Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-638/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və cavabdehlər Cavabdeh2 və X5 qarşı əmlak tələbinə dair mülki iş üzrə Açar sözlər: cehiz və qızıl-zinət əmlakları, birgə nikah nikah dövründə əldə edilmiş əmlakın bölünməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və Cavabdeh2, X3 və onların nümayəndə və vəkilləri X1 iştirakı ilə, açıq məhkəmə iclasında, İddiaçı və cavabdehlər Cavabdeh2 və X5 qarşı əmlak tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(041)-608/2023 saylı qətnaməsindən (hakim Müseyib Bayramov) cavabdehlərin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan cavabdehlər Cavabdeh2 və X2 onların yaşadığı evdə qalan qızıl-zinət əşyaları - 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları - 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərinqdə 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnisdən ibarət - cəmi 17990 manat dəyərində qızıl zinət və cehiz əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyərinin, həmçinin Məşğulluq proqramı üzrə Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən bizim ailə təsərrüfatımıza verilmiş və hazırdla 40 baş olan qoyunlardan 20 başının və ödənilmiş dövlət rüsumuna görə 94 manat, ümumilikdə 17896 (on yeddi min səkkiz yüz doxsan altı) manat alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2014-cü il tarixdə nikahıarını qeyd etdirməklə ailə qurmuşlar. İddiaçı cavabdehlə evlənib ailə qurarkən özünə məxsus cehiz əmlaklarını da aparıb cavabdehin yaşadığı evə yığmışdır. Onların birgə nikahlarından 3 uşaqları olmuşdur. Cavabdehlə ailə qurub bir müddət onunla ər-arvad bir yerdə yaşayandan sonra cavabdehin təqsiri üzündən yaşadığı evi tərk edərək valideynlərinin yanına qayıtmış və hazırda valideynləri ilə birlikdə yaşayır. Bundan sonra iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə ailə qurandan sonra cavabdehin valideynləri tərəfindən ona 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük hədiyyə veriilmişdir. Valideynləri tərəfindən isə ona 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərinqdə 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnisdən ibarət əmlaklar hədiyyə olunmuşdur. Hazırda cavabdehin yaşadığı evdə ona məxsus yuxarıda adları qeyd olunan qızıl-zinət və cehiz əşyaları qalmışdır. Həmçinin birgə yaşadıqları müddətdə məşğulluq tərəfindən onlara 21 baş qoyun verilmiş, qoyunalr artaraq 40 baş olmuşdur. İddiaçı yuxarıda qeyd olunan əmlakların özlərini, özləri olmadıqda onların pulla dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, 2014-cu ildə iddiaçı ilə ailə həyatı qurub. İddiaçı ilə evlənərkən o, özünə məxsus cehizlərini də atasıgillə bir həyətdə olan onlardan ayrı yaşadıqları evə gətirib yığmışdır. O, iddiaçı ilə evlənəndə onun valideynləri iddiaçıya 1 ədəd qolbaq, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, ədəd sirkon qaşları olan nişan üzüyü, 1 ədəd sirkon qaşları olan paxlava üzük vermişlər. Toyda iddiaçıya verildən qızılların hamısı həmişə iddiaçının özündə olmuş və özü də iddiaçının qızıllarını harada və hansı şəraitdə saxlaması ilə maraqlanmamışdır. Onun iddiaçı ilə heç bir problemi olmamış, lakin iddiaçının valdeynləri onların ailə daxili işlərinə qarışaraq mehriban yaşamalarına imkan verməyərək onların ailəsini dağıtmışdır. Buna görə onun iddiaçı ilə ər-arvad münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı ilə ailə həyatı qurarkən iddiaçı pzünə məxsus cehiz əşyalartını da onların evinə gətirmişdir. Həmin cehizş əşyları hazırda onun evindədir. Həmçinin iddiaçı ilə yaşadıqları müeddətdə özünəməşğulluq proqramı çərçivəsində ona 21 baş qoyun verilmiş ,həmin qoyunalr artaraq 25 baş olmuşdur. Sonradan maddi imkanı olmadığı üçün qoyunları satmışdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdeh X7 iddia tələblərini qismən qəbul edərək digər Cavabdeh2lə eyni məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(041)-608/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdə qalmış, iddiaçıya məxsus 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyərinin cavabdehlər Cavabdeh2 və X2 alınıb İddiaçı verilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının Cavabdeh2 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddiaçıya məxsus qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 13 baş qoyunun Cavabdeh2 alınaraq iddiaçıya verilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmişdir. İddiaçı birlikdə yaşadıqları evi tərk edərkən özünə məxsus qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hətta iddiaçı gedərkən Cavabdeh2 hədiyyə edilmiş nişan üzüyünü və təxminən 978 manat məbləğində pulu da özü ilə aparmışdır. Bundan əlavə Cavabdeh2 özünəməşğulluq proqramı çərçivəsində xx.xx.2020-ci il tarixdə 21 ədəd qoyun verilmişdir, həmin qoyunlar birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bundan əlavə bildirmək istəyir ki, qeyd edilən qoyunları iddiaçı ilə birgə yaşadıqları dövrdə satmışlar və ailə ehtiyaclarına ödəmişlər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinə istinad edərək, iddianı qızıl-zinət əşyalarının alınması hissəsində təmin etsə də, iddiaçının evdən hansı şəraitdə getməsini, iddiaçının 2022-ci ilin yanvar ayında getdikdən sonra dərhal aliment tələbi ilə məhkəməyə müraciət etməsini, həmin vaxt iddiaçının qızıl-zinət əşyaları tələbi ilə məhkəməyə və digər hüquq-mühafizə orqanlarına nə üçün müraciət etməməsini araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh X7 bildirmişdir ki, iddia ərizəsində göstərilən qızıl əşyalarını iddiaçıya hədiyyə etmişlər. İddiaçı evdən gedərkən özü ilə 2 sumka pal-paltar, həmçinin qızıllar və digər əşyalar götürüb aparmışdır. Qeyd etmişdir ki, qudası Nəbi (iddiaçının atası) qızına məxsus qızılları onlardan istəyərək lombarda girov qoyub pul götürmək istəmişdir. Lakin onlar buna icazə verməmişlər. Buna görə də iddiaçı özünə məxsus qızılları dartıb qırmış və ya əzmişdir. O, həmin qızılları ondan alaraq aparıb təmir etdirmək istəmişdir. Lakin qızılların təmirinə çox pul istənildiyindən təmir etdirməmiş, gətirib iddiaçıya vermişdir. Qızıllar hazırda da iddiaçıdadır. Cavabdeh2 qeyd etmişdir ki, toy öncəsi iddiaçıya qızıl əşyaları hədiyyə etmişlər. Qızıllar daim iddiaçıda olmuşdur. Həmçinin göstərmişdir ki, 2021-ci ildə Dövlət məşğulluq xidmətindən onlara 21 baş qoyun vermişlər. Həmin qoyunlar ona ailəsi nəzərə alınmaqla verilmişdir. Qoyunlar sonradan artaraq 25 baş olmuşdur. Həmin qoyunları sonradan sataraq ailəsinin ehtiyaclarına xərcləmişdir. Belə ki, Dövlət özünəməşğulluq xidməti qoyunları 1 il ərzində monitorinq edir. Bir ildən sonra isə monitorinq aparılmır və qoyunlar artıq onun ailəsinin mülkiyyətinə keçir. Apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) X8 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdirlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir, 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır, 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir, 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz və qızıl-zinət əşyalarını və birgə nikah dövründə əldə edilmiş əmlakını bölünməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirirlər. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, qızıl zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə aparmışdır, eyni zamanda özünəməşğulluq proqramı vasitəsilə cavabdehə verilən qoyunlar birgə nikah dövründə əldə edilən əmlak hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf iddiaçının qızıl-zinət əşyalarını evdən gedərkən özü ilə apardığını bildirsə də, bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində özünəməşğulluq proqramı vasitəsilə cavabdehə verilən qoyunların birgə nikah dövründə əldə edilən əmlak hesab edilə bilmədiyini bildirsə də, o bunu əsaslandıra bilməmiş, hansı səbəbdən həmin əmlakın birgə nikah dövründə əldə edilən əmlak hesab edilə bilmədiyini əsaslandırmamışdır. Əksinə kollegiyanın iclasında göstərmişdir ki, 2021-ci ildə Dövlət məşğulluq xidmətindən onlara 21 baş qoyun vermişlər. Həmin qoyunlar ona ailəsi nəzərə alınmaqla verilmişdir. Qoyunlar sonradan artaraq 25 baş olmuşdur. Həmin qoyunları sonradan sataraq ailəsinin ehtiyaclarına xərcləmişdir. Belə ki, Dövlət özünəməşğulluq xidməti qoyunları 1 il ərzində monitorinq edir. Bir ildən sonra isə monitorinq aparılmır və qoyunlar artıq onun ailəsinin mülkiyyətinə keçir. Göründüyü kimi Cavabdeh2 qeyd edilən qoyunların artıq onun ailəsinin mülkiyyəti kimi qeyd etmiş, həmçinin həmin qoyunların hazırda onda olmaması və satması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, qətnamənin icrası zamanı əgər tərəflər arasında həmin qoyunların dəyəri ilə bağlı mübahisə yaranarsa bu məsələ icra mərhələsində həll oluna bilər. Qeyd edilən qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə ədalətli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən məlum olur ki, iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan çoxdur. Ona görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Hazırkı halda cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(041)-608/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-638/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-638/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver