Məhkəmə qərarları › İş №2(106)-465/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-465/2024

29.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-465/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, vəkili X* və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh* Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh* ASC-yə) qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(048)-724/2023 saylı (hakim Atabəy Kiçibəyov) qətnaməsindən cavabdeh "Azərsu” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərsu ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin X*2 əməkdaşları tərəfindən tərtib edilmiş «*6 iyul 2023-ci il tarixli 007863 saylı AKT-in ləğv edilməsi və əsasız yerə hesablanmış 2*72 manat məbləğində cərimənin silinməsi və ödənilmiş *00 manat dövlət rüsumunun alınıb xeyrinə verilmesi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lerik şəhər V.Müslümov küçəsi ev *0 A ünvanında yerləşən Ruslan Palas şadlıq sarayının quyusu olduğundan lazım olan su təlabatını şəxsi quyusundan istifadə etməklə, çirkab sularını qeyri yaşayış sahəsinin sambon tipli anbarına axıdırılar.Sözü gedən ünvanda yerləşən qeyri yaşayış sahəsinə layihə-smeta sənədləri əsasında alternativ olaraq İddiaçı oğunun adına 6*0046 abanet kodu verilməklə, CSS20 markalı *50*7406 nömrəli mexaniki sayğac quraşdırılmaqla su çəkilmiş və 05 may 20*7-ci il üçün tarixindən *5 iyul 2023-cü il tarixinədək cəmi sərfiyyat 53 manat təşkil etmiş, sərf edilən suyun pulunu vaxtı vaxtında ödəniş etmidir. Qeyd etiyi kimi şəxsi quyusu olduğundan 7 il ərzində su sərfiyyatını cəmi 53 manat olmuşdur.*6 iyul 2023-cü il tarixində qonşusu X*3 ona məxsus Ruslan Palas şadlıq sarayının yan hissəsində yolun əks tərəfində yerləşən yerüstü yanğın hidrantına qoşularaq öz şəxsi avtomobilini yuyarkən Azərsu ASC-nin 3-X*6 İdarəsinin X*2 əməkdaşı, qurup rəhbəri Orxan Nəciyev tərəfindən qonşusu X9 irad bildirilməsinə baxmayaraq, qurup rəhbəri Orxan Nəciyev, guya digər əməkdaşlar mühəndis Novruz Zaidov və çilingər İbrahim Nuriyevin iştirakı ilə hadisə yerində olmuş onlar 007863 nömrəli akt tərtib etmiş, Ruslan Palas şadlıq sarayına aidiyyatı olmayan şəxsin əməlini guya sudan qeyri qanuni istifadə etdikləri üçün rəsmiləşdirərək rəhbərliyə təqdim etmiş, nəticədə qeyri qanuni olaraq İddiaçı oğunun adına olan Ruslan Palas şadlıq sarayında istifadə olunan 6*0046 abanet koduna 2*72 manat məbləğində əsasız cərimə tətbiq olunmuşdur.Cərimənin əsassız olduğuna əyani sübut (20*7- 2023) 7 il ərzində su sərfiyyatının cəmi 53 manat olması, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Ruslan Palas şadlıq sarayının fəaliyyətinin vergi orqanında dayandırılması və X*0 məhkəməyə dəvət edərək Ruslan Palas şadlıq sarayının yan hissəsində yolun əks tərəfində yerləşən yerüstü yanğın hidrantına qoşularaq öz şəxsi avtomobilini yumasını təsdiqləməsi olmuşdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Ruslan Şadlıq sarayı artıq 7 ildən çoxdur ki, faliyyət göstərir.Şadlıq sarayının su quyusu və 25 ton su tutumu olan su çəni vardır. İddiaçı oğunun adına 6*0046 abanet kodu verilməklə, CSS20 markalı *50*7406 nömrəli mexaniki sayğac quraşdırılmaqla su çəkilmiş və 05 may 20*7-ci il üçün tarixindən *5 iyul 2023-cü il tarixinədək cəmi sərfiyyat 53 manat təşkil etmiş, sərf edilən suyun pulunu vaxtı vaxtında ödəniş etmidir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "Azərsu” ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı iddianı qəbul etrməyərək bildirmişdir ki, qeyd edilən ünvanda əməkdaşları tərəfindən obyektə daxil olmadan su təchizatı və kanalizasiya xidmətlərinə viziual baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçının istifadəsind olan obyekti su ilə qidalandıran iri tutumlu ehtiyyat su çəninə "xxxx" ASC-nin yanğın hidrantından açıq şəkildə qanunsuz qoşulma müəyyən edilmiş və nəticədə "Azərsu” ASC-yə məxsus şəbəkədən sudan qanunsuz istifadə edilməsi aşkar edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(048)-724/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı qarşı cavabdeh "Azərsu” ASC tərəfindən tərtib edilmiş "*6 iyul 2023-cü il tarixli, 007863 saylı AKT” və həmin akt əsasında hesablanmış 2*72 manat borc ləğv edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olan *00 (bir yüz) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci İddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonunda yaşamaqla, Lerik şəhəri,V.Müslümov küçəsi, ev *0 A ünvanında yerləşən “Ruslan Palas” şadlıq sarayına sahiblik edir və sözügedən obyekt onun mülkiyyətindədir. İddiaçı qeyri-əhali qrupuna aid olmaqla, 20*7-ci ildən su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçı kimi “Azərsu" ASC-nin Abonent bazasında qeydiyyata götürülmüşdür. İş materiallarından görünür ki, *6.07.2023-cü il tarixdə cavabdehin X*2 əməkdaşları həmin obyektin su təchizatının yaxınlığında yerləşən “Azərsu" ASC-nin yanğın hidrantına qoşulduğunu aşkar etmiş, dərhal sudan qeyri-qanuni istifadə faktı rəsmləşdirilmiş, video çəkiliş aparılmış və müvafiq olaraq *6.07.2023-cü il tarixli, 007863 №-li akt tərtib edilmişdir. Həmin aktda yalnız aşkar olunan hallar özəksini tapmışdır. Aparılmış araşdırma nəticəsindəsindən qeyri-qanuni istifadəsi nəticəsində itirilmiş su hesabatı **2 təqvim günü əhatə etdiyi üçün, buna mütənasib olaraq 2*72 (iki min yüz yetmiş iki) manat məbləgində dəymiş ziyan məbləği hesablanmışdır. Dəymiş ziyan məbləği iddiaçıdan tələb edilmiş, iddiaçı isə həmin məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı öncəsi tərəflərindən iddia tələbinə etiraz, sübut növü daşıyan foto və CD disk, eləcədə şahid dindirilməsinə dair vəsatət verilmiş və təmin edilmişdir. Məhkəmə baxışı zamanı sudan qanunsuz qoşulm afaktını aşkar edən və bunu protokollaşdıran mühəndis Orxan Naciyevın şahid izahatları verilmiş, CD diskə baxış keçirilməsinə gəldikdə isə işə sədrlik edən həmin disk ilə tanış olduğunun bildirmiş və dinləmələrə keçmişdir. Beləliklə, tərəf olaraq cavabdeh tərəfindən qeyde dilən bütün sübutlar (yazılı və şifahi, eləcəd şahid ifadəsi) məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin Cavabdeh* ASC-nin yanğın hidrantından Ruslan şadlıq sarayının su xəttinə boru vasitəsi ilə qanunsuz qoşulma faktına dair heç bir sübut təqdim edə bilməməsi qeydi həqiqətə uyğun deyildir və yanlışdır. Bundan başqa işə məhkəmə gedişində iddiaçının nümayəndəsinin məhkəməyə regional vergi idarəsində fəaliyyətinin müvəqqəti dayandırılmasını nəzərə alaraq həmin orqana məhkəmə sorğusu verilməsinə dair vəsatətləri də qəbule dilməmişdir. Sudan səmərəsiz, israfçılıqla istifadə etdikdə və ya öz hərəkətləri ilə buna başqaları üçün imkan yaratdıqda hüquqi və fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Belə ki, İddiaçı öz hərəkətləri ilə, yəni üçüncü şəxsə sudan qeyri-qanuni istifadəsinə şərait yaratdığı üçün məsuliyyət daşıyır. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaçının vergi ödəyicisi, cavabdehin hüquqi şəxs olduğunu bildirərək, işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X7, vəkili X4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş; Kapital Bank ASC tərəfindən 3*.07.2023-cü il tarixli *3080 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası "AZƏRSU” ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsi Lerik Sukanal sahəsi rəisi Asif İmanov tərfindən tərtib olunmuş aktdan görünür ki, Lerik rayon Müslümov küçəsi ev *0/A ünvanında faliyyət göstərən Ruslan Şadlıq sarayında İddiaçı abonent kodu 6*0046 saylı nömrəsi *50*7406 olan yerüstü yanğın hidratından istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş *9 sentyabr 2023-cü il tarixli uçota dair arayışdan görünür ki, İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları *4.09.2022ci il tarixdən *4.09.2082-ci il tarixədək dayandırılmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”-nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.*-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.*-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 36.**-ci maddəyə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun *-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il *8 sentyabr tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın *3-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh* ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh* ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.**-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il *8 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun *9 dekabr 2022-ci il tarixli, 6 nömrəli qərarında qeyd edilmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il *8 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin: 2.2. Qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin: “28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı vergi ödəyici olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Hazırkı halda kollegiya hesab edir ki, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Lerik Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.*-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.*-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.*, 387.2.*, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh "Azərsu” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(048)-724/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) *0 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar