Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-460/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2(036)-1647/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu arasında bağlanmış Nisyə satış müqaviləsi üzrə 3498 manat əsas borc və 300 manat cərimə borcu olmaqla 3798 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC Borclu arasında bağlanmış xx.xx.2021 tarixli SATK03043 saylı Nisyə satış müqaviləsinə əsasən Borcluya 3998 manat məbləğinə məişət məhsulunu kreditlə - nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 1166 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(036)-1647/2021 saylı əmri ilə ərizə təmin edilmiş 3498 manat əsas borc və 300 manat cərimə borcu olmaqla 3798 manat borcun Borclu Kreditor MMC-nin xeyrinə tutulması qət edilmişdir. Borclu etiraz verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(036)- 1647/2021 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1647/2021 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş etiraz qanunla müəyyən edilmiş müddəti ötürərək verildiyindən geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Borclu yenidən etiraz edərək məhkəmənin əmrini xx.xx.2023-cü ildə icra şöbəsindən götürdüyünü, birinci instansiyanın əmrini surətini göndərdiyi ünvanla heç bir əlaqəsinin olmamasını, buna görə də, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(036)-1647/2021 saylı əmrinin ləğv edilməsini və işə ümumi iddia qaydasında baxılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(036)-1647/2021 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(036)-1647/2021 saylı qərardadının ləğv edilərək etirazının təmin edilməsini xahiş edir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(036)-1647/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2(036)-1647/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. MPM-in 283-cü maddəsinə görə borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Belə ki, kollegiya borculunun iş üzrə məhkəmə əmrinin ona göndərilməməsi, ümumiyyətlə, belə bir məhkəmə aktından xəbərdar olmaması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işdə olan xəbərnaməyə əsasən Borclu İmişli Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli e-2(036)-1647/2021 saylı əmrinin surətini 21 iyun 2021-ci il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır (səh. 21). Göründüyü kimi, qanunvericilikdə məhkəmə əmrinə etiraz verilməsi üçün konkret olaraq müddət nəzərdə tutulmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə verdiyi etirazda məhkəmənin əmrini xx.xx.2023-cü ildə icra şöbəsindən götürdüyünü qeyd etsə də, o, iş üzrə məhkəmə əmrindən xx.xx.2021-ci il tarixdə ilk dəfə etirazını vermişdir. Kollegiya diqqətə çatdırır ki, milli və beynəlxalq hüquq normalarının imperativ tələblərinə əsasən məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qanunidir və onun ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən, habelə prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığı üçün şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İmişli Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2(036)-1647/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli e-2(036)-1647/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-460/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-460/2024
12.02.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver