Məhkəmə qərarları › İş №2(106)-55/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-55/2023

30.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-55/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Salyan Rayon Мəhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə (MMC-yə) qarşı əmək haqqı və onun gecikdirilməsi ilə əlaqədar ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Salyan Rayon Мəhkəməsinin (hakim A.Səmədov) 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 6 aylıq ödənilməmiş əmək haqqına görə, 4674 manatın və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10179,99 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC-yə qiymətləndirici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ilə kimi həmin vəzifədə işləmişdir. Hazırkı tələbində İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı qismində 4674 manatın və həmin məbləğin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddianın məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10179,99 manat vəsaitin, habelə, işdən azad olunduğu vaxt, əmək haqqının iki misli miqdarı olan 1558 manatın, ümumilikdə 16411,99 manatın Cavabdeh MMC-dən tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, o, xx.xx.2020-ci ildə MMC-də qiymətləndirici-ekspert vəzifəsinə işə götürülmüş və xx.xx.2021-ci ilə kimi həmin vəzifədə işləmişdir. Onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. İşdən çıxarkən ona əmək kitabçası və verilməli olan son haqq-hesab verilməmişdir. İddiaçının əmək haqqı 855 manat olmuş, onun xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. 6 aylıq əmək haqqı 4674 manat təşkil edir. 2020-ci ilin fevral, mart, aprel və may aylarının əmək haqqı sentyabr ayında ona ödənilmişdir. Əmək haqqını gecikdirdiyinə görə işəgötürən işçiyə hər gecikdirilən iş günü üçün azı bir faiz ödəniş etməlidir. Ona görə, 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün 7383,38 manat ödəniş etməlidir. Bundan başqa, 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün əmək haqqı gecikdirildiyi üçün 2796,61 manat ödəniş etməlidir. Eyni zamanda işəgötürən tərəfindən iki aylıq əmək haqqı ödənilməmişdir. Tələblərin yerinə yetirilməsi məqsədi ilə dəfələrlə cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu pulu verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iş üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172, 195, 294, 296-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad etmşdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, əvvəlcə xüsusi karantin rejimi ilə əlaqədar müəssisə fəaliyyət göstərməmişdir. Buna görə də həmin dövrdə nə iddiaçı əmək haqqı tələb edə, nə də cavabdeh əmək haqqını ödəyə bilərdi. Həmçinin cavabdehin fəaliyyətinə icazə verildikdən sonra da, iddiaçı iş yerinə gəlməmiş, özünün əmək funksiyalarını yerinə-yetirməmiş və bu səbəbdən də ona əmək haqqı ödənilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhz vaxtamuzd işçi olmuşdur və qanunvericiliyə əsasən işçiyə müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə-yetirdikdə tarif (vəzifə) maaşları ödənilir və əmək haqqına əlavə edilir. Göründüyü kimi, qanunvericilikdə vaxtamuzd işçinin əmək haqqının ödənilməsi şərt olaraq əmək müqaviləsinin qeydiyyatı ilə bağlı portalda qeydiyyatda olması deyil, əmək müqaviləsində müəyyən edildiyi kimi, işçinin iş yerində olması və onun özünün əmək funksiyalarının yerinə yetirməsidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin təmsilçisi izahatında əmək haqqının verilməməsinin pandemiya səbəbindən müəssisənin işləməməsi ilə əlaqədar olduğunu bildirmişdir. İş üzrə iddiaçı sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC-yə qiymətləndirici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ilə kimi həmin vəzifədə işləmişdir. Cavabdeh müəssisə Salyan şəhəri, T.Davudzadə küçəsi 116-da vergi ödəyicisi kimi qeydiyyatda olmaqla təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdir. Əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı cavabdeh təşkilata xx.xx.2020-ci ildə işə düzəlmiş, əmək haqqı 855 manat olmuşdur. İddiaçının adına olan sosial arayışdan görünür ki, onun cavabdeh təşkilatla bağladığı müqavilənin qüvvədə olma tarixi 02 yanvar 2021-ci il olmuşdur. “Bank Respublika”nın müştəri İddiaçı haqqında vermiş olduğu çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə fevral, mart, aprel və may ayları üçün əmək haqqı olaraq 3116,92 manat pulu almışdır. Hazırkı tələbində iddiaçı ödənilməmiş əmək haqqını və həmin məbləğin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar qanunla müəyyən edilən faiz məbləğini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnaməni, iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Ona görə Kollegiya işə MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya şikayəti həddində baxır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddianı əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsin əsasən:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ...

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun tələbinə görə, həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qəraında göstərilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Cavabdeh tərəf izahatında iddia edilən əmək haqqı məbləğinin ödənilməməsini inkar etməmişdir. Cavabdeh əmək haqqının ödənilməməsinin ondan asılı olmayan səbəbdən olduğunu bildirmişdir. Cavabdehin bildirdiyinə görə məlum pandemiya müddətində müəssisə işləməmişdir. İzahatlardan və təqdim edilmiş materiallardan müəyyən edilir ki, 2020-ci ilin fevral, mart, aprel və may aylarının əmək haqqı xx.xx.2020-ci ildə İddiaçı ödənilmiş, 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. İddiaçının izahatından və təqdim edilmiş sənədlərdən görünür ki, ödənilməyən 6 aylıq əmək haqqı 4674 manat təşkil edir. İddia edilir ki, əmək haqqının gecikdirdiyinə görə işəgötürən iddiaçıya 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün 7383,38 manat ödəniş etməlidir. 2020-ci ilin fevral, mart, aprel və may ayları üçün isə gecikdirildiyinə görə 2796,61 manat ödəniş edilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh təşkilatdan 14853,99 manat pulun alınıb iddiaçıya verilməsini əsaslı hesab etmişdir. Təqdim edilmiş sənədlər əsasında 2020-ci ilin iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üçün ödənilməyən əmək haqqı və gecikdirilməyə görə faiz məbləğinin hesablanması, eləcə də 2020-ci ilin fevral-may ayları üçün gecikdirilməyə görə faizlərin hesablanması məqsədilə apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza keçirilməsi məqsədilə əlavə materialların təqdim edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzindən bir neçə dəfə vəsatət verilmiş, zəruri materialların ekspertə təqdim edilməsi MMC-yə həvalə edilmişdir. Bu barədə ekspertə həm yazılı (xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə), həm də şifahi göstəriş verilmişdir. MMC tərəfindən zəruri sənədlərin təqdim edilməsi təmin edilmədiyindən ekspert rəy verməkdən imtina etmiş və işi qaytarmışdır. Bəzi müvafiq sənədlər ekspertə təqdim edilməsinə baxmayaraq, ekspert həmin sənədlərin rəy verilməsi üçün kifayət etməməsinə əsaslanaraq rəy verməkdən imtina etmişdir. Ekspert rəyinin verilməsindən imtinanın səbəbi ekspertə müvafiq sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsidir. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya qeyd edir ki, müvafiq ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən tələb olunan zəruri sənədlərin təqdim olunması üçün məsuliyyət cavabdeh MMC-nin üzərindədir. Cavabdeh MMC, ekspert tərəfindən dəfələrlə tələb olunan materialları təqdim etmədiyindən Kollegiya bunu ekspertizanın keçirilməsindən cavabdehin imtinası, yaxud buna mane olma kimi qiymətləndirir və hesab edir ki, bu, iddiaçının tələbinin təsdiq olunması üçün əsas verir. Cavabdeh etirazını məlum pandemiya ilə əlaqədar müəssisənin işləməməsi ilə əlaqələndirsə də, Kollegiya bu halı iddianın təmin edilməsindən imtina üçün əsas hesab etmir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, Kollegiyanın qənaətinə görə, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qətetdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(057)-1070/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əsədov

Hakimlər: Samir Mayılov

Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar