıxarıldığını bəhanə gətirərək, tərəflər dəfələrlə şikayət etmişlər. Bundan əlavə hazırkı iş üzrə iddiaçı, onun həyat yoldaşı və sonuncunun valideynləri onunla yerli və Saatlı rayonunda qonşudurlar. Cavabdeh isə Sabirabad rayon sakinidir. Məhkəmənin hazırlıq iclası və məhkəmə baxışı iclasında tərəflər arasında çox ciddi mübahisə və münaqişə baş vermiş, onları sakitləşdirmək üçün əlavə polis əməkdaşları cəlb edilmişdir. Bütün bunları nəzərə alaraq, hesab edir ki, işə onun sədrliyi ilə və Sabirabad Rayon Məhkəməsində baxılarsa, məhkəmə tərəfindən qəbul ediləcək qərarın obyektivliyinə tərəflər hər bir halda şübhə ilə yanaşacaq, bu da əlavə şikayətlərin yaranmasına səbəb olacaqdır. Sabirabad Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli protokol-qərarına əsasən mülki iş öz-özünə etiraza baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Etiraza baxılmasına dair apellyasiya baxışında tərəflər iştirak etməmişlər. Kollegiya mülki iş üzrə öz-özünə etiraza, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özüözünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. 21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Həmin Məcəllənin 22.5-ci maddəsinə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özüözünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası öz-özünə etirazı iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, etiraz əsaslıdır və Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov tərəfindən işə baxıldığı halda, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair tərəflərdə şübhə doğura bilər. Özözünə etiraz edən məhkəmə sədri etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, onun həyat yoldaşı və sonuncunun valideynləri onunla yerli və Saatlı rayonunda qonşudurlar. Cavabdeh isə Sabirabad rayon sakinidir. Məhkəmənin hazırlıq iclası və məhkəmə baxışı iclasında tərəflər arasında çox ciddi mübahisə və münaqişə baş vermiş, onları sakitləşdirmək üçün əlavə polis əməkdaşları cəlb edilmişdir. Bunlara əsasən də, məhkəmə kollegiyası qeyd edir ki, etiraz üçün əsaslar məhkəmə hazırlıq iclasında və məhkəmə baxışında yaranmışdır. Etiraz əsaslıdır. Belə olan halda da, öz-özünə etiraz əsaslı hesab olunaraq təmin edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21, 22, 23.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə baxan Sabirabad Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Füzuli Pənahovun özözünə etirazı təmin edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-324/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-324/2024
08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver