Məhkəmə qərarları › İş №2(106)-339/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-339/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-339/2023 09.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması tələbinə dair mülki işi üzrə İddiaçı işə baxan məhkəmə sədrinə etirazına yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmə baxışına təyin edildikdən sonra, 24 noyabr 2022-ci il tarixdə İddiaçı işə baxan məhkəmə sədrinə yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsаslаndırılmışdır ki, o, Cavabdeh Əlizamin oğluna qarşı 2015-ci il tarixdə aliment tələbinə dair məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsi ilə Cavabdeh onun xeyrinə birgə faktiki nikahdan olan uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Lakin sonradan o, cavabdehin həmin alimenti ödəməkdə çətinlik çəkməsini nəzərə alaraq, aliment tələbindən imtina etmiş və həmin işin icraatına xitam verilmişdir. Hazırda onun maddi durumu uşağın təminatını ödəməyə imkan vermədiyinə görə o, yenidən məhkəmədə aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Lakin mülki iş məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında işə baxan məhkəmə sədri məhkəmənin çağırışına gəlməyən cavabdehdən deyil, ondan sübutlar tələb etməklə, habelə hər iki valideynin uşağı saxlamaq vəzifəsi olduğunu bildirməklə, bir növ qarşı tərəfin vəkili rolunda qismində çıxış etmişdir. Cavabdeh onların ümumi tanışları ilə söhbətləri zamanı mülki işin onun xeyrinə həll edilməsi ilə bağlı məhkəmə ilə öncədən sövdələşdiyini bildirmişdir. İşə baxan hakimin mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında ona ünvanladığı “iynəli” suallar və məhkəmə sədrinin də əslən Lənkəran rayonundan olması Cavabdeh həmin iddiasının doğru olduğunu təsdiq edir. Onun öz doğma qardaşı da hüquqşünasdır və 2 dəfə hakimliyə namizədliyini versə də, ilkin mərhələlərdə yüksək ballar toplasa da, hər dəfə 3-cü mərhələdən keçməmişdir. Buna görə də onun məhkəmə sistemində işlərin necə həll olunduğuna dair kifayət qədər məlumatı vardır. O, Biləsuvar Rayon Məhkəməsinin bitərəf olmadığına və cavadehi dəstəklədiyinə dair tam əmindir. Lakin onun etirazının əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı yoxdur. Buna görə o, mülki işə Biləsuvar Rayon Məhkəməsində baxılmasına qəti etiraz edir və etirazı təmin edilmədiyi təqdirdə növbəti məhkəmə iclasında iştirak etməyərək, bütün yuxarı instansiyalara şikayətlər edəcəkdir. Bununla əlaqədar İddiaçı yazılı etirazın baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə və mülki işin baxılması üçün başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin İddiaçı Cavabdeh Əlizamin oğluna qarşı tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə iddiasına dair mülki işə baxan məhkəmə sədrinə etiraz məsələsinə baxılması üçün İddiaçı tərəfindən verilmiş etiraz mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı 0xx.xx.2023-cü il tarixində məhkəməyə elektron formada yazılı müraciət edərək üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 15:00-da Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında hakimə olan etiraz ərizəsinə baxılacaqdır. Qeyd etmişdir sağlamlıq imkanları məhdud övladımın (ensefalit xəstəsi) səhhətində dünəndən problem yarandığı üçün üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Hakimə olan əsaslı etirazına obyektiv münasibət bəsləməyinə inandığını bildirmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir, 19.1.1 O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2 O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3 O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4 o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5 o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6 o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7 onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 21-ci maddəyə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. 23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. 2.4. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər, cinayət məhkəmə icraatında isə Azərbaycan Respublikası CPM-nin 7.0.18-ci maddəsinə əsasən cinayət prosesinin istənilən iştirakçısı habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları malikdir. Məhkəmə aktları hüquqlarına və mənafelərinə toxunmayan digər şəxslərin hakimə (məhkəmə tərkibinə) etiraz etməsinin hüquqi əsası yoxdu Həmin Qərarın 5.3-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPMnin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. 5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli mövqedə olması və başqa hallar nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı : İddiaçı tərəfindən verilmiş etiraz təmin edilməsin və mülki iş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar