Məhkəmə qərarları › İş №2(106)-571/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-571/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-571/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, Cavabdeh iştirakı ilə, Cəlilabad Rayon Мəhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cəlilabad Rayon Мəhkəməsinin (hakim Q.Paşayev) 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 19 avqust 2022-ci ildən başlayaraq xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı 03 avqust 2010-cu il tarixdən nikahdadırlar. Birgə nikahdan 3 uşaq- 16 aprel 2008-ci il təvəllüdlü Zəhra, 02 oktyabr 2013-cü il təvəllüdlü Yusif və 11 noyabr 2021-ci il təvəllüdlü Uğur doğulmuşdur. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2008-ci ildə doğulmuş X1, 02 oktyabr 2013-cü ildə doğulmuş X3, 11 noyabr 2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, üç uşağa görə hər ay cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında olan narazılıqlara görə cavabdehlə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Uşaqları onun (iddiaçının) yanında qalmışdır. Özü işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə Cəlilabad rayon X7 Hissəsində işləyir və uşağına tələb edilən miqdarda aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona (iddiaçıya) kömək etmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, aralarında olan narazılıqlara görə iddiaçı ilə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. Özü Cəlilabad rayon X7 Hissəsində sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 700.64 manat təşkil edir. Birgə nikahlarından doğulmuş uşaqlarına aliment ödəməkdən imtina etmir, lakin tələb edilən məbləğdə aliment ödəmək iqtidarında deyildir. Hər ay hər uşağa görə 100 (bir yüz) manat aliment ödəməyə razıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdeh əlavə olaraq kredit də ödəyir. İddiaçı tərəf cavabdehin öz adına kredit götürərək, iddiaçıya və uşaqlarına xərclədiyi 12.500 manat kredit pulunu və kreditlə iddiaçıya götürdüyü paltaryuyan maşının və mobil telefonun kreditlərinə görə hər ay 403.62 manat cavabdehin maaşından tutulduğunu gizlətmiş, məhkəmə də həmin sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Aylıq 700.64 manat əmək haqqı alır və həmin məbləğin 403.62 manatı kredit ödənişlərinə tutulur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, üç uşağa görə aliment məbləğinin- qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarından müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmiş qaydada iddiaçıya məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram göndərərək, apellyasiya şikayətinə etiraz etdiyini, uşaqları xəstə olduğuna görə məhkəməyə gələ bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 03 avqust 2010-cu il tarixdən nikahdadırlar. Birgə nikahdan 3 uşaq doğulmuşdur. Hazırkı tələbində iddiaçı cavabdehdən ayda hər uşağa 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə- qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə- qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 01 yanvar 2022-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində cavabdehin aliment ödəməyə imkanının yüksək olduğunu bildirsə də, bu barədə konkret sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Cəlilabad rayon X7 Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qasımov X2 rayon X7 Hissəsində sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 700.64 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, kreditlə iddiaçıya paltaryuyan maşının və mobil telefon götürmüşdür, kreditlərə görə hər ay əmək haqqından 403.62 manatın tutulur. 700.64 manat əmək haqqının 403.62 manat hissəsi kredit ödənişlərinə sərf olunur. Apellyasiya baxışında cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, üç uşağa görə aliment məbləğinin- onun aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarından müəyyən edilməsini xahiş etmişdir. Kollegiya indiki vəziyyətdə uşağın maddi tələbatlarını, eləcə də aliment ödəməli olan cavabdehin maddi durumunu, onun əlavə ödənişlər etdiyini nəzərə alaraq, alimentin onun aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarından müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməli, xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3 və xx.xx.2021ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay- aylıq qazanın və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (mübahisə edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Мəhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(073)-1826/2022 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay- aylıq qazanın və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Hazırkı alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar