Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-341/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X8, Cavabdeh iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması və əlavə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə X4 12 iyun 2010-cu ildən rəsmi nikahda olmuşlar. Nikahdan 3 uşaq- 27 sentyabr 2011-ci il təvəllüdlü Zəhra, 29 iyul 2013-cü il təvəllüdlü Nuray və 05 süntyabr 2016-cı il təvəllüdlü Ağasadıq doğulmuşdur. Əvvəllər aliment tələbinə dair işə baxılmış, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014cü il tarixli qətnaməsi ilə 27 sentyabr 2011-ci ildə anadan olmuş X10 və 29 iyul 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlaması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Hazırki tələbində iddiaçı X1 Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə 2 uşağa görə təyin edilmiş alimentin miqdarının artırılmasını, 27 sentyabr 2011-ci ildə anadan olmuş Zəhra və 29 iyul 2013-cü ildə anadan olmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 190 manat, cəmi 380 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulmasını, həmçinin 05 sentyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlaması üçün əlavə olaraq cavabdehdən hər ay 190 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə borclunun aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulan aliment uşaqların ehtiyaclarını ödəmir. Hazırda uşaqların xərcləri artmışdır. Bundan başqa cavabdeh yeni doğulmuş 05 sentyabr 2016-cı il təvəllüdlü Ağasadıq adlı bir nəfər uşağının saxlanması üçün ona heç bir yardım göstərmir. Hazırda həmin uşağının saxlanmasında da çətinlik çəkir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti vaxtında ödəyir və gecikməsi olmur. Sonradan doğulmuş 05 sentyabr 2016-cı ildə anadan olmuş Qasımzadə Ağasadıq uşağının saxlanması üçün maddi imkanı olmadığı üçün aliment ödəyə bilməmişdir. Hazırda işləyir, 312 manat maaş alır, əlavə olaraq təsərrüfatla məşğuldur və hər ay uşaqlarının saxlanması üçün hər uşağa görə 120 manat, cəmi 360 manat aliment ödəmək imkanı vardır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə R.Qasımovanın iddiası qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli 2(055)-158/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 27 sentyabr 2011-ci ildə anadan olmuş X10 və 29 iyul 2013-cü ildə anadan olmuş X11 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasının hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, 05 sentyabr 2016-cı ildə anadan olmuş X6 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin 04 iyul 2022-ci il tarixdən alınaraq X2 xeyrinə ödənilməsi, qətnamənin 05 sentyabr 2016-cı ildə anadan olmuş X6 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin alınması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, alimentin hər ay hər uşaq üçün 100 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, aliment məbləği əsassız olaraq artırılmışdır. Belə ki, hazırda rəsmi əmək haqqısı 273 manat təşkil edir. Bu barədə arayış məhkəməyə də təqdim etmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin qismən ləğv edilməsini, alimentin hər ay hər uşaq üçün 100 manat miqdarında təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında cavabdeh bildirdi ki, maddi vəziyyəti aşağıdır. Məktəbdə bağban işləyir, əmək haqqı aşağıdır. Cavabdehin bildirdiyinə görə, iddiaçı özü də işləyir 380 manat maaş alır. İddiaçı X4 apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı R.Qasımova məhkəməyə apellyasiya şikayətinin dəlillərinə yazılı etiraz göndərmiş, etirazında cavabdehin yaxşı qazanc əldə etdiyini, valideynləri ilə birgə təsərrüfatlarının olduğunu, lakin uşaqların saxlanmasına köməklik göstərmədiyini bildirmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 12 iyun 2010-cu ildən isə rəsmi nikahda olmuşlar. Bu nikahdan 3 uşaq- xx.xx.2011-ci il təvəllüdlü Zəhra, 29.072013-cü il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Ağasadıq doğulmuşdur. Əvvəllər aliment tələbinə dair işə baxılmış, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014cü il tarixli qətnaməsi ilə əvvəlki uşaqlara görə, cavabdehin aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Hazırki tələbində iddiaçı əvvəl təyin olunmuş alimentin miqdarının artırılmasını, hər uşağa 190 manat olmaqla sabit pul məbləğində tutulmasını, eləcə də 3-cü uşağa görə ayda 190 manatdan sabit məbləğdə alimentin tutulmaını xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2022-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh aliment məbləğinin əsassız artırıldığını, alimenti ödəməyə imkanının olmadığını qeyd etsə də, Kollegiya əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indiki vəziyyətdə uşaqların saxlanılması üçün yetərli olmadığını, iddiaçının maddi durumunun yüksək olmadığını, əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment məbləği təyin edildikdən sonra uşaqların müəyyən qədər böyüdüyünü, onların maddi tələbatının artdığını, ölkə üzrə yaşayış minimumunun da artdığını nəzərə alaraq, alimentin artırılmasının zəruri olduğunu, eləcə də xx.xx.2016-cı il təvəllüdlü Ağasadığın saxlanılması üçün alimentin tutulması tələbinin qanuni olduğunu vurğulayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə iddiaçı və cavabdehin maddi durumunu nəzərə alaraq alimentin miqdarını artırarkən və müəyyən edərkən əsaslı qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(055)-750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-341/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-341/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver