Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-656/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-2154/2015 saylı qərardadından icra sənədi üzrə Borclu2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Kreditor “Finca Azerbaijan” MMQBKT borclular Borclu1 və Borclu2 qarşı əmr icraatı qaydasında ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 3 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclulardan 634.64 ABŞ dolları əsas borc, 14 ABŞ dolları faiz borcu və 59.09 ABŞ dolları cərimə olmaqla ümumilikdə 707.73 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə üzrə İmişli Rayon Məhkəməsi tərəfindən 29 may 2015-ci il tarixdə 2(036)- 2154/2015 saylı məhkəmə əmri verilmişdir. İş materiallarında olan məktublara əsasən məhkəmə əmri 29 may 2015-ci ildə borcluların rəsmi qeydiyyat ünvanlarına göndərilmiş, qanunla müəyyən olunan müddət ərzində etiraz verilmədiyindən 9 iyun 2015-ci il tarixində icraya yönəldilmişdir. İmişli rayon icra şöbəsinin icra məmuru İlqar Quliyev tərəfindən 13 iyul 2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə məlumat verilmiş, eyni zamanda qərarın surəti borclulara göndərilərək icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrasının təmin olunması tələb olunmuşdur. 23 fevral 2023-cü ildə borclulardan Borclu2 məhkəmə əmrinə etiraz vermiş, xəstə olması səbəbilə əmrə qarşı vaxtında etiraz edə bilmədiyini bildirmişdir. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-2154/2015 saylı qərardadı əsasında etiraz qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Qərardaddan Borclu2 şikayət verərək ləğv olunmasını, etirazının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nə məhkəmə əmri, nədəki icra məmurunun icraata başlamaq haqqında qərarı ona verilməyib. Məhkəmə əmri əsassız olaraq geri qaytarıb. İmişli Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2(036)-2154/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Əvvəla ona görə ki, Borclu2 birinci instansiya məhkəməsinə 23 fevral 2023-cü il tarixdə təqdim etmiş olduğu etirazında əmrin ona rəsmi qaydasında verilməməsindən deyil, xəstə olması səbəbindən əmrə qarşı vaxtında etiraz verə bilməməsindən bəhs etmiş, lakin xəstəliyini təsdiq edən har hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər; - 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; - 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edildiyi halda, həmin sənəd rəsmi qaydada verilmiş hesab edilir. Həmin gündən sonra 10 gün müddətində məhkəmə əmrinə qarşı etiraz verilə bilər. Məhkəmə əmrinin surəti borclunun rəsmi qeydiyyat ünvanına göndrilmiş və borclunun özü də etirazında əmrin ona verilməsini inkar etməmiş, xəstə olması səbəbilə vaxtında etiraz verə bilmədiyini bildirmişdir. Borclu məhkəmə əmrinə qarşı etirazını əmrin verildiyi vaxtdan yeddi ildən artıq vaxt keçdikdən sonra, 23 fevral 2023-cü il tarixində prosessual müddəti ötürməklə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər, 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur, 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi məhkəmə əmrindən etiraz verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, əmrin rəsmi qaydada borcluya verildiyi andan başlayır və yalnız əmrin rəsmi qaydada verildiyi andan keçən 10 gün müddətində etiraz verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, borclu tərəfindən məhkəmə əmrinə etiraz prosessual qanunvericiliklə müəyyən olunan müddət ötürülməklə verildiyindən, etirazı qaytaran birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qərardadın ləğvinin əsasını təşkil edə bilməz. Bunlardan savayı kollegiya onu da icra sənədi üzrə Borclu2 diqqətinə çatdırır ki, İmişli rayon İcra və probasiya şöbəsinin məhkəməyə verdiyi rəsmi məlumata əsasən, qeyd olunan məhkəmə əmri üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri altına düşmüş və restruturizasiya olunduğundan, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən məhkəmə əmrinə qarşı verilən etirazın qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu2 şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(036)-2154/2015 saylı qərardadı dəyişdirilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-656/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-656/2023
03.04.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver