Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-635/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: aliment tələbi X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cüi il tarixli, 2(049)-345/2023 saylı (hakim R.Məmmədov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh qazancının 1/3 hissəsinin və sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi iki uşaq üçün 400 manat alimentin Cavabdeh tutulub ona yəni, İddiaçı ödənilməsi və İlkin mediasiya sesiyasında iştirakla bağlı ödədiyi 55 manat pulun Cavabdeh tutulub ona yəni, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olaraq evləniblər. Nikahları isə 20 iyun 2017-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 266 sayla qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Zeynal və xx.xx.2017-ci il tarixdə isə Zehni adlı ikinci uşağları anadan olmuşdur. Uşaqlar hazırda sağ və salamat olmaqla onun himayəsində valideynlərinin evində yaşayırlar. Cavabdehlə ailə qurandan sonra əvvəllər mehriban şəraitdə yaşayıblar. Sonradan isə cavabdehin təqsiri nəticəsində aralarında olan münasibətlər pozulmuşdur. Cavabdehdən artıq bir neçə aydır ki, ayrılmışdır. Həmin vaxtdan da uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh ayrıldıqları vaxtdan bəri bir valideyn kimi uşaqları ilə maraqlanmamış və uşağların saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. O özü tək uşağı saxlamaqla çətinlik çəkir. Cavabdeh hazırda "xxxx" MMC-də şirkətində qeydiyyatçısı vəzifəsində işləyir. Yüksək əmək haqqı alır. Buna baxmayaraq uşaqları ilə heç maraqlanmır. Məhz bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və iddiaya qarşı etiraz verərək bildirmişdir ki, 2016-cı ilin avqust ayında hazırki mülki iddia tələbi üzrə İddiaçı ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuş və bu nikahı xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Zeynal, xx.xx.2019-cu il tarixdə isə Zehni adlı iki övladları dünyaya gəlmişdir. Onların toyu olandan sonra o iddiaçının atasına məxsus evə köçərək orada yaşamışdır. O iddianı qismən qəbul edir. Belə ki, iddiaçı aralarında olan münasibətlərin pozulması səbəbləri kimi təqsirin onda olmasını iddia ərizəsində göstərmişdir. Bundan əlavə iddiaçı onun "xxxx" MMC-də qeydiyyatçı vəzifəsində işlədiyini və yüksək əmək haqqı aldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O sözügedən MMC-də işləsə də əmək haqqı 700-800 manat arası təşkil edir. Elektron Məhkəmə sistemi vasitəsi ilə də, onun əmək haqqının hansı məbləğdə olduğunu müəyyən etmək olar. İddiaçı Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən uşaqların saxlanması üçün alimentin hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyə hazırdır. Uşaqlarını çox istəyir və özü də dərk edir ki, bu onun vəzifə borcudur. İddiaçının tələb etdiyi məsələnin təfərrüatına varılsa görünür ki, iddiaçı uşaqların saxlanması üçün ondan 650 manat aliment tələb edir (qazancının üçdə bir hissəsi təxminən 250 manat və hər bir uşağa görə 200 manat olmaqla cəmi 400 manat ümumillikdə 650 manat aliment məbləği edir). O ürək xəstəliyindən və digər xəstəlikdən əziyyət çəkir. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cüi il tarixli, 2(049)-345/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh həm qazancının 1/3 hissəsi miqdarında, həm də hər ay bir uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi, mediasiya xidməti üçün ödənilmiş 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməli dövlət rüsumunun məbləği – 38 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(049)-345/2023 saylı qətnaməsinin dəyişdirilməsi, məhkəmə xərcləri məsələsi həll edilməklə, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment Cavabdeh alınıb İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ağır ürək xəstəsi olduğuna baxmayaraq, hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyə hazir olduğunu; iddiaçının iddia ərizəsinə etirazınaa əlavə etməklə "Revmatik qeyri aktiv faza süst gedişlə, mitral qapaqların prolası 2-ci dərəcə, ikinci anemiya” diaqnozlu xəstəlikdən özünün əziyyət çəkdiyini təsdiq edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasından xx.xx.2013-cü il tarixli 250 sayli "Səhhətin müayinə edilməsi Aktı”nı da məhkəməyə təqdim etdiyini; məhkəməyə təqdim etdiyi həmin sənəddən göründüyü kimi, onun ürək xəstəsi olaraq, ürəyində əsaslı dəyişikliklər baş verdiyini və təcili və bahalı müalicə kursları və dərmanlar almağına ehtiyacının olduğunu; onun ”Körpü-Bina-Tikinti” MMC-də qeydiyyatçı vəzifəsində işlədiyinə görə 785 manat aylıq əmək haqqından başqa heç bir gəlirinin olmadığını; "Azərbaycan Respublikasinda 2023-cü il ücün yaşayiş minimumu haqqında" Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi təqdirdə onun ayda aldığı 785,0 manatdan yarısından da artiıq olan -410 manat (261 (ayliq gəlirin 1/3-i)+150) çıxılarsa, yerdə qalan 465 manat aylıq gəlirinin onun özünün yaşayış minimumu (261 manat) və yüksək xərcli müalicə kursları, cərrahiyyə əməliyyatı və dərmanların alınması tələbatını belə ödəmədiyini, həmçinin, bütün bu faktiki halları hakimin diqqətinə birinci instansiya məhkəməsində çatdırdığını nəzərə almadan və onlara heç bir əhəmiyyət vermədən iddiaçının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etməsilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə oxşar olan eyni məzmunlu izahat verdi və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Mülki iş üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 14.0302023-cü il tarixli bildirişi qəbul etmişdir. Lakin hər iki uşağının xəstə olması və səhhətində yaranan problemlərlə bağlı xx.xx.2023-cü il tarixli iclasda iştirak edə bilməyəcəkdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin alimentin tutulması hissədə dəyişdirilməsinə yönəldiyindən, əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 və X6 20 iyun 2017-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində 266 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əkbərli, arvada Əkbərli soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 07 avqust 2017-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 23 iyun 2019-cu il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əkbərli X5 rayonunun Gərmətük qəsəbəsində yaşayır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də qeydiyyatçı vəzifəsində işləyir və 785 manat aylıq əmək haqqı alır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətində göstərilən dəlillərin qismən əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəilləri qismən əsaslıdır və qətnamə ilə sabit pul məbləğində müəyyən olunan alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Qanunverici sabit pul məbləğinin miqdarını, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsindən asılı etdiyindən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından, cavabdehin işləməsini, həmçinin cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində hər uşaq üçün hər ay 150 manat olmaqla cəmi 300 manat aliment ödəməyə razı olması fikrini əsas götürərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 40, cəmi 80 manat müəyyən edilməlidir. Qanunverici alimentin miqdarı müəyyən olunduqdan sonra, onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasından asılı etmişdir. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2023-cüi il tarixli, 2(049)-345/2023 saylı qətnaməsi xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunan sabit aliment məbləğinin tutulması hissəsində dəyişdirilsin (azaldılsın) və həmin sabit aliment məbləği hər ay hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat sabit aliment məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-635/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-635/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver