Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-363/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid fehruz oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi və əlavə xərclərin tutulması" tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(053)-419/2023 saylı qətnaməsindən (hakim C.Qədimov) İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə, apelyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi və əlavə xərclərin tutulması" tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 25 mart 2002-ci il təvəllüdlü uşağı X1 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərclərdə iştirak etməsi məqsədilə 400 manat miqdarında əlavə xərcin və 16 fevral 2006-cı il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında olan nikah Neftçala Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikahın pozulması 23 fevral 2017-ci il tarixdə müvafiq dövlət orqanında qeydə alınmışdır. Birgə nikahdan 25 mart 2002-ci ildə doğulmuş X6 və 16 fevral 2006-cı ildə doğulmuş X7 adlı uşaqları var. X13 uzun müddətdir ki, ağır psixi xəstəlikdən əziyyət çəkir. Qızının özünü idarə edə bilməməsi səbəbindən o (iddiaçı), heç bir yerdə işləyə bilmir. Fatimənin xəstəliyi ilə əlaqədar əlavə qulluğa ehtiyacı vardır. Onun həqiqətən xəstə olması tibbi sənədlərlə, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 26 fevral 2020-ci il tarixli 1499 saylı arayışına əsasən «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları» diaqnozu ilə qeydiyyata alınması ilə təsdiq olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdlehin etirazı onunla əsaslandırılmışdır ki, həqiqətən Neftçala Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə olan nikahı pozulmuşdur. Birgə nikahdan 25 mart 2002-ci il təvəllüdlü X6 və 16 fevral 2006-cı il təvəllüdlü X7 adlı iki övladı dünyaya gəlmişdir. Nikah pozulmamışdan əvvəl iddiaçı ona qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Neft-Qaz Çıxartma İdarəsində çilingər vəzifəsində işlədiyinə görə məhkəmənin qərarına əsəsən uşaqlarının yetkinlik yaşına çatana kimi aylıq qazancının və digər gəlirlərinin üçdə bir hissəsi tutularaq İddiaçı xeyrinə verilmişdir. Hazırda böyük X13nın 2020-ci ildə yetkinlik yaşına çatması ilə əlaqədar alimentin ona aid hissəsində icrasına xitam verilmiş, lakin kiçik qızı X7 üçün hər ay əmək haqqından 350-360 manat civarında aliment tutulur. İşlə əlaqədar bildirir ki, iddiaçı ilə ayrıldıqdan sonra 08 aprel 2016-cı ildə X3 ilə ailə həyatı qurmuşdur. Hazırkı nikahdan uşağı olmayıb. Özü uzun illərdir ki, təzyiq və ürək xəstəliklərindən əziyyət çəkir. Xəstəlikləri ilə bağlı daimi müalicələr alır. Bunun üçün də aylıq xeyli miqdarda dərmanlar alır. Hazırda iddiaçı ondan qızı Fatimənin xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq 400 manat, həmçinin Nəzrin Kərimovanın saxlanması üçün 220 manat aliment tələb edir. Bildirir ki, iddiaçının qızı Fatimə ilə bağlı məhkəməyə təqdim etdiyi tibbi diaqnozla heç vaxt razı ola bilməz. Çünki qızının sadəcə gözündə zəiflik olduğu üçün eynəkdən istifadə edir, lakin iddiaçının uşağın psixi pozuntusunun olması və ikinci şəxsə ehtiyacı olması ilə bağlı göstərdikləri ilə heç vaxt razı ola bilməz. Bildirmək istəyir ki, hazırda çox çətinliklə ailəsini və özünü dolandırır. Həmçinin İddiaçı hazırda türk vətəndaşı ilə ailə həyatı qurub Bakı şəhərində yaşayır. Bundan əlavə iddiaçı Sədərək Ticarət Mərkəzində satıcı işləyib kifayət qədər qazanc əldə edir. Bununla iddiaçının məqsədi onun maddi vəziyyətini bərbad hala salmaqdır. Bundan əlavə ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının Neftçala rayon qəbul şöbəsi tərəfindən müraciəti əsasında verilmiş 05 may 2023-cü il tarixli arayışda qızı Fatimənin İİ qrup ümumi səbəbdən əlilliyə görə 220 manat məbləğində müddətsiz sosial müavinət alması göstərilmişdir. Qeyd edir ki, iddiaçı ilə birgə yaşadıqları müddətdə öz halal zəhməti ilə aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini tam təmirli və əşyaları ilə birlikdə iddiaçıya və uşaqlarına qoyaraq evdən çıxmışdır. Bu günədək həmin evin bölgüsü ilə əlaqədar məhkəmədə iddiaçıya qarşı heç bir tələb irəli sürməmişdir. İkinci dəfə ailə qurduqdan sonra bir müddət kirayə qalmışdır. Sonradan məcbur olub "xxxx" ASC-dən kredit götürərək ev almışdır. Hazırda əmək haqqından həmin banka 4 illik müqavilə əsasında aylıq 610 manat kredit ödənişi edir. Aldığı əmək haqqından bir uşağa görə aliment tutulandan sonra aylıq maaşının cəmi 300 manatı özünə qalır. Əgər iddiaçının tələb etdiyi məbləğ ondan tutularsa, maddi durumu bərbad vəziyyətə düşəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(053)-419/2023 saylı qətnaməsi ilə iddia iddia qismən təmin olunaraq, Cavabdeh 25 mart 2022-ci il təvəllüdlü X4 görə əlavə xərclərin ödənilməsinə cəlb edilməsi və 10 aprel 2023-cü il tarixindən başlayaraq ondan hər ay sabit pul məbləğində 80 (səksən) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cаvаbdеhin gəlirlərinin kifаyət qədər оlmаsınа bахmаyаrаq 80 mаnаt məbləğində хərcin tutulmаsı ədаlətsizdir və uşаğa хəstəliyinə görə çəkilən хərcinin hеç 5/1 hissəsini təşkil еtmir. Məhkəmə tərəfindən mаddi hüquq nоrmаsının tələbi bахımındаn cаvаbdеhə dаir və uşаğın хəstəliyi ilə bağlı bütün diqqətə lаyiq hаllаr nəzərə аlınmаlıdır. Özünün heç bir yerdə işləmədiyi, cаvаbdеhin аilə vəziyyətindədə dəyşiklik оlmаdığı, gəlirinin kifаyət qədər оlduğu halda bir uşаğа görə аlimеnt öhdəliyindən аzаd оlmаsı və gəlirinin аrtmаsı bахımındаn əlаvə хərc оlаrаq 80 mаnаt müəyyən еdilməsi əsаssız və ədаlətsizdir. Bеləki, Neftçala Rayon Məhkəməsinin 13 yаnvаr 2023-cü il tаriхli qətnаməsi Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəllənin 9-cu mаddəsinin tələblərinin pоzulmаsı ilə çıхаrıldığındаn qаnunа müvаfiq hеsаb еdilə bilməz. Məhkəmə işdə оlаn sübutlаrı düzgün qiymətləndirməyərək ətraflı аrаşdırmа аpаrmаmışdır. Məhkəmə işə üzrə iddiаçı оlаrаq tərəfindən təqdim еdilən sübutlаrı qаrşılıqlı qiymətləndirməklə qətnаmə çıхаrmаlı idi. Məhkəmə tərəflərin hüquqi vəziyyəti ilə bаğlı hаlı sübutlаrı qаrşılıqlı təhlil еtməklə qiymətləndirməməkdə hаqlı оlmаmışdır və subutlаrı düzgün qiymətləndirməmişdir. Məhkəmənin gəldiyi nəticə üzrə faktiki hallar aydınlaşdırılmamış, yəni uşağın xəstəliyi ilə bağlı hallar tam olaraq araşdırılmamışdır. c)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ə)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericililə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən əlavə xərclərdə iştiraka cəlbetmə ilə bağlı hissədə tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Kreditor İddiaçı borclu Cavabdeh qarşı "alimentin tutulması" barədə ərizəsi üzrə Neftçala Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli 2(53)-335/2013 saylı məhkəmə əmrinə əsasən 25 mart 2002-ci il təvəllüdlü X1 və 16 fevral 2006-cı il təvəllüdlü X2 04 iyul 2013-cü il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir; İddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair iddiası üzrə Neftçala Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(53)-40/2015 saylı qətnaməsindən görünür ki, tərəflər arasında 30 sentyabr 2000-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 02 iyun 2020-ci il tarixli 522 nömrəli arayışından görünür ki, 25 mart 2002-ci il təvəllüdlü Neftçala rayon sakini X6 həqiqətən də Neftçala MRX-nin 21 aprel 2020-ci il tarixli 329 saylı göndərişinə əsasən 21 aprel 2020-ci il – 01 may 2020-ci il müddət arasında «Orta dərəcəli əqli gerilik davranış pozğunluqları ilə, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluqları ilə» diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının Neftçala rayon qəbul şöbəsi tərəfindən 05 may 2023-cü ilə verilmiş arayışın məzmunundan görünür ki, X4 İİ qrup ümumi səbəbdən əlilliyə görə 220 manat məbləğində müddətsiz sosial müavinət təyin edilib; Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin 13 iyul 2023-cü il 17/114-868/20 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair icra sənədi üzrə aliment borcu borclunun əmək haqqına yönəldilmişdir. 2020-ci ilin aprel ayında uşaqlardan birinin 18 yaşı tamam olduğuna görə hal-hazırda 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh gəlirlərindən ¼ hissədə pul tutulmaları davam etdirilir; "Nikah haqqında" şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 adlı şəxslə ailə qurmuş, Neftçala rayon Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilməklə, nikahları rəsmiləşdirilmişdir; Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəliləri 16 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması hissədə əsassızdır. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, cavabdeh Neft-Qaz Çıxartma İdarəsində çilingər vəzifəsində işləməklə müntəzəm qazanca malikdir və qüvvədə olan məhkəmə əmrinə əsasən uşağın saxlanması üçün əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilmişdir. Cavabdehin normal qazancı olduğundan, tutulan alimentin miqdarı da yaşayış minimumundan az olmamışdır. 16 fevral 2006-cı il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatmışdır. Apellyasiya şikayətinin dəlillərini 25 mart 2002-ci il təvəllüdlü X1 xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi hissədə tədqiq edən kollegiya həmin hissədə də, şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Ailə Məcəllsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi istənilən 25 mart 2002-ci il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmış şəxsdir. Ailə Məcəllsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulan hallarda valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, fəaliyyət qabiliyyətli yetkinlik yaşına çatmış övlad özü məhkəmədə iddia qaldıraraq valideyinlərinin əlavə xərclərdə iştiraka cəlb edilməsini tələb edə bilər. Hazırki işdə isə iddia əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladın özü tərəfindən deyil, onun anası İddiaçı tərəfindən qaldırılmışdır. İş materiallarından maraqları naminə iddia qaldırılmış 25 mart 2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz şəxs olması, anası İddiaçı isə onun üzərində qəyyum təyin edilməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Bununla belə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən, apellyasiya instnasiyası məhkəməsinin isə qətnaməni mübahisələndirən şəxsə münasibətdə və mübahisələndirilən hissədə yoxlamaq səlahiyyəti olduğundan, yuxarıda qeyd olunan əsaslarla qətnamə ləğv oluna bilməz. Kollegiya həmçinin eyni əsaslardan çıxış edərək hesab edir ki, 25 mart 2002-ci il təvəllüdlü X4 münasibətdə apellyasiya şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Əlavə xərclərlə bağlı hissədə tələb üzrə iddianın qiyməti (400X12=4800) manat, mübahisələndirilən hissədə isə qiyməti (80x12=960; 4800-960=3840) 3840 manat təşkil edir. Alimentin tutulması qaydasının dəyişdirilməsi hissədə iddianın qiyməti (220X10=2200) 2200 manat təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(053)-419/2023 saylı qətnaməsi İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Mayılov
Məhkəmə qərarları › İş №2(106)-363/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-363/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver