Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-684/2023 07.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının, istifadə edilməmiş məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh təmsilçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı, mərhum atası X4 2018-2019-cu illərdə ödənilməmiş 5168 (beş min yüz altmış səkkiz) manat əmək haqqının, ödənilməmiş məzuniyyətlərə görə pul əvəzinin və son haqq-hesabın, eləcə də mediasiya üçün ödədiyi 50 (əlli) manat rüsumunun əvəzi 50 manat pul vəsaitinin alınıb ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X1 Astara rayon Ərçivan Bələdiyyəsində işlədiyi dövrdə 2018-2019-cu illər üzrə 4290 (dörd min iki yüz doxsan) manat ödənilməyən əmək haqqının, 2018-2019-cu illər üzrə ödənilməmiş məzuniyyətə görə 455,70 (dörd yüz əlli beş manat, yetmiş qəpik) manatın və 50 (əlli) manat mediasiya haqqının, ümumilikdə cəmi 4795,70 (dörd min yeddi yüz doxsan beş manat, yetmiş qəpik) manat pulun cavabdeh Astara rayon Ərçivan bələdiyyəsindən alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh təmsilçisi X7 apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin edilərək, yeni qətnamə çıxarılmasını xahiş etsə də, şikayətində iddiaya münasibətdə konkret tələbini, iddianın tam və yaxud qismən təmin edilib-edilməməsini, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Bundan başqa, apellyasiya şikayəti iş üzrə tərəf Astara rayon Ərçivan Bələdiyyəsinin adından verilməli, apellyasiya şikayətinə Bələdiyyənin rekvizitləri əlavə olunmalı olduğu halda, Bələdiyyənin sədri X7 apellyasiya şikayətini öz adından vermiş, apellyasiya şikayətinə öz məlumatlarını əlavə etmişdir. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X3 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-684/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-684/2023
07.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver