Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-665/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iş üzrə mülki işin ərazi aidiyyatı üzrə göndərilməsinə dair vəsatətin təmin edilməməsi barədə Füzuli Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh məhkəməyə müraciət edərək, onun faktiki yaşayış yerinin və İddiaçı məcburi köçkün kimi qeydiyyat yerinin Abşeron rayonu, st. Sumqayıt, bina 3, mənzil 2 olduğundan mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyətinin müəyyən edilməsi, cavabdehin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumatı olmalıdır. 11 noyabr 2022-ci il tarixli, 2(064)-2198/2022 nömrəli məhkəmə bildirişində onun qeydiyyatda olduğu ünvan səhv olaraq Sumqayıt şəhəri kimi göstərilmişdir. Halbuki, o, məcburi köçkün kimi, Sumqayıt şəhərində deyil, ünvan 2 ünvanında müvəqqəti qeydiyyata alınmaqla övladları ilə birlikdə yaşayır. Eləcə də İddiaçı məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 11 yanvar 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Vəsastətin rədd edilməsi haqqında qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin rəsmi qeydiyyat yeri Füzuli rayonu, Yuxarı Veysəlli kəndi olduğundan işə aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılmalıdır. Qərardaddan cavabdeh tərəf şikayət vermiş, şikayətində qərardadın ləğv edilərək, işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Cavabdeh müvəqqəti olaraq Sumqayıt şəhərində deyil, ünvan 2 ünvanında müvəqqəti qeydiyyata alınmaqla övladları ilə birlikdə yaşayır. Eləcə də İddiaçı məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 27 mart 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu iddiaçıya bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşin hallarından görünür ki, İddiaçı tərəfindən iddia Cavabdeh qeydiyyatda olduğu yer üzrə (Füzuli rayonu, Yuxarı Veysəlli kəndi) verilmiş və məhkəmə iddianı Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə icraata götürmüşdür. Kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işin aidiyyəti üzrə başqa rayon məhkəməsinə göndərilməsi üçün əsas yoxdur. Beləliklə, şikayət əsassızdır, ona görə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 35, 36, 45.4, 263-264, 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(064)-158/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-665/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-665/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver