Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-461/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntularından əmələ gələn maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan ona vurduğu maddi ziyana görə 17.239 (on yeddi min dörd yüz otuz doqquz) manat, mənəvi ziyana görə isə 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Hacıqabul rayonu, Atbulaq kənd sakini Cavabdeh yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iddiaçının sağlamlığına zərər vurmuşdur. xx.xx.2023- cü il tarixdə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Kamaz 53212” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının da içində olduğu X3 məxsus avtomobillə toqquşması nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı və sol said nahiyəsinin əzilmiş yarası xəsarətlərini almışdır. İddiaçı aldığı xəsarətdən 3 dəfə - xx.xx.2023-cü ildə X6, xx.xx.2024-cü ildə təkrar X6 və xx.xx.2024-cü il tarixdə Medistyle Hospitalda əməliyyat edilmişdir. Aldığı xəsarətlə əlaqədar İİİ qrup əlillik dərəcəsi almaq ərəfəsindədir, belə ki, bununla bağlı aidiyyəti qurumlarda müvafiq rəsmiləşmələr aparılır. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-139/2024 nömrəli Qərarı ilə cavabdeh, iddiaçı və xəsarət alan digər sərnişinlərin barışıq ərizəsi əsasında cinayət təqibinə xitam verilməklə, cinayət məsuliyyətindən azad edilmişdir. Qaradağ rayon Məhkəməsinin qeyd olunan qərarından göründüyü kimi, cavabdehin əməli nəticəsində yuxarıda göstərilən xəsarətləri almağı sübuta yetirilmiş və bu, işin mübahisəsiz haldır. Cinayət təqibi zamanı, cavabdeh iddiaçının tam şəkildə ayağa qalxaraq, hadisədən öncəki vəziyyətinə qayıdacağı vaxta kimi maddi cəhətdən yanında olacağına söz vermişdir. İddiaçı onun bu vədinə inanaraq, insanlıq göstərərək, onunla barışıq ərizəsi imzalamış və nəticə etibarı ilə məsuliyyətdən azad olmasına kömək etmişdir. Lakin o, etibardan suiistifadə edərək, verdiyi vədə əməl etməyərək, ona hadisə baş verən zaman ödədiyi 1500 manat puldan başqa hər hansı bir köməklik etməmişdir. Hadisə baş verən tarixdən bu günə kimi 1980 (bir min doqquz yüz səksən) manat kirayə haqqını, orta hesabla 600 (altı yüz) manat kommunal ödənişləri, rəsmi və qeyri-rəsmi müalicə və digər xərcləri qohuməqrəbadan alınmış borclar və xəstə, yaşlı valideynlərinin köməkliyi ilə ödəmişdir. Eyni zamanda, müalicə xərcləri, iynə-dərmanın alınması, tibb bacısı xidmətləri və sair kimi xərclərin mövcudluğu da bəlli məqamlardır. Son əməliyyatı zamanı zəruri olan protezi sığorta təmin etmədiyi və ödənişini qarşılamadığı üçün, 700 (yeddi yüz) manat, qan üçün isə 150 (bir yüzəlli) manat rəsmi ödəniş etmişdir. Baş vermiş hadisə nəticəsində ona dəymiş və gözlənilən maddi, eləcə də mənəvi ziyan aşağıdakılardan ibarətdir: 1. Maddi ziyan cəmi - 17.436 (on yeddi min dörd yüz otuz altı) manat, açıqlaması aşağıdakı kimidir: 1.1. Taksi fəaliyyəti ilə məşğul olmaqla orta hesabla gündəlik qazandığım 35 (otuz beş) manat – hadisə baş verdiyi gündən xx.xx.2024-cü il tarixə kimi (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) 320 təqvim gününə - 11.200 (on bir min iki yüz) manat; 1.2. Aylıq kirayə haqqı 180 (yüz səksən) manat – 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayına kimi, (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) – 1980 (bir min doqquz yüz səksən) manat; 1.3. Aylıq kommunal xərclər yay-qış ayları üzrə sərfiyyat nəzərə alınmaqla 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayına kimi, (lakin əlavə olaraq məhkəmə qətnaməsi elan olunan günə kimi hesablanmaqla) orta hesabla – 600 (altı yüz) manat; 1.4. Medistyle Hospitalda protezə və qana görə ödədiyim cəmi 850 (səkkiz yüz əlli) manat; 1.5. Müalicə reseptləri – 476 (dörd yüz yetmiş altı) manat; 1.6. Müalicəmlə bağlı bu günə qədər olan digər xərcləri (nəqliyyat, tibb bacısı, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyrirəsmi ödənişlər və sair) – təqribi hesablamalarıma əsasən ağılabat məbləğ - 2000 (iki min) manat; 1.7. Bu məhkəmə işi ilə əlaqədar çəkdiyi ehtimal olunan xərclər (yaşadığı Bakı şəhərindən Hacıqabul şəhərinə gediş-gəliş və digər yol xərcləri) – 300 (üç yüz) manat; 1.8. X1 verdiyi etibarnamə (dövlət rüsumu və xidmət haqqı) - 30 (otuz) manat. 3. Mənəvi ziyan – 20000 (iyirmi min) manat. İddianın ədalətli şəkildə həll edilməsini və hüququ pozulmuş vətəndaş kimi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsi (hakim O.Bayramov) ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsinə” dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər almışdır. Həmin cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 1(002)- 139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş və həmin qərarla cinayət işi üzrə icraata zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi əsası ilə xitam verilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixindən etibarən qanuni qüvvədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarət olmuşdur ki, iş üzrə İddiaçı Cavabdeh tərəfindən törədilmiş cinayət əməli üzrə zərərçəkmiş şəxs qismində iştirakçı olmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı İddiaçı Cavabdehla barışaraq bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. Cinayət işinə baxan Bakı şəhər Qaradağ Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin mövqeyini nəzərə almaqla təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edərək cinayət işi üzrə məhkəmə baxışına xitam vermişdir. Göründüyü kimi, iş üzrə iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak edərkən öz mövqeyini bildirməklə təqsirləndirilən şəxslə barışmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cinayət işi üzrə məhkəmə baxışı zamanı öz hüquqi mövqeyini bildirməklə cavabdehlə barışmış və nəticədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1-ci maddələri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.3, 217.4, 106.1, 80-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, hal-hazırki iş üzrə cavabdehin Qaradağ Rayon Məhkəməsində aparılmış cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq o, baş vermiş avtoqəza nəticəsində 4 dəfə cərrahi əməliyyat olunmuş (2 dəfə cinayət işinə baxılması dövrü ərzində, 2 dəfə də həmin iş üzrə qərar qəbul olunduqdan sonra) və nəticədə 3-cü qrup əlil olmuşdur. İş materiallarına sübut kimi əlavə etdiyi xəstəlik tarixcəsini əks etdirən müvafiq tibbi sənədləri nəzərə almayan Məhkəmə, belə bir ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası olan, dispozisiya əlamətləri ilə uzlaşan tibbi sənədlərə diqqət yetirməyən Məhkəmə, həmin sənədləri hüquqi dəyərləndirmədən işi başa çatdırmışdır. Məhkəmə qanunvericiliyi düzgün tətbiq etməyərək bu işi cinayət işi ilə əlaqələndirmiş, cinayət işinin nəticəsinə görə bu iş üzrə iddia tələbini rədd etmişdir. Sözügedən cinayət işinə baxılması müddəti ərzində 2 dəfə - bir dəfə hadisə baş verən vaxt xx.xx.2023-cü il tarixdə, təkrarən isə xx.xx.2024-cü il tarixdə cərrahi əməliyyat olunmuşdur. Əgər onun cərrahi əməliyyatları bununla bitmiş olsaydı, səhhəti normallaşaraq, əmək fəaliyyətinə başlasaydı, heç vaxt cavabdehə qarşı belə bir iddia tələbi irəli sürməzdi. Lakin, iş materiallarına əlavə etdiyi xəstəlik tarixcəsinə dair tibbi sənədlərdən göründüyü kimi, baş vermiş avtoqəza səbəbindən səhhətində yaranmış problemlər davam etmiş, cinayət işi üzrə məhkəmə qərarı qüvvəsini aldıqdan sonra da 2 dəfə - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əməliyyat olunmuşdur. Bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o bu məlumata məhəl qoymamış, səhhəti ilə maraqlanmamış, ona nəinki maddi, heç mənəvi cəhətdən də dəstək olmamışdır. Cinayət prosesi gedişatında vəziyyətinin keçirdiyi 2 əməliyyatla düzələcəyini güman etdiyi üçün barışıq ərizəsi vermişdir. Daha sonra təkrarən 2 dəfə əməliyyat olunacağını bilsəydi, təbii ki, belə bir ərizə verməzdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsində işə baxılarkən cavabdehin ona köməklik edəcəyi vədinə inanaraq barışıq barədə ərizə təqdim etmiş və cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Ondan sonra cavabdeh ona 2000-2500 manat məbləğində ödəniş etsə də, ondan sonra 2 əməliyyat zamanı da yanında olmamışdır. Cinayət işi üzrə məhkəmə qərarı qüvvəsini aldıqdan sonra da 2 dəfə - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əməliyyat olmuş, lakin əməliyyatla bütün xərclər Qarabağ qazisi olduğu üçün Dövlət tərəfindən qarşılanmışdır. Buna baxmayaraq dərman, müalicə xərcləri kifayət qədər təşkil edir. Mənəvi zərərlə bağlı qeyd edir ki, səhhəti ilə bağlı heç kim onu işə götürməmiş, iş imkanından məhrum olmuşdur. Bununla da ailəsinin maddi ehtiyaclarını qarşılaya bilməyib, onların qarşısında mənəvi əzab çəkmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya 3000 manatadək maddi köməklik etmişdir. Hazırda işdən çıxmışdır. Maddi vəziyyəti pisdir. Ədalətli qərar çıxarılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı; Həmin qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı; Həmin qərara əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş 1573.33 manat maddi zərərə və 1000 manat mənəvi zərərə aid hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə həmin hissədə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı həmin hissədə yanlış qənaətə gələrək təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş 1573.33 manat maddi ziyan və 1000 manat mənəvi ziyana aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh 1573.33 manat məbləğində maddi ziyan üçün, 1000 manat mənəvi ziyan üçün pul alınaraq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər almışdır. Həmin cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş və həmin qərarla cinayət işi üzrə icraata zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi əsası ilə xitam verilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixindən etibarən qanuni qüvvədədir. Şikayətin dəlili ondan ibarətdir ki, baş vermiş avtoqəza nəticəsində 2 dəfə cinayət işinə baxılması dövrü ərzində, 2 dəfə də həmin iş üzrə qərar qəbul olunduqdan sonra əməliyyat olunmuşdur. Xəstəlik tarixcəsini əks etdirən müvafiq tibbi sənədləri məhkəmə nəzərə almamışdır. Məhkəmə tərkibi şikayətin dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Birinci instansiya məhkəməsi zamanı iddiaçı izahatında barışıqla bağlı ərizəni öz imzaladığını bildirmişdir. Eyni zamanda, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasi CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cinayət mühakimə icraatı çərçivəsinə işə baxılarkən iddiaçı cavabdehlə barışmasını təsdiq edən müvafiq ərizəni işə baxan məhkəməyə təqdim etmiş və bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmiş və cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. İddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Qeyd edilməlidir ki, Qaradağ Rayon Məhkəməsində zərərçəkmiş şəxsin (hazırkı iddiaçının) belə bir mövqeyi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün vacib amildir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş qərarda cinayət təqibinə xitam verilməsinə əsas olan iddiaçının mövcud ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Məhkəmə tərkibi qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qəbul edilməsinədək iddiaçıya dəymiş maddi ziyanla bağlı barışıq olduğu üçün birinci instansiya məhkəməsi həmin tarixədək dəymiş maddi zərərin ödənilməsi hissəsində iddianı təmin etməməklə haqlı olmuşdur. Lakin qeyd edilməlidir ki, həmin vaxtdan sonra yaranmış maddi zərərlə bağlı birinci instansiya məhkəməsi təqdim edilən sənədləri, habelə ödəniş qəbzlərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarında olan (səhifə 21, 22, 43, 46, 50) və elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən natamam şəkildə çıxarıldığı üçün apellyasiya baxışı zamanı işə əlavə edilmiş (səhifə 105, 106, 107, 108, 109) sənədlərdən (ödəniş qəbzlərindən) müəyyən edilir ki, İddiaçı müayinə və dərmanlar üçün 1573.33 manat məbləğində pul ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, dəymiş maddi ziyanın 1573.33 manata dair hissəsi işdə olan sübutlarla təsdiq olunduğu üçün həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin təsdiqi kimi iş materiallarına əlavə edilən digər sənədlərdə ödənişlər və dəymiş ziyan (Taksi fəaliyyəti ilə məşğul olmaqla əldə edəcəyi gəlir, Aylıq kirayə haqqına dair, nəqliyyat, tibb bacısı, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyrirəsmi ödənişlər və sair) öz təsdiqini tapmadığından, iddia tələbinin maddi ziyana dair digər hissədə təmin edilməməlidir. Eyni zamanda apellyator verdiyi şikayətində cinayət işi üzrə məhkəmə qərarı qüvvəsini aldıqdan sonra da 2 dəfə - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əməliyyat olunduğunu bildirmiş, Eyni zamanda apellyasiya mərhələsində verdiyi izahatında əməliyyat olunması üçün bütün xərclərin qarabağ qazisi olduğu üçün Dövlət tərəfindən qarşılandığını bildirmişdir. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, qeyd edilən əməliyyatlar üçün lazım olan vəsait Dövlət tərəfindən qarşılanmışdırsa iddiaçı maddi zərər kimi onu cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Ona görə şikayət həmin hissədə təmin edilə bilməz. Məhkəmə tərkibi iddianın mənəvi ziyana aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi iddiaçının məruz qaldığı mənəvi ziyana görə cavabdehin kompensasiya ödəməli olmasına dair şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, mənəvi ziyana görə tutulan kompensasiya məbləği işin hallarına, iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara, insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmalıdır. «Mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. İş materiallarından görünür ki, iddiaçı Qaradağ Rayon Məhkəməsinin 1(002)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanuni qüvvəyə minməsindən sonra iki dəfə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra iddiaçının müəyyən mənəvi zərərə məruz qalması qaçılmazdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, səhhəti ilə bağlı heç kim onu işə götürməmiş, iş imkanından məhrum olmuşdur. Bununla da ailəsinin maddi ehtiyaclarını qarşılıya bilməyib, onların qarşısında mənəvi əzab çəkmişdir. Məhkəmə tərkibi onu da nəzərə alır ki, sağlamlığının pozulması və buna görə də işləyə bilməməsi faktı iddiaçının mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki, sağlamlığının pozulması nəticəsində işləyə bilməyib ailəsinin maddi ehtiyaclarını qarşılaya bilməyən iddiaçının ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və belə halların başqa dəlillərlə sübuta ehtiyacı yoxdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə qismən əsaslı olduğundan, mənəvi ziyana görə cavabdehdən ağlabatan məbləğ tutularaq iddiaçıya verilməlidir. Məhkəmə tərkibinin qənaətinə görə mənəvi ziyana görə 1000 manat məbləğin tutulması ağlabatan məbləğ hesab edilərək cavabdehdən alınaraq iddiaçiya verilməlidir. Mənəvi ziyana görə tutulan kompensasiya məbləği işin hallarına, iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. İddiaçının mənəvi ziyana görə tələb etdiyi 20000 manat məbləğində kompensasiya isə qeyd olunan meyarlara cavab vermir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsi iddianın təmin edilməyən 1573.33 manat maddi və 1000 manat mənəvi ziyana aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh maddi ziyan üçün 1573.33 manat, mənəvi ziyan üçün 1000 manat, cəmi 2573.33 manat pul alınaraq İddiaçı verilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(071)-37/2025 saylı qətnaməsi iddianın təmin edilməyən 1573.33 manat maddi ziyan və 1000 manat mənəvi ziyana aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh maddi ziyan üçün 1573.33 manat mənəvi ziyan üçün 1000 manat, cəmi 2573.33 manat pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-461/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-461/2025
13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver