Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-498/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2ə və həmin məktəbin direktoru Cavabdeh* qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)- *399/2023 saylı, 0* dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh* tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 0* dekabr 2023-cü il tarixli, 2(032)-*399/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səidə Məmmədova) iddia təmin edilərək, Cavabdeh2 İddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmrinin ləğv olunması və İddiaçı Cavabdeh2in təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, digər Cavabdeh* isə adi qaydada ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli göndəriş məktubu ilə mülki iş Şirvan Şəhər Məhkəməsinin 0* dekabr 2023-cü il tarixli, 2(032)-*399/2023 saylı qətnaməsindən Cavabdeh2 vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 0* fevral 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh* apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələblərinə cavab vermir. MPM-in 366.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh* apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş və elektron imza ilə imzalanmamışdır. Halbuki, MPM-in *0-*.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in *0-*.5-ci maddəsinə əsasən, bu Məcəllənin *0-*.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.*.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, Cavabdeh* apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu ödəməkdən azad olmasına dair hər hansı sübut təqdim edilməmiş olmasına baxmayaraq, Cavabdeh* apellyasiya şikayətinə onun verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı qəbz də əlavə etməmişdir. MPM-in 36*.*.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.*.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə cavab verməməsini nəzərə almamış, həmin apellyasiya şikayətinə dair hər hansı münasibət bildirməmiş, mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair məhkəmənin 26 yanvar 2024-cü il tarixli göndəriş məktubunda da həmin apellyasiya şikayətinin göndərilməsinə dair hər hansı qeyd etməmişdir. MPM-in 364.*-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh* apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Cavabdeh* apellyasiya şikayətinin MPM-in 36*-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı isə bildirir ki, ilk baxışdan həmin apellyasiya şikayəti MPM ilə nəzərdə tutulmuş formada və məzmunda, müəyyən edilmiş prosessual müddət daxilində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilərək onun səlahiyyətli nümayəndəsi olan vəkil tərəfindən imzalanmışdır. Lakin hazırda Cavabdeh* apellyasiya şikayətinin MPM-in 36*-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə mülki işin birinci instansiya məhkəməsinə qaytarılması zərurəti yarandığından Cavabdeh2 Şirvan Şəhər Məhkəməsinin 2(032)-*399/2023 saylı, 0* dekabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də hazırda icraata qəbul edilməməli, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh* apellyasiya şikayətinə hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra Şirvan Şəhər Məhkəməsinin 0* dekabr 2023-cü il tarixli, 2(032)-*399/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 36*, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 2(032)-*399/2023 saylı, 0* dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Şirvan Şəhər Məhkəməsi tərəfindən Cavabdeh* apellyasiya şikayətinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra Şirvan Şəhər Məhkəməsinin 0* dekabr 2023-cü il tarixli, 2(032)-*399/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-498/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-498/2024
06.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver