Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-576/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz xeyrinə 2017-ci ilin yanvar ayının 01-dən 2024-cü ilin yanvar ayının 30-a kimi, hər ayı 600 manatdan olmaqla, cəmi 50.400 manat ödənilməyən əmək haqqından 700 manat ödənilmiş əmək haqqının çıxılaraq, qalan cəmi 49.700 (qırx doqquz min yeddi yüz) manat ödənilməyən əmək haqqının və 50 manat ödənilmiş mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən «Şeş-beş» kafesinə onu 2017-ci ildə işə qəbul edərək hər günü 20 manatda olmaqla, aylıq əmək haqqı verəcəyini bildirmiş, savadsız, yaşlı və kimsəsiz olmağından sui-istifadə edərək onu yeddi il həmin kafedə işlətmişdir. Bu müddət ərzində ona ümumilikdə 700 manat əmək haqqı vermişdir. Bütün bunlardan sonra iş üzrə cavabdeh iddiaçının 7 il müddətində yığılan əmək haqqını vermədiyi üçün, o, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi orada araşdırıldıqdan sonra Cavabdeh İXM-nin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh 7 il müddət ərzində ona cəmi 700 manat əmək haqqı ödəmişdir. Həmin əmək haqqı bu puldan çıxarılmalıdır. Buna qədər ödənilməyən əmək haqqının ödənilməsi üçün mübahisəni mediatorun köməkliyi ilə öz aralarında həll edilməsi üçün cavabdehə məktub göndərsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh onu əmək haqqı ödəmədən kafedə işlətdiyini şahidlər X5 və X6 təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, o, Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-beş”kafesini işlətmişdir. O, iddiaçı ilə tanış olmuş və həmin kafedə olan otaqların birində iddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olaraq yaşamışlar. Hacıqabul Rayon Məhkəməsinin (hakim O.Bayramov) 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, onun şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə fiziki şəxs Cavabdeh (VÖEN**********) tərəfindən əmək müqaviləsi bağlamadan işlərin görülməsinə, əmək haqqının verilməməsi ilə bağlı etdiyi müraciətə baxılmışdır. Həmin materiallardan görünür ki, Cavabdeh, İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49-cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə, iş üzrə inzibati icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, Cavabdeh, İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49- cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüivvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi, cavabdeh ona əmək haqqı ödəmədiyi müəyyən edilmiş hesab edilməlidir. Həmin inzibati araşdırma materialları məhkəmə tərəfindən aidiyyətı orqandan tələb edilməmiş, işə birtərəfli qaydada baxılmışdır. Apellyasiya şikayətinə görə, həmin işdə şahid qismində dindirilmiş Ağamalıyeva Sevinc məhkəməyə yazılı kağız təqdim etmişdir və kağızda iddiaçının ona 3000 (üç min) manat pul verəcəyini vəd verdiyi qeyd edilmişdir. Bundan başqa, məhkəmə işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etdiyi üçün İXM-nin 192-ci maddəsinə əsasən 4000 manat cərimə edilmişdir. İş üzrə cavabdehin onu əmək müqaviləsi olmadan işlətməsi barədə müvafiq qurumun qanuni qüvvəsini almış qərarı sübut sayıldığı halda, hakim iş üzrə cavabdeh tərəfindən məhkəmədə şahidlərin izahatları ilə kifayətlənmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehlə təxminən 2004-2005-ci illərdə ailə qurmuş, faktiki nikahdan 2005-ci ildə 1 uşaqları olmuşdur. Həmin vaxt cavabdehlə bir müddət Nəvahi stansiyasında evdə qalmışlar. Uşaq 12 yaşında avtoqəza nəticəsində həlak olduqdan sonra evdə qala bilməmiş və bir il anası ilə qalmışdır. 2018-ci ildə Rəfaət gəlib onu Şeş-beş restoranına aparmış, onu orada işlətmişdir. Bir müddət işləyəndən sonra oranın kabab çəkəni Rəfaətə dedi ki, ona əmək haqqı versin. Rəfaət bir ay əmək haqqı vermiş, həmin pulu da sonra borc adı ilə geri almışdır. Sonra əmək haqqı verməyi dayandırmışdır. “Şeş-beş” restoranında təmizlik, yemək bişirmək və qab yumaq işlərinə baxırdı. Bundan əlavə peraşki də bişirirdi. Rəfaətdən pul istədikdə o, 700 manat pul vermiş, bundan başqa pul verməmişdir. Şeş-beş restoranına işə gələndə Rəfaət özü ona boyun olmuşdur ki, hər ay 600 manat əmək haqqı verəcək. Hər dəfə pulunu istəyəndə müxtəlif bəhanələr gətirərək verəcəyini bildirirmiş, lakin verməmişdir. 2024-cü ilin may ayına qədər işləmiş, əmək haqqını vermədiyi üçün oradan çıxmışdır. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstəmişdir ki, iddiaçı ilə 2005-ci ildə ailə qurmuş, onunla əvvəllər Nəvahi stansiyasında aldığı evdə yaşamışdır. Onların faktiki nikahından 2005-ci ildə bir uşaq doğulmuş, uşaq 2017-ci ilin avqust ayında vəfat etdikdən sonra 2018-ci ildə iddiaçı onu evdən qovmuşdur. 2020-ci ildə “Şeş-beş” restoranını almış və 5 saylı Ərazi Vergilər İdarəsindən qeydiyyatdan keçmişdir. 2021-ci ilin yanvar ayında Təranənin xahişi ilə onu “Şeş-beş” restoranına işə götürmüşdür. Restoranda bir otaq ayırmış və birlikdə orada ailə kimi qalmışlar. Gecələr restoranda Taranə ilə birlikdə qalır, gündüz isə işləri ilə məşğul olurdu. 2017-ci ildə uşaq rəhmətə getdikdən sonra Taranə depresiyaya düşdü. Anası onu Şorsuluda ruhi xəstəxanaya qoymuşdu. Taranəni işçi kimi bir aylıq işə götürmüşdü. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir. İş üzrə aşağıdakı hallar müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-175/2-M-8856/2024 saylı məktubunda göstərilir ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən X1 (VÖEN **********) iş yerində əmək hüquqlarını pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etmişdir. Bununla bağlı araşdırmaya yazılı izahat verən Cavabdeh izahatında İddiaçı ilə heç vaxt əmək münasibətləri yaratmadığını bildirmişdir. Bu səbəbdən, İddiaçı iddia tələbinə dair sübutları (sənədləri, hər hansı digər sübutarı) araşdırmaya- X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional bölməsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-19630/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən əmək müqaviləsi bağlamadan işlərin görülməsinə görə İddiaçı tərəfindən və əmək haqqının verilməməsi ilə bağlı etdiyi müraciətə baxılmışdır. Fiziki şəxs Cavabdeh İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49-cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə, iş üzrə inzibati icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə Cavabdeh, İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49- cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüivvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. İddiaçı hazırki tələbində 2017-ci ilin yanvar ayının 01-dən 2024-cü ilin yanvar ayının 30na qədər müddətdə ödənilməyən əmək haqqını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı əmək hüquq münasibətində olduğunu sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən “Şeş-beş” kafesini işlətmişdir. Həmin vaxtlar o, iddiaçı Mirzəyeva Təranə ilə tanış olmuş və onlar arasında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmışdır. Təxminən 7 ilə yaxın iddiaçı və cavabdeh həmin kafeyə bitişik otaqların birində yaşamışlar. Bu müddət ərzində iddiaçı cavabdehin müəyyən ehtiyaclarının ödənilməsində iştirak etmiş, lakin rəsmi olaraq kafedə işləməmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinin göndərdiyi məktublara istinad etsə də, bu barədə məhkəməyə hər hansı digər mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə iddiaçı ilə əmək münasibətlərinə daxil olduğunu, onun üçün işlədiyini sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaq üçün məhkəmənin vəzifəsi ilk növbədə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda işin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə oluna bilər. İzahatlardan müəyyən edilir ki, iddiaçı və cavabdeh təxminən 2004-2005-ci illərdən faktiki nikah münasibətlərində olmuş, faktiki nikahdan 2005-ci ildə 1 uşaqları olmuşdur. Həmin vaxt cavabdehlə bir müddət Nəvahi stansiyasında evdə qalmışlar. Uşaq 12 yaşında avtoqəza nəticəsində həlak olmuşdur. İddiaçının bildirdiyinə görə, 2018-ci ildə Rəfaət gəlib onu “Şeş-beş” restoranına aparmış, onu orada işlətmişdir. Bir müddət işləyəndən sonra oranın kabab çəkəni Rəfaətə dedi ki, ona əmək haqqı versin. Rəfaət bir ay əmək haqqı vermiş, həmin pulu da sonra borc adı ilə geri almışdır. Sonra əmək haqqı verməyi dayandırmışdır. Şeş-beş restoranında təmizlik, yemək bişirmək və qab yumaq işlərinə baxırdı. Cavabdeh isə izahatında bildirmişdir ki, 2020-ci ildə “Şeş-beş” restoranını almış və 5 saylı Ərazi Vergilər İdarəsindən qeydiyyatdan keçmişdir. 2021-ci ildə Taranənin xahişi ilə onu Şeş-beş restoranına işə götürmüşdür. Restoranda bir otaq ayırmış və birlikdə orada ailə kimi qalmışlar. Cavabdeh xx.xx.2020-ci ildən vergi ödəyicisi kimi qeydə alınması ilə bağlı sənədini təqdim etmişdir. Hər iki tərəfin izahatlarından belə qənaətə gəlmək mümkündür ki, cavabdeh restoranı işlətməyə başladıqdan sonra 2021-ci ilin yanvar ayından cavabdeh iddiaçını əmək müqaviləsi bağlamadan restoranda işlətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 (VÖEN **********) iş yerində əmək hüquqlarının pozulması ilə bağlı 4000 manat inzibati qaydada cərimə edilmişdir. Bu hal da onu təsdiq edir ki, cavabdeh “Şeş-baş” restoranını işlədərkən iddiaçını 2021-ci ilin yanvar ayından sonra (iddiaçının bildirdiyinə görə- 2024-cü ilin yanvar ayınadək) fəhlə, xadimə, yaxud ofisiant və s. kimi işlətmişdir. Birinci instansiya məhkəməsi bu sübuta qiymət verməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı və cavabdeh faktiki ər-arvad münasibətlərində olmuşlar. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdehin sözügedən restoranda ər-arvad münasibətində olmaları, iddiaçının restoran işçisi kimi işləməsi (cavabdehin onu əmək müqaviləsi bağlamadan işlətməsi) faktının mövcudluğunu təkzib edən hal deyil. X1 inzibati tənbeh edilməsinə dair materiallar öyrənilmişdir. Həmin materiallardan görünür ki, cavabdeh vergi ödəyicisi kimi qeydə alınmış, İddiaçı adına isə xx.xx.2023-cü il tarixdən- xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” yazılmışdır. İnzibati tənbeh etmə haqqında materiallardan görünür ki, iddiaçının şikayəti əsasında iş araşdırılarkən ərizəçinin izahatından başqa «Şeş-beş» restoranında işləmiş əməkdaşların izahatları da alınmışdır. Əməkdaşlar- X6 və X5 izahatlarında iddiaçının onlarla birgə “Şeşbeş” restoranına işlədiyini təsdiq etmişlər. İnzibati iş üzrə restoranın işçisi X6 izahat vermiş və izahatında göstərmişdir ki, özü 1 il yarım əvvələ qədər 4 ay müddətinə yaxın Cavabdeh məxsus “Şeş-beş” kafesində işləmişdir. Orada təmizlik işlərinə baxırdı. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmayıb. Kafedə işlədiyi dövrdə İddiaçı da işləyirdi. Taranə orada mətbəx işləri, təmizlik işləri və qab yumaq işlərinə baxırdı. Taranəyə və orada işləyənlərə də Rafaət göstərişlər verirdi. Gündəlik əmək haqlarını Rafaət verirdi. O sonra kafedən işdən çıxmışdı. İnzibati iş üzrə digər işçi X7 izahatında göstərmişdir ki, 1 il yarım əvvələ qədər 4 ay müddətinə qədər Cavabdeh məxsus “Şeş-beş” kafesindədə işləmişdir. Orada ofisiant işləyirdi. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmayıb. Gündəlik 12 manat əmək haqqı alırdı. Kafedə işlədiyi dövrdə İddiaçı da işləyirdi. Taranə orada mətbəx işləri və qab yumaq işlərinə baxırdı. Taranəyə və orada işləyənlərə Rafaət göstərişlər verirdi. O kafedən işdən çıxandan sonra Taranə orada işləyirdi. Beləliklə, iddiaçının izahatından və iddiaçının istinad etdiyi, inzibati materiallar üzrə işçilərdən alınmış digər izahatlardan görünür ki, cavabdeh iddiaçını həmin restoranda faktiki işlətmiş, lakin onunla əmək müqaviləsi bağlamamış, ona əmək haqqı ödəməmişdir. İzahatlar və cavabdehin inzibati qaydada cərimələnməsi həmin restoranda onun iddiaçının bir ay yox, daha çox əmək müqaviləsi bağlamadan işlətdiyini təsdiq edir (Əks halda, cavabdehin inzibati tənbeh edilməsi barədə qərar verilməzdi). Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehin arasında əmək müqaviləsi bağlanmadığına əsaslanaraq onların əmək münasibətlərində olmamasına formal yanaşaraq iddianı rədd etmişdir. Kollegiya məhkəmənin belə mövqeyini əsassız sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... iddiaçı məhkəmədən cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir. Qərarda göstərilir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. İddiaçı ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək haqqını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı əslində tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi əmək haqq həcmində ona vurulan maddi ziyanı tələb etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edərkən tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün- zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi şərtlər müəyyən edilməlidir. Bu əsaslar müəyyən edildiyi halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Kollegiya hesab edir ki, yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi hallar müəyyən edilmişdir. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. İddiaçı 2017-ci ildən 2024-cü ilin yanvar ayının 30-dək ayda 700 manat olmaqla əmək haqqı qismində pul tələb etmişdir. Belə ki, iddiaçı göstərmişdir ki, cavabdeh ona ayda 700 manat əmək haqqı verməyə söz vermiş, sonra öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh 2021-ci ilin yanvar ayında iddiaçını restorana gətirdiyini, işə düzəltdiyini, orada işlətdiyini təsdiq etmiş, lakin sonradan restoran işçisi kimi deyil, arvadı kimi ona qulluq etdiyini bildirmişdir. İşin faktiki halları, tərəflərin izahatları, təqdim edilmiş digər sübutlar onu deməyə imkan verir ki, cavabdeh restoranda işlətmək adı ilə iddiaçını 2021-ci ilin yanvar ayından restorana gətirmiş, 2024-cü ilin yanvar ayının sonunadək muzd ödəmədən işlətmiş, ondan faydalanmışdır. İddiaçı ayda 700 manat hesablanmaqla və ona ödənilən əmək haqqı çıxılmaqla qalan 49700 manat pul tələb etmişdir. Kollegiya 49700 manatın tutulması tələbini tam əsaslı saymır. Çünki tərəflərin şifahi olaraq hansı muzd üzrə razılaşdıqları müəyyən edilmir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, iddiaçı cavabdehi restoranın işçisi kimi, 2021-ci ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək muzdla (fəhlə, xadimə, yaxud ofisiant və s. kimi) işlətdiyinə görə minimum əmək haqqından az olmayaraq ona muzd ödəməli idi. Minimum əmək haqqının 2021-ci ildə 250 manat, 2022-ci ildə 300 manat, 2023-cü ildə 345 manat olduğu nəzər alınarsa, cavabdeh iddiaçıya muzd olaraq 2021-ci ildə ən azı 3000 (250 x 12) manat, 2022-ci ildə ən azı 3600 (300 x 12) manat, 2023-cü ildə ən azı 4140 (345 x 12) manat və 2024-cü ilin yanvar ayında ən azı 345 manat (bu illər üzrə cəmi- 11085 manat) haqq ödəməli idi. İddiaçının özü ona 700 manat ödənildiyini bildirmişdir. Belə halda iddiaçı qalan- 10385 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia yuxarıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 10385 manat alınıb İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş mediasiya xərcinə görə Cavabdeh 50 manat alınıb X2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(071)-44/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10385 (on min üç yüz səksən beş) manat pul tutulsun. Ödənilmiş mediasiya xərcinə görə Cavabdeh 50 manat alınıb İddiaçı xeyrinə tutulsun. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-576/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-576/2025
22.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver