Məhkəmə qərarları › İş №2(106)-632/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-632/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-632/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 500 manat olmaqla, iki uşağa görə 1000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə girib təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamışlar. Lakin nikahlarını isə rəsmiləşdirməmişdirlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda həmin uşaqlar sağ-salamat olmaqla onun himayəsində yaşayır. Cavabdeh ilə faktiki nikahlarından olan övladlarına atalıq vermişdir. Rəşad ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda uşaqları saxlamaqda çox çətinlik çəkir, heç bir maddi yardım göstərmir. Özü heç bir yerdə işləmir.Cavabdeh isə aliment ödəmək istəmir.Bundan başqa Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yüksək səviyyədə gəlirlər əldə edir, Şirvna ərazisində bir neçə obyektlər işlədir. İdarə etdiyi avtomobil “Toyota Camry” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X4 adına xx.xx.2021-ci il tarixdə rəsmiləşsə də, həyat yoldaşı Qumru Abdullayeva isə xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı və nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi-vəkili X11 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 16(032)-55/2022 saylı qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün əvvəli ərizə verildiyi gündən yəni, xx.xx.2022-ci ildən hesablanmaqla xx.xx.1980-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh Niyatxan oğlundan hər ay sabit pul məbləğindğ bi uşağa 130 manat, iki uşağa görə 260 məbləğində aliment tutularaq İddiaçı verilməsini qərara alınmışdır. Məhkəmə iddianın gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti təminat tədbiri barədə ərizəni qismən təmin etməkdə əsaslı olmamışdır. İddiaçı müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə verərək Cavabdeh ilə 2018-ci ildən faktiki nikahda olduqlarını bildirmişdir. Hansı ki, cavabdeh X12 ilə nikaha girmiş, xx.xx.2004-cü ildə bu nigah 93 nömrəli qeydlə həmin nikah rəsmiləşdirilmiş və bu barədə AZ-İ № 078676 saylı “X13” verilmiş və həmin nikahdan xx.xx.2005-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdeh ailəsinə bağlı olmaqla geniş ailəsini tək olaraq öz halal zəhməti ilə dolandırır. Bundan başqa cavabdehin qızı Abdullayeva Lamiyə Azərbaycan Dillər Universitetində ödənişli ali təhsil alır. Cavabdehin yaşlı və xəstə valideyinləridə onun himayəsindədir. İddiaçı ilə heç bir vaxt ailə olaraq yaşamamışdır. Uşaq dünyaya gətirməklə bağlı cavabdehin razılığı heç vaxt olmayıb. Cavabdehin həmin an üçün artıq ailəsi və uşaqları var idi. Bu məhsuliyyətin altına girə bilməzdi. İddiaçı məhz bütün bunlara rəğmən dünyaya gətirdiyi uşaqların cavabdehliyini öz üzərinə gütürmüş və bu qərarı yalnız qəbul etmişdir. Buna baxmayaraq cavabdeh uşaqlar anadan olduğu vaxt doğuma çəkilən xərcləri və bu günə qədər nəinki uşaqların azuqəsi iddiaçının ailəsinin maddi cəhətdən saxlanılmasında böyük köməklikləri olmuş və bu günə qədərdə bunu davam etdirir. İddiaçının həm özünün, həm cavabdehlə birgə olan uşaqlarının, həmdə iddiaçının ailəsi üçün əvvəllər çəkilmiş xərclərin cavabdeh tərəfindən ödənilmiş, son 2021-ci ilin noyabr ayından 2022-ci il dekabr ayına qədər 3660 manat uşaqların saxlanılması üçün iddiaçının hesabına cavabdeh tərəfindən ödənilmişdir. Həmin ödənişlərin qəbzləri cavabdehdədir. İddiaçının yalnız uşaqlar üçün bu məbləğin istəməsi də qeyri-səmimidir. Bu tələbdən yalnız özü üçün yararlanmaq istəyi vardır. Uşaqların baxımlılığıda tam ürəkaçan deyil. Müalicə və digər tələbatları cavabdeh tərəfindən ödənilir. Sadalanan halların həm vaxtı ilə ödənilən məbləğlərin, həm də bu günə qədər olan ödəmələr iddiaçının səs yazısıda təsdiq olunur. İddiaçının işsiz olması ilə bağlıda məhkəməyə bildirdiyi hallarda qeyri-rəsmi olmaqla sübut olunur, düzdür rəsmi iş yeri yoxdur amma Şirvan şəhərində yerləşən Paris ətriyyat dükanı bacısı Elvinazın adına icarəyə götürülsə də real olaraq həm dükanın sahibi, həm də satıcısı iddiaçı özüdür və o bu fəaliyyətindən yaxşı gəliri götürür. Bu halların da görüntüləri vardır. İddiaçının adına xx.xx.2019- cu ildən 2014cü il buraxışlı “Hyundai Elantra” markalı, ** NO *** qeydiyyat nişanlı minik maşını vardır. İddiaçı halhazırda ana evində qalmaqla adna Şirvan şəhərində "xxxx" MMC-də müqavilə üzrə 3 otaqlı mənzili vardır. Bu vaxta qədər iddiaçı həmin məzilin müqavilə üzrə alınması üçün 50000 manat pul ödəmişdir. Hal-hazırda həmin mənzili tam təmir etdirmişdir. Mənzilin qiyməti hal-hazırda 70000 manatdan çoxdur. İddiaçı hər ay bir uşağa 500 manat, iki uşağa görə 1.000 məbləğində aliment tutulması barədə xahiş edərək ərizənin təmin əsası kimi bildirmişdir ki, cavabdeh aliment ödəmir, bir neçə obyekti var, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək səviyyədə gəliri var. Hansı ki, bu sadalananlar heç bir halda sübut olunmur. İddiaçı dəfələrlə cavabdehin ailə üzüvlərinə zəng vuraraq narahat etməklə çoxlu miqdarda pul istəmiş və cavabdehin ailəsində qalmaqallar yaratmaqla yaşlı ata və anasına mənəvi ziyan vurmuşdur. Buradanda görünür ki, iddiaçı gələcəkdə məhkəmə qətnaməsi ilə qət ediləcək məbləğin ödənilməsində şəxsi həyatını daha yaxşı hala gətirməklə cavabdehin ailəsində çətinliklər yaratmaq məqsədindədir. Cavabdeh Niyatxan oğlundan xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşağa 100 manat, iki uşağa görə 200 manat məbləğ alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: S.Məmmədova), iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməsi, qətnamə qəbul edildikdən dərhal sonra icra olunması, müvəqqəti alimentin tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 16(032)- 55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməsi, tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı, dövlət rüsumu kimi 45 manat pul isə dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin himayəsində yaşlı valideynlərinin olması və xx.xx.2004-cü ildə X12 ilə nikaha girmiş, həmin nikahdan 3 uşağının olması, ailənin yeganə qazanc gətirən olması halları araşdırmamış nəticədə artıq məbləğdə aliment təyin etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək hər ay hər uşağa görə 100 (yüz manat), iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləği cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək hər ay hər uşağa görə 100 (yüz manat), iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləği cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsinin Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 61 № ilə qeyd edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********852100 № məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2008-ci il tarixində vergi ödəyicisi kimi uçota alınmışdır. Əsas fəaliyyət növü “Kişi geyimlərinin pərakəndə satışı” kimi qeydiyyata alınmışdır. Hal-hazırda fəaliyyət aktiv vəziyyətdədir. Dövlət Reyestrində Cavabdeh hər hansı hüquqi şəxsin rəhbəri olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-306-5940-1222 № məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə “TOYOTA Camry” markalı **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şirvan şəhəri, Xanlar küçəsi, döngə 1, ev 7A-da yaşayan vətəndaş X4 adına rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə etibarnamə ilə vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan X13nin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında nikah xx.xx.2004-cü ildə Əli-Bayramlı şəhər Nikah evində 93 № ilə qeydə alınmışdır, X12 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********759400 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək vergi tutulan dövriyyəsi 43500 manat olmuşdur. Ona 870 manat vergi hesablanmış, və 740 manat vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 16(032)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli ərizə verildiyi gündən yəni, xx.xx.2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 130 (bir yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altımış) məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə iclasında cavabdeh tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, iddiaçını işlədiyi maqazanın daimi müştərisi kimi tanıyıb, münasibətləri yaxşı olub. X24 görüb bəyənmiş və onun vasitəsilə tanış olmuşlar. Özü Əsmərə ilk dəfədən demişdir ki, Rəşad evlidir, ailəsi var. Əsmər isə buna etiraz etməmişdir. İş materiallarında olan Rabitəbank ASC tərəfindən daxil olmuş RB-02/177 nömrəli, xx.xx.2023 tarixli məktubunda Cavabdeh bankda hesaba malik olduğu, hesabda hazırda 102, 24 AZN olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Tarverdiyev Əli həkim tərəfindən müayinə olunmuş və sağ testisdə maye miqdarının artması müşahidə edilir. Ona sağ tərəfli hirosele diaqnozu qoyulmuşdur. İş materiallarında olan Məhkəməyə təqdim olunmuş fotoşəkillərədn müəyyən olunur ki, tərəflər ailə münasibətlərində omuşlar. İş materiallarında olan Vatsap proqramı vasitəsilə aparılan yazışmaların foto şəkillərində tərəflər gündəlik məsələlər ilə əlaqədar söhbət edirlər və cavabdeh iddiaçıya dükanı Climberdə oturduğunu, Elit Ticarət Mərkəzində tez-tez olması barədə məlumat verir, orada olan ticarət yerini 1 aylıq bağladıqlarını, axşam saat 5-də gedib Elitdə olan ticarət yerinə baş çəkdiyini bildirir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək və cavabdehin izahatını dinləyərək müəyyən edir ki, İddiaçı Cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə girib təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamışlar. Lakin nikahlarını isə rəsmiləşdirməmişdirlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Daha sonra onların arasında münasibət korlanmış və onlar ayrılmışdırlar. Uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Cavabdehin himayəsində yaşlı valideynləri və rəsmi nikahdan anadan olmuş 3 uşağı vardır. Kollegiya həmçinin qeyd edir ki, uşaqların ananın yanında qalması işin mübahisəsiz halını təşkil edir. Mübahisənin əsas predmetini cavabdehə təyin edilmiş aliment məbləğinin miqdarı təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyinin təmin edilməsi üçün kifayət hesab edilmir. Çünki alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə, həmçinin aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmaqla təyin edilməlidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə yəni valideynin mənafeyini nəzərə almamışdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Həmçinin, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, Cavabdeh ilə X12 arasında nikah xx.xx.2004-cü ildə Əli-Bayramlı şəhər Nikah evində 93 № ilə qeydə alınmışdır, X12 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmiş və onların birgə nikahından üç övladı olmuşdur. Birinci nikahından olan arvadı Qumru Məmmədova işləmir, qızı Abdullayeva Lamiyyə Azərbaycan Dillər Universitetində ödənişli təhsil alır. Göründüyü kimi cavabdeh həm rəsmi nikahından olan üç övladı həm də, faktiki nikahından olan iki uşağının ən azından yaşayış minimumu həddində dolanacaq xərclərini çəkir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan sübutları iş materiallarına əlavə etsə də, buna qanunvericiliyin tələbi baxımından hüquqi əsaslandırma aparmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini, uşaqları saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 250 (iki yüz əlli) cəmi 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi hissəsində valideyn yəni Cavabdeh mənafeyinə uyğun olmadığından, dəyişdirilərək hər ay hər uşağa görə 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat məbləğində aliment müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (500- 400)x12=1200 manat, cavabdehə münasibətdə isə (500-200)x12=3600 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməsi hissəsində dəyişdirilərək alimentin məbləği hər uşağa görə 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat olmaqla müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar