Məhkəmə qərarları › İş №2(106)-667/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-667/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-667/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan tərkibdə, katib X1, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Masallı Rayon Мəhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2015-ci ildə anadan olmuş X4 və 24 noyabr 2017-ci ildə anadan olmuş X3 Cavabdeh alınaraq onun yanında saxlanılması və yetkinlik yaşına çatana kimi onların saxlanılması üçün sabit pul məbləğində 175 manat, cəmi 350 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Мəhkəməsinin (hakim C.Quliyev) 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 08 avqust 2015-ci il təvəllüdlü X6 və 24 noyabr 2017-ci il təvəllüdlü X3 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, Cavabdeh 08 avqust 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının uşaqların atadan alınaraq anası İddiaçı verildiyi vaxtdan hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 manat mediasiya xərcinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 50 manat pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 birgə apellyasiya şikayəti vermişlər. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflər yazılı ərizə təqdim edərək, qarşılıqlı razılığa gəldiklərini bildirmiş və barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflər aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişini məhkəmə kollegiyasına təqdim etmişlər: Bu Barışıq sazişində “Tərəflər” adlandırılacaq, bir tərəfdən iddaçı- İddiaçı, digər tərəfdən cavabdeh- Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)- 667/2023 nömrəli mülki iş üzrə mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı şərtlər daxilində bu Sazişi bağlayır:

1. İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalmasına razılıq verir.

2. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər həftənin şənbə-bazar günləri anaları İddiaçı yanında qalmasına razılıq verir.

3. Tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 bayram və digər qeyri-iş günlərində bərabər sayda günlərdə, yay tətillərində isə 10 (on) gün ananın digər günlərdə isə atanın yanında qalmasına razılıq verirlər. Tərəflər uşaqların ad günlərinin atanın yaşadığı ünvanda birlikdə keçirilməsinə razılıq verirlər.

4. Bundan əlavə olaraq, Cavabdeh İddiaçı uşaqların yetkinlik yaşına çatanadək hər uşağa hər ay 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment ödəmək öhdəliyi götürür.

5. Tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 valideynlərdən hər hansı biri ilə xarici ölkəyə sərbəst aparılıb-gətirilməsinə razılıq verirlər.

6. Tərəflər bu barışıq sazişinin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən, sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər.

7. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.

8. Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.

9. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla, gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir fоrmada tələblərlə bir-birinə qarşı iddia qaldırmayacaqlar.

10. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə-yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir və Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.

11. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.

12. Bu Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxə saxlanılacaqdır.

13. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Məhkəmə Kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi qəbul edilməli, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri həmin Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və MPM-in 365, 370, 384.0.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qəraraaldı:

İş üzrə tərəflərin ərizəsi qəbul edilsin. İş üzrə Barışıq sazişi aşağıdakı şərtlərlə qəbul edilsin.

1. İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalmasına razılıq verir.

2. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər həftənin şənbə-bazar günləri anaları İddiaçı yanında qalmasına razılıq verir.

3. Tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 bayram və digər qeyri-iş günlərində bərabər sayda günlərdə, yay tətillərində isə 10 (on) gün ananın digər günlərdə isə atanın yanında qalmasına razılıq verirlər. Tərəflər uşaqların ad günlərinin atanın yaşadığı ünvanda birlikdə keçirilməsinə razılıq verirlər.

4. Bundan əlavə olaraq, Cavabdeh İddiaçı uşaqların yetkinlik yaşına çatanadək hər uşağa hər ay 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment ödəmək öhdəliyi götürür.

5. Tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 valideynlərdən hər hansı biri ilə xarici ölkəyə sərbəst aparılıb-gətirilməsinə razılıq verirlər.

6. Tərəflər bu barışıq sazişinin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən, sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər.

7. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.

8. Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.

9. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir fоrmada tələblərlə bir-birinə qarşı iddia qaldırmayacaqlar.

10. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə-yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir və Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.

11. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.

12. Bu Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxə saxlanılacaqdır.

13. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq, məhkəmədən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Masallı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-688/2022 saylı qətnaməsi ləğv edilsin və İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Sədrlik edən İlham Əsədov

Hakimlər Samir Mayılov

Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar