Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-517/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X9 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1Tapdıq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1Tapdıq oğluna və İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X6 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1544/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X6 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və X3 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə 3 övladı, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Daha sonra onların nikahları İmişli Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(036)- 2083/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən nikah pozulduqdan sonra X4 iddiaçının yanında saxlanılması, X10 və X2 isə anasının yanında saxlanılması qət edilmişdir. Keçmiş həyat yoldaşı X3 9 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Daha sonra Cavabdeh1 2-ci cavabdehə müraciət edərək övladı üzərində qəyyum təyin edilməsini xahiş etmiş, 2-ci cavabdeh onun bu xahişini təmin etmiş və 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamı ilə 1-ci cavabdehi övladı X6 üzərində qəyyum təyin etmişdir. Cavabdeh1 ona qarşı aliment tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdikdən sonra elektron məhkəmə sistemi vasitəsilə 15 fevral 2024-cü il tarixdə həmin sərəncamla tanış olmuşdur. Sərəncamla tanış olduqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidentinə həmin sərəncamdan xx.xx.2024-cü il tarixli şikayət ünvanlanmışdır. İddiaçı övladının atası olaraq valideynlik hüquqlarından məhrum edilməmiş və onun valideynlik hüquqları məhdudlaşdırılmamışdır. İddiaçı 2-ci cavabdehin qanunsuz sərəncamına görə öz uşağını tərbiyə edə, onun qayğısına qala bilmir. Qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin həm hüququ, həm də borcu olduğundan qızı onu tərbiyə edib böyütməsi üçün ona qaytarılmalı idi. Buna baxmayaraq uşağı üzərində qanunsuz olaraq onun babası 2-ci cavabdehin sərəncamı ilə qəyyum təyin edilmişdir. Hər iki oğlu hazırda iddiaçı ilə birlikdə yaşayır. Belə ki, Davud Nuriyev məhkəmənin qətnaməsi əsasında iddiaçının yanında qalmış, digər oğlu Qadir Nuriyev isə 18 yaşına çatdıqdan sonra öz iradəsi əsasında iddiaçının yanına qayıtmışdır. Hazırda mübahisələndirdiyi sərəncam qızının öz qardaşlarından ayrı yaşamasına səbəb olmuşdur. Buna baxmayaraq Cavabdeh1 qəyyum kimi təyin edilməklə bağlı müraciət etməsi və həmin müraciətin 2-ci cavabdeh tərəfindən təmin olunması iddiaçının hüququnun kobud şəkildə pozulmasının bariz göstəricisidir. İddiaçı hesab edir ki, cavabdehlərin bu hərəkətləri tamamilə qanunsuzdur və həm onun, həm də övladının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-1544/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, yetkinlik yaşına çatmayan nəvəsi X2 üzərində qəyyum təyin edilməsinə dair İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və İddiaçı apellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Apellyasiya icraatı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, X1, X5 və X7 qarşı “uşaq” tələbinə dair 2(106)-127/25 nömrəli mülki işlə, İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X6 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması tələbinə dair 2(106)-517/25 nömrəli mülki işin bir-biri ilə əlaqəli iş olmasını qeyd edərək həmin işlərin eyni icraatda birləşdirilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 Tapqdıq oğlu da 2(106)-127/25 nömrəli mülki işlə, 2(106)-517/25 nömrəli mülki işin bir-biri ilə əlaqəli iş olmasını qeyd etmiş və həmin mülki işlərin bir icraatda birləşdirilməsinə etirazının olmadığını bildirmişdir. İddiaçı kollegiyanın iclasında iştirak etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-127/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1, X5 və X7 qarşı “uşaq” tələbinə dair 2(106)-127/25 nömrəli mülki iş üzrə icraatın, İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X6 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması tələbinə dair 2(106)-517/25 nömrəli (Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan) mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (yekun qərar qanuni qüvvəsini alanadək) dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsindən görünür ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir- biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu, həmin işlərin bir biri ilə bağlı olduğunu, həmçinin prosessual qənaət prinsipi nəzərə almaqla ərizə təmin edilməli, həmin mülki işlər birləşdirilməli və bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, X1, X5 və X7 qarşı “uşaq” tələbinə dair 2(106)-127/25 nömrəli mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X6 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması tələbinə dair 2(106)-517/25 nömrəli mülki işlə birləşdirilsin. Mülki iş 2(106)-127/2025 saylı nömrə ilə məhkəmə baxışı davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-517/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-517/2025
06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver