Məhkəmə qərarları › İş №2(106)-436/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-436/2024

25.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-436/2024 25.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum atası X1 ödənilməmiş 2462 manat əmək haqqının ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi tərəflərə göndərilmiş, cavabdeh tərəfə qətnamənin surəti təqdim edilmiş, bu barədə cavabdehin nümayəndəsi xx.xx.2023cü il tarixdə xəbərnaməyə imza etmişdir. Cavabdeh apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş, müki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron kabinetə yerləşdirmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, cavabdeh yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron kabinetə yerləşdirməklə yanaşı, apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə halda işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə əlavə edildiyindən birinci instansiya məhkəməsi tərəfindən ərizəyə münasibət bildirilməli idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə müddətin bərpasına dair cavabdehin ərizəsinə münasibət bildirilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinə əlavə edilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar