Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-608/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X5 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Kreditor "xxxx" ASC-nin borclular Borclu1 və X4 qarşı «kredit müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 22 dekabr 2023-cü il tarixli (hakim Orxan Bayramov) qərardadından borclu Gülağazadə (əvvəlki soyadı Abdullayev) Kənan Gülağa oğlunun nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 14 aprel 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu1 və X1 4.000 manat əsas borc, 1303.28 manat faiz borcu olmaqla, ümumilikdə 5303.28 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. Borclu Gülağazadə (əvvəlki soyadı Abdullayev) Kənan Gülağa oğlu xx.xx.2022-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 14 aprel 2016-cı il tarixli məhkəmə əmrinin surətini əlavə etməklə həmin əmrə etiraz vermişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadına əsasən borclunun məhkəmə əmrində göstərilən tələbə qarşı etirazı qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, onun etirazı geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan borclu Gülağazadə (əvvəlki soyadı Abdullayev) Kənan Gülağa oğlunun nümayəndəsi Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili X6 şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, uzun müddət xarici ölkədə yaşaması ilə əlaqədar məhkəmə əmrindən xəbəri olmamış, mübahisədən əvvəl onun tərəfindən ödənişlərin edildiyi qeyd etmiş, eləcə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 14 aprel 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu1 və X1 4.000 manat əsas borc, 1303.28 manat faiz borcu olmaqla, ümumilikdə 5303.28 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə əmrinin surəti borclu X2 iş materiallarında olan ünvanına göndərilmişdir. Borclu Gülağazadə (əvvəlki soyadı Abdullayev) Kənan Gülağa oğlunun nümayəndəsi və vəkili X6 əmrə qarşı etirazını 22 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əmrin surəti onlara rəsmi qaydada təqdim edilməmişdir, borclu ölkədən xaricdədir. Birinci instansiya məhkəməsi etirazı geri qaytarmışdır. Borclu məhkəmə əmrinin geri qaytarılması barədə qərardaddan şikayət vermişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, borclunun məhkəmə əmrindən məlumatı olmamışdır, rəsmi qaydada həmin əmrin surətini almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi etirazı geri qaytararkən doğru qənaətə gəlmişdir. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, qeyd edilən məhkəmə əmri icraya yönəldilmiş, hazırkı borclunun ünvanına borcun könüllü ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, həmçinin 2021-ci ildə borclunun avtomobilinin üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Gülağazadə (əvvəlki soyadı Abdullayev) Kənan Gülağa oğlunun nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-571/2016 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-608/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-608/2024
05.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver