Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-676/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Sabirabad Rayon Məhkəməsinin (hakim F.Pənahov) 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən bərabər qaydada 26269,29 manat əsas kredit borcu, 3633,92 manat faiz borcu cəmi 29903,21 manat (iyirmi doqquz min doqquz yüz üç manat iyirmi bir qəpik) məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu əvəzində 179,48 manat və 0,40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nə verilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə- mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin "xxxx" ASC-dən, 50 manat hissəsinin isə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşinhalları xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında 180 ay müddətinə illik 10% olmaqla 36590 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" MMC- borcalan Cavabdeh1nın kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2015- ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı birgə məsuliyyəti üzərinə götürmüşdür. "xxxx" ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada əsas borc üzrə 26470,92 AZN, faiz borcu üzrə 4650,27 AZN, cəmi 31121,19 AZN kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 179,48 AZN dövlət rüsumunun, habelə 0,40 AZN bank xidmət haqqının əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 10% dərəcəsi ilə hesablanmaqla 180 ay müddətinə 36590 AZN kredit verilmiş, kreditin təminatı olaraq Bankla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək digər cavabdeh tərəfindən ona təhvil verilməli olan mənzil təhvil verildikdən sonra üzərində olan borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən pulun tutulması hissəsində dəyişdirilməsini, iddianın tam təmin edilməsini, Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçının xeyrinə 26470.92 manat əsas borc, 4650.27 manat faiz borcu olmaqla, cəmi 31121.19 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 179.48 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə qətnamə qəbul edərkən xx.xx.2023-cü il tarixində təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni nəzərə almamış, qətnamədə isə bunu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş (kağız daşıyıcıda poçt vasitəsi ilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsaslanaraq, qeyd edilən halı aydınlaşdırmalı və qətnaməni həmin ərizədə göstərilən məbləğlərdə təmin edərək qəbul etməliydi. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 10 faiz dətəcəsi ilə 180 ay müddətinə 36590 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" MMC- borcalan Cavabdeh1 kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı birgə məsuliyyəti üzərinə götürmüşdür. "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edən vaxt 26470,92 manat əsas borcu və 3356,13 manat faiz borcunu tələb etmişdir. xx.xx.2023 tarixli maliyyə arayışına görə, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 26470,92 manat əsas kredit borcu, 4650,27 manat faiz borcu cəmi 31121,19 manat borcu qalmışdır. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirmiş (iddia tələbinin həcmini artırmış) və xx.xx.2023 tarixli maliyyə arayışında göstərilən borc məbləğini tələb etmişdir. "xxxx" ASC tərəfindən cavabdehlərə banka olan borclarını ödəmək, əks təqdirdə məhkəməyə müraciə olunacağı barədə xəbərdarlıq məktubları göndərilmişdir. Müəyyən edilir ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər kredit borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3537 №-li rəyinə görə, eskpert tədqiqatının nəticəsində xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehlərin iddiaçıya xx.xx.2023-cü il tarixə (iddia verilən tarixə) olan borcu 26269,29 manat əsas kredit borcunun, 3633,92 manat faiz borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəf apellyasiya şikayətində iddianın tam təmin edilməsini xahiş etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcmini artırmış və 26470,92 manat əsas kredit borcu, 4650,27 manat faiz borcu, cəmi 31121,19 manat borcu tələb etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, iddianın dəyişdirilməsinə qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə hazırlıq mərhələsində yol verilir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə hazırlıq mərhələsi başa çatmış, mülki iş kifayət qədər hazırlanmış hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. İddiaçı tərəf isə məhkəmə hazırlıq mərhələsi başa çatdıqdan sonra iddia tələbinin həcmini artırmışdır. Ona görə də həmin tələb qəbul edilməməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(056)-365/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-676/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-676/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver