Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-730/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Alfa Sığorta" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Açar sözlər: subroqasiya qaydasında pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı “Alfa Sığorta" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli, 2(048)-271/2012 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı “Alfa Sığorta" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin əvəzinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 fevral 2012-ci il tarixdə saat 08:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində S.Orucov küçəsində Cavabdeh idarə eldiyi "Mersedes Benz" markalı ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasını pozması nəticəsində onun idarə etdiyi avtomobilin sol tərəfindən hərəkət edən "Chevrolet-Cruz" markalı, ** BF *** dövlət qeydiyyat nişanlı X4 məxsus avtomaşın ilə toqquşması və nəticədə "xxxx" ASC-nin VİC-VTB-GM-11107 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı X3 xeyrinə həyata keçirdiyi 7254 manat həcmində sığorta ödənişinin məbləğinin əvəzinin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyəti xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X4 məxsus olan "Chevrolet- Cruze” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi VİC-VTB-GM-11107 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2011-xx.xx.2015 tarixlərini əhatə etməklə 4 il müddətinə "xxxx" ASC-də sığortalanmışdır. 24 fevral 2012-cu il tarixdə Cavabdeh saat 08:00 radələrində Lökbatan qəsəbəsində S.Orucov kücəsində atasına məxsus “Mersedes Bens-180” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasını pozmuş, nəticədə onun idarə etdiyi avtomobilin sol tərəfindən hərəkət edən X4 məxsus olan “Chevrolet-Cruz” markali, ** BF *** dövlət qeydiyyat nişanli nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı ASCnin xx.xx.2012-ci il tarixli 124 saylı sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş 9/18-1557 saylı xx.xx.2012-cu il tarixli “Yol-nəqliyyat hadisəsi barədə” arayışda Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran (təqsirkar) kimi müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi Qaradağ rayon DYPS-nin əməkdaşları tərəfindən qeydə alınmış və vətəndaş Cavabdeh barəsində DYP-nin xx.xx.2012-ci il tarixdə 374971 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hadisə ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən 05 mart 2012-ci il tarixdə İnzibati xəta haqqında iş üzrə çıxarılan Qərarda Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək 140 (yuz) manat miqdarında cərimə edilmişdir. "Alfa Sığorta” ASC-nin tərtib etdiyi 19 mart 2012-cu il tarixli, 875 nömrəli Sığorta Aktına əsasən müvafiq ayırmalar çıxdıqdan sonra 7254 (yeddi min iki yuz əlli dörd) manat sığorta ödənişi 19 mart 2012-ci il tarixli 194 saylı ödəniş tapşırığı ilə X3 hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh dəfələrlə məhkəmə bildirişi göndərilsə də onun göstərilən ünvanda yaşamaması qeyd edilərək geri qaytarılmışdır. ünvan 1zrə nümayəndəsinin vermiş olduğu arayışda göstərilmişdir ki, Qasımov X1 qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır, dəqiq ünvanı məlum deyil, ona görə də bildirişi çatdırmaq mümkün olmamışdır. Lerik Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli, 2(48)-271/2012 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7254 (yeddi min iki yüz əlli dörd) manat pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə maddi və prosessual pozuntularla qəbul edildiyindən və nəticə etibarı ilə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Lerik rayon məhkəməsi həmin iddia tələbinə onun iştirakını qanunamüvafiq qaydada təmin etmədən və nəticə etibarı ilə iddiaçı tərəfin şifahi mülahizələrini dinləməklə kifayətlənərək, heç bir qanuni məhkəmə araşdırmasını həyata keçirimədən iddia tələbini tam həcmdə təmin etmişdir. Belə ki, məhkəmə mülki işə baxarkən qanunamüvafiq qaydada onun iştirakını təmin etməmiş, onun məhkəmədə dinlənilmək hüququnu, məhkəmə araşdırmasını tələb etmək hüququnu pozaraq yalnız iddiaçı tərəfin həqiqətə uyğun olmayan, qeyri mötəbər sübutları əsasında qətnamə çıxarmışdır. Mülki işə əlavə edilmiş poçt qəbzlərindən də görünür ki, cavabdeh heç bir məhkəmə bildirişini almamış və yekun məhkəmə aktı hesab edilən qətnaməni belə qeydiyyatda olduğu ünvanda yaşamadığı səbəbindən almamışdır. Qeyd olunan məhkəmə qətnaməsi haqqında 2022-ci ilin noyabr ayının sonlarında məlumatı olduğundan, həmin ərəfələrdə qətnamənin ona təqdim olunması haqqında Lerik rayon məhkəməsinə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə qeyd olunan qətnamə ona təqdim edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil kollegiyanın iclasında apellyasiya şikayətini müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. Göstərmişdir ki, apellyasiya instansiyası tərəfindən iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilsə də həmin ekspert rəti ilə razılaşmır. Belə ki, hadisə nəticəsində maddi ziyan almış avtomobilə dəyən ziyan həqiqəti əks etdirməmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş qüsur aktı şişirdilmişdir. Əslində hadisə nəticəsində “Chevrolet-Cruz” markali avtomobilə çox cüzi zərər dəymişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı nümayəndəsi nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə qanunauyğunluğu cavabdehə münasibətdə, tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işə əlavə edilmiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin xx.xx.2012-ci il tarixli izahatından da görünür ki, hadisə baş verən zamanı hava şaxtalı olduğundan yollar buzlu olmuş və o idarə etdiyi avtomobili sağa çəkmək istəyərkən idarə etdiyi avtomobili sola sürüşüb X4 məxsus “Chevrolet-Cruze" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadına dəymiş və hadisə nəticəsində sonuncu idarə etməni itirərək onun idarə etdiyi avtomobil sürüşərək yolun kənarındakı ağaca dəymişdir. Həmin zaman avtomobillərdən heç birinə maddi ziyan dəyməmişdir. Lakin, iddiaçı ASC saxta sığorta aktı tərtib edərək guya X4 məxsus “Chevrolet-Cruze” markalı, 99-BF 907 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan “General Motors” servisində 5464 AZN dəyişdirilməli olan ehtiyat hissələr, 1990 AZN xidmət haqqı qiymətləndirildiyinə görə zərər qismən olaraq ümumilikdə 7454 AZN məbləğində qiymətləndirilmiş, lakin bəzi xərclər çıxılaraq ümumilikdə 7254 AZN məbləğində guya sığorta ödənişi X4 verilmişdir. Qeyd olunanlarla qətiyən razı deyildir. Hadisə baş verən zamanı avtomobillər yüngülcəsinə birbirlərin sürtünmüş, həmin vaxt yol buzlu olduğuna görə avtomobillər asta sürətlə getdiyindən zərər çox olması mümkün deyildir. Ziyan aktındakı məbləğ həddən artıq çox hesablanmış və sui-istifadə hallarına yol verilmişdir. İşdə olan VİC-VTB-GM-11107 saylı X7 Nəqliyyatı Vasitələrinin Sığortası Şəhadətnaməsindən görünür ki, X4 məxsus olan "Chevrolet-Cruze” markalı, 99BF907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-xx.xx.2015-ci il tarixlərini əhatə etməklə 4 il müddətinə "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli inzibati tənbehetmə haqqında qərarından görünür ki, Cavabdeh S.Orucov küçəsində atasına məxsus “Mercedes Bens” 180 markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən manevr qaydasını pozmuş, nəticədə onun idarə etdiyi avtomobilin sol tərəfindən hərəkət edən X4 məxsus olan “Chevrolet-Cruze” markalı, ** BF *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuş o, məhkəmənin həmin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsi ilə təqsirli bilinərək 140 manat miqdarında cərimə edilmişdir. İşdə olan 875 saylı Sığorta Aktından görünür ki, sığorta olunan "Chevrolet-Cruze” ** BF *** dövlət qevdiyyat nişanlı nəqliyyat vasitəsinə 7454 manat zərər vurulmuşdur. İşdə olan 194 saylı 19 mart 2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Chevrolet-Cruze” nəqliyyat vasitəsinin sahibi X4 7254 manat pul ödənilmişdir. İşdə olan 27 aprel 2012-ci il tarixli ödəmə qəbzindən görünür ki, "Alfa Sığorta” ASC tərəfindən iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 06 aprel 2012-ci il tarixli pretenziya məktubundan görünür ki, "Alfa Sığorta” ASC tərəfindən Cavabdeh 10 gün müddətində 7254 manat pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/3745 nömrəli ekspert rəyinə görə nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Performance Center” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzər alınmaqla 2011-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7235,0 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərin qismən əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı ekspert rəyi ilə də, bir daha qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin müəyyən olunan məbləği hissədə dəyişdirilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi subroqasiya hüququnun qismən təmin olunması barədə düzgün nəticəyə gəlsə də, eksper rəyinə deyil, mütəxəsis tərəfindən tərtib olunan hesabata əsaslanaraq, yetirilən zərərin məbləğini müəyyən etməkdə səhvə yol vermişdir. Kollegiya iş materiallarında olan qüsur aktını, mütəxəsisin zərərin hesablanmasına dair hesabatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, ekspert rəyi xüsusi biliyə malik mütəxəssislər tərəfindən verilərək, daha inandırıcı olduğundan sübut kimi qəbul olunmalı və zərərin məbləği ekspertin verdiyi rəy əsasında müəyyən edilməldir. Ekspert zərərin məbləğini 7235 manat məbləğində müəyyən etdiyindən, həmin məbləğ təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli, 2(048)-271/2012 saylı qətnaməsiiddia tələbinin təmin edilməsi, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7254 (yeddi min iki yüz əlli dörd) manat pulun tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7235 (yeddi min iki yüz otuz beş) manat pul vəsaiti tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan, yəni cavabdehdən dövlət rüsumunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Ekpsertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-730/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-730/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver