Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-451/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə barədə ərizə göndərərək İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh xeyrinə tutulmuş aliment borcunun əvvəlcədən ödənilmiş pul məbləği ilə əvəz edilməsinin xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)- 1054/2018 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı azaldılaraq, iddiaçıdan Cavabdeh xeyrinə 14 iyun 2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə ona qarşı aliment tələbi qismən təmin edilmişdir. İddiaçı Cavabdeh nikahları pozulmadığı halda, ona boşanacağı haqda heç bir fikir bildirmədiyi halda, ailəyə və övladlarına baxdığı halda İmişli rayon məhkəməsinə birgə nikah dövründə dünyaya gəlmiş uşaqları - xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2013-cü ildə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün onun xeyrinə bir uşaq üçün 200 manat (cəmi 400 manat) sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərək hər bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat tutulmasına dair qətnamə qəbul etmişdir. Bu iş üzrə iddiaçı Cavabdeh 2022-ci ildə məhkəməyə nikahın pozulması üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixli qətnamə ilə nikahları pozulmuşdur. O, 18 yaşından Rusiyada yaşayır və Rusiya vətəndaşıdır. Cavan və sağlam olduğu üçün pul qazanırdı. Elə bilirdi ki, belə də davam edəcək. Bütün qazancı ailəsində idi. Demək istəmədiyi çox şeylər var ki, hər şeyi Allah bilir və keçmiş həyat yoldaşı bilir. Bilir ki, ondan pul istəməyə haqları yoxdur. Onun illərlə qazandığı onlarda olmuşdur. Həm də çox böyük məbləğdə. Necə istəyirlər o, cür dəyərləndirsinlər. Birdəfəlik aliment kimi, yaxud nə istəyirlər o cür. Amma onun indi bu yaşında, müxtəlif xəstəlik və ehtiyac içində onların ondan nə isə istəməyə haqları yoxdur. Rusiyanı sanksiya çökürdüb. Pul güngündən qiymətdən düşür. Özü xəstə, ürəyində stend, şəkər xəstəsidir və özünün pula ehtiyacı var. O, anlayır ki, övladlarına baxmalıdır. Amma illərlə yığdığın yığışdırıb götürüb gediblər, onun pulsuz qoyublar. Daha neynəməlidir. Onun heç nəyi yoxdur. Uşaqlara baxmaq ananın da borcudur. “Uşaq hüquqları haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideyinlərin uşagm tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli müstəqil həyata hazırlamalıdırlar, uşağın qabiliyətinin inkişaf etdirilməsi onun maddi və mənəvi təlabatlarının təmin edilməsi hüquq və mənafelərinin mühavizəsi valideyinlərin əsas vəzifəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Orxan Mahmud), iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 2(036)- 1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi-vəkili Vəkil apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, alimentin məbləğinin azaldılması ilə bağlı düzgün nəticəyə gəlməyərək, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)- 1054/2018 saylı qətnaməsindən görünür ki, ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmuş və alimentin tutulmasının əvvəli 07 mart 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(036)- 763/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2008-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış 324 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(036)- 2282/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Nümayəndə qarşı sonuncudan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 150 (bir yüz əlli) manat olmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan ambulator xəstənin tibbi kartından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, stenokardiya, 2-ci mərhələ hipertoqniya xəstəliyi, arterial hiperteneziya, 2- ci dərəcə arterial hipertenziya diaqnozu qoyulub. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(106)-2109/2023 saylı qərardadından görünür ki, cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 2(036)-1054/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İV JQ 388328 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin hüquqi əsasını İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)- 1054/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarının azaldılması təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İş materiallarında olan ambulator xəstənin tibbi kartından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, stenokardiya, 2-ci mərhələ hipertoqniya xəstəliyi, arterial hiperteneziya, 2-ci dərəcə arterial hipertenziya diaqnozu qoyulub. Kollegiya qeyd edir ki, alimentin təyin edilməsi zamanı hər şeydən əvvəl əsas meyar uşaqların üstün mənafeyi olsa da, iş materiallarından görünür ki, iddiaçı səhhəti ilə əlaqədar İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(036)-2282/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarını ödəmək iqtidarında deyildir. İddiaçının dediyinə görə xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti olmadığından onun əvəzinə alimenti də məhz anası ödəyir. Belə olan halda iddiaçının səhhətinin onun əmək qabiliyyətinə təsir etməsi və alimenti ödəmək iqtidarında olmaması məhkəmə tərəfindən nəzərə alınmalı və təyin edilmiş alimentin miqdarı yeni qaydalar uyğun olaraq minumum əmək haqqının misli miqdarında müəyyən edilməklə azaldılmalıdır. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə 14 iyun 2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)- 1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə 14 iyun 2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (400-364)x12=432 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə 14 iyun 2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-451/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-451/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver