Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-361/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaq və aliment» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)140/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)140/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (X5) iddianın təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 Cavabdeh alınıb, uşaqların anası İddiaçı verilməsi, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1780/2021 saylı qətnaməsi əsasında cavabdehdən hər ay hər uşaq üçün 170 manat məbləğində tutulan alimentin həcminin artırılaraq 193 (bir yüz doxsan üç) manat müəyyən edilməsi və azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, ümumilikdə isə iki uşaq 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, hazırkı qətnamə əsasında alimentin tutulmasının, bu qətnamənin qüvvəyə minərək, qətnamənin icrası qaydasında uşaqların atadan alınıb anaya verildiyi vaxtdan hesablanması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manatın və mediasiya xərci 50 (əlli) manatın, ümumilikdə isə 100 (yüz) manat pul vəsaitinın Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikahdan Xədicə və Zəhra adlı uşaqları olmuş, tərəflər arasında ailə-nikah münasibətləri pozulduqdan sonra, İddiaçı Xətai Rayon Məhkəməsində qaldırdığı iddia tələbi təmin edilərək, onlar arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş azyaşlı uşaqlarının onun yanında qalmaları müəyyən edilməsi və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10704/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, alimentin tutulmasına X3 və X4 ataları Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi gündən başlanılması qət edilmişdir. Lakin sonradan cavabdeh uşaqları öz yanında saxlamağa dəvam etmiş və iddiaçı dəfələrlə cavabdehdən uşaqları ona qaytarmasını tələb etsə də, cavabdeh uşaqları anaya verməkdən imtina etmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini əsaslı sayaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında, İddiaçı ilə aralarında olan münasibətlər pisləşdikdən sonra birgə nikahlarından doğulmuş X1 və X4 onun yanında qaldığını, daha sonra Xətai Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə onlar arasında nikah münasibətlərinə xitam verilib uşaqların anaya verilməsi qət edilsə də uşaqların yenə də onun yanında qaldığını bildirmişdir. Cavabdeh həmçinin izahatında Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də şikayətinin uşaqların ona verilməsi ilə bağlı hissədə təmin edilmədiyini qeyd etmişdir. İddiaçı da apelllyasiya icraatı zamanı izahatında Xətai Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə uşaqların ona verildiyini, lakin bu günə qədər uşaqların hələ də cavabdehin yanında qaldığını, ona görə də məhkəmədə iddia qaldırdığını bildirmişdir. Hazırda da uşaqların atasının yanında qalmasına etirazı olmadığını və cavabdehlə bu barədə razılaşdıqlarını bildirmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1780/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh qarşı eyni tələblə, yəni «uşaq və aliment» tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sabirabad Rayon məhkəməsi eyni tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı həmin tələb üzrə təkrar məhkəməyə müraciət etməsi üçün yeni əsaslar yaranmalıdır. Yeni əsas dedikdə, məsələn uşaqların ananın yanında olduğu halda yenidən ata tərəfindən götürülməsi və ya uşaqların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarının uşaqların saxlanması üçün zəruri xərclərə kifayət etməməsi başa düşülə bilər. Lakin hazır ki işdən görünür ki, tərəflər arasında nikah münasibətlərinin pozulduğu vaxtdan uşaqlar faktiki olaraq atanın yanında olmuş, Xətai rayon Məhkəməsinin 2(011)-1780/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların anaya verilməsi müəyyən edilsə də qətnamə icra edilməmiş və uşaqların atanın yanında qalması davam etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10704/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də alimentin tutulmasının uşaqların anaya verildikdən sonra başlanması müəyyən edilmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində həmçinin aliment miqdarının artırılması məsələsini qoysa da real vəziyyətdən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalmalarının müəyyən edilməsi, uşaqlar atada olduğu halda, həm də, uşaqların atadan alınaraq anaya verilməsini də etiva edir. Bu halda İddiaçı yenidən uşaq tələbi barədə məhkəməyə müraciət etmək yerinə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1780/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasını tələb edə bilər. Çünki qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığından icra edilməlidir. O, ki qaldı iddiaçının məhkəmənin qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılmasına, bu tələb də, yeni yaranmış hal kimi iddiaçı tərəfindən məhkəməyə müraciət üçün əsas verə bilməz. Belə ki, alimentin artırılması ilə bağlı tələb o zaman əsaslı sayılmalıdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artıq uşaqların tələbatlarını ödəməsin və minumum yaşam standartlarının altında qalsın. Lakin iş materiallarından da aydın görünür ki, uşaqlar faktiki olaraq atanın yanında olmuş və bu səbəbdən də alimentin ödənilməsi baş tutmamışdır. Beləliklə kollegiya iddianın istər uşaq tələbi, istərsə də, aliment tələbi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, hər iki tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamənin icrası təmin edilmədiyindən, həmçinin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslar yaranmadığından iddiaçının eyni tələb üzrə yenidən məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Halbuki məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublkası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.8-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırmasına maneə olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)140/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı «uşaq və aliment» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: Cavabdeh tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)140/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «uşaq və aliment» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-361/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-361/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver