Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-479/2025 31.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024cü il tarixli, 2(047)-755/2018 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor ASC borclular Borclu1 və Borclu2 qarşı 338,34 ABŞ dolları əsas, 418,61 ABŞ dolları faiz borcunun və 20 manat ödənilmiş dövlət rusumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(047)-755/2018 saylı məhkəmə əmri ilə Borclu1 və Borclu2 müştərək qaydada 338,34 ABŞ dolları əsas, 418,61 ABŞ dolları faiz borcu, cəmi 756,95 ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bakı şəhəri Atatürk prospekti 42-də yerləşən Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr verilmişdir. Borclu2 etiraz ilə məhkəməyə müraciət edərək məhkəmə əmrindən məlumatlı olmadığını bildirib qeyd edilən əmrin ləğv edilərək iş üzrə iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(047)-755/2018 saylı (X1) qərardadına əsasən Laçın Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(047)-755/2018 nömrəli məhkəmə əmrindən Borclu2 tərəfindən verilmiş etiraz qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və həmin etiraza məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçirilmə müddətinin üzürlü səbəbdən buraxılması barədə qeyd edilən müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan borcluya geri qaytarılması qərara alınmışdır. Hazırda Borclu2 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərardadının ləğv olunması və iş üzrə iddia icraatına keçilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-755/2018 saylı qərardadı ilə, Kreditor ASC-nin borclular Borclu1 və Borclu2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-755/2018 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması Borclu2 şikayətinin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(047)-755/2018 saylı məhkəmə əmri xx.xx.2018-ci il tarixdə borcluya poçt vasitəsilə göndərilmiş və həmin əmrin borcluya çatmaması barədə hər hansı məlumat məhkəməyə daxil olmamış və məhkəmə əmri bu səbəbdən icra üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarını borcluya göndərmiş, borclu isə xx.xx.2018-ci il tarixdə ərizə ilə Laçın rayon məhkəməsinə müraciət edərək Laçın rayon məhkəməsinin 2(047)-755/2018 saylı məhkəmə əmrinin xx.xx.2018-ci il tarixdə ünvanına çatdığını bildirmişdir. Borclunun Laçın Rayon Məhkəməsinə əmrdən yazdığı etiraz xx.xx.2024cü il tarixdə poçt şöbəsinə təhvil verilərək göndərilmiş, lakin borclu həmin əmrin ona gec çatması və ya vaxtında çatmaması ilə bağlı sübut təqdim etməmişdir. Qeyd edilən əmrin qəbul edilməsindən 6 (altı) ildən çöx müddət keçdikdən sonra borclu tərəfindən etiraz göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. MPM-nin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. MPM-nin 130.1-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, borclu tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə məhkəmə əmrindən etiraz verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair etiraza heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmişdir. Odur ki, məhkəmə əmrindən verilmiş etirazın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(047)-755/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(047)-755/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-479/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-479/2025
31.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver